Məhkəmə qərarları › İş №2-1(112)-6741/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6741/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6741/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı “ödəncin hesablanıb ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “ödəncin hesablanıb ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi və həmin əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehna ödənilməsi barədə iddiası Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2- 1(81)3306/2017 saylı qərarı ilə qismən təmin edilmiş, 1994-cü ildə istifadə etmədiyi 1993/1994-cü iş ili hesabına əmək məzunyyətinə görə kompensasiyanın ona hesablanıb ödənilməsi Cavabdehna həvalə edilmişdir. Yəni məhkəmənin qərarı ilə iddiaçının 1993/1994-cü iş ili hesabına əmək məzunyyətinə görə hazırkı Quba rayon prokurorun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin aylıq əmək haqqının iki misli həcmində kompensasiyanın ona hesablanıb ödənilməsi Cavabdehna həvalə edilmişdir. Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2-1(81)3306/2017 saylı qərarı icra olunması üçün Bakı şəhəri Səbai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin Baş Prokurorluq 1993/1994-cü iş ili hesabına əmək məzuniyyətinə görə hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin aylıq əmək haqqının iki misli həcmində ona kompensasiyanın hesablanıb ödənilməsi barədə məhkəmə qərarını bu günə kimi icra etməmiş, həmin kompensasiyanı ona ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə görə 2000-ci ilin sentyabr ayında işdən çıxdığı zaman verilməli olan bütün ödənclər tam məbləğdə ona işdən çıxdığı gün verilməli idi. Hakim vəzifəsinə təyin edilməsilə bağlı 2000-ci ilin sentyabr ayında işdən azad olunduğu zaman ona Baş Prokurorluq tərəfindən son haqq hesab ödənilmiş, lakin 1993/1994-cü iş ili hesabına istifadə etmədiyi əmək məzunyyətinə görə kompensasiya hesablanmamış və ödənməmişdir. 1993/1994-cü iş ili hesabına əmək məzuniyyətinə görə kompensasiya onun əmək haqqına daxil olan məbləğdir, əmək haqqıdır. Həmin məbləğ (əmək haqqı) ona 1994-cü ildə verilməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işə götürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin Məhkəmə qərarının icrası üçün Baş Prokuroluğa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəisi X3 (09 iyul 2021-ci və 21 sentyabr 2021-ci il), Səbail rayon İcra və Probasiya şöbəsinə dəfələrlə müraciət etmişdir. Göstərdiyi Dövlət idarələri onun bu müraciətlərinə heç cavab belə verməmişlər. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin Qanuni qüvvəsini almış həmin məhkəmə qərarının icrasınını təmin etməyə səlahiyyəti çamamışdır. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi Baş Pkurorluğun maliyyə idarəsinin bu qərarı icra etməli olan vəzifəli şəxsləri haqqıda qanuvericilikdə nəzərdə tutulan tədbirləri görməmişlər. Buna görə məcburiyyət qarşısında iddiaçı həmin qərarın icrası üçün bir neçə dəfə Baş Prokurorluğa müraciət etmişdir. Baş Prokuroluğa 17 avqust 2020-ci il taxli müraciətində isə həmçinin xahiş etmişdir ki, əmək haqqını (yəni Məhkəmə qərarına əsasən ona ödənilməli kompensasiyanın) həmçinin əmək haqqının ödənməsi cavabdehin təqsiri üzündən gecikdirildiyindən 1994-cü ildən (ən azı 2000-ci ilin sentyabr ayından) gecikdirilən hər gün üçün 1 % həcmində ödənc hesablamaqla həmin ödənc məbləğinin Rabitə bankın Xaçmaz filialındakı hesabına köçürülməsini xahiş etmişdir. Lakin Baş Prokurorluq 1993/1994-cü iş ili hesabına istifadə etmədiyi əmək məzunyyətinə görə hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin aylıq əmək haqqının iki misli həcmində ona kompensasiyanın hesablanıb ödənilməsi barədə məhkəmə qərarını bu günə kimi icra etməmişdir. Həmin əmək haqqının ona ödənişi cavabdeh, Cavabdeh tərəfindən təmin edilməmiş Cavabdeh tərəfindən bu günə kimi gecikdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işə götürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Qanunun tələbinə görə ödənc işə götürən təfındən işçinin müraciətindən asılı olmayaraq hesablanıb ödənməlidir. Dəfələrlə müraciətindən sonra, yaşadığı ünvana (ünvan 1t şöbəsinin rəisi ədliyyə müşaviri Rövşən Abdullayevin imzası ilə 03 fevral 2022-ci İdə 26 yanavr 2022 ci il tarixli 20/88 saylı məktub daxil olmuşdur. Məhkəmə qərarına əsasən icra vərəqəsi 24 sentyabr 2018-ci ildə verilmişdir. Lakin ona göndərilən cavabda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün həmin əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanıb hesablanmaması göstərilməmişdir. Bu və sadalamağı zəruri hesab etmədiyi qeyri səbəblərə, əmək haqlarınının hecablanması və ödənməsini tənzimləyən Qanunvericiliyə əsaslanaraq hesab edir ki, ona kompensasiya məbləği cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Qanunun tələbi pozularaq cavabdeh tərəfindən əmək haqqının gecikdirilməsinə görə ödənc məbləği isə ümümiyyətlə hesablanmamışdır. Cavabdehh bunları etməməklə onun Qanunla qorunan hüquqlarını bu günə kimi pozmaqda davam edir, ona qanuni verilməli kompesasiyanı (əmək haqqını) həmçinin həmin əmək haqqının gecikdirilməsinə ödənci bu gündə hesablamır və ödəməkdən imtina edir. Məhkəməni nəzərinə çatdırır ki, iddiaçı uzun illər 25 ildən artıq Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Məhkəmə qərarlarında ona ödənilməli kompensasiyanın məbləği göstərilməmişdir. Bu da Baş Prokurorluğun Maddi-Texniki Təminat şöbəsinin kompensasiya və ödənc hesablamağa cavabdeh müvafiq vəzifəli şəxslərinin həmin hesablamalarda manupulyasiya etmələrinə imkan vermişdir. Qanunu tələbinə əsaslanaraq hesab edir ki, kompensasiyanın məbləği Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində hesablanmalı, ona hesablanmalı olan kompensasiyanın və ödəncin məbləği məhkəmə qərarında göstərilməlidir. Cavabdeh tərəfindən məhkəmə qərarı hazırkı vaxta qədər icra olunmadığına, həmin kompesasiya (əmək haqqı) hazırkı vaxta kimi ödənmədiyinə görə ən azı 01 yanvar 1995-ci ildən 01 yanvar 2022-ci ilə kimi gecikdirilən 27 il və ya 9855 (doqquz min səkkiz yüz əlli beş) gün üçün cavabdeh hər günə gecikdirilən əmək haqqının bir faizindən az olmayaraq ona ödənc hesablayıb ödəməlidir. Ödənc ödənməsi də cavabdehin təqsirindən həyata keçirilmədiyindən ödənməli ödəncin məbləği də hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqına uyğun müəyyən edilməlidir. Cavabdeh bunu könüllü həyata keçirməkdə imtina etdiyindən hesab edir ki, ona ödənilməli kompensasiya və ödənc məbləğləri qanun normalarına istinadən 1994-cü ildən hazırkı vaxia kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla məhkəmə qərarına əsasən-məhkəmə qaydasında müəyyən edilməlidir, yəni ona ödənməli kompensasiya və ödənc məbləğləri məhkəmə qərarında öz əksini tapmalıdır. Əmək haqlarının həcmi barədə arayış məhkəməyə Cavabdeh tərəfindən təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə görə Bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 6-cı maddəsinə görə pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi Mülki qanunvericiliyin prinsiplərinə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi” hissəsində mümkün sayılmamasına dair qərardad qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının hazırkı tələblə cavabdehə müraciət ərizəsinin surəti və müraciətini təsdiq edən poçt qəbzinin surəti. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2-1(81) 3306/2017 saylı qərarının, Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərarının surətləri. - məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli 20/683 nömrəli məktubu və ona əlav ə edilmiş sənədlər. - məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə müvafiq əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsini tələb edir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-3306/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, 1994-cü ildə istifadə etmədiyi 1993/1994cü iş ili hesabına əmək məzuniyyətinə görə İddiaçı kompensasiyanın hesablanıb ödənilməsi vəzifəsinin Cavabdehna həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-2199/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3306/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-397/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2199/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3306/2017 saylı xx.xx.2017-ci il li qərarının icra edilməsi məqsədilə xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilmiş və Səbail rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2018-ci il tarixdə Səbail Rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarı məkəməyə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov ərizə ilə məhkəməyə müraciət edərək, qərara izah verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-1(81)-59/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən veilmiş ərizənin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8-1(103)-21/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 8-1(81)-59/2019 saylı xx.xx.2019cu il tarixli qərardadı ləğv edilmiş və iş həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 8-1(112)-13/2020 saylı 19 may 2020-ci il tarixli qərardadı ilə Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən veilmiş ərizənin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8-1(103)-21/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 8-1(112)-13/2020 saylı 19 may 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli 20/683 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı prokurorluq orqanlarında işlədiyi dövrdə istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın məbləği 161,07 manat təşkil etmişdir. Bu barədə ona dəfələrlə məlumat verilsə də, müvafiq məhkəmə instansiyalarının qərarlarının (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası) olmasına baxmayaraq, o məbləğin düzgün hesablanmamasını əsas gətirərək pul vəsaitini götürməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları bildirir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Məcəllənin 287-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3). Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Məcəllənin 172-ci maddəsinin qeydindən də göründüyü kimi «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Bu baxımdan hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehna qarşı əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar