Məhkəmə qərarları › İş №2-1(112)-6730/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6730/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6730/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun mərhum qaynanası X7 2000-2009-cu illər aralığında qulluq etməyinə dair hallar nəzərə alınaraq həmin dövrün sosial sığorta stajına əlavə edilərək əmək kitabçasında göstərilən iş stajı nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunda, Daryurd kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla faktiki olaraq, orada ailə üzvləri ilə birlikdə yaşayır. Eyni zamanda 16 may 1980-ci il tarixindən 25 fevral 1956-cı ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı X8 ilə birgə nikaha daxil olmuş və bu günədək birgə yaşayır. Yuxanda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə 1932-ci ildə anadan olmuş qaynanası (eyni zamanda mənəvi anası) X16 2000-ci ildən xəstələnərək 2009-cu il tarixinədək yaşamışdır. Bu illər ərzində iddiaçı ona qulluq edərək öz övladlıq borcunu yerinə yetirməyə çalışmışdır. Hal-hazırda məhkəməyə müraciət etmək zərurəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən yaranmışdır ki, iddiaçı qaynanası X7 2000 və 2009-cu illər aralığında qulluq etməsi faktını sübut etmişdir. İddiaçının bu məsələlərlə bağlı təsəvvürü olmadığına görə vaxtında bunu sənədləşdirə bilməmişdir. Müvafiq sənədləşmənin vaxtında aparılmaması və yaşlı qaynanasına qulluq etmə faktını təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının mümkün olmaması səbəbindən iddiaçı məhkəməyə qaynanası X7 qulluq etmə faktının təsdiq və sübut edilməsi üçün məhkəməyə qonşuların iştirakı ilə səlahiyyətli orqanlara təqdim etdikləri notarial qaydada təsdiq olunmuş ərizəni təqdim etmişdir. X2, X9 və X5 imzaladığı və 14 saylı notariat ofisinin təsdiqlədiyi ərizənin məzmunundan da göründüyü kimi İddiaçı qaynanası X7 rəhmətə gedən günədək qulluq etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, təqdim etdiyi sübutlar əsasında qaynanası X7 qulluq etdiyi 2000-2009-cu illər aralığı sosial sığorta stajı sayılmalıdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” mərkəzinə müvafiq sənədləri əlavə edərək ərizə ilə müraciət etmişdir. Lakin həmin qurumun 03 avqust 2021-ci il tarixli məktubunə əsasən tələbindən imtina edilmişdir. Sözügedən imtina əsassızdır. Belə ki, sağlamlıq imkanları məhdud olan qaynanası X7 2000-2009-cu ilə qədər qulluq etmişdir. Bu fakt müvafiq aktla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iş üzrə iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququn olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman iddia tələbi üzrə subyektiv hüququn olub-olmaması şərtinə əməl edilib-edilməməsini yoxlamalıdır. İddiaçı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1977-ci il tarixli əmək kitabçasında qeyd edilmiş məlumatlardan göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən az - 16 il 1 ay təşkil edir. Bu səbəbdən iddiaçının iddia tələbi üzrə subyektiv hüququ yaranmır. Sosial Ödənişlərin Təyinatı üzrə X18 Nəzarət və Hüquq Departamentinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən iddiaçının işlədiyi xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Bakı Şəhər Dövlət Layihə İstehlak Birliyi 3 №-li Təmir Tikinti Trestinin 1 №-li Təmir Tikinti İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Müvafiq dövrlər, sosial sığorta stajına əlavə edilsə belə iddiaçıya münasibətdə heç bir hüquqi nəticə yaratmır. İddiaçı iddia ərizəsində 2000-2009-cu illər arasında sağlamlıq imkanları məhdud qaynanası Ş.S.Musayevaya qulluq etdiyini qeyd etmiş, lakin qulluq aktını təqdim etməmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən ahıllara qulluq edilməsi dövrünün sosial sığorta stajı kimi nəzərə alınması üçün qulluq aktının tərtib olunması qaydaları və həmin qaydalara əlavə olunmuş 10 nömrəli əlavədə qulluq aktının nümunəsi göstərilmişdir. Həmin normada qulluq aktının qulluq edilən şəxsin (ahılın) özünün və qonşularının ifadələrinə əsasən tərtib olunması müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin qaynanasına qulluq etdiyini iddia etdiyi 2000-ci ildən 2009-cu il tarixədək olan dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyi-mümkündür. İddiaçı iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ № 352937 nömrəli, xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2009-cu ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İİ-ЖГ № 375432 nömrəli, xx.xx.1980-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X13 xx.xx.1980-ci ildə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1980-ci ildə 1728 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra kişiyə Musayev, qadına isə Musayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş İ-ЖГ № 269606 nömrəli, xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1956-cı ildə anadan olmuşdur. X1, anası X11r. İş materiallarına əlavə edilmiş iddiaçıya aid xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə 1 nömrəli baxçaya tərbiyəçi qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə kitabxanaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə operator təyin edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə müvqqəti opertor vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildən işdən azad edilmişdir. xx.xx.1989-cu ildə Dövlət Mexanizasiya və idarəetmə birliyinə işə qəbul edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə Bakı şəhəri Dövlət Layihə İstehlak Birliyi 3 №-li Təmir Tikinti Trestinin 1 №-li Təmir Tikinti İdarəsinə tabelçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş X4, X9 və X17 notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizədə imzaları ilə təsdiq etmişlər ki, X7 rəhmətə gedən günə kimi ünvan 2-də qeydiyyatda olan İddiaçı baxmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/846 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan Bakı şəhər Dövlət Layihə İstehlak Birliyi 3 №-li Təmir Tikinti Trestinin 1 №-li Təmir Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********709500 nömrəli məlumatın təqdim edilməsi barədə məktubda bildirilmişdir ki, dövlət reyestrində Bakı şəhəri Dövlət Layihə İstehlak Birliyi 3 №-li Təmir Tikinti Trestinin 1 №-li Təmir Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məlumatın təqdim edilməsi barədə məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN xxxxxxx, AZE 0*******) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-6730/2022 nömrəli inzibati işlə əlaqədar Bakı şəhər Dövlət Layihə İstehlak Birliyinin 3 nömrəli Təmir Tikinti Trestinin 1 nömrəli Təmir Tikinti İdarəsinin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi və balansında əmlakının olub-olmaması barədə məlumatların təqdim edilməsi ilə bağlı 29 aprel 2022-ci il tarixli, **********9 nömrəli müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, müraciətinizdə qeyd olunan Bakı şəhər Dövlət Layihə İstehlak Birliyinin 3 nömrəli Təmir Tikinti Trestinin 1 nömrəli Təmir Tikinti İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat aşkar olunmadı. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 407 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində “Bakı Şəhəri Dövlət Layihə İstehlak Birliyi 3 nömrəli Təmir Tikinti Trestinin 1 nömrəli Təmir Tikinti İdarəsi” adlı təşkilat fəaliyyət göstərmədiyi üçün sorğuda qeyd edilən məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İnzibati icraat materiallarından görünür ki, İddiaçı 1 saylı Bakı “Dost” Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsində ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məlumat üçün bildirilir ki, qeyd edilən maddənin tələblərinə əsasən xx.xx.2013-cü il tarixindən sizə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Qeyd edilən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz xx.xx.1977-ci il tarixində tərtib edilmiş əmək kitabçanızın surətinə əsasən sizin sığorta stajınız 16 il 1 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız sığorta stajına (16 il 1 aya) uyğun olaraq 11620,53 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, X21, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1995-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyiniz Bakı şəhəri Dövlət Layihə İstehlak Birliyi 3 №-li Təmir Tikinti Trestinin 1 №-li Təmir Tikinti İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajınıza əlavə edilməmişdir. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, sizin əlilliyinizin müddəti xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq, əmək pensiyanızın ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə sizə 261,42 manat artıq hesablanıb ödənilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olrnadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Həmin maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə olaraq bildirilir ki, sizə təyin edilmiş İİ dərəcə əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixində dayandırıldığı üçün artıq ödənilmiş məbləğ nəzərə alınmaqla sözügedən Qanunun 9.1-2-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək cari müavinətin üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün X22 filialına müraciət etməyiniz tövsiyə olunur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək dövr üzrə qadınlar üçün pensiya yaşı həddi 62 yaşdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla onun yaşa görə əmək pensiyası hüququ 62 yaşın tamam olduğu xx.xx.2020-ci il tarixdən, pensiya ödənilməsi hüququ isə əlilliyə görə əmək pensiyası təyinatı bitdikdən və yaşa görə əmək pensiyası üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçası qeydlərinə əsasən əmək fəaliyyəti üzrə ümumi iş stajı xx.xx.1975-xx.xx.1979-cu ilədək 03 il 11 ay 29 gün, xx.xx.1980- xx.xx.1983-cü ilədək 03 il 02 ay 23 gün, xx.xx.1986-xx.xx.1986-cı ilədək 05 ay 24 gün, xx.xx.1986-xx.xx.1989cu ilədək 02 il 07 ay 03 gün, xx.xx.1989-xx.xx.1995-ci ilədək 05 il 10 ay 15 gün, xx.xx.1995-xx.xx.2001-ci ilədək 05 il 11 ay 19 gün olmaqla 22 il 01 ay 23 gün təşkil edir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən əmək fəaliyyəti dövrü ilə yanaşı mərhum qayınanası X7 2000-2009-cu illərdə qulluq etdiyi dövrün də ümumi iş stajına hesablanmaqla 25 il ümumi iş stajını topladığını və bu əsasla ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. Məhkəmə iddiaçının qeyd etdiyi mərhum X7 qulluq dövrünün iş stajına hesablanmalı olması dəlili ilə aşağıdakılara əsasən razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə). Həmin Qaydaların 3.9-cu bəndinə görə İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajına həm də ahıl şəxslərə qulluq müddəti daxil edilə bilər. Qanunverici ahıl şəxsə qulluq müddətinin sığorta stajına hesablanmasının əsası kimi qulluq aktının tərtib edilməsini zəruri sayır ki, qeyd edilən akt adı çəkilən Qaydaların tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanı və ya cavabdeh orqanın təşkil etdiyi komissiya tərəfindən, lakin xidmət edilən ahılın, qonşuların ifadələrinə və digər məlumatlara əsasən tərtib edilir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının 1932-ci il təvəllüdlü X7 70 yaşına çatdığı vaxtdan - 2002-ci il tarixdən vəfat etdiyi 2009-cu il tarixədək qulluq müddəti ilə bağlı yuxarıda qeyd edilən normalara uyğun olaraq yerli icra hakimiyyəti orqanı və ya cavabdeh orqanın təşkil etdiyi komissiya tərəfindən qulluq aktı tərtib edilməmişdir. İddiaçının təqdim etdiyi qonşuların notarial qaydada təsdiq edilmiş ərizəsi isə qanunla tələb olunan səlahiyyətli orqanlar tərəfindən tərtib edilməli olan qulluq aktını əvəz etmir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə icraatı dövründə qulluq aktının tərtib edilməsi də mümkün olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi qulluq aktı xidmət edilən şəxsin, yəni hazırkı iş üzrə ahıl X6 iştirakı ilə tərtib olunmalıdır ki, qulluq edilən adıçəkilən şəxs 2009-cu ildə vəfat etmişdir. Bu əsasdan onun iştirakı olmadan aktın tərtib edilməsi mümkün deyildir və yaxud hazırkı dövrdə onun iştirakı olmadan tərtib ediləcək aktın hüquqi əhəmiyyəti də olmayacaqdır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından Qanunun yuxarıda göstərilən 22-1.1-ci maddəsi tətbiq edilərək onun xx.xx.2006-cı il tarixədək stajı 25 ilə tamamlanaraq hesablana bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı yetərli deyildir. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar