Məhkəmə qərarları › İş №2-1(112)-6711/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6711/2024

26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6711/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 358.29 manat və Dövlət Sosial Müdafiə Fonduna 2456,25 manat məbləğində fərqləndirici əlaməti qiyməti 4000 manat məbləğində 2006-cı il buraxılış olan “OPEL ASTRA minik” markalı (tünd göy metallik rəngli, W0L0AHL********** kuzov nömrəli) **-ZV- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla ümumilikdə 4000 manat siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması” barədə iddiа tələbinə dаir işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахaraq, MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 358.29 manat və Dövlət Sosial Müdafiə Fonduna 2456,25 manat məbləğində fərqləndirici əlaməti qiyməti 4000 manat məbləğində 2006-cı il buraxılış olan “OPEL ASTRA minik” markalı (tünd göy metallik rəngli, W0L0AHL********** kuzov nömrəli) **-ZV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla ümumilikdə 4000 manat siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 358,28 manat və Dövlət Sosial Müdafiə Fonduna 2456,25 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 4000 manat məbləğində 2006- cı il buraxılış olan “OPEL ASTRA minik” markalı (tünd göy metallik rəngli, W0L0AHL********** kuzov nömrəli) **-ZV- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla ümumilikdə 4000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********8 və **********8 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Protokollar tərtib edilərkən 30 gün müddətində borclar ödənilmədiyi halda, siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən qanunamüvafiq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 358,29 manat və Dövlət Sosial Müdafiə Fonduna 2456,25 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının tələb etdiyi tarixə Dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borc məbləği onun tərəfindən halhazırda tam ödənildiyini bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İİİ. Tədqiq edilmiş sənədlər

Fiziki şəxs haqqında məlumata əsasən, cavabdeh xx.xx.2012-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN-lə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 Baş İdarəsində qeydiyyatdadır, əsas fəaliyyət növü – yük avtomobil nəqliyyatlarının fəaliyyəti, fəaliyyəti dayandırılıb Vergi borcun ödənilməsinə dair **********8 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2021-ci il tarixinə ümumilikdə 358,29 manat, vergilər üzrə 189.09 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 69.20 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə üzrə 0.00 manat, digər üzrə 0.00 manat təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********7 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2020-ci il tarixinə ümumilikdə 2,179.78 manat, Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1,888.50 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 291.28 manat, inzibati cərimə üzrə 0.00 manat, digər üzrə 0.00 manat təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********8 №-li, xx.xx.2023-cü il tarixli və **********8 nömrəli, xx.xx.2023-cü il tarixli qərarların surətlərindən müəyyən olunur ki, Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh (VÖEN **********) məxsus əmlakların siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” **********8 nömrəli, xx.xx.2023-cü il tarixli və **********8 nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən, “OPEL ASTRA minik” markalı (tünd göy metallik rəngli, W0L0AHL********** kuzov nömrəli) **-ZV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat siyahıya alınmış əmlakların sırasına daxildir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, dövlət büdcəsinə olan borcu ödəməsinə söz verir. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlarına əsasən, məsul saxlamaya almış şəxs Cavabdeh - siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edildi. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********055300 nömrəli arayışından görünür ki, ********** nömrəli VÖEN üzrə qeydiyyatda olan Cavabdeh vergilər üzrə, məcburi dövlət sosial sığorta haqqı üzrə, işsizlikdən sığorta üzrə və icbari tibbi sığorta haqqı üzrə hər hansı bir borcu yoxdur.

İV. Məhkəmənin mövqeyi

6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir

7. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

8. Аzərbаycаn Rеspublikаsının Vеrgi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasəm vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Həmin Məcəllənin 89.10-ci maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkili ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.

9. İşin faktiki hallarına əsasən ********** VÖEN-lə vergi orqanında uçota alınmış cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 358,28 manat və Dövlət Sosial Müdafiə Fonduna 2456,25 manat məbləğində vergi borcu yaranmış, lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023cü il tarixli qərarlar çıxarmışdır. Qərar əsasında cavabdehə məxsus ümumilikdə 4000 manat dəyərində daşınar əmlak siyahıya alınmış və bu barədə protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə siyahıya alınmış əmlakın məsul saxlanmaya verilməsi haqqında akt imzalanmışdır. Məhkəmə gedişatında cavabdeh tərəfindən dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna olan borc məbləği tam ödənilmiş, bu haqda müvafiq sübutlar: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********055300 nömrəli arayışı- təqdim edilmişdir.

10. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

11. Məhkəmə müəyyən etdi ki, hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı üzrə cavabdehin xx.xx.2023-cü il tarixinə olan öhdəlikləri üzrə Dövlət Sosial Müdafiə Fonduna hər hansı bir borcu qalmamışdır.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 358.29 manat və Dövlət Sosial Müdafiə Fonduna 2456,25 manat məbləğində fərqləndirici əlaməti qiyməti 4000 manat məbləğində 2006-cı il buraxılış olan “OPEL ASTRA minik” markalı (tünd göy metallik rəngli, W0L0AHL********** kuzov nömrəli) **-ZV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla ümumilikdə 4000 manat siyahıya alınmış əmlakının ticarət şəbəkəsində satılması barədə iddia tələbi təmin edilməməlidir.

14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 85 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan apelyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar