Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6737/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil Amil oğlunun, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçıə Əzizağa qızının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “Sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında qaydada baxaraq, müəyyən etdi: İddiaçıə Əzizağa qızı (bundan sonra – iddiaçı) xx.xx.2025-ci il tarixdə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 23 dekabr 2024-cü il tarixli, 3-21-3/2-Ə-2572-8/2024 nömrəli məktubunda qeyd edilmiş imtinasının əsassız hesab olunmasını və ünvan 1 nömrəli binanın zirzəmisində yerləşən, mülkiyət hüququ ilə iddiaçıya məxsus olan 32.8 kv.metr qeyri-yaşayış sahəsinin tərkibində yerləşən və 45 kv.metr ibarət olan hissəsi barədə qəbul edilmiş, 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 18 nömrəli beş mərtəbəli binanın zirzəmisində yerləşən 32.8 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçının bu hüququ, keçmiş AR İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş, 10 iyun 2003-cü il tarixli, 000669 nömrəli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin qeyri-yaşayış sahəsi bu günə qədər iddiaçının mülkiyyətində olmaqla, eləcə də qanuni sahiblik və istifadəsindədir (şəhadətnamə və texniki pasport əlavə olunur). Həmçinin, xx.xx.2025-ci il tarixli çıxarışla, eləcə də xx.xx.2025-ci il tarixli texniki pasrportla iddiaçının bu hüququ tam olaraq müəyyənləşir (çıxarış və texniki pasportun kserosurətləri əlavə olunur). Bununla belə, qeyd edilən qeyri-yaşayış sahəsi ümumilikdə 78 kv.metrdir və iddiaçının mülkiyyətinə daxil olan hissədən əlavə olaraq, 45 kv.metr hissəsi onün (iddiaçının) mülkiyyətində olmasa da, mülkiyyətində olan sahə ilə birlikdə uzun illərdir ki, onun tərəfindən sahiblik və istifadə olunur. Çünki qeyd edilən qeyriyaşayış sahəsinə hələ mülkiyyət hüquqlarının yaranmasından qabaq, icarəyə götürən kimi qanuni sahiblik və istifadə etmiş və hal-hazırda da bu hərəkətlər davam edir. Bundan başqa, iddiaçı mülkiyətində olan 32.8 kv.metr qeyri-yaşayış sahəsinə daxil olmaq, ondan istifadə etmək və digər hüquqlarını həyata keçirmək üçün vahid, yəni bir giriş qapısı vardır ki, yalnız həmin qapıdan içəri daxil olmaqla bu mümkündür. Lakin, Suraxanı rayon İcra Şönbəsinin icra məmuru tərəfindən Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-16(010)-283/2024 nömrəli qəradadını əsas gətirməklə, haqqında danışılan sahədən (ididaçının mülkiyyəti də daxil olmaqla), ümumilikdə 78 kv.metr olan hissədən istifadə olunması və digər qadağaların tətbiqi barədə rəsmi məlumat verilməklə qeyriyaşayış sahəsinə girişi qadağa etmişdir. Düzdür, sonradan həmin qəradad verilmiş şikayət üzrə aradan qaldırılmış olsa da, lakin işlə tanış olarkən iddiaçıya məlum olmuşdur ki, qərardadın qəbul edilməsini istəyən, hal-hazırda bu iş üzrə üçüncü şəxs olan X3 olmuş və Onun tərəfindən də məhkəməyə 30 avqust 2024-cü il tarixli, 5112 nömrəli "Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında Müqavilə" təqdim etmişdir (müqavilənin və ona əlavə olunmuş sxemin kserosurətləri əlavə olunur). Müqaviləni əldə etdikdən sonra, bəlli olmuşdur ki, bu müqavilənin bağlanmasının hüquqi əsası kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamı çıxış etmişdir (bu barədə müqavilənin 1.1-ci maddəsində göstərilir). Ancaq həmin Sərəncamın verilməsi (qəbul edilməsi, çıxarılması və s.) zamanı Xidmətin əməkdaşları yerdə baxış keçirməmişlər, icarəyə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin uzun illərdir iddiaçının sahiblik və istifadəsində olmaqla yanaşı, onun (iddiaçının) mülkiyyətində olan sahə ilə vahidlik, yəni tamlıq təşkil etdiyini də nəzərə almamışlar. Məhz bundan istifadə edən Mirhaşım Yusifov da qəsdən həmin sahəni onunla icarə müqaviləsinin bağlanmasına nail olaraq, dolayı yolla iddiaçının mülkiyyətinə olan sahənin istifadəsinə, sahibliyinə və eləcə də sərəncam hüquqlarının həyata kerçirilməsinə əsassız və qanunsuz müdaxilələr etməyə nail olmuşdur. Belə ki, hal-hazırda Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-16(010)-318/2024 nömrəli qərardadı ilə üçüncü şəxsə icarəyə verilmiş sahədən istifadə edilməsinin və digər qadağaların tətbiqi nəticəsində, iddiaçı özün məxsus olan və bu qəradadın təsiri altına düşməyən mülkiyyətinə daxil ola bilmir. Bunun da səbəbi, mülkiyyətçi gərək üçüncü şəxəsə icarəyə verilmiş sahə vasitəsi ilə öz mülkiyyətinə daxil ola bilsin. Nəticədə, mülkiyyətçinin mülkiyyət hüquqları dolayı yolla məhdudlaşdırılmaqla, mülkiyyətinə müdaxiləni yaratmışdır. Düzdür, qeyd edilən qərardaddan verilmiş şikayət hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (hakim Fuad Abdıyevin sədrliyi ilə). Ən azından, icarəyə verilmiş sahə iddiaçıya verilməli idi, ona görə ki, Mirhaşınm Yusifovdan qeyd edilən sahənin icarəyə götürülməsinə münasibətdə iddiaçının üstünlük hüququ vardır. Çünki 45 kv.metr hissə ilə mülkiyyətdə olan 32.8 kv.metr hissə arasında heç bir arakəsmə yoxdur, heç bir ayrıcı şərtlər və ya sənədlər üzərində işarələrlə ayrılmamış və nəhayət, qeyri-yaşayış sahəsi olan zirzəmiyə giriş birdir. Nəticədə, bundan sonra Mirhaşım Yusifov icazə verməsə iddiaçı öz mülkiyyətinə daxil ola bilmir. Bunun bariz nümunəsi odur ki, iş üzrə üçüncü şəxs sonradan təkrarən Suraxanı rayon Məhkəməsinə müraciət edərək ona ayrılmış sahədən istifadə edilməsinin və s., bu kimi * digər qadağaların qoyulması barədə məhkəmənin yuxarıda qeyd edilən qərardadını əldə etmişdir. Bunun da səbəbi odur ki, burada ayrı-ayrılıqda 45 və 32 kvmetr sahlər mövsud deyildir. Sahə vahiddir və bu günə qədər də iddiaçının sahiblik və istifadəsindədir. Arakəsmə də olmamışdır ki, qeyd edilən bu sahləri ayrıayrılıqda istifadəsi mümkün olsun. Sadəcə olaraq, iddiaçının mülkiyyətində olan 32,8 kv.metr sahəyə giriş 45 kv.metr olan hissədən olduğundan, artıq 45 kv.metr sahənin qapısının bağlanması yekunda 32,8 kv.metr sahədən mülkiyyətçinin istifadəsini (eləcə də sahiblik və mülkiyyətçi olaraq bütün hüquqlarını) tam məhdudlaşdırır. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı sərəncamın ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müraciətlərinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla cavab verilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45.2 kv.m olan qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyətinin, Mənzil Kommunal Təsərrüfat Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olmaqla dövlət mülkiyyətində olmuş və daşınmaz dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Daha sonra qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair balanssaxlayıcı təşkilatın razılıq məktubu nəzərə alınaraq, qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 5112 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri- yaşayış sahəsi X1 icarəsinə verilmişdir. Qeyd edilən sahə icarəyə verilərkən inventarlaşdırma aparılmış və sahənin ayrıca girişinin olduğu tərtib edilmiş eskizində əks olunmuşdur. Bundan əlavə balanssaxlayıcı tərəfindən heç bir konstruktiv dəyişiklik edilmədən və sakinlərin hüquqları pozulmadan həmin sahənin icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair Xidmət ilə X3 arasında icarə müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Belə ki, iddiaçının Suraxanı Rayon Məhkəməsinin e- 16(010)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi xx.xx.2024-cü il tarixli şikayətində Xidmət ilə X3 arasında icarə müqaviləsinin ona məlum olduğu müəyyən olunur. Həmçinin iddiaçı Xidmətə xx.xx.2024-cü il tarixli, ********** saylı məktub ilə müraciət etmiş və məktuba Xidmət ilə X3 arasında bağlanmış icarə müqaviləsi əlavə edilmişdir. Məktubun məzmunundan və qoşma edilmiş sənədlərdən görünür ki, iddiaçı uzun müddət ərzində mübahisəli qeyri-yaşayış sahəsinin X1 icarəsinə verilməsi barədə Xidmət tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 138 nömrəli sərəncamdan və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 5112 nömrəli icarə müqaviləsindən məlumatlı olmuşdur (məktub əlavə olunur). Beləliklə iddiaçı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı Xidmət tərəfindən qərar qəbul edilməsindən məlumatlı olmuş, hazırkı iddia ərizəsi isə iddia müddəti ötürülməklə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü müzakirə edildi. İddiaçının nümayəndəsi və vəkili iddia müddətinin ötürülmədiyini bildirdi və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmaması xahiş etdi. Üçüncü şəxsin vəkili və nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. Belə ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli Sərəncamının ləğv edilməsini xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; İPM-nin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Sadalanan qanunvericilik aktlarında müəyyən edilir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və belə iddialar müddət məhdudiyyətinə tabedir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddiaçı cavabdehin Sərəncamını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, mübahisələndirilən Sərəncam xx.xx.2024-cü il tarixlidir. İddiaçı həmin Sərəncamın ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixə kimi məhkəməyə müraciət edə bilərdi. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının vəkili iddiaçının həmin sərəncamdan məlmatlı olmadığını bildirsə də, iş materiallarında iddiaçının Sərəncamdan məlumatlı olması müəyyən edilir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli Sərəncamın ləğv edilməsi üçün 2.12.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Belə olan halda, iddiaçının həmin tarixdə Sərəncamdan məlumatlı olması müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi hazrkı iddia mübahisələndirmə haqqında iddiadır bvə bu növ iddialarda inzibati aktın ləğv edilməsi ilə bağlı həmin aktı qəbul etmiş inzibati orqanın özünə müraciət etmək şərti nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçının Suraxanı Rayon Məhkəməsinin e-16(010)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi xx.xx.2024-cü il tarixli şikayətində Xidmət ilə X3 arasında icarə müqaviləsinin ona məlum olduğu müəyyən olunur. Belə olan halda, iddiaçı xx.xx.2024-cü il tarixdən və 2.12.2024-cü il tarixlərdən Həmin Sərəmcamdan məlumatlı olduğu nəzərə alındığı təqdirdə mübahisələndirdiyi Sərəncamdan iddia verməık müddətini ötürmüşdür. Lakin iddiaçı xx.xx.2025-cü il tarixdə məhkəməyə iddia verərək qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. İddiaçının nümayəndəsi və vəkili müddətin ötürülmədiyini bildirdiyinə və işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məsələ iddiaçı tərəflə müzakirə edilmədi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçıə Əzizağa qızının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “Sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6737/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6737/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver