Məhkəmə qərarları › İş №2-1(112)-6729/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6729/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6729/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Cavabdeh - Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə general mayoru CavabdehN hərəkətlərinə hüquqi qiymət verilməsi, cavabdeh - Hüquq İdarəsinin rəisi ədliyyə general mayoru CavabdehN xx.xx.N0N4-cü il tarixində ona ünvanladığı cavab məktubunda (Əlavə 6) göstərdiyi - Hüquq İdarəsi tərəfindən aparılmış inzibati icraat zamanı hüquqlarının pozulması hallarının aşkar edilməməsini təsdiq edən sənədlərin sürətini (məlumat üçün bildirilir ki, MN-də bütün araşdırmalar yalnız yazılı şəkildə aparılmalıdır) Bakı İnzibati Məhkəməsinə təqdim etməsi, N013-cü ilin dekabr ayında Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qanunsuz olaraq ləğv edilən "Usta" məharət dərəcəsinin bərpa edilməsi və bu səbəbdən N013-ci il ərzində vurulan maddi ziyanı - əmək haqqının 35 faizinin iddiaçıya qaytarılması, N014-ci ilin dekabr ayında məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) sınaqlarından "Usta məharət dərəcəsinə layiq görülsə də, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qanunsuz olaraq iddiaçıya 1-ci məharət dərəcəsi verildiyindən, "Usta" məharət dərəcəsinin bərpası və N014-ci il yanvar ayından bu günə qədər ödənilməyən əmək haqqının 10 faizinin iddiaçıya ödənilməsi, N009-N013-ci ilin dekabr ayına qədər icra etdiyi Hərbi Hava Qüvvələri Komandanı vəzifəsindən N013-cü ildə qanunsuz olaraq bir neçə pillə aşağı vəzifəyə təyin edildiyi üçün, qanunsuzluq nəticəsində bu günə qədər HHQ komandanı - Korpus komandirinin müavini vəzifələrinin maliyyə vəsaitləri arasındakı fərqin - N014-cü ilin yanvar ayından bu günə qədər iddiaçıya qaytarılması barədə, heç bir Hərbi Həkim komissiyası keçirilmədən MN Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq sədri general mayor İbrahimov Elxan tərəfindən saxta olaraq hazırlanmış xx.xx.N015-ci il tarixli, 589 nömrəli tibbi sənədləri Ali Baş Komandan cənab İlham Əliyevə təqdim edərək iddiaçını istefaya göndərmələri faktı əsasında yol verilən saxtakarlığa hüquqi qiymətin verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilata ünvanladığı araşdırılmasını tələb etdiyi müraciətlərinin hansı qaydada araşdırmasını, nələr müəyyən etməsini, iddiaçıya qarşı olan pozuntuların qanuni olmasını bildirdiyi kimi, bu xüsususatları təsdiq edən sənədləri təqdim etməklə, müraciətinin araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi general-mayor CavabdehN hərəkətlərinə hüquqi qiymət verilməsi, N013-cü ilin dekabr ayından Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qanunsuz olaraq ləğv edilən “usta” məharət dərəcəsinin bərpa edilməsi və bu səbəbdən N014-cü il ərzində Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq iddiaçıya vurulan maddi ziyanın əmək haqqının 35 faizinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, N014-cü ilin dekabr ayından keçirilən “ Məharət dərəcəsinin verilməsinə layiq görülsə də, Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən iddiaçıya qanunsuz olaraq 1- ci məharət dərəcəsinin verilməsini nəzərə alaraq, “Usta” məharət dərəcəsinin N014-cü il dekabr ayından bərpa olunması və N014-cü ilin yanvar ayından bu günə qədər ödənilməyən əmək haqqının 10 faizinin (usta məharət dərəcəsinə görə -35 faiz, 1-ci məharət dərəcəsi -N5 faiz arasındakı fərqin) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, N009-N013-cü ilin dekabr ayına qədər icra etdiyi Hərbi Hava Qüvvələri Komandanı vəzifəsindən N013-cü ildə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən heç bir əsas göstərmədən, qanunsuz olaraq bir neçə pillə aşağı vəzifəyə təyin edildiyini nəzərə alaraq , qanunsuzluq nəticəsində bu günə qədər HHQ komandanı Müdafiə Nazirinin müavini və Korpus komandirinin müavini vəzifələrinin maliyyə vəsaitləri arasındakı fərqin – N014-cü ilin yanvar ayından bu günə qədər olan dövr üçün iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, heç bir həkim komissiyası keçirilmədən MN Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq sədri, hal-hazırda istefada olan general-mayor İbrahimov Elxan tərəfindən saxta olaraq hazırlanmış tibbi sənədlərini Ali Baş Komandan cənab İlham Əliyevə təqdim etməklə iddiaçını istefaya göndərmələri faktı əsasında yol verilən saxtakarlığa hüquqi qiymətin verilməsi, qanunsuz olaraq N013-N015-ci illər ərzində məhrum olunduğu qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qanunsuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatının iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması, N015-ci ildən N0N4-ci ilə qədər keçən 9 il müddətində təqaüdünün qanunsuz olaraq keçirildiyi aşağı vəzifənin vəzifə maaşı ilə hesablanması nəticəsində hər ay təxminən 500 manat az təqaüd almaqla ildə 6000 manat olmaqla, 7 ildə iddiaçıya 56.000 manat vurulan maddi ziyanla bağlı konpensasiya ödənilməsi, iddiaçıya dəyən mənəvi ziyan olaraq 50000 (əlli min) manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli cavabının, iddiaçının qaldırdığı məsələlərlə bağlı hüquq pozuntusunun olmadığı barədə gəldiyi qərarın ləğv edilməsi, bununla iddiaçının hüququnun pozulması ilə bağlı məsələlərin yenidən araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N013-cü ilin dekabr ayından Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qanunsuz olaraq ləğv edilən “usta” məharət dərəcəsinin bərpa edilməsi və bu səbəbdən N014-cü il ərzində Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq iddiaçıya vurulan maddi ziyanın - əmək haqqının 35 faizinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması; N014-cü ilin dekabr ayından keçirilən “Usta” məharət dərəcəsinin verilməsinə layiq görülsə də, Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən iddiaçıya qanunsuz olaraq 1-ci məharət dərəcəsinin verilməsini nəzərə alaraq, “Usta” məharət dərəcəsinin N014-cü il dekabr ayından bərpa olunması və N014-cü ilin yanvar ayından bu günə qədər ödənilməyən əmək haqqının 10 faizinin (usta məharət dərəcəsinə görə - 35 faiz, 1-ci məharət dərəcəsi - N5 faiz arasındakı fərqin) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; N009- N013-cü ilin dekabr ayına qədər icra etdiyi Hərbi Hava Qüvvələri Komandanı vəzifəsindən N013-cü ildə Müdafiə nazirliyinin rəhbərliyi tərəfindən heç bir əsas göstərmədən, qanunsuz olaraq bir neçə pillə aşağı vəzifəyə təyin edildiyini nəzərə alaraq , qanunsuzluq nəticəsində bu günə qədər HHQ komandanı Müdafiə Nazirinin müavini və Korpus komandirinin müavini vəzifələrinin maliyyə vəsaitləri arasındakı fərqin – N014-cü ilin yanvar ayından bu günə qədər olan dövr üçün iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması; heç bir həkim komissiyası keçirilmədən MN Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq sədri, halhazırda istefada olan general mayor İbrahimov Elxan tərəfindən saxta olaraq hazırlanmış tibbi sənədlərini Ali Baş Komandan cənab İlham Əliyevə təqdim etməklə iddiaçını istefaya göndərmələri faktı əsasında yol verilən saxtakarlığa hüquqi qiymətin verilməsi; qanunsuz olaraq N013-N015-ci illər ərzində məhrum olunduğu qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qanunsuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatının ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması, qeyd etdiyi bu məsələlərin araşdırılması məsələsini Müdafiə Nazirliyindən xahiş etmişdir. Müraciətdə qeyd etdiyi məsələlərə iddiaçı toxunmuşdur. Lakin iddiaçının müraciətinə hüququnun pozulmasının aşkar olunmadığı qeyd edilmişdir. İddiaçı həmin araşdırma materialı ilə onu tanış etmələrini xahiş etsə də, lakin müraciətinə cavab verilməmişdir. Həmin müraciətin araşdırılması materialları ilə tanış olmaq istəyir. Eyni zamanda bildirir ki, Müdafiə Nazirliyi həmin məsələləri araşdırmamışdır. Bununla da hüquq pozuntuları olduğu halda, hüququnun pozulmamasını qeyd etmişdir. Ona görə də hesab edir, Müdafiə Nazirliyinin iddiaçının qaldırdığı məsələlərlə bağlı hüquq pozuntusunun olmadığı barədə gəldiyi qərarı ləğv edilməli, hüququnun pozulması ilə bağlı məsələlərin araşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müdafiə nazirinin N7 iyun N009-cu il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin qərargah rəisi- Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsinə (ştat kateqoriyası "polkovnik”) təyin edilmiş və həmin əmrlə Hərbi Hava Qüvvələrinin komandanı- müdafiə nazirinin müavini vəzifəsinin icrasına buraxılmışdır.13 dekabr N013-cü il tarixdə aparılan sınaq yoxlama imtahanları zamanı məzuniyyətdə olduğu üçün “Usta” məharət dərəcəsindən məhrum edilməsi ilə bağlı müdafiə nazirinin N8 oktyabr N013-cü il tarixli müvafiq əmri ilə tutduğu vəzifədən azad edilərək müdafiə nazirinin sərəncamına keçirilmiş və müdafiə nazirinin N7 dekabr N013-cü il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissə komandirinin müavini (ştat kateqoriyası “polkovnik”) vəzifəsinə təyin edilmişdir.Müdafiə Nazirliyi İşlər İdarəsinin N9 yanvar N0N1-ci il tarixli, 9/116 nömrəli məktubuna müvafiq olaraq iddiaçı N dekabr N013-cü il tarixdən N9 dekabr N013-cü il tarixədək N013-cü ilin hesabına növbəti məzuniyyətdən N7 gün istifadə etmiş və N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunduğu üçün N9 dekabr N013-cü il tarixdən Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Bu səbəbdən iddiaçı N013-cü il tarixdə aparılan sınaq imtahanlarına əvvəlki xidmət etdiyi hərbi hissədən təqdim olunmamışdır.Müdafiə nazirinin N8 fevral N014-cü il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydaları haqqında” Əsasnamənin N6-cı bəndinin tələblərinə əsasən məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlarda üzrlü səbəbdən (xəstəlik, ezamiyyət) iştirak edə bilməyən hərbi qulluqçuların mövcud məharət dərəcəsi növbəti sınaqların keçirilməsinə qədər saxlanılır, bu barədə ixtisas komissiyasının aktında qeyd edilir və müvafiq komandirin (rəisin) əmrinə salınır.Qeyd edilən Əsasnamənin N4-cü bəndinə müvafiq olaraq “Usta” məharət dərəcəsi verilmiş hərbi qulluqçular bu dərəcəni iki ildə bir dəfə, digər məharət dərəcələrini isə ildə bir dəfə təsdiq etdirməlidirlər. Məharət dərəcəsi verilmiş hərbi qulluqçular hərbi uçot ixtisaslarını dəyişdikləri zaman bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və vaxtda yeni ixtisas və vəzifə üzrə məharət dərəcəsinin verilməsi üçün sınaqlara cəlb olunurlar.N013-cü ildə məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar zamanı məzuniyyətdə olması səbəbindən malik olduğu “Usta” məharət dərəcəsi müdafiə nazirinin N4 noyabr N001-ci il tarixli müvafiq əmrinin tələblərinə əsasən növbəti sınaqların keçirilməsinə qədər saxlanılaraq, hərbi uçot ixtisası dəyişdiyi üçün müdafiə nazirinin N8 fevral N014-cü il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydaları haqqında” Əsasnamənin N4-cü bəndinə əsasən müəyyən edilmiş qaydada və vaxtda yeni ixtisas və vəzifə üzrə məharət dərəcəsinin verilməsi üçün sınaqlara cəlb olunmuşdur.N013-cü ildə məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaqlara təqdim edilmədiyi, N014-cü ildə N nömrəli hərbi hissə komandirinin N0 noyabr N014-cü il tarixli müvafiq məktubu ilə “Usta” məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaqlara təqdim olunduğu, sınaq imtahanlarında iştirak edərək nəzəri biliklərdən “yaxşı” qiymət aldığına görə Ali İxtisas Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Motoatıcı və tank ixtisasları üzrə yardımçı komissiyanın aktfna əsasən 1-ci məharət dərəcəsinə layiq görülmüş və Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin NN dekabr N014- cü il tarixli müvafiq əmri ilə ona 1-ci məharət dərəcəsi verilmişdir.İddiaçı 1 iyul N015-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunaraq, “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” kimi şəhadətləndirilərək, 13 avqust N015-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 4N.0.N-ci maddəsinə müvafiq olaraq (xəstəliyə görə) istefaya buraxılmışdır.İddiaçı öz ərizəsində aşağı vəzifəyə qanunsuz keçirilməyini qeyd edərək, ona dəymiş maddi ziyanın və hərbi pensiyasının son vəzifəyə keçirilənədək icra etdiyi vəzifə ilə hesablanmasını xahiş etmişdir.Azərbaycan Respublikası müdafiə nazirinin 18 dekabr N013-cü il tarixli müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, iddiaçı N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən İddiaçı ünvanladığı N9 dekabr N0N4-cü il tarixli, 3- N5-4/N-83N0/N0N4 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının müdafiə nazirinə və müdafiə nazirinin birinci müavıni - Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ünvanlanan dəymiş maddi və mənəvi ziyana dair mövqeyin bildirilməsi və bununla əlaqədar müdafiə nazirinin qəbuluna düşmək istəyinizlə bağlı ərizənizə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır.İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi N013, N014 və N015-ci illərdə verilmiş əmrlərin dəyişdirilməsinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir.Eyni zamanda işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "iddiaçının usta məharət dərəcəsinin bərpa edilməsi, barəsində yeni məlumat vərəqəsinin göndərilməsi və medalla təltif olunması, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.Baki İnzibati Məhkəməsinin 15 mart N0N3-ci il tarixli N- 1(11N)-631/N0N3 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellasiya şikayəti verilməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 3N.N-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 3N.N.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 3N.N.N. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3N.N.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 1.1.bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. N.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qərarın N.0.11.-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində müvafiq şikayət instansiyasına verilir. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərarında göstərilir: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.N. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... N.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. N.N. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.N. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.N. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.N. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. ... 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.N. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Məhkəmə iddiaçının iddia ərizəsində göstərilən halların qanunvericiliyin tələbləri ilə qarşılıqlı təhlilini apararaq hesab edir ki, iddiaçının iddiası AR İPM-də nəzərdə tutulan mümkünlük şərtlərinə uyğun gəlmir. Belə ki, həm ilkin iddia ərizəsindən, həm də sonradan təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizələrdən, eyni zamanda iddiaçının cavabdehə ünvanladığı müxtəlif tarixli müraciətlərdən görünür ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən xx.xx.N013-cü ildə imzalanmış iddiaçının "Usta" məharət dərəcəsinin ləğv edilməsi haqqında əmrinin, N009-cu ildən N013-cü ilin dekabr ayına qədər icra etdiyi Hərbi Hava Qüvvələri Komandanı vəzifəsindən azad edildiyi xx.xx.N013-cü il tarixli və xx.xx.N014-cü ildə N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsinə keçirilməsi haqqında əmrin və 13 avqust N015-ci il tarixli xidmətdən istefaya buraxılması haqqında əmrin ləğvinə nail olmaqla həmin əmrlərin iddiaçı üçün əlverişsiz olan nəticələrinin aradan qaldırılmasından ibarətdir. Göründüyü kimi iddiaçının iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia isə onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia - ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərti iddia müddətidir. İddiaçının iddiası bu şərtinə cavab verib verilməməsinə hüquqi qiymət verərək, məhkəmə aşagıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, onun üçün əlverişsiz nəticələr yaratmış və iddiaçının qanunsuz hesab etdiyi əmrlər barədə iddiaçının xüdmətinin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildikləri ərəfədə məlum olmuşlar.Məhkəmənin gəldiyi bu qənaət ondan irəli gəlir ki, iddiaçı vəzifəsini icra etmədiyi halda bu xidməti münasibətlərdə digər nəticələrə (intizam məsuliyyəti) səbəb ola bilərdi ki, bu nəticələr baş verməmişdir. Bundan başqa iddiaçı iddiasını “Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli cavabının, iddiaçının qaldırdığı məsələlərlə bağlı hüquq pozuntusunun olmadığı barədə gəldiyi qərarın ləğv edilməsi, bununla iddiaçının hüququnun pozulması ilə bağlı məsələlərin yenidən araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi təqdim etməklə “müəyyən etmə və tanınma “ haqqında iddia kimi irəli sürmşdür.Həmin iddialar isə xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Belə ki, belə iddialar üzrə qanunverici konkret müddət məhdudiyyətini müəyyən etməsə də iddiaçı ən azı qısa müddət ərzində inzibati aktın hüquqi nəticələr yaradıb yaratmadığına əmin olmalı idi.Bu səbəbdən də məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən şərt (qısa müddər ərzində tanınma marağı) mövcud deyildir.Çünki yuxarıda qeyd edilən əmrlərin verilməsindən uzun müddət (10 ildən artıq) müddət keçmişdir. Odur ki, məhkəmənin gəldyi nəticəyə görə yuxarıda göstərilənlərə əsasən iddiaçı tərəfindən iddia müddəti buraxıldığı üçün iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin N-ci, 3N, 35-ci, 80, 85-ci mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli cavabının, iddiaçının qaldırdığı məsələlərlə bağlı hüquq pozuntusunun olmadığı barədə gəldiyi qərarın ləğv edilməsi, bununla iddiaçının hüququnun pozulması ilə bağlı məsələlərin yenidən araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan Nacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar