Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6743/2022 18.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun vəkili-Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “istifadə olunmamış məzuniyyət günlərinin əvəzinə kompensasiya ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “istifadə olunmamış məzuniyyət günlərinin əvəzinə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 45 (qırx beş gün) əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kapnetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axrıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci maddəsinin ikinci hissəsini nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (doxsan) gün əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axrıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci maddəsinin ikinci hissəsini nəzərə alınmaqla istifadə etmədiyi qalan növbəti məzuniyyət günlərinin 30 (otuz) gün əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi N6 il 4 ay müddətdə xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin N8 dekabr N013-cü il tarixli 0303 №-li əmri ilə N-ci helikopter eskadrilyası komandirinin aviasiya mühəndis hissəsi üzrə köməkçisi-borttexnik-təlimatçı-atıcı vəzifəsindən (mayor rütbəsində) azad olmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla X5 Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Tərxis olunan N013-cü ildə ümumilkdə 45 (qırx beş gün) növbəti məzuniyyətdən istifadə etmişdir. Ehtiyata buraxılarkən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 1N0-ci maddəsinin 1ci maddəsinin sonuncu abzasına və “Hərbi qulluqçuların Statusu haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq ona növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə N0 yanvar N0NN-ci il tarixində ərizə təqdim etmişdir. Ərizəsində istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə 45 (qırx beş) gün ona kompensasiyanın birdəfəlik ödənilməsini və ödəməni həyata keçirərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi rəhbər tutulması xahiş edilmişdir. Cavabdeh Dövlət Sərhəd Xidməti bununla əlaqədar onun ərizəsini cavablandırarkən bildirmişdir ki, hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N0-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətə əlavə növbəti məzuniyyət günləri əvəzi pul kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyatına buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməyi məqsədəuyğundur. İstifadə edilməmiş növbəti məzuniyyətin günləri əvəzi pul kompensasiyasına hüququ olduğu təqdirdə hərbi hissə tərəfindən ödəniş müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. İnzibati orqanın ərizəsinə verdiyi cavabı qanunsuzdur, çünki hərbi hissə və eləcədə xidmət etdiyi hərbi hissənin nizami hissəsi inzibati orqan deyil vətəndaşların müraciətinin cavablandırılması və onun təmin edilməsi inzbati orqan tərəfindən həyata keçirilir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.N0NN-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Dövlət Sərhəd Xidməti tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh X6 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili- XN ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X3 məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki iddiaçının iddiа tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1970-ci ildə Astara, Komuşovka kəndində doğulmuş İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində qeydiyyatdadır. Dövlət Sərhəd Xidməti N015 №-li hərbi hissə komandirinin nizami hissə üzrə N8 dekabr N013-cü il tarixli 0303 №-li əmrindən çıxarışın surətindən müəyyən olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq İddiaçı, N-ci helikopter eskadrilyası komandirinin aviasiya-mühəndis hissəsi üzrə köməkçisi-borttexnik-təlimatçı-atıcı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmişdir. N8 dekabr N013-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat normalarından çıxarılmışdır. İddiaçı N8 dekabr N013-cü il tarixə xidmət illəri 37 il 00 ay N7 gün hesablanmışdır. Mayor İddiaçı N013-cü il üçün nəzərdə tutulmuş məzuniyyətdən istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır. N013-cü il üçün birdəfəlik pul mükafatı 100 faiz almağa layiqdir. İddiaçı hazırki tələblə bağlı Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət etmiş, onun müraciətinə xx.xx.N0NN-ci il tarixli 10/Ş-33 saylı məktubla cavab olaraq bildirilmişdir ki, hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 1N0-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzi kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyata buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməyi məqsədə uyğundur. İstifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə hərbi hissə tərəfindən ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli 16/4N1N saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N0NN-ci il tarixdə Silhalı Qüvvələrin ehtiyata buraxıldığı hərbi hissə tərəfindən istifadə etmədiyi məzuniyyət günləri əvəzinə N849,51 manat kompensasiya bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin N-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41 ci maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; xəstəliyə görə-hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; İş materialları ilə müəyyən olunur ki, iddiaçı 37 ildən (təqvim ili N6 il 04 ay N8 gün; güzəştli 10 il 07 ay N9 gün, cəmi 37 il 00 ay N7 gün) artıq Silahlı Qüvvələrdə xidmət etmişdir. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11 -ci maddəsinə əsasən Silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Əsasnamənin 1N0-ci maddəsində göstərilmişdir ki, Silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün həmin növbəti məzuniyyət yaşa və ya xəstəliyə görə ehtiyata buraxılmış şəxslərlə yanaşı N0 il və daha artıq xidmət etmiş hərbi qulluqçulara da şamil olunur. İş materiallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 0303 nömrəli xx.xx.N013-cü il tarixli əmrdən çıxarışın surətindən müəyyən olunur ki, iddiaçının təqvim illəri N6 il 04 ay N8 gün təşkil edir. Məhkəmə qeyd edir ki, Silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 aylıq məzuniyyət verilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının hazırki tələbinə cavab olaraq, cavabdeh inzibati orqan tərəfindən hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 1N0-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzi kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyata buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməsinin məqsədə uyğun olduğu və istifadə etmədiyi növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə hərbi hissə tərəfindən ödənişin müvafiq qaydada həyata keçirilməsinin təmin olunacağı bildirilmiş, sonradan, istifadə etmədiyi qalan növbəti məzuniyyət günlərinin 60 (altmış) gün əvəzinə pul kompensasiyasının ödənilməsi həyata keçirilsə də, sonuncunun istifadə etmədiyi qalan növbəti məzuniyyət günlərinin 30 (otuz) gün əvəzinə pul kompensasiyasının ödənilməsi təmin olunmamışdır. İPM-nin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki iddia tələbi təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axrıncı abzası və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci maddəsinin ikinci hissəsi nəzərə alınmaqla istifadə etmədiyi qalan növbəti məzuniyyət günlərinin 30 (otuz) gün əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6743/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6743/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver