Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6717/2024 29.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Cavabdeh2ə qarşı “kirayə müqaviləsinin bağlanması və arayışın verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Cavabdeh2ə qarşı “ünvan 2-ə dair X1 vərəsəsi kimi onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh2in üzərinə qoyulmasına dair; ünvan 2-ə dair mülkiyyət hüququnun mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ildən ailə üzvləri Ermənistan SSRdən qaçqın düşərək Azərbaycana sığınmışlar. O zaman Göyçə mahalında olan evini atası mərhum X5 ünvan 1 ünvanında yerləşən və Q.S.Xaçaturyan adlı erməniyə məxsus olan mənzillə dəyişmiş və elə həmin ildən də qeyd olunan mənzildə yaşamağa başlamışlar. Mənzilin ümumi sahəsi 46.2 kv.m təşkil edir. Hazırda valideynləri və digər bəzi ailə üzvləri də vəfat etmişdir. Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 3760 nömrəli arxiv arayışına əsasən atası X1 ünvan 2 ünvanında yerləşən ev ilə öz mülkünü dəyişdirməsi müəyyən olunur. Qeyd olunan evə Bakı şəhəri İcra komitəsinin 3192 saylı, xx.xx.1989-cu il tarixli qərarı əsasında qeydiyyata alınmışlar. Azərbaycan Respublikası Prezidentinin "erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli" haqqında 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7 və 8-ci bəndlərinin tələbləri əsasənda evi özəlləşdirmək imkanlarının olmasına baxmayaraq valideynləri bu imkandan istifadə etməmiş və oxşar vəziyyətdə olan digər qaçqın ailələr kimi zamanında evi özəlləşdirməmişlər. Buna səbəb isə onların hüquqi savadlı olmaması olmuşdur. Nəticədə, bugün mən vərəsə kimi tanınsam da, miras əmlaka dair çıxarış olmadığı üçün vərəsəlik şəhadətnaməsi və miras payını ala bilmir. Azərbaycan Respublikası Prezidentinin "erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli" haqqında 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7 və 8-ci bəndləri Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanına əsasən qüvvədən düşmüş hesab edilsə də, həmin fərmanın müvafiq bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən bu halda geriyə şamil olunmalıdır. Bunu rəhbər tutaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və sözügedən evə dair çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizəyə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində imtina verilmişdir. Bildirilmişdir ki, ünvan 2-ə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı olduğu halda ərizəyə baxıla bilər. Bundan sonra tərəfindən qeyd olunan mənzillə bağlı kirayə müqaviləsinin bağlanması üçün Cavabdeh2ə müraciət etmişdir. Sonuncunun verdiyi xx.xx.2023-cü il tarixli məktubla ünvan 2-in özbaşına tikilmiş ev kimi qeydiyyata alınması bildirilmişdir. Halbuki Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2016-cı 3760 nömrəli arxiv arayışına əsasən ünvan 2-in dəyişmə müqaviləsinə əsasən mərhum X4 veirlməsi müəyyən olunur. Cavabdehlərin bu imtinası əsassızdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********02 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının adına qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bundan əlavə qeyd olunan ünvana idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirmək və inverntarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Azərbaycan respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış 11 saylı xx.xx.2024-cü il tarixli məktubda xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ünvan 4 ünvanında qeydiyyatda olmuş, xx.xx.1926-cı il təvəllüdlü X3 vərəsəlik işi ilə əlaqədar bildirilmişdir ki, qızı İddiaçı, miras qalmış Bakı şəhəri, M.Arif 27, ö/t 80 ünvanında yerləşən yaşayış evinin qəbulu üçün yazılı ərizə ilə müraciət etmiş vərəsəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********65 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif (keçmiş Tumanyan) küçəsi ev 27, 80 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. X1 adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış 1829 saylı xx.xx.2023-cü il tarixli məktubda xx.xx.1998-ci il tarixdə vəfat etmiş, ünvan 6 ünvanında qeydiyyatda olmuş, X3 vərəsəlik işi ilə əlaqədar bildirilmişdir ki, qızı İddiaçı, miras əmlakın qəbulu üçün notariat ofisinə yazılı müraciət etmiş vərəsəsidir. 38 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 38/752 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov rayon 38 saylı Mənzil-Kommunal İstismar Sahəsi 2000-ci ildə yaradıldığından Məmməd Arif küçəsi 27 mənzil 80-nin 1989cu ilədək sahibi olmuş şəxsin kimliyi barəsində 38 saylı Mənzil-Kommunal İstismar Sahəsində heç bir məlumat yoxdur. 38 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 38/750 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri M.Arif küçəsi ev 27 mənzil 80-nə müxtəlif vaxtlarda və dəfələrlə mənzilin ölçülərini götürmək üçün getməyinə baxmayaraq mənzilin qapısı bağlı olmuşdur. Bu səbəbdən mənzilin içərinə daxil olub mənzilin ölçülərini qeyd edə bilməmiş və mənzilin plan sxeminin çəkib hazırlanması mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi dövlət notariat arxivi tərəfindən X2 ünvanlanmış 3-16-5/6-13-R-01/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri 9 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1989-cu ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən Rəhimov Məmməd (Məhəmməd) Səməd oğlunun adına notariat qaydasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-**********02/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 saylı evin, 80 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi: mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. AZ-İİ seriyalı 338189 saylı xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölmüşdür. AZ-İ seriyalı 405286 saylı xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölmüşdür. 38 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 38/751 saylı xx.xx.2022-ci il tarixli arayışa (Forma 2) əsasən X5 (mərhum) həqiqətən M.Arif küçəsində 27 saylı birmərtəbəli evin 1-ci mərtəbəsində 80 saylı mənzilində yaşayır. Mənzilin qısa təsviri: Tam kommunal şəraitli. 38 saylı Mənzil-Kommunal İstismar Sahəsinin şəxsi hesab vərəqəsində olan məlumata görə ailə tərkibi 5 nəfərdən ibarətdir: gəlini X6, nəvəsi X7, nəvəsi X8, nəvəsi X17, nəticəsi X10. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək bildirilmişdir ki, iddia tələbi mərhələli qaydada müraciət həll edilən tələblərdir. Bir neçə müxtəlif iddia tələbi və cavabdehlərin bir icraatda birləşdirilməsinin zəruriliyi, prosessual həmiştirakçılığın əsaslandırılması və ya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, eyni zamanda cavabdeh Bakı şəhəri Cavabdeh2ə müvafiq tələb ilə müraciəti təsdiq edən ərizəninin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün müddət müəyyən edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.2). - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.3). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə həm arzuladığı hüquqmqəyyənedici inzibati aktın qəbul edilməsini (kirayə müqaviləsinin bağlanması) cavabdeh Bakı şəhəri Cavabdeh2dən tələb edir, həm də mülkiyyət hüququnun mərhum şəxsə məxsus olmasına dair arayışın verilməsini cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki iddia yalnız mərhələli qaydada həll edilə biləcək tələblərdir. Bundan əlavə iddia tələbinin birinci hissəsi ilə bağlı müvafiq tələblə cavabdehə müraciət məktubu və ya imtina təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı müxtəlif cavabdehlərə qarşı müxtəlif tələblər irəli sürsə də, prosessual həmiştirakçılığın və müxtəlif tələblərə bir icraatda baxılmasının zəruriliyini əsaslandırmamışdır. Bununla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə müddət təyin olunmuş, lakin qeyd edilən çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-6717/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6717/2024
29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver