Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-672/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və planölçünün verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli BA-00452-2021 nömrəli arxiv arayışın əsasən Bakı Şəhər XDS İK-nın torpaq şöbəsinin Mərdəkan, Qala, Türkan, Binə, Keşlə, Şüvəlan kəndləri ərazisində həyətyanı torpaq sahələrinin dəyişdirilməsi üzrə 27 may 1939-cu il tarixli aktlar kitabında SSRİ XDS-in “Kolxozçuların ictimai torpaqlarının dağıdılmaqdan mühafizə etmək tədbirləri haqqında” qərarı ilə kolxozçuların, tək təsərrüfatçıların və qeyrikolxoz üzvü olmayanların Azərbaycan SSR, Əzizbəyov rayonu, Binə kəndi, Kuybışev kolxozundakı həyətyanı sahələrinin ölçülərinin aparılması barədə tərtib olunmuş kitabın saxlama vahidinin 128-ci səhifəsində tərtib olunmuş akta əsasən 144-cü səhifənin 171-ci sıra sayında X8 ayrılmış torpağın ümumi sahəsi 0,38 ha-dır. Göstərilən torpaq sahəsi 1940-cı ildən etibarən İddiaçı və onun anası X12 istifadəsində olmuşdur. 1941 – 1945-ci illərdə (müharibə dövründə) yaralı əsgər və zabitlərin yaxınlıqda yerləşən hərbi hospitala daşınması məqsədilə həmin torpaq sahəsinin hasarı boyu gedən piyada yolunun avtomobillərin hərəkəti üçün genişləndirilməsinə zərurət yaranmışdır. Belə olan halda, onların ailəsi istifadələrində olan torpaq sahəsinin hesabına həmin yolun genişləndirilməsinə razılıq vermişlər. Bununla da torpaq sahəsinin ölçüsü azaldılaraq 0,32 ha olmuşdur. Vİ-İQ seriyalı 338283 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı X12 və X5 övladıdır. X19 9 iyul 1995-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və bu barədə 8 dekabr 2012-ci il tarixli 1811 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunmuşdur. 16 dekabr 1978-ci il tarixli vəsiyyətnamə ilə X19 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun ölüm günü ona məxsus olacaq bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. ünvan 2 ünvanlanmış 26 aprel 2016-cı il tarixli 165 saylı məktubunda Notariat Kontoruna 9 iyul 1995-ci il tarixdə vəfat etmiş X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30 dekabr 2014-cü il tarixli məktubu əsasında ünvan 3 ünvanındakı fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi daxil olması və onun vərəsə kimi tanınması bildirilmiş, icraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq göstərilən əmlaka çıxarış verilməsi xahiş olunmuşdur. İddiaçı ilk əvvəl torpaq sahəsinin şimal hissəsində 11.3 kv.m yaşayış və 12.3 kv.m mətbəx otağından ibarət bir mərtəbəli ev, daha sonra həmin evə bitişik bir mərtəbəli, hər birinin 27 kv.m sahəsi olan və hər biri 2 otaqdan ibarət, ayrıayrı giriş-çıxışı olan iki yaşayış sahəsi və yaşayış sahələrinin yanında ümumilikdə 8 kv.m sahəsi olan kömək sahə (sanitar qovşaq) tikmişdir. Daha sonra sahənin cənub hissəsində yerləşən iki mərtəbəli 170 kv.m sahəsi olan, 3 otaqdan, 1 eyvandan və 1 mətbəx otağından ibarət yaşayış sahəsi tikilmişdir. İddiaçı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və plan və ölçünün verilməsi ilə bağlı ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ərizəsinə hüquq müəyyənedici sənədləri əlavə etmişdir. Lakin 10 fevral 2020-ci il tarixli ********** nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin ölçüsü 0,08 ha göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 19 yanvar 2015-ci il tarixli 176 nömrəli arxiv çıxarışında ayrılmış torpaq sahəsinin ümumi ölçüsünün 0,38 ha təşkil etdiyi qeyd olunmuşdur. Həmçinin torpaq sahəsinin təqribən 0,06 ha hissəsinin dövlət ehtiyacları üçün alınması nəzərə alındıqda, ümumi hasarın daxilində olan sahənin ölçüsü hazırda faktiki olaraq 0,32 ha təşkil edir. Göründüyü kimi, torpaq sahəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınarkən müəyyən yanlışlıq baş vermişdir. Belə ki, sənədlərdən göründüyü kimi, Dövlət reyestrindəki yazılarda (çıxarış və texniki pasport) hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq var. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Qeyd olunan uyğunsuzluqla bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin təmsilçilərinin cavabı belə olmuşdur ki, əvvəlki dövrlərdə tərtib olunmuş texniki pasportda torpaq sahəsinin ölçüsü 0,10 ha kimi göstərilmiş, faktiki olaraq 23 kv.m sahəsi olan “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin 0,08 ha olan hissəsi hasara alındığından, həmin qaydada da qeydiyyata alınmalıdır. Hesab olunur ki, bu yanlış yanaşma düzgün olmayan dövlət qeydiyyatı ilə nəticələnəcək və onun (İddiaçı) mülkiyyət hüququnun pozulmasına gətirib çıxaracaq. Göstərilənlərə və İPM-in 22.3, 34.1, 35.1, 58.7, 68-ci maddələrinə əsaslanaraq, Bakı Şəhər XDS İK-nın torpaq sahəsinin Mərdəkan, Qala, Türkan, Binə, Keşlə, Şüvəlan kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə 27 may 1939-cu il tarixli aktlar kitabında Azərbaycan SSR XDS-in “Kolxozçulara ictimai torpaqların dağıdılmaqdan mühafizə etmək tədbirləri haqqında” qərara əsasən kolxozçuların, tək təsərrüfatçıların və qeyri-kolxoz üzvü olmayanların Əzizbəyov rayonu, Binəq kəndi, Kuybışev kolxozundakı həyətyanı sahələrin ölçülərinin aparılması barədə tərtib olunmuş kitabın saxlanma vahidinin 128-ci səhifəsində tərtib olunmuş akta əsasən 144-cü səhifənin 171-ci sıra sayında X9 ayrılmış hazırda ümumi sahəsi 0,32 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 29 aprel 2021-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. O, müvafiq tələblə bağlı 116 fevral 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Əlavə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyınedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Həmçinin, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 16 aprel 2021-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.3, 55, 11.1-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbycan Respublikası Qanununun 10-cu maddəsinə, İPM-in 35.1, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə İddiaçı X6 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında surəti olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1811 nömrəli 8 dekabr 2012-ci il tarixli arayışdan görünür ki, X19 9 iyul 1995-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına surəti əlavə edilmiş Bakı şəhəri 31 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 18 yanvar 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, 9 iyul 1995-ci il tarixdə ölmüş X11 miras qalmış miras əmlak kimi Bakı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, 1ci dalan, 9 saylı yaşayış evi və həmin ünvanda yerləşən 0,08117 ha torpaq sahəsinə İddiaçı tam hissədə pay almışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, 1-ci dalan, 9 saylı ev (23,6 kv.m ölçüdə) və həmin ünvanda yerləşən 0,08117 ha torpaq sahəsi X13 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 oktyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 8 oktyabr 2019-cu il tarixdə aşağıdakı məzmunda, notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmişdir: - X1 miras qalmış ünvan 5 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi, sənəd üzrə 1.038 kv.m torpaq sahəsindən faktiki olan 811 kv.m torpaq sahəsinə çıxarış verilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1962-ci ildə X12 adına verilmiş “Şəxsi mülkiyyət hüququ üzrə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dai” pasportun surətindən görünür ki, həmin pasportda Bakı şəhəri, Sərdarov küçəsi, 1-ci dalan, 0 saylı evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1.038,7 kv.m göstərilmişdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı 338283 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, həmin şəhadətnamədə xx xxxx 1934-cü il tarixdə doğulmuş İddiaçı atası qrafasında “X14”, ana qrafasında “X19” göstərilmişdir. İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 12 fevral 2021-ci il tarixli BA-00452-2021 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Bakı Şəhər XDS İK-nın torpaq şöbəsinin Dövlət Arxivinin Bakı Filialında saxlanılan Mərdəkan, Qala, Türkan, Binə, Keşlə, Şüvəlan kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə 27 may 1939-cu il tarixli aktlar kitabında SSRİ X18 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı qərarına əsasən kolxozçuların, tək kolxozçuların və qeyri kolxoz üzvləri olmayanların Az.SSR Əzizbəyov rayonu, Binə kəndi Kuybışev adına kolxozdakı həyətyanı uçastoklarının ölçülərinin aparılması barədə tərtib olunmuş kitabın saxlanma vahidinin 128-ci səhifəsində tərtib olunmuş akta əsasən 144-cü səhifənin 171-ci sıra sayında X22 ayrılmış torpağın ümumi sahəsi 0,38 ha, o cümlədən yaşayış binası altında 0,01 olmaqla evin yanında uzunluğu 35, eni 20, sahəsi 700, qeyri yerlərdə sahəsi 0,31, artıq 0,305 olması barədə qeydiyyatlar vardır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, 1-ci dalan, 9 saylı ev (23,6 kv.m ölçüdə) və həmin ünvanda yerləşən 0,08117 ha torpaq sahəsi X7 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10 fevral 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, 1-ci dalan, 9 saylı evə dair X7 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 08 fevral 2020-ci il tarixdə “Texniki pasport” tərtib edilmişdir və həmin texniki pasportda evin həyətyanı torpaq sahəsinin ölçüsü 0,08117 ha göstərilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İş üzrə ilkin iddiaçı X16 vəfat etdiyindən və hazırkı inzibati hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən, hazırkı iddiaçı X6 onun varəsi kimi iddia üzrə subyektiv hüquqa malik olmuş sayılır. Eləcə də, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi inzibati münasibətlərin yarandığı dövrdə fəaliyyət göstərmiş orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərini həyata keçirdiyindən və sonuncu tərəfindən mərhum X4 əlavə torpaq sahəsinin qeydiyyata alınmasına dair müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün qiymətləndirilir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaklara, o cümlədən fərdi yaşayış evlərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsasların dairəsini konkret müəyyən etmişdir. Lakin mərhum İddiaçı mülkiyyət hququnun qeydiyyata alınması üzrə inzibati icraatda ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə dair qeydiyyatın əsası kimi təqdim edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də miras əmlak olan torpaq sahəsinin ölçüsü 0,08117 ha, yəni 811,7 kv.m göstərilmişdir. Hətta notariat orqanında həmin şəhadətnamənin rəsmiləşdirilməsi zamanı vərəsə İddiaçı müvafiq ərizəsində evin 0,38 ha ölçüdə deyil, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportunda əks olunmuş 1.038 kv.m ölçüdə torpaq sahəsinin bir hissəsi kimi 811,7 kv.m torpaqdan miras alınmasına razılıq bildirilmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfin sübut qismində təqdim etdiyi sənədə, yəni müvafiq ünvanda 0,38 ha ölçüdə torpaq sahəsinin İddiaçı mərhum anası X15 məxsus olmasına dair arxiv arayışına gəldikdə isə, məhkəmə vurğulayır ki, daşınmaz əmlaka «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş (və yaranmış) hüquqlara dair sənədlərin siyahısı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmişdir. Lakin iddiaçı tərəfin təqdim etdiyi həmin sənəd sözügedən siyahıda sadalanan əsaslardan hər hansı birinə aid deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı torpaq sahəsinə (əlavə ölçüdə) hüquqların qeydiyyata alınmasından imtinası qanuna zidd sayıla bilməz və bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olan qismində qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməs» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməs» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-672/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-672/2022
04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver