Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6735/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur (03 il 01 ay 06 gün). İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbində elektrovozun təmiri çilingəri peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. (02 il 04 ay 20 gün) ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək tokar (04 ay 18 gün); - xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək F.Dzerjinski adına maşınqayırma zavodunda tokar (10 ay 20 gün); - xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək ADY-nin Bakı lokomotiv deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1989-cu il tarixədək motor-vaqon seksiya maşinistinin dublyoru, xx.xx.1989-xx.xx.1994-cü il tarixinədək motor-vaqon seksiya maşinist köməkçisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək motor-vaqon seksiya maşinisti, xx.xx.2009- xx.xx.2010-cu il tarixədək çilingər, xx.xx.2010-xx.xx.2018-ci il tarixədək MVHH-nin maşinisti, xx.xx.2018xx.xx.2021-ci il tarixədək Elektrik qatarının maşinisti (33 il 11 gün); - xx.xx.2021-xx.xx.2024-cü il tarixədək Azərbaycan Dəmir Yolları QSC Sərnişin daşımaları departamenti İstismar Xidmətində Lokomotiv briqadarlarında elektrik qatar maşinisti, xx.xx.2024-cü il tarixdən hal-hazıradək həmin briqadada elektrik qatar maşinist köməkçisi vəzifəsində işləyir (hüququnun yarandığı xx.xx.2024-cü il tarixədək 03 il 05 ay 03 gün). İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə xx.xx.1989-xx.xx.2009-cu il və xx.xx.2010- xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı lokomotiv deposunda motor-vaqon seksiya maşinisti və MVHH-nin maşinisti vəzifələrində işlədiyiniz qeyd olunub. Lakin xx.xx.1993-cü il tarixinədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılar əsasında həyata keçirilirdi və motor-vaqon maşinisti, MVHH-nin maşinisti vəzifələri sözügedən Siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmayıb. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyiniz motorvaqon maşinisti və MVHH-nin maşinisti vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 5 ay 27 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1993-cü il və xx.xx.2018-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60 yaşdan, xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. Həmin tarixdə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bununla bağlı onun tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirməmiş, yalnız güzəştli iş stajının az olması səbəbi ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 ıl 6 ay çalışmış kişilərin Qanunun 7-cı maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bildirirlər ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 60 yaşına xx.xx.2024-cü il tarixdə çatmışdır. Beləliklə, İddiaçı tələbi üzrə xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: • azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; • azı 12 il 06 ay güzəştli iş stajı. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci ıl tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4 1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı həmin maddəsinin 20-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin (forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş) arayışına əsasən müəyyən edilir. Müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır kı, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İddiaçı tərəfindən təqdim edilən iş materiallarına əlavə edilmiş sənədlərdə xx.xx.1989-xx.xx.2009-cu il və xx.xx.2010-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı lokomotiv deposunda motor-vaqon seksiya maşinisti və MVHH-nin maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılar əsasında həyata keçirilirdi və motor-vaqon maşinisti, MVHH-nin maşinisti vəzifələri sözügedən Siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanunvericilikdə yalnız iddiaçının xx.xx.1993-cü il tarixədək işlədiyi motor-vaqon maşinisti və MVHH-nin maşinisti vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 5 ay 27 gün) təşkil edir: • xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər; • xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər; • xx.xx.2018-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı qanunuvericiliklə tələb olunan (12 il 6 ay) güzəştli iş stajından az təşkil etdiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır və cavabdeh organın müvafig gərarı ganunauyğun olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, motor-vaqon və elektrik qatarı eyni anlayışdır, hər iki söz eyni vasitəni nəzərdə tutur. Sadəcə olaraq sovet dövründə onun işlədiyi vəzifənin adı motorvaqon maşinisti olmuş, sonradan müasir dövrün tələblərinə uyğun dəyişdirilərək elektrik qatarının maşinisti adı əvəz edilmişdir. Halbuki onun gördüyü işdə heç bir fərq olmamışdır. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 60 yaşı, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə güzəştli iş stajı olmalıdır. İddiaçının 60 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət və təhsil dövrləri nəzərə aldıqda onun xx.xx.2024-cü il tarixədək ümumilikdə 43 il 02 ay 16 gün iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçının xx.xx.2024cü il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən çoxdur. Ümumi iş stajının mövcudluğu cavab inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapır. Belə ki, iddiaçı Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda xx.xx.1988xx.xx.1989-cu illərdə hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1989-cu illərdə motor-vaqon seksiya maşinistinin dublyoru, xx.xx.1989-xx.xx.1994-cü illərdə motorvaqon seksiya maşinist köməkçisi, xx.xx.1994-xx.xx.2009-cu illərdə motor-vaqon seksiya maşinisti, xx.xx.2010-xx.xx.2018-ci illərdə MVHH-nin (motor vaqon hərəkət heyəti) maşinisti, xx.xx.2018-xx.xx.2021-ci illərdə elektrik qatarının maşinisti, xx.xx.2021xx.xx.2024-cü illərdə elektrik qatarının maşinisti, xx.xx.2024-xx.xx.2024-cü illərdə elektrik qatar maşinist-köməkçisi peşələrində işləmişdir. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat, 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—18540 hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər, kod 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə - Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər, elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) nəzərdə tutulmuşdur. İş materiallarında olan, iddiaçının təqdim etdiyi iş yerindən arayışlarda, həmçinin məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məktubda onun işlədiyi sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Belə ki, "xxxx" QSC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli Arayışında göstərilmişdir: Arayış verilir İddiaçı ondan ötrü ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: İşdən azad Sıra №- Vəzifəyə təyin Vəzifədən azad İşə başladığı olunduğu Çalışdığı struktur vahidi Vəzifə(peşənin) adı edilmə (başqa edilməyə dair (başqa işə si tarix işə keçirilmə) əmrin tarixi və keçirildiyi) barədə əmrin nömrəsi tarix tarixi və nömrəsi Bakı lokomotiv deposu hərəkətdə olan xx.xx.1988 xx.xx.1989 xx.xx.1988 xx.xx.1989 1 tərkibin təmiri üzrə 301 k 574/k çilingər Bakı lokomotiv deposu elektrik qatarı xx.xx.1989 2 - xx.xx.1989 - (motor-vaqon 588-k seksiya) maşinisti Bakı lokomotiv deposu elektrik qatarı xx.xx.1994 3 - xx.xx.1994 - (motor-vaqon 162 k seksiya) maşinisti 4 Bakı lokomotiv deposu elektrik qatarı xx.xx.2009 (motor-vaqon xx.xx.1995 xx.xx.1995 xx.xx.2009 seksiya) maşinisti 400 k 220/k Sərnişin daşımaları departamentinin Bakı elektrik qatarı xx.xx.2010 5 - xx.xx.2010 lokomotiv deposu (MVHH) maşinisti 66/k Sərnişin daşımaları elektrik qatarı xx.xx.2018 xx.xx.2021 xx.xx.2018 xx.xx.2021 6 departamentinin Bakı maşinisti 153 138/k lokomotiv deposu Sərnişin daşımaları elektrik qatarı xx.xx.2021 xx.xx.2021 7 maşinisti 166 - departamentinin İstismar xidməti Sərnişin daşımaları elektrik qatarı xx.xx.2024 13-1- 8 departamentinin maşinist köməkçisi 19/3-9- - xx.xx.2024 hal-hazırda İstismar xidməti 1979/2024 işləyir İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 35 il 8 ay 7 gün təşkil edir. İşlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsinin əsas xüsusiyyətləri təmirə dayanmış hərəkət tərkibinə texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, elektrik qatarı (MVS, MVHH) maşinisti və elektrik qatarı maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri isə elektrik qatarlarının (seksiyalarının) idarə olunmasının müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirilməsindən və elektrik qatarlarına minib düşmə qaydalarında pozuntulara yol verilməsinin qarşısının alınmasına nəzarət etməklə sərnişinlərə keyfiyyətli xidmət olunmasının təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müvafiq olaraq 21.4-cü bəndin 8, 15, 18 və 20-ci abzaslarında göstərilmiş “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər”, “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri" peşələrinə uyğundur. Məlumat üçün bildirilir ki, motor-vaqon seksiyası (MVS) və motor-vaqon hərəkət heyəti (MVHH) elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir.” Məhkəmənin sorğusuna əsasən daxil olmuş "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir: “...qeyd edilən İddiaçı ADY-nin Bakı lokomotiv deposunda xx.xx.1989-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək motor-vaqon seksiya maşinist köməkçisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək motor-vaqon seksiya maşinisti, Sərnişin daşımaları departamentinin Bakı lokomotiv deposunda xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək MVHH maşinisti peşələrində (ümumilikdə 24 il 3 ay 24 gün olmaqla) çalışmışdır. xx.xx.2014-cü il tarixində ADY ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən onun işlədiyi MVHH maşinisti peşəsinin adı elektrik qatarı maşinisti olaraq dəyişdirilmişdir. Hal-hazırda İddiaçı elektrik qatarı maşinist köməkçisi olmaqla ADY-də əmək fəaliyyətini davam etdirməkdədir. Həmçinin bildirilir ki, “motorvaqon seksiyası” və “MVHH” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. Bu baxımdan İddiaçı çalışdığı motor-vaqon seksiyasının maşinisti və maşinist köməkçisi və MVHH maşinisti peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri xx.xx.2014-cü il tarixindən hal-hazıradək işlədiyi elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə sözügedən peşələrin adları ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Qeyd edilir ki, elektrik qatarlarının (motor-vaqon seksiya, MVHH) maşinisti və maşinist köməkçiləri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 8-ci və 15-ci (18-ci) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” peşələrinə uyğundur. İddiaçı işlədiyi elektrik qatarının (motor-vaqon seksiya, MVHH) maşinisti və maşinist köməkçisi peşələrinin vəzifə təlimatlarının və digər sənədlərin surətini qoşmada təqdim edilir.” Məhkəmə göstərilənləri məcmu halında qiymətləndirərək qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi və iddiaçının işlədiyi “motor-vaqon seksiyası” və “MVHH” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edildiyindən həmin peşələr iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Belə ki, həmin peşələr üzrə yerinə yetirilən işlərin xüsusiyyətlərinin iddiaçının xx.xx.2018-ci il tarixindən hal-hazıradək işlədiyi elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eyni olması yuxarıda qeyd olunan arayışlarla öz təsdiqini tapır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1684/2024 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeni nəzər alır: “... 12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. ...” Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" QSC-nin Bakı lokomotiv deposunda işlədiyi motor-vaqon seksiyası və motor-vaqon hərəkət heyəti seksiyasının maşinisti və maşinist köməkçisi vəzifələrinin əmək funksiyaları “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri" vəzifəsi ilə eynilik təşkil edir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1050/2022, xx.xx.2019-cu il tarixli 2-1(102)-2899/2019 saylı qərarlarında da eyni hüquqi mövqe nümayiş etdirilmişdir. Belə ki, həmin qərarların məzmunundan görünür ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən (60 yaşının tamam olduğu tarixədək) "xxxx" QSC-nin Bakı lokomotiv deposunda xx.xx.1993-cü il tarixdən (cavabdehin güzəştli staj olaraq qəbul etmədiyi tarixdən başlayaraq) sonra xx.xx.1993-xx.xx.2009-cu il və xx.xx.2010-xx.xx.2018-ci illərdə motor vaqon seksiyasının maşinisti, maşinist köməkçisi və motor vaqon hərəkət heyyətinin maşinisti vəzifəsində çalışdığı dövrlər zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 6 aydan çox stajı mövcuddur. Bu səbəbdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-6735/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6735/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver