Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6726/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxx”məhdud məsuliyyətli cəmiyyətinincavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə qarşı icra məmurunun qanunsuz hərəkətlərinin ona qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxx”məhdud məsuliyyətli cəmiyyəti Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehBakı şəhər Nizami rayon İcra və probasiya şöbəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinin və Bakı şəhəri Səbail rayonu X5 küçəsində 0,09912 ha torpaq sahəsində yerləşən 19 saylı mənzilinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verdiyi hərrac sifarişləri ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı idda ərizəsində göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 937/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsinin xx.xx.2012-ci il tarixli 027-012 saylı təminatlı kredit müqaviləsinə keçirilməsi nəzərə alınmaqla həmin müqavilə üzrə X2 667952,01 manat məbləğində əsas borc, 7.000 manat məbləğindən və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinə və X3 məxsus Bakı şəhəri Səbail rayonu X5 küçəsində istifadədə olan 0,09912 torpaq sahəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136,6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 nömrəli mənzilə yönəldilməsi, “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinin ilkin satış qiyməti ******* manat məbləğində, X3 məxsus Bakı şəhəri Səbail rayonu X5 küçəsində istifadədə olan 0,09912 torpaq sahəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136,6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 nömrəli mənzilinin ilkin satış qiyməti 448.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, bankın kredit tələbi satılmış əmlaklar hesabına ödənilməsi, əmlakların satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin ipoteka qoyan cavabdehlərə qaytarılması və.s nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi 2016-cı ildə icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmiş, Yasamal rayon icra şöbəsi tərəfindən yuxarıda göstərilən əmlaklar açıq hərracda satılması üçün “X1 Mərkəzi” MMC-yə göndərilmişdir. Hərrac şirkəti qanunvericiliyə uyğun hərracı keçirmiş, hərrac raş tutmamış, xx.xx.2018-ci il tarixdə AR Mülki Məcəlləsinin 319.3-cü və 398-ci maddələrinə əsasən ipoteka saxlayan alıcı qismində iştirak etdiyi üçün əmlakın alınmasına dair müqavilə bağlanması üçün “xxxxxxxxxxx” ASC-yə təklif edilmişdir. Həmin dövrdə “xxxxxxxxxxx” ASC əmlakların alınması üçün müqavilə bağlanmasmdan imtina etmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi 2-9079/2017-10-003 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı “xxxxxxxxx” MMC-yə məktub göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə sifariş verərək borclu “xxxxxxxxx” MMC-yə məxsus dəyəri ******* manat olan Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinin hərrac yolu ilə satışının həyata keçirilməsini xahiş etmişdir. İcra məmuru tərəfindən eyni tarixli sifarişlə həm də X3 məxsus Bakı şəhəri Səbail rayonu X5 küçəsində istifadədə olan 0,09912 torpaq sahəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136,6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 nömrəli mənzilinin ilkin satış qiyməti 448.000 manat məbləğində olmaqla açıq hərracda satılması xahiş edilmişdir. Halbuki, MMC icra məmuruna xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, qeyd edilən əmlaklar artıq hərraca çıxarılmış, hərrac bir dəfə baş tutmamışdır. Əmlakların təkrar hərraca çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Lakin, icra məmuru onların haqlı tələblərini təmin etməmiş, qanunsuz hərrac sifarişini vermişdir. Bununla yanaşı rəsmi qeydiyyatdan keçmiş müraciətinə də cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, hazırki mübahisəli əmlaklar satılmadığı üçün “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2018-ci il tarixli 3285 saylı məktubla sifariş geri qaytarılmış, Bakı şəhər Nizami rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli 26/10 saylı məktubla yenidən “xxxxxxxxxx” MMC-yə məxsus dəyəri 2.080.000 (iki milyon səksən min) olan Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinin hərracda satılması barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə sifariş göndərilmişdir. Hazırda iddiaçı Bakı şəhər Nizami rayon İcra və probasiya şöbəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinin və Bakı şəhəri Səbail rayonu X5 küçəsində 0,09912 ha torpaq sahəsində yerləşən 19 saylı mənzilinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə verdiyi hərrac sifarişləri ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X4 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “xxxxxxxxxx”məhdud məsuliyyətli cəmiyyətinincavabdeh Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə qarşı icra məmurunun qanunsuz hərəkətlərinin ona qadağan edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6726/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6726/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver