Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6736/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı5, İddiaçıların vəkili X1, Cavabdeh Bakı şəhər Cavabdeh1in etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçılarİddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı şəhəri, Cavabdeh1ə, Cavabdeh2nə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin tutulması”na dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı şəhəri, Cavabdeh1ə, Cavabdeh2nə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilən gün güvvədə olan məzənnəyə uyğun olaraq, 3 334 338 ABŞ dolların (bu məbləğin 5 970 ABŞ dollarının müştərək qaydada Cavabdeh2 və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla), yəni 5 668 374 manatın (bu məbləğin 10 150 manatının Cavabdeh2 və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla) tutulması və həmin məbləğin: 2/5-inin, bərabər paylarla olmaqla, İddiaçı1 və İddiaçı2, 1/5-nin, bərabər paylarla olmaqla, X2 və İddiaçı5, 1/5-i İddiaçı3, 1/5-i İddiaçı6 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlük məsələsinin həlli ilə bağlı məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə İPM-in 13 və 48-ci (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçılara “hüquqi yardım” məktubu göndərərək, iddia ərizəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 tərəfindən və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmadığını, həmçinin, hazırki iddia tələbi ilə bağlı inzibati orqana ilkin müraciətin və (və ya) cavabdeh inzibati orqanın imtina məktubunun təqdim edilməli olmasını və məhkəmə iclasında iddia tələbinin mümkünlük məsələsinə baxılacağı bildirmişdir. İddia tələbinin mümkünlük məsələsinə baxılması üçün məhkəmə iclası xx xxxxxxx 2020ci il tarixinə təyin edilmişdir. Cavabdehlər Cavabdeh2nə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehlər Cavabdeh2” İstehsalat Birliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı5 və iddiaçıların vəkili V.Xasayev iddia ərizəsinin düzgün formada imzalanmış variantını təqdim edə biləcəklərini, bununla bərabər inzibati orqana ilkin müraciətin olmadığını bildirmişlər, lakin cavabdeh inzibati orqanın dəymiş ziyan barədə məlumatı olduğunu qeyd edərək iddia tələbinin mümkün sayılmasını və təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Cavabdeh1in nümayəndəsi H.Nuriyev inzibati orqan kimi icra hakimiyyətinə kompensasiya ödənişi barədə müraciətin olmadığını bildirərək, iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İddia ərizəsindən aydın görünür ki, iddia ərizəsi iddiaçılarİddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 əvəzinə yalnız İddiaçı5 tərəfindən imzalanmışdır. Halbuki İddiaçı5 digər iddiaçıların əvəzinə iddia ərizəsini imzalamağa səlahiyyəti olmamışdır. Məhkəmə qeyd edilən halla bağlı həm İnzibati Prosessual Məcəlləsinin, həm də Mülki Prosessual Məcəlləsinin normalarına istinad edir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 31.1-ci və 31.2-ci maddələrinə əsasən, İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Mülki Prosessual Məcəlləsinin 69-1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci və 74.2-ci maddələrinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir Şərh olunan maddələrin normalarına görə, məhkəmədə nümayəndəlik vətəndaşların məhkəmə müdafiə hüququnun həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Fiziki şəxslərin hüquqları məhkəmədə, vəkil və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən qorunur. Nümayəndə iddiaçının hüquqlarını təmsil etmək üçün etibarnamədən əlavə, onun iddiaçının yaxın qohum olması halı mövcüd olmalıdır. Həmçinin, iddia qaldırmaq hüququ iddiaçının özünü məxsus olmalı, məhkəmə iclaslarında təmsil etmək hüququ isə etibarnamə üzrə səlahiyyətli nümayəndəyə aid olmalıdır. İddia ərizəsinə əlavə edilmiş etibarnamələrdən görünür ki, həmin etibarnamələr MPM-nin 74.2-ci maddəsinə müvafiq olaraq bağlanmamış, iddia ərizəsinin imzalanması səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Beləliklə, iddia ərizəsi digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 tərəfindən və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmamışdır. Məhkəmə həmçinin, tələbin kompensasiya məbləğinin-dəymiş zərərin ödənilməsi ilə bağlı olduğunu qeyd edərək, bildirir ki, iddiaçıların ilk olaraq inzibati orqana müraciət etməli, daha sonra iddia ərizənizdəki tələbin inzibati orqan tərəfindən təmin edilmədiyi təqdirdə Məhkəməyə iddia ilə müraciət etməlidirlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıların inzibati orqana hazırki tələblə bağlı müraciəti olmamışdır. Göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia digər iddiaçılar adından səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır və Məhkəmədə iddia qaldırmadan öncə inzibati orqana müraciət edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçılarİddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı şəhəri, Cavabdeh1ə, Cavabdeh2nə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin tutulması”na dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6736/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6736/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver