Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-672/2020 02.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1aq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, 1991-1993-cü illərdə döyüş əməliyyatlarında xidmətinin olması nəzərə alınaraq ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair yazılı münasibət bildirməsi tələb edilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair xx.xx.2020-ci il tarixli 11/716 saylı yazılı etirazında bildirilmişdir ki, İddiaçı müvafiq komissiyaya müraciət etməmişdir. Göstərilən səbəbə görə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin yazılı etirazında göstərilənlərin araşdırılması məqsədilə iddiaçıya 02 mart 2020-ci il tarixli hüquqi yardım məktubu göndərilmiş, cavabdeh inzibati orqana müraciətin edilməsini təsdiq edən sənədin və ya cavabdehin imtinasının məhkəməyə təqdim edilməsi üçün 30 mart 2020-ci il tarixədək, daha sonra isə xx.xx.2020-ci il tarixli hüquqi yardım məktubu ilə xx.xx.2020-ci ilədək müddət təyin edilmişdir. Qeyd edilən məktub rəsmi qaydada iddiaçının ünvanına göndərilməsinə baxmayaraq, poçt rabitə xidməti tərəfindən geri qaytarılmışdır. İşdə olan sənədləri araşdıraraq belə qənaətə gəlirəm ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçı tərəfin hazırki iddia tələbi ilə məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən, bununla baglıcavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən iddiaya dair xx.xx.2020-ci il tarixli 11/716 saylı yazılı etirazında İddiaçı müvafiq komissiyaya müraciət etməməsi barədə göstərilənləri nəzərə alaraq iddianın mümkün sayılıb-sayılmaması ilə bağlı məsələyə baxılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 19 iyun 2020-ci il tarixli məlumatında xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən iş üzrə müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı hazırki iddia tələbində qaldırdığı məsələ barəsində məhkəməyədək cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutunu və ya cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmiş, bu səbəbdən də, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, işin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, qaldırdığı məsələ ilə bağlı aidiyyəti inzibati orqana müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-672/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-672/2020
02.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver