Məhkəmə qərarları › İş №2-1(112)-6742/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6742/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6742/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Hüquq təminat şöbəsinin zabiti) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqənin verilməsindən imtinanın qanunsuz hesab olunması və ona “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqənin verilməsindən imtinanın qanunsuz hesab olunması və ona “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1953-cü ildə Cəbrayıl rayonu, Yarəhmədli kəndində doğulmuşdur. Hazırda Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Cəbrayıl rayon X3 53 №-li əmri ilə 10.03.1992-ci ildə rayonda "Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar batalyonu yaradılmış və 30.01.1993-cü ildə isə fəaliyyəti dayandırılmışdır. İddiaçı da bu batalyonun tərkibində 10.03.1992-ci ildən 07.09.1992-ci ilə kimi xidmət etmiş və "Mülkədərə" adlanan postda xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır. 275 (iki yüz yetmiş beş) nəfərdən ibarət olan batalyonun üzvləri həm Cəbrayıl rayon İcra Hakimiyyətində, həm də Azərbaycan Respublikası DİN-də siyahıya alınmışdır. Həmin siyahılarda İddiaçı adı 3-cü vzvodun 3-cü nəfəri olaraq göstərilmişdir. Həmin vaxt batalyon komandiri Vahid Alışov, vzvod komandiri Əyyub Ağayev olmuşlar. 1999-cu ildə “Ziyalılar" batalyonunun 63 nəfər üzvünə Azərbaycan Respublikası DİN-nin 35 №-li protokolu ilə "Müharibə veteranı" adı və vəsiqəsi verilmiş, 2000-ci ildə isə batalyonun qalan üzvlərinə DİN-də 43 №-li protokolu ilə "Müharibə veteranı" adı verilməsi təsdiq edilmişdir. İddiaçı Gəncə şəhərində yaşadığı üçün bu məsələlərdən xəbəri olmamış, "Müharibə veteranı" olmasına dair vəsiqəni almamışdır. Sonradan iddiaçı ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün Respublika DİN-ə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası DİN-nin X5 İdarəsi ona 07 aprel 2021-ci il tarixli 024-22899İ-3221 saylı məktubla cavab verərək bildirmişdir ki, Nazirlər Kabinetinin 03.11.2016-cı il tarixli 438 nömrəli Qərarına müvafiq olaraq özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində könüllü olaraq iştirak etmiş şəxslərə “Müharibə veteran” adı və vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilir. Ona görə də həmin aidiyyəti üzrə həmin Xidmətə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı ona "Müharibə veteranı" adinin və vəsiqəsinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona 09 aprel 2021-ci il tarixli İ/1414 saylı məktubla cavab verərək bildirmişdir ki, Daxili İşlər Nazirliyindən daxil olmuş 03.11 2020-ci il tarixli 001- 63572-1220 nömrəli məktubda, Cəbrayil Rayon Polis Şöbəsinin 1993-cü ili əhatə edən əmrlərinin və "Qarabağ" könüllü Milli Müdafiə Ziyalılar Batalyonuna dair siyahıların Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilmədiyindən, müvafiq siyahıların göndərilməsi imkan xaricində olduğu qeyd olunmuşdur. Əlavə olaraq, iddiaçıya bildirilmişdir ki, Xidmətin Aparatında fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 09.02.2021-ci il tarixdə keçirilmiş iclasında onun sənədlərinə baxılmış, döyüşlərdə iştirakını sübut edən təsdiqedici sənədlər olmadığı üçün, barəsində müsbət qərar qəbul edilməmişdir. İmtina məktubu iddiaçıya rəsmi qaydada 20 aprel 2021-ci ildə təqdim edilmişdir.İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısının verdiyi 28 iyun 2019-cu il tarixli N°1599 saylı arayışla təsdiq edilir ki, Cəbrayil Rayon Polis Şöbəsində 15 mart 2000-ci il tarixdə təsdiq edilmiş "Qarabağ" könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun üzvlərinin siyahısına əsasən İddiaçı 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dək Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə məhkum edilməmiş və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilməmişdir və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərdən deyildir. Ümumiyyətlə, onun barəsində cinayət işi və ya təqsirləndirici material olmamışdır. Qanunun konkret göstərişinə əsasən, cavabdeh orqanın istinad etdiyi hal, yəni Daxili İşlər Nazirliyindən daxil olmuş 03.11.2020-ci il tarixli 001-63572-1220 nömrəli məktubda, Cəbrayıl Rayon Polis Şöbəsinin 1993-cü ili əhatə edən əmrlərinin və “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonuna dair siyahıların Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilməməsi, müvafiq siyahıların göndərilməməsinin imkan xaricində olduğunun qeyd olunması cavabdeh inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respubikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. iddiaçı iddia tələbinin əsası kimi Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş 28 iyun 2019-ci-u il tarixli, 1599 nömrəli istinad edir. Həmin arayışdan başqa iddiaçının döyüşlərdə iştirakını sübut edən hər hansı digər sənəd mövcud deyildir. İddiaçının döyüşlərdə iştirak etməsi barədə arayış məlum hadisələrdən 27 il sonra, yəni 2019-cu ildə tərtib edilmiş, həmin arayış məhkəmə tərəfindən əsas və mötəbər sübut kimi götürə bilməz. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”nda müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarının uyğun olaraq qərar qəbul edir. Cavabdeh hesab edir ki, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsini dinləyərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1953-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyətinin 28 iyun 2019-cu il tarixli, 1599 nömrəli arayışına əsasən İddiaçı 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dən Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X5 İdarəsinin 07.04.2021-ci il tarixli məktubunda bildirilmişdir: “Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsi yalnız Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Qeyd olunanları, eləcə də Sizin daxili işlər orqanlarında xidmət etmədiyinizi nəzərə alaraq, Daxili İşlər Nazirliyində fəaliyyət göstərən Komissiya tərəfindən Sizə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi imkan xaicindədir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2016-cı il tarixli 438 nömrəli Qərarına müvafiq olaraq özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində könüllü olaraq iştirak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verildiyindən qaldırdığınız məsələ ilə əlaqədar aidiyyəti üzrə həmin Xidmətə müraciət etməyiniz tövsiyyə olunur.” Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 09.04.2021-ci il tarixli, İ/1414 nömrəli məktubuna əsasən, Daxili İşlər Nazirliyindən daxil olmuş 03.11.2020-ci il tarixli 001-63572-1220 nömrəli məktubda, Cəbrayıl Rayon Polis Şöbəsinin 1993-cü ili əhatə edən əmrlərinin və “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonuna dair siyahıların Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilmədiyindən, müvafiq siyahıların göndərilməsi imkan xaricindədir. Xidmətin Aparatında fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 09.02.2021-ci il tarixdə keşirilmiş iclasında iddiaçının sənədlərinə baxılmış, döyüşlərdə iştirakının sübut edən təsdiqedici sənədlər olmadığı üçün, iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. Məhkəmə iddiaçıya veteran adının verilməsindən cavabdehin imtinasını əsaslı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bölməsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir:.. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İddiaçının 1992-ci il mart ayının 10-dan sentyabr ayının 07-dək Cəbrayıl Rayon Polis Şöbəsinin tabeliyində yaranmış “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar Batalyonunun tərkibində iştirak etdiyinə dair təsdiqedici sənəd qismində təqdim etdiyi arayış yuxarıda qeyd edilmiş qanunvericilikdə zəruri sənədlərin sırasına daxil edilməmişdir. Belə olan halda iddiaçının döyüş əməliyyatlarında iştirakı sübuta yetirilmiş hesab oluna bilməz və onun cavabdehə qarşı tələbinin heç bir hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqənin verilməsindən imtinanın qanunsuz hesab olunması və ona “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçıya müharibə veteranı adı və vəsiqənin verilməsindən imtinanın qanunsuz hesab olunması və ona “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar