Məhkəmə qərarları › İş №2-1(112)-6718/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6718/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6718/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək həqiqi hərbi xidmət dövrü, təhsil müddəti və əmək kitabçasında qeyd olunun dövrlərin ümumi iş stajı kimi nəzərə alınması, “Azərkimya” İB “Səthi Aktiv Maddələr” zavodunun 05.06.2012-ci il tarixli 05/533 və 05.06.2012-ci il tarixli 05/534 nömrəli arayışlarında qeyd olunan 03.05.1986-cı il tarixdən 25.10.1999-cu il tarixədək və 11.08.2003-cü il tarixdən 16.12.2003cü il tarixədək olan dövrlər güzəştli iş stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı 07.02.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1963-cü ildə İsmayıllı rayonunda anadan olmuşdur. Uzun illər müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 01.09.1980-ci ildən 20.02.1986-cı ilədək Sumqayıt Politexnik texnikumunda təhsil almışdır. 10.10.1981-ci ildən 11.11.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 03.04.1985-ci ildən 26.07.1985-ci il tarixədək Astraxanov soyuducu birliyində istehsalat təcrübəsi keçmişdir. 03.05.1986-cı ildən 16.12.2003-cü il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda işləmişdir. 31.12.1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 714 nömrəli Qərarı ilə Sumqayıt “Kimyasənaye” Səthi Aktiv maddələr elmi istehsalat kommersiya firması “Səthi Aktiv Maddələr İstehsalat Birliyi" adlandırılmışdır. Bundan başqa, 17.12.2003-cü ildən 19.05.2007-ci il tarixədək "xxxx" MMC-də kompressorçu vəzifəsində işləmişdir. 01.11.2007-ci ildən 06.05.2008-ci il tarixədək "xxxx" ASC-də fəhlə işləmişdir. 06.05.2008-ci ildən 11.07.2011-ci il tarixədək "xxxx" MMC-də kompressorçu vəzifəsində işləmişdir. 18.04.2012-ci ildən "xxxx" MMC-də fəhlə, daha sonra çilingər, 21.09.2015-ci ildə cəmiyyətin adı dəyişdirilərək “X2” MMC adlandırılmış, 30.07.2018-ci ildən isə "xxxx" MMC adlandırılmışdır. 04.08.2020-ci il tarixdə isə işdən azad olunmuşdur. “Azərkimya” İB “Səthi Aktiv Maddələr” zavodunun 05.06.2012-ci il tarixli 05/534 nömrəli arayışında da qeyd olunmuşdur ki, iddiaçı həqiqətən 03.05.1986-cı il tarixdən 25.10.1999-cu il tarixədək Sumqayıt “Səthi Aktiv Maddələr” zavodunun lindan istehsalatında soyuducu qurğu maşinisti, bitkilərin kimyəvi mühafizəsi vasitələri istehsalı sexinə soyuducu qurğu maşinisti, civə üsulu ilə xlor və kaustik soda istehsalatında soyuducu qurğu maşinisti, ammonyakla soyuducu kompressorlar sexinin 315-ci şöbəsində soyuducu qurğu maşinisti, xlorparafin-470, superplastifikator və dəmir-xlorid turşusu sexinin 315-ci şöbəsində soyuducu bölmənin maşinisti, diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatının 267-ci şöbəsində kompressor maşinisti, kaustik soda və hava sexində növbə ustası vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 2 №-li siyahının X bölməsinin 2110A010 şifri üzrə güzəştli pensiya təyin olunması hüququ verir. “Azərkimya” İB “Səthi Aktiv Maddələr” zavodu tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçının 03.05.1986-cı ildən 16.12.2003-cü il tarixədək Sumqayıt “Səthi Aktiv Maddələr” zavodunda işlədiyi müddətdə əmək haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. “Azərkimya” İB “Səthi Aktiv Maddələr” zavodunun 05.06.2012-ci il tarixli 05/533 nömrəli arayışında da qeyd olunmuşdur ki, o, həqiqətən 11.08.2003-cü il tarixdən 16.12.2003-cü il tarixədək Sumqayıt “Səthi Aktiv Maddələr” zavodunun civə üsulu ilə xlor və kaustik soda sexinin quru qələvi sexində yükləyici vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 2 №-li siyahının X bölməsinin 2110A010 şifri üzrə güzəştli pensiya təyin olunması hüququ verir. ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görsənir ki, o, 10.10.1981ci ildə həqiqi hərbi xidmətə çağrılmış, 11.11.1984-cü ildə ordu sıralarından tərxis olunmuşdur. 3T 036921 nömrəli diplomun təsdiqlənmiş surətindən görsənir ki, 1980-ci ildən 1986-cı il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil almışdır. Əmək kitabçasından görünür ki, işlədiyi iş stajının 13 il 9 aydan çoxu zərərli sahələrə olan peşələrdi. İddiaçının ümumi iş stajı həqiqi hərbi xidmət dövrü və təhsil müddəti nəzərə alınmasa belə 25 ildən çoxdur. İddiaçı güzəştli şərtlələ yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27.04.2021-ci il tarixli **********0 nömrəli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 08.10.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 02.07.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçının dəlili yersizdir. 1) “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1. iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3. iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında göstərilməsi. Hazırkı iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının 05.07.1985-ci il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasındakı iş stajı, hərbi xidmət dövrü və təhsil aldığı müddəti nəzərə alınarsa, iddiaçının 01.01.2006-cı il tarixədək “ƏPQ” ilə tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır. 2) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi “ƏPQ”-nin 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1. iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında göstərilməsi; və 4. yetərli pensiya kapitalı. Hazırkı iş üzrə 2 və 4-cü şərtlərə əməl edilməmişdir. ƏPQ-nin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə ahnan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 6.2-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 60 yaşının tamam olduğu 01.07.2020-ci ildə, 65 yaş olmuşdur. Deməli, ƏPQ-nin 45-ci maddəsinə əsasən iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 240 aya (144 ay + 96 ay) bölünməlidir. 96 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 57 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 65 yaş arasındakı fərqdir (65 il - 57 il = 8 il). 240 ay * 200.00 manat (minimal pensiya məbləği) = 48,000.00 manat. İddiaçının cəmi pensiya kapitalı 35,115.29 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Həmçinin nəzərinizə çatdırılır ki, “ƏPQ”-nin 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şərh edilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq İddiaçı cavabdeh Filiala qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair iddiasının rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilir. İddiaçı 08.10.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 02.07.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 05.07.1985-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 03.04.1985-ci ildə Astraxan soyuducu qurğuları zavodunda istehsalat praktikası keçmək üçün 1 saylı korpusa 3-cü dərəcəli tornaçı vəzifəsinə işə qəbul olunmuş, 26.07.1985-ci ildə praktikanı başa vurması ilə əlaqədar olaraq, işdən azad edilmişdir. 03.05.1986-cı ildə M.Əzizbəyov adına Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyində lindan istehsalatına soyuducu qurğuları maşinisti vəzifəsinə işə qəbul olunmuşdur. 31.07.1986-cı ildə lindan istehsalatının adı dəyişdirilərək bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatı adlandırılmışdır. 01.02.1988-ci ildə əməyin ödənilməsinin yeni şərtlərinə keçilməsi və ştat cədvəlində dəyişiklik edilməsi ilə əlaqədar olaraq, bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatına soyuducu və su dövranı sistemi sexinə 4-cü (dördüncü) dərəcə soyuducu qurğuları maşinisti vəzifəsinə keçirilmişdir. 01.10.1988-ci ildə civə üsulu ilə xlor və kaustik soda istehsalatına 4-cü (dördüncü) dərəcə soyuducu qurğuları maşinisti vəzifəsinə keçirilmişdir. 26.01.1989-cu ildə bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatına 5-ci (beşinci) dərəcə soyuducu qurğuları maşinisti vəzifəsinə keçirilmişdir. 01.02.1989-cu ildə bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatı epoksid qətranı sexi adlandırılmışdır. 01.06.1990-cı ildə ammonyakla soyuducu kompressor sexinin 315-ci şöbəsinə soyuducu qurğuları üzrə 5-ci (beşinci) dərəcəli maşinisti keçirilmişdir. 14.10.1991-ci ildə soyuducu və su dövriyyəsi sistemləri sahəsi üzrə soyuducu bölməsinin maşinistinə 5-ci (beşinci) dərəcə verilmişdir. 11.05.1992-ci ildə “Kimyasənaye” İstehsalat Birliyi Sumqayıt “Kimyasənaye” SAT EİKF adlanmışdır. 14.12.1992-ci ildə 5-ci dərəcəli maşinistinə 6-cı (altıncı) dərəcə verilmişdir. 01.04.1995-ci ildə xlorparafin-470, superplastifikator və dəmir-xlorid turşusu sexinin 315-ci şöbəsində soyuducu bölmənin 6-cı (altıncı) dərəcəli maşinisti keçirilmişdir. 08.10.1996-cı ildə diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatının 267-ci şöbəsində 6-cı (altıncı) dərəcə kompressor maşinisti keçirilmişdir. 05.05.1998-ci ildə kaustik soda və hava sexində növbə ustası keçirilmişdir. 25.10.1999-cu ildə azot oksigen sexinə 6-cı (altıncı) dərəcəli kompressor qurğusu maşinisti keçirilmişdir. 11.08.2003-cü ildə civə üsulu ilə xlor və kaustik soda sexinin quru qələvi şöbəsinə yükləyici keçirilmişdir. 16.12.2003-cü ildə işdən azad edilmişdir. 17.12.2003-cü ildə Azbentonit MMCdə kompressorçu işinə təyin edilmiş, 19.05.2007-ci ildə işdən azad edilmişdir. 01.11.2007-ci ildə "xxxx" ASC-də istehsalat sexinə 3-cü dərəcəli sement boşaldan fəhlə vəzifəsinə qəbul edilmiş, 06.05.2008-ci ildə işdən azad edilmişdir. 06.05.2008-ci ildə "xxxx" MMC-yə kompressorçu vəzifəsinə işə qəbul edilmiş, 11.07.2011-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 18.04.2012-ci ildə "xxxx" MMC-də sement istehsalı sexinə fəhlə qəbul edilmiş, 01.12.2012-ci ildə mexaniki təmir sexinə çilingər vəzifəsinə keçirilmişdir. 21.09.2015-ci ildə Cəmiyyətin adı dəyişdirilərək “X2” MMC adlandırılmışdır. 07.06.2018-ci ildə müəssisənin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. 04.08.2020-ci ildə müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş “Azərikimya” İB “Səthi Aktiv Maddələr” Zavodunun 05.06.2012-ci il tarixli, 05/534 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən 03 may 1986-cı il tarixindən 25 oktyabr 1999-cu il tarixinədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun lindan istehsalatında soyuducu qurğu maşinisti, bitkilərin kimyəvi mühafizəsi vasitələri istehsalı sexində soyuducu qurğu maşinisti, civə üsulu ilə xlor və kaustik soda istehsalatında soyuducu qurğu maşinisti, ammonyakla soyuducu kompressorlar sexinin 315-ci şöbəsində soyuducu qurğu maşinisti, xlorparafin-470, superplastifikator və dəmir-xlorid turşusu sexinin 315-ci şöbəsində soyuducu bölmənin maşinisti, diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatının 267-ci şöbəsində kompressor maşinisti, kaustik soda və hava sexində növbə ustası vəzifəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 2 №-li siyahısının X bölməsinin 2110A010 şifri üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. İş materiallarına əlavə olunmuş “Azərikimya” İB “Səthi Aktiv Maddələr” Zavodunun 29.04.2003-cü il tarixli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, 03 may 1986-cı ildən 16 dekabr 2003-cü ilə kimi Səthi Aktiv Maddələr zavodunda işlədiyi müddətdə həqiqətən aşağıda göstərilən tarixdə əmək haqqı ödənilməyən məzuniyyətdə olmuşdur: 24.04.2003-24.05.2003, Əmr № 395. İş materiallarına əlavə olunmuş “Azərikimya” İB “Səthi Aktiv Maddələr” Zavodunun 05.06.2012-ci il tarixli, 05/533 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən 11 avqust 2003-cü il tarixindən 16 dekabr 2003-cü il tarixinədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun civə üsulu ilə xlor və kaustik soda sexinin quru qələvi sexində yükləyici vəzifəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı 2 №-li siyahısının X bölməsinin 2110A010 şifri üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 10.10.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 11.11.1984-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarında olan ЗТ № 036921 saylı, 15.03.1986-cı il tarixli diplomun surətinə əsasən İddiaçı 01.09.1980-ci ildən 24.02.1986-cı ilədək Sumqayıt Politexnik texnikumunda texnik-mexanik ixtisası üzrə təhsil almışdır. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 03.08.2021-ci il tarixli, 3104/OH-04-1182 nömrəli məktubunda bildirilmişdir ki, “Azərikimya” İB-nin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun əməkdaşı İddiaçı zavoddakı əmək fəaliyyəti ilə əlaqədar tələb olunan arayışları göndərilir. Həmin sənədlərdən görünür ki: -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 279 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 11 avqust 2003cü ildən 16 dekabr 2003-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun civə üsulu ilə xlor və kaustik soda sexinin quru qələvi şöbəsində yükləyici peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 2-ci bəndinin 2110A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan kimya məhsullarının yüklənməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 275 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 01 fevral 1989cu ildən 31 may 1990-cı ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun epoksid qətranları sexində soyuducu qurğu maşinisti peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 271 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 03 may 1986-cı ildən 30 iyul 1986-cı ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun lindan istehsalatında (sexində) soyuducu qurğu maşinisti peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 272 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 31 iyul 1986-cı ildən 30 sentyabr 1988-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatında (sexində) soyuducu qurğu maşinisti peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 273 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 01 oktyabr 1988-ci ildən 25 yanvar 1989-cu ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatında (sexində) soyuducu qurğu maşinisti peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 274 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 26 yanvar 1989cu ildən 31 yanvar 1989-cu ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatında (sexində) soyuducu qurğu maşinisti peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 276 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 01 iyun 1990-cı ildən 31 mart 1995-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun ammonyakla soyuducu kompressor sexində soyuducu qurğu maşinisti peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 277 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 01 aprel 1995-ci ildən 07 oktyabr 1996-cı ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun xlorparafin-470, superplastifikator və dəmir-xlorid turşusu sexinin soyuducu şöbəsində soyuducu bölməsinin maşinisti peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 278 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 08 oktyabr 1996-cı ildən 04 may 1998-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatının soyuducu şöbəsində kompressor qurğu maşinisti peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak soyuducu bölmələrin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 02.08.2021-ci il tarixli, 123 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 3-cü arxiv fondunda yerləşən keçmiş “Səthi aktiv maddələr” zavodunun sənədlərinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əmək fəaliyyəti aşağıda qeyd olunduğu kimi göstərilir. Приказом № 874 от 21.04.1986 г. - принята в производство машинистом 4-го разряда с 03.05.1986 года. Приказом № 3038 от 14.10.1988 г. - переведен машинистом холодильной установки по 4-го разряда в пр-ва хлора и каустической соды ртутным методом с 01.10.1988 года. Приказом № 3430 от 24.12.1992 г. - переведен машинистом холодильной установки по 6-го разряда в цех №7 с 14.12.1992 года. 05.04.1995-ci il tarixli 1219 saylı əmrə əsasən 01.04.1995-ci il tarixindən 13 saylı sexin (315 şöbəsinə) 6-cı dərəcəli soyuducu bölmə maşinisti keçirilir. 05.05.1998-ci il tarixli 605 saylı əmrə əsasən 05.05.1998-ci il tarixindən kaustik soda və hava sexinə növbə ustası vəzifəsinə keçirilir. 25.10.1999-cu il tarixli 1390 saylı əmrə əsasən 25.10.1999-cu il tarixindən 16 saylı azot oksigen sexinə 6-cı dərəcə ilə kompressor qurğu maşinisti keçirilir. 11.08.2003-cü il tarixli 763 saylı əmrə əsasən 11.08.2003-cü il tarixindən 3 saylı civə üsulu ilə xlor və kaustik soda sexinin quru qələvi şöbəsinə yükləyici keçirilir. 17.12.2003-cü il tarixli 1711 saylı əmrə əsasən 16.12.2003-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilir. -“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun verdiyi 26.07.2021-ci il tarixli, 87 nömrəli arayışda qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, 03.05.1986- 16.12.2003-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunda işlədiyi müddətdə aşağıda göstərilən tarixdə ödənişsiz məzuniyyətdə olmuşdur: 24.04.2003-24.05.2003. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 08.09.2020-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt regional “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 47800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27410,56 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 27.04.2021-ci il tarixli, **********0 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35115,29 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci iİ 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı ilədək ümumi iş stajının 25 il toplanması tələb olunduğu halda iddiaçının ümumi iş stajının 25 ildən az təşkil etdiyini, Qanunun qüvvdə olan 9.1-ci maddəsinə əsasən yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 57 yaşını 02.07.2020-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının yuxarıda qeyd olunan təhsil barədə sənədinə əsasən 01.09.1980-24.02.1986-cı il tarixədək təhsil dövrü 05 il 05 ay 24 gün təşkil edir. Eyni zamanda hərbi biletin surətinə əsasən iddiaçının 10.10.1981-11.11.1984-cü ilədək hərbi xidmət dövrü 03 il 01 ay 03 gün, 03.04.1985-26.07.1985-ci il tarixədək tornaçı peşəsində işlədiyi müddət 03 ay 24 gün təşkil edir. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti, hərbi xidmət və təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin tam hesaba alınmasını mümkün sayır. İddiaçının 10.10.1981-11.11.1984-cü ilədək hərbi xidmət dövrü və 03.04.1985- 26.07.1985-ci il tarixədək tornaçı peşəsində işlədiyi dövr onun 01.09.1980-24.02.1986-cı il tarixədək təhsil dövrü ilə üst-üstə düşdüyündən, məhkəmə ümumi əmək stajına aid edilən həmin hərbi xidmət və əmək fəaliyyəti dövrünün iddiaçının təhsil aldığı 01.09.1980- 24.02.1986-cı ilədək olan dövrlə əhatə olunduğunu nəzərə alıb üst-üstə düşən dövrlərdən təhsil dövrünü ümumi əmək stajına aid edilən iş stajı dövrü kimi qəbul edir. Beləliklə, iddiaçının 01.09.1980-24.02.1986-cı ilədək olan 05 il 05 ay 24 gün, 03.05.1986-16.12.2003-ci il tarixədək (24.04.2003-24.05.2003-cü ilədək olan 01 aylıq haqqı ödənilməyən məzuniyyət dövrü çıxılmaqla) “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunda işlədiyi dövrü 17 il 06 ay 15 gün, 17.12.2003-01.01.2006-cı ilədək "xxxx" MMC-də işlədiyi 02 il 16 gün olmaqla cəmi 25 il 25 gün ümumi iş stajı təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın ******* X. Kimya istehsalatı 2110A020 hazırlanmasında, çəkib qablaşdırılmasında, yüklənməsində, qablaşdırılmasında, tökülməsində; qapalı tutumların və boru kəmərlərin yapışqanlaşdırılmasında; benzinin rekuprasiya olunmasında; 1 №-li Siyahıda sadalanmış xlor balonlarının və digər zərərli kimyəvi məhsullar balonlarının təmirində, boşaldılmasında və sınanmasında işlər, 2110A030-1754a qazgenerator, ammonyak-soyuducu və civədüzləndirici qurğuların, hərbiləşdirilmiş və digər qazxilasedici bölmələrin işçiləri zərərli peşə kimi nəzərdə tutulmuşdur. Təqdim olunmuş iş yerindən güzəştli arayışa əsasən iddiaçının 11 avqust 2003-cü ildən 16 dekabr 2003-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun civə üsulu ilə xlor və kaustik soda sexinin quru qələvi şöbəsində yükləyici peşəsi (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının X bölməsinin 2-ci bəndinin 2110A020 şifrinə əsasən 2 saylı siyahısında sadalanan kimya məhsullarının yüklənməsi sahəsində işlərə, 03.05.1986- 11.08.2003-cü ilədək həmin zavodda işlədiyi soyuducu qurğu maşinisti peşəsi Siyahının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən ammonyak soyuducu bölmələrin işçilərinə uyğun olmaqla güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilinə qiymət verməyi zəruri hesab etmir. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 02.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 02.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar