Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6733/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəhid ailəsi statusunun bərpa olunması öhdəliyinin qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəhid ailəsi statusunun bərpa olunması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinasının qanunsuz hesab edilməsi; 19 aprel 1976-cı ildə Qazax rayonunda doğulmuş oğlu X3 30 oktyabr 1996-cı il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirməsi ilə əlaqədar aldığı güllə yarasından ölməsi nəzərə alınaraq, ona verilmiş “şəhid ailəsi” statusunun 2007-ci ildən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 19.04.1976-cı il təvəllüdlü oğlu X1 rayonunda doğulmuş, 24 may 1994-cü il ildə Qazax rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. O, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmiş və həmin hərbi hissədə xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar aldığı güllə yarasından 30 oktyabr 1996-cı il tarixdə ölmüşdür. Bu barədə olan rəsmi məlumat N saylı hərbi hissə komandiri tərəfindən imzalanmış 30.10.1996-cı il tarixli, 307 nömrəli əmrdə qeyd olunmuşdur. Həmin əmrin həqiqətən də tam qanuni olması 14.03.2020-ci il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş Çıxarışla da təsdiq olunur. X2 şəhid olduqdan sonra bizim ailəmizə “Şəhid ailəsi” statusu verilmiş və müvafiq müavinətlər ödənilmişdir. Lakin 2007-ci ildə “Şəhid ailəsi” adının verilməsi əsaslarının yoxlanılması adı ilə bizə verilən güzəştlər və müavinətlər dayandırılmışdır. Həmin vaxtdan hal-hazıradək bu vəziyyət davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsi tərəfindən verilmiş 29.01.2020-ci il tarixli, 103 saylı Arayışda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 19.12.2006-cı il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Qazax rayon Hərbi Komissarlığında aparılmış araşdırma nəticəsində bir sıra hərbi qulluqçuların ölüm səbəblərini dəqiqləşdirmək üçün sorğular edilmədən “şəhid” hesab edilərək qeydiyyata alındığı məlum olmuşdur. Ona görə də Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən müvafiq sorğulara cavab alınanadək bir sıra hərbi qulluqçularla yanaşı X3 da ailəsinə verilən müavinətlərin dayandırılması barədə DSMF-nin Qazax rayon şöbəsinə 12.06.2007-ci il tarixli 4/127 nömrəli məktub göndərilmişdir. Həmin vaxtdan (2007-ci ildən) uzun illər (13-14 il) keçməsinə baxmayaraq hələ də “Şəhid ailəsi” statusu və bununla əlaqədar olaraq, müavinətlərin ödənilməsi bərpa olunmamışdır. Dəfələrlə müvafiq orqanlara etdiyi müraciətləri, o cümlədən cavabdehə edilən müraciətləri cavabsız qalmış və heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də “Şəhid ailəsi” adının verilməsinin bərpa olunması və bununla əlaqədar olan müavinətlərin dayandırıldığı vaxtdan ödənilməsi barədə hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Sonuncu dəfə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətinə 31.03.2021-ci il tarixli, H/1229 saylı məktubla müsbət cavab verilməmiş, “Şəhid ailəsi statusu “nun bərpasından imtina edilmişdir. Həmin imtina məktubunu poçt vasitəsilə 19.04.2021-ci il tarixdə almışdır. Cavabdeh imtinasını belə əsaslandırmışdır: “Belə ki, N saylı hərbi hissənin 31.10.1996-cı il tarixli, 2N saylı bildirişində və hərbi hissə komandirinin 30.10.1996-cı il tarixli, 307 nömrəli əmrindən çıxarışında X3 30.10.1996-cı il tarixdə döyüş şəraitində yerləşən ərazidə xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından vəfat etməsi göstərilsə də, hadisənin hansı şəraitdə (döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı) baş verdiyi qeyd edilməmişdir. Bu səbəbdən də İddiaçı mərhum övladı X3 “şəhid” statusunun bərpa edilməsi və Xidmətin Qazax rayon şöbəsi tərəfindən ailəsinə “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi hazırda mümkün deyil”. Cavabdehin imtinasını tam qanunsuz və əsassız hesab edi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə təqdim olunmamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X10 məhkəməyə vəsatət təqdim edərək, hazırki iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi ilə əvəz olunmasını və işin aidiyyatı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi vəsatətdə göstərmişdir ki, İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müddəaları tətbiq oluna bilər. MPM-nin 47.2-ci maddəsində göstərilir ki, “işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, çıxarışlar etmək etirazlar vermək, sübut təqdim etmək və s. digər prosessual hüquqlardan istifadə hüququna malikdir”. İddia tələbinə əlavə edilmiş sənədlərə əsasən, 1976-cı il təvəllüdlü mərhum X4 24 may 1994-cü il tarixdə keçmiş Qazax rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 4.1 -cı bəndinin dördüncü abzasına əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.1 -ci bəndinin ikinci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2- ci maddəsində göstərilən məlumatlar əks edilir.Həmin Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsinə əsasən, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edilir. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. 4.1-ci bəndinin üçüncü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “inzibati orqanların Təsnifatının İV hissəsinin 4-1.1.1 -ci yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ayrıca inzibati orqandır. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, həlak olmuş hərbi qulluqçunun şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı əsasında, ölmüş şəxsin ailə üzvlərinə şəhid ailəsi statusu hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. İş materiallarından görünür ki, iddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 31.03.2021-ci il tarixli H/1229 №li məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalari’nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4 1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.Belə ki, N saylı hərbi hissənin 31.10.1996-cı il tarixli 288 nömrəli bildirişində və hərbi hissə komandirinin 30.10.1996-cı ıl tarixli 307 nömrəli əmrindən çıxarışında, X3 30.10.1996-cı il tarixdə döyüş şəraitində yerləşən ərazidə xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından vəfat etməsi göstərilsə də, hadisənin hansı şəraitdə (döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı) baş verdiyi qeyd edilməmişdir.Bu səbəbdən, İddiaçı mərhum övladı X3 “şəhid” statusunun bərpa edilməsi və Xidmətin Qazax rayon şöbəsi tərəfindən ailəsinə “şəhid ailəsi" statusunu təsdiq edən arayışın verilməsi hazırda mümkün deyil.Əlavə olaraq, bu Qaydanın 4 1-ci bəndinin 4-cü abzasına əsasən, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatəti nəzərdən keçirərək hesab edir ki, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi ilə əvəz olunmalı və hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzbati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Qaydalar”ın 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5.1-ci bəndində göstərilmişdir ki, Xidmətin aparatı, Xidmətin strukturuna daxil olan qurumlar (yerli idarələr, şöbələr və bölmələr) və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 4-1) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ( bənd 4-1.1.1) ayrı-ayrılıqda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin hüquqi ünvanı Qzzax şəhəri, H.Əliyev prospekti 60. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Qazax şəhəri Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi ilə əvəz olunmasına və hazırki işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəhid ailəsi statusunun bərpa olunması öhdəliyinin qoyulması tələbinə dair 2-1(112)-6733/2021 saylı inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi ilə əvəz edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə qarşı şəhid ailəsi statusunun bərpa olunması öhdəliyinin qoyulması tələbinə dair 2-1(112)-6733/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6733/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6733/2021
06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver