Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6719/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulması haqqında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində xx.xx.1977-ci il tarixdə tərtib olunmuş 92 saylı doğum haqqında akt qeydi əsasında doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuşdur. xx xxxx 1998-ci il tarixində ona Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Binəqədi RPİ tərəfindən AZ-381094 saylı şəxsiyyət vəsiqəsi qismində sayılan Forma-9 sənədi verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ona verilmiş Forma-9 və doğum haqqında şəhadətnamə iddiaçı tərəfindən itirilmişdir. İddiaçı xx xxxxxx 2001-ci il tarixində Azərbaycan Respublikasının vətəndaşı X19 ilə birgə nikaha daxil olmuş və nikah 216 saylı qeydiyyat nömrəsi ilə Bakı Nikah evində qeydiyyata alınmışdır. Birgə nikahdan sonra iddiaçıya Səfərova soyadı verilmişdir. Həmin birgə nikahdan xx xxxxxx 2001-ci il tarixndə qızı X16 və xx xxx 2007-ci il tarixində oğlu X20 doğulmuşdur. Hər iki övladı da Azərbaycan Respublikasının vətəndaşıdırlar. xx xxxxxx 1999-cu il tarixindən xx xxxx 2008-ci il tarixinə qədər yuxarıda qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-2083/2008-ci il tarixli qətnaməsinə əsasən yuxarıda qeyd edilən ünvandan qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda qeydiyyatsız olaraq yaşamaqdadır. Ona Binəqədi rayon qeydiyyat şöbəsi (əvvəlki adı: Kirov rayonu VVAQ orqanı) tərəfindən xx xxxxxx 1977-ci il tarixində verilmiş olan doğum haqqında şəhadətnamə və AR Daxili İşlər Nazirliyi Binəqədi RPİ tərəfindən xx xxxx 1998-ci il tarixində verilmiş Forma-9 adlı sənəd itdiyi üçün iddiaçı hal-hazırkı dövrə qədər şəxsiyyəti təsdiq edən sənədi ala bilmir. Belə ki, şəxsiyyət vəsiqəsi olmadığı və Forma-9 sənədini itirildiyi üçün Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən ona yeni doğum haqqında şəhadətnamə verilməməkdədir. Həmçinin xx xxxxxx 1977-ci il tarixində verilmiş olan doğum haqqında şəhadətnamə itdiyi üçün iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair arayışı AR Dövlət Miqrasiya Xidmətindən ala bilmir. Belə ki, AR vətəndaşlığına mənsubiyyətini təsdiq edən arayışı alıb şəxsiyyət vəsiqəsini əldə edə bilməyi üçün AR Dövlət Miqrasiya Xidmətindən iddiaçıdan doğum haqqında şəhadətnaməni təqdim etməyini tələb etdilər. Bu isə öz növbəsində onun vətəndaş olaraq Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini ala bilməyinə mühüm maneə təşkil edir. Yəni doğum haqqında şəhadətnaməmin olmaması onun şəxsiyyət vəsiqəsini almaq imkanından da məhrum edir. Bunları nəzərə alaraq cavabdeh Binəqədi rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, ona təkrar doğum haqqında şəhadətnamə verilməsini istəmişdir. Cavabdeh orqan tərəfindən xx xxxxxx 2020ci il tarixində verilən cavabda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin şəxsiyyət vəsiqəsi olduğu bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərinə uyğun oaraq 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələrin verilə biləcəyi qeyd edilmiş, qeyd edilənlərə əsasən şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmadığı, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Həmçinin şəxsiyyət vəsiqəsini aldıqdan sonra doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət edilə biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 2-1(112)-6719/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona xx xxxxxx 1976-ci il tarixdə Bakı şəhərində doğulmağı barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 92 saylı qeyd edilmiş Sadıxova (Səfərova) Xatirə Məhərrəm qızına şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddiaçının iddiasına etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 3-cü şəxs X8 məhkəmə iclasında verdiyi izahatında, məhkəmə iclasında iştirak edən İddiaçı onun bacısı olduğunu qeyd edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və 3-cü şəxsin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri Kirov rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1977-ci il tarixdə verilmiş İV-JQ seriyalı 464120 №li doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur, atası kimi X5, anası kimi isə X3 qeyd edilmişdir. Səadət sarayı Bakı Nikah evi tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 007999 №li nikah haqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən görünür ki, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş X19 ilə xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı arasında bağlanmış nikah 2001-ci ilin fevral ayının 17-ci günündə akt qeydləri kitabında 216 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Səfərov, arvada isə Səfərova soyadı verilmişdir. Bakı şəhər Yasamal rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı 194584 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən müəyyən edilir ki, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş X9 atası kimi X19, anası kimi isə X10 qeyd edilmişdir. Bakı şəhər Yasamal rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə təkrar verilmiş AZ-İİİ seriyalı 126425 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən müəyyən edilir ki, xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş X13 atası kimi X19, anası kimi isə X10 qeyd edilmişdir. Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı 483365 №li doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən görünür ki, X8 xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuşdur, atası X6 anası X4 qeyd edilmişdir. Bakı şəhəri Binəqədi RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş X7 məxsus AZE seriyalı 09349493 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş X8 ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsi tərəfindən məktubla ərizəyə cavab olaraq sonuncuya şəxsiyyət vəsiqəsinin olmadığı üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/2-6121/13 №li məktubda göstərilmişdir ki, valideynləri xx.xx.1929-cu il təvəllüdlü X6 və xx.xx.1933-cü il təvəllüdlü X4 olan xx.xx.1976-cı il təvəllüdlü Xatirə Sadıqovanın (Səfərovanın) doğumu xx.xx.1977- cı ildə Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İddiaçı (Səfərova) xx.xx.2001-ci ildə Səadət Sarayında (Bakı nikah evində) xx.xx.1966-cı il təvəllüdlü X19 ilə nikaha daxil olmuş və bu nikahdan doğulmuş xx.xx.2001 -ci il təvəllüdlü Xalidə Səfərovanın doğumu xx.xx.2002-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində, xx.xx.2007-ci il təvəllüdlü Səfər Səfərovun doğumu isə xx.xx.2007-ci ildə Səbail rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/Q957/13 №li məktubu ilə məhkəməyə daxil olmuş İddiaçı doğumu haqqında xx.xx.1977-ci il tarixli 92 nömrəli akt qeydinin surətindən müəyyən olunur ki, sonuncu xx xxxxxx 1976-cı ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur. Doğum haqqında akt qeydinin “Uşaq haqqında məlumat” qrafasında uşağın adı “Xatirə”, soyadı “Sadıxova”, ata adı “Məhərrəm”, ata-anası haqqında məlumat qrafasında atası kimi X5, anası kimi isə X1 qeyd olunmuşdur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamə verilməsi mümkündür. Lakin iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı üçün, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı Sadıxova (Səfərova) Xatirə Məhərrəm qızına şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, doğumu doğum akt qeydləri kitabında xx xxxxxx 1977-ci ildə 92 nömrə ilə qeydə alınmış İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6719/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6719/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver