Məhkəmə qərarları › İş №2-1(112)-6727/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6727/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6727/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Ağazadə İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş B22 192713 nömrəli xx.xx.2022-ci il tarixli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 02 iyul 2018-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. X2 02 iyul 2018-ci il tarixli qərarı ilə ona fəlsəfə ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Təhsili müvəffəqiyyətlə başa vurduqdan sonra 209 qeydiyyat nömrəsi ilə C 011349 nömrəli xx.xx.2018-ci il tarixli diplom verilmişdir. 2019-cu ildə əlavə təhsil almaq üçün (ikinci ali təhsil) Taras Şevçenko adma Kiyev Milli Universitetinin Hüquq fakültəsinin qiyabi kursuna qəbul olmuşdur. 2022-ci ildə Taras Şevçenko adma Kiyev Milli Universitetini bitirmişəm. Ukrayna Elm və Təhsil Nazirliyinin akkreditasiyası tərəfindən Proqram Fənn sahəsi üzrə hüququ tam kursunu birtirmi, Bakalavr dərəcəsinin təhsil səviyyəsinin Hüquq, proqram sahəsi üzrə isə Hüquq ixtisasını qazanmışdır. Təhsili müvəffəqiyyətlə başa vurduqdan sonra ona B22 192713 nömrəli xx.xx.2022-ci il tarixli diplom verilmişdir. Diplomu aldıqdan sonra diplom üzrə ixtisasının ölkə ərazisində tanınması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında «Təhsildə Keyfiyyət Təminatı Agentliyi»nə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla müraciətinə imtina verdi. İmtina onunla əsaslandırılır ki, tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğu üçün mənim konstitusiya ilə qorunan təhsil almaq hüququmu pozduğundan, pozulmuş hüququm məhkəmə qaydasında bərpa olunmalıdır. Əvvala ona görə ki, ixtisası rus dili olduğu üçün bütün dərslər rus dilində keçirilirdi. Rus dilində də müsahibəni normal vermişdir. Lakin qeyri-ixtisas fənlərindən suallar verildiyi üçün həmin sualları cavablandırmaqda qismən çətinlik çəkmişdir.

3. Məhkəmənin xx.xx.2023-ü il tarixli qərardadı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Ekspert Qrupu) tərəfindən Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş B22 192713 nömrəli xx.xx.2022-ci il tarixli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar yenidən inzibati icraatın aparılması Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınaraq, bu məqsədlə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir.

4. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 25 iyul 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(112)-6727/2023 saylı qərardadının icrası məqsədilə iddiaçı Məmmədov oğlunun Ukrayna T.Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, B22 № 192713 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur.

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə cavabdehin məhkəməyə ünvanlanmış məktubunu, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.

7. İnzibati Prosessual Məcəlləsi: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar