Məhkəmə qərarları › İş №2-1(112)-6711/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6711/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6711/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, yeni qaydalarla Xəzər rayonu, Binə qəsəbəsi, 138-ci Binə, 4-cü döngə, 17 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə dair maraqlı şəxs X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il qeydiyyat tarixli çıxarış qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində hazırki inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisindən baş etibarnamə əsasında 0.04 ha torpaq sahəsini X1 (Ş/V AZE 16207415, FİN 1CK7GWX) 20 000 manata almışdır. Həmin torpaq sahəsinin 0.02 ha hissəsi çıxarışlı olduğundan rəsmi alqı-satqı müqaviləsi bağlamışlar, qalan 0. 02 ha hissəsi isə 1489 Reyestr nömrəli xx.xx.2020-ci il tarixli etibarnamə əsasında iddiaçıya vermişdir. Həmin torpaq sahəsində iddiaçı özü üçün kiçik bir ev tikmiş, iddiaçının Naxçıvan şəhərində olmağından istifadə edən K.İsmayılov satdığı torpaq sahəsini öz qaynına yenidən satmışdır. İddiaçı torpaq sahəsini rəsmiləşdirmək üçün dövlət orqanına müraciət etdiyi zaman məlum olmuşdur ki, o, iddiaçıya verdiyi etibarnaməni ləğv etdirmişdir. Etibarnamənin məzmununa görə X8 faktiki istifadəsində olan torpaq sahəsi üzərində tikdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ünvanı ərazisində yerləşən evin və həmin torpaq sahəsinin ... 200 kv.m hissəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergisi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamənin məzmunundan görünür ki, torpaq sahəsi faktiki olaraq iddiaçıya satılmışdır və orada onun razılığı əsasında özünə ev tikmiş, elə buna görə də etibarnamədə torpaq sahəsi və üzərindəki tikili də qeyd edilmişdir. Həmçinin iş üzrə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində də bu hal öz əksini tapmışdır. Torpaq sahəsi iddiaçının istifadəsində olmasını, aralarında məhkəmə mübahisəsinin olmasını bilən maraqlı şəxs bütün bunlara baxmayaraq torpaq sahəsi ilə əlaqədar çıxarış almaq üçün cavabdehə müraciət etmiş, cavabdeh də torpaq sahəsinin üzərində tikili olmasını və onun kimin tərəfindən inşa ediməsini nəzərə almadan həmin torpaq sahəsini dövlət qeydiyyatına almaqla, buna dair çıxarış vermişdir. Halbuki, həmin vaxt torpaq sahəsi və onun üzərindəki tikili iddiaçının istifadəsində olmuşdur. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2021-ci il tarixli, 4Ə-293 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Ümüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək, onun rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan Donuzkökəltmə sovxozunun 56 nömrəli, xx.xx.1998-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına əsasən sovxoz əmək kollektivi şurası ilə həmkarlar komitəsinin birgə ümumi iclasının 23 nömrəli qərarına əsasən X6 0,08 ha torpaq sahəsi verilmişdir. xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0,08 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli satıcı X8 ilə İddiaçı arasında bağlanmış ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin 0,02 ha hissəsini alıcının mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli satıcı X8 ilə X7 arasında bağlanan alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 138-ci Binə, 4-cü döngə, 17 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 0,02 ha hissəsi tam mülkiyyət üzrə alıcının mülkiyyətinə vermişdir. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 138-ci Binə, 4-cü döngə, 17 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. İddiaçı hazırda cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 138ci Binə, 4-cü döngə, 17 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququnun X3 adına qeydə alınmasını mübahisələndirir. İddiaçı hazırda həmin torpaq sahəsinə dair N.Bağırovun adına aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edir. Lakin yuxarıda sadalanan sənədlərdən görünür ki, N.Bağırov həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Həmin alqı-satqı müqaviləsi isə ləğv edilməmişdir və hazırda qüvvədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırda arzuladığı nəticəyə nail olmaq üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 138-ci Binə, 4-cü döngə, 17 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatını deyil, həmin qeydin aparılmasına əsas olan ilkin hüquqmüəyyənedici sənədləri – alqı-satqı müqaviləsini mübahisələndirməklə nail ola bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6bərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar