Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6748/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı "xxxx" mənzil tikinti kooperativinin nümayəndəsi İddiaçı1, iddiaçılar İddiaçı3 nümayəndəsi X5, İddiaçı2 nümayəndəsi və vəkili Fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6, üçüncü şəxs X3 nümayəndəsi və vəkili Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, iddiaçılar "xxxx" mənzil tikinti kooperativinin, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair inzibati işin materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçılar "xxxx" mənzil tikinti kooperativi (bundan sonra mətndə "xxxx" MTK), İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdehnə (bundan sonra mətndə ƏMDX) və Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv. metr sahəsi olan zirzəminin üçüncü şəxs X7 icarəyə verilməsi və alqı-satqı müqaviləsi əsasında satılması ilə bağlı cavabdehin qərarlarının, icarə müqavilələrinin, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında X7 verilmiş RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi 02 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçılar "xxxx" MTK, İddiaçı2 və İddiaçı3 tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 54-cü maddəsinə əsasən məhkəməyə təqdim olunmuş iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizədə cavabdeh qismində ƏMDX və üçüncü şəxs qismində X10 qeyd olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv. metr sahəsi olan zirzəminin üçüncü şəxs X7 icarəyə verilməsi və alqı-satqı müqaviləsi əsasında satılması ilə bağlı cavabdehin xx.xx.2014-cü il tarixli 59 №li sərəncamının və onun nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə cavabdeh qismində ƏMDX və üçüncü şəxs qismində X10 göstərilməklə, məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6“A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150,6 kv.metr sahəsi olan zirzəminin üçüncü şəxs X7 və digər şəxs X2 icarəyə verilməsi barədə cavabdehin 02 aprel 2007-ci il tarixli 78 №li sərəncamın və alqı-satqı müqaviləsində satılması ilə bağlı cavabdehin xx.xx.2014-cü il tarixli 59 nömrəli sərəncamının və onun nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” saylı kooperativ binası "xxxx" MTK-ya məxsusdur, 1975-ci ildə inşa olunmuşdur və istifadəyə verilmişdir. Həmin binanın və zirzəminin MTK-ya məxsus olmasını ƏMDK tərəfindən verilmiş “Reyestrdən Çıxarış”ın surəti təsdiq edir. İnşa işləri kooperativin üzvlərinin vəsaiti hesabına aparılmışdır. Həmin bina 9 mərtəbədən və zirzəmidən ibarətdir. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli evin 32 saylı mənzili - İddiaçı2 və Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli evin 13 saylı mənzili - İddiaçı3 xüsusi mülkiyyətlərindədir. Həmin mənzillərə dair dövlət reyestri xidməti tərəfindən müvafiq sənədlər verilmişdir. Bu yaxın vaxtlarda, onlara məlum olmuşdur ki, üçüncü şəxs X9 Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli evin altındakı zirzəminin bir hissəsini alqı-satqı vasitəsi ilə özəlləşdirmişdir. 2020-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər, uzun çəkən məhkəmə mübahisələrindən sonra müəyyən olunmuşdur ki, mübahisə ilə bağlı İnzibati Məhkəməyə müraciət olunmalıdır. Bununla əlaqədar olaraq, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” ünvanında yerləşən 150.6 kv. metr zirzəminin icarəyə verilməsi və özəlləşdirilməsi barədə qərarların, icarə və alqısatqı müqavilələrinin və dövlət əmlakının Registrindən çıxarışın ləğv edilməsi barədə ƏMDX-yə ərizə ilə müraciət ediblər. Müraciətlərinə cavab olaraq, ƏMDX-nin 28 yanvar 2022-ci il tarixli, **********56 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965- ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi"nə əsasən mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və həmin əmlaka dair dövlət əmlakının registrində qeydiyyat aparılmışdır. Dövlət mülkiyyətində olan qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirildiyi bildirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500-cü məhəllədəki 6 “A” nömrəli 9 mərtəbəli bina və altındakı zirzəmi binanın sakinlərinə məxsusdur və həmin zirzəmidən bütün sakinlər istifadə etmək hüquqları vardır, həmin zirzəmilərdən binanın komunikasiya xətləri keçir. Mübahisəli olan zirzəminin, icarəyə verilməsindən və sonradan alqı-satqı müqaviləsi əsasında satılmasından iddiaçıların heç bir məlumatları olmamışdır. Hazırda sakinlərin vəsaiti hesabına tikilən binanın altındakı ümumi istifadəyə nəzərdə tutulan zirzəmi alqısatqı əsasında müqavilə ilə satıldığından hüquqları pozulur. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət ediblər. Qanunvericiliyə görə zirzəmidən kommunikasiya xətləri keçdiyindən, satıla bilməzdi. Bundan başqa həmin mübahisəli olan sahə zirzəmi olduğu halda çıxarışda həmin sahə sadəcə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir, halbuku həmin sahə zirzəmidi. Hazırda həmin icarə müqaviləsi, alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış binanın sakinlərinin hüquqlarını pozur və maraqlarına toxunur, çünki həmin zirzəmidən bütün binanın sakinləri istifadə edə bilər, lakin hazırda zirzəmi xüsusi mülkiyyətə verildiyindən həmin zirzəmiyə daxil olmaq mümkün olmayacaq, baxmayaraq ki, binanın bütün kommunikasiya xətləri zirzəmidən keçir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh ƏMDX tərəfindən məhkəməyə təqdim olunmuş **********45 saylı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. İlk növbədə iddia "xxxx" MTK tərəfindən qaldırılsa da, onun tərəfindən nə hazırda qeyd olunan hüquqi şəxsin mövcud olması, nə də iddianı imzalamış İddiaçı1 (Məmmədova) həmin kooperativin adından iddianı imzalamaq səlahiyyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Beləliklə, iddiaçı "xxxx" MTK o halda iddia qaldırmaq hüququna malik ola və əmlakın hüquqi şəxsə məxsus olduğunu iddia edə bilər ki, hüquqi şəxs dövlət qeydiyyatına alınmış olsun. Qeyd olunanlara əsasən iddianı imzalamış İddiaçı1 (Məmmədova) yalnız "xxxx" MTK-nın dövlət qeydiyyatına alınmasından sonra mübahisə predmeti olan əmlakla bağlı kooperativin adından qaldırılmış iddia ərizəsini imzalaya bilərdi. Bundan əlavə iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisə predmeti olmuş qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə sübut olunmuşdur. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh “Murad-95” firmasına qarşı “hazırda mübahisə predmeti olan qeyri -yaşayış sahəsinə dair icarə haqqının ödənilməsi və həmin sahənin boşaldılması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmə bunun üçün əsas kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun "xxxx" MTK-ya deyil, dövlətə məxsus olmasını qeyd etmişdir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə təqdimat ünvanlayaraq, qeyd edilən qeyri-yaşayış sahəsindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə qanunamüvafiq tədbirlər görüb, bu barədə qanunla müəyyən olunmuş müddətdə məhkəməyə məlumat verilməsinin təmin olunmasının xahiş etmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 78 nömrəli sərəncamı ilə ümumi sahəsi 150.6 kv. metr təşkil edən mübahisə predmeti olan qeyri-yaşayış obyektinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X4 və X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4981 nömrəli icarə müqaviləsinə əsasən sonuncuların icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 14 fevral 2014-cü il tarixli, 6189 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X3 icarəsinə verilmişdir. X1 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Komitənin xx.xx.2014-cü il tarixli, 59 nömrəli sərəncamı ilə qeyd olunan sahənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5276 nömrəli əmlakın alqı-satqı müqaviləsi ilə həmin sahə sonuncu tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan sahə ilə bağlı Komitə ilə Tahir Quliyev arasında ilkin icarə müqaviləsi 2007-ci il tarixdə bağlanmış və 15 il ərzində həmin sahə sonuncunun istifadəsində olmuş və iddiaçılar bundan xəbərdar olmuşdur. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi həmin sahənin dövlət mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçılara məlum olmuşdur. Göründüyü kimi iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçılar tələbin əsası kimi mübahisəli qeyri-yaşayış sahəsindən binanın kommunikasiya xətlərinin keçdiyini və bu səbəbdən həmin sahədən başqa məqsəd üçün istifadənin yolverilməz olmasını qeyd etmişlər. Halbuki qeyd olunan hallar iddiaçılar tərəfindən bundan əvvəl hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırılan zaman qeyd olunsa da, məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyi ilə həmin halların əsassızlığı sübut olunmuşdur. Belə ki, qeyd olunan iddiaya Yasamal Rayon Məhkəməsində baxılan zaman məhkəmənin müvafiq qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6 “A” ünvanında yerləşən X3 mülkiyyətində olan 150.6 kv. metr olan qeyri-yaşayış sahəsindən həmin binanın kommunal xətlərinin keçib-keçməməsi, keçdiyi təqdirdə bu hal iddiaçıların və eləcə də, digər şəxslərin hər hansı bir şəkildə mənafeyinə toxunub-toxunmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti ekspertizası təyin edilmiş, xx.xx.2020-ci il tarixli, 10/3427 nömrəli ekspert rəyinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsindən kommunal xətlərin keçmədiyi müəyyən olunmuş və həmin sahədən binanın kommunal xətləri keçmədiyindən, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Beləliklə özəlləşdirmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü, həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci və həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndlərinə uyğun olaraq həyata keçirilmiş, özəlləşdirmə zamanı iddiaçıların hər hansı hüquqları pozulmamışdır. Müvafiq qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zamanı dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericiliyin hər hansı normalarının pozulmasına yol verilməməsi və iddiaçıların onların hüquqlarının pozulmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsi səbəbindən hazırkı iddia tələbi əsassızdır. Üçüncü şəxs X10 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə (müddətin tətbiqi ilə bağlı) göstərilmişdir ki, qeyd olunan mübahisəli, qeyri-yaşayış sahəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qanuni əsaslarla, alqı-satqı müqaviləsinə əsasən ona satılmış və həmin əraziyə dair onun adına 28 fevral 2014-cü il tarixdə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edir ki, iddiaçılar müxtəlif vaxtlarda 28 fevral 2014-cü il tarixdən onun mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A” ünvanda yerləşən və ölçüsü 150,6 kv. metr olan qeyri-yaşayış sahəsi üzrə onunla bağlanmış icarə müqaviləsinin, həmçinin həmin sahənin ona satılmasına dair müqavilələrin ləğv edilməsi tələbləri ilə məhkəməyə müraciət etmişlər. Odur ki, onlar mübahisəli ərazinin 28 fevral 2014-cü il tarixdən onun mülkiyyətində olmasını bilmişdirlər. İddiaçıların əvvəlki mübahisələri üzrə iddia tələbləri təmin edilməmiş və həmin işlər üzrə mövcud olan məhkəmə qərarları Ali Məhkəmənin qərarına əsasən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçılar hər dəfə, qəsdən cavabdehlərin və ya iddiaçıların sayını artırmaqla eyni predmet barəsində iddialarla məhkəməyə müraciət edirlər. İddiaçılar, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılmasını və 28 fevral 2014-cü il tarixli “Çıxarışa” əsasən onun mülkiyyətində olmasını göstərsələr də, onlar, İPM-nin 38-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş inzbati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti hansı üzürlü səbəbdən ötürmələri barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçılar mübahisəli qeyr-yaşayış sahəsinin 28 fevral 2014-cü ildən onun mülkiyyətində olmasını etiraf etsələr də, yəni hüquqlarının həmin tarixdən pozulmasını bildirsələr də, hazırki iddia tələbi ilə məhkəməyə yalnız 25 fevral 2022-ci il tarixdə, yəni 8 il keçdikdən sonra müraciət etmişlər. İddiaçılar, hazırkı mübahisə ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ərzində deyil, yalnız 25 fevral 2022-ci il tarixdə, yəni iddia müddətinin 8 il bitməsindən sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir əsas məhkəməyə təqdim etməmişlər. Qanunvericilikdə, iddia müddətinin üzürsüz səbəbdən ötürülməsi halı, iddianın yolverilməzliyinə dair qərardad qəbul edilməsi üçün əsasdır. İddiaçılar müxtəlif vaxtlarda 28 fevral 2014-cü il tarixdən onun mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A” ünvanda yerləşən və sahəsi 150,6 kv. metr olan qeyri-yaşayış sahəsi üzrə onun adına bağlanmış icarə müqaviləsinin, həmçinin həmin sahənin ona satılmasına dair müqavilələrin ləğv edilməsi tələbləri ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, iddiaçılar hər dəfə, qəsdən cavabdehlərin və iddiaçıların sayını artırmaqla eyni predmet barəsində iddialarla məhkəməyə müraciət edirlər. Qanunvericiliyə uyğun olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndələri və vəkili ayrı-ayrılıqda iddiaya uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh ƏMDX-nin nümayəndəsi X11 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X3 nümayəndəsi və vəkili məhkəmədə yazılı münasibətə uyğun izahat verərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavələri, digər sənədləri nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: “ASAN 3” tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 (iddia ərizəsini "xxxx" MTK-nın sədri kimi imzalamış şəxs) ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhər Texniki İnvebtarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasaml rayonu, Parlament pros., məh. 500, ev 6 “A” ünvanında yerləşən 32 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Çıxarış”ın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasaml rayonu, Parlament pros., məh. 500, ev 6 “A” ünvanında yerləşən 13 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı3 məxsusdur. Məhkəmənin iş üzrə müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********606600 saylı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MTK-nın qeydiyyat qovluğunun Ədliyyə Nazirliyindən təhvil-təslim işləri ilə bağlı təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********986400 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, dövlət reyestrində "xxxx" MTK-nın xx.xx.1969-cu il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında həmin Kooperativə aid qovluq aşkar edilməmişdir. ƏMDX-nin **********14 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı: - Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında 78 №-li, xx.xx.2007-ci il tarixli Sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”ni rəhbər tutaraq, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının icrasının təmin olunması məqsədilə kiçik özəlləşdirmənin təşkili, icarə və torpaq şöbəsi tərəfindən icarə müqavilələrinin bağlanması üçün təqdim olunmuş icarə obyektlərinin siyahısının təsdiq edilməsi və s. qərara alınmışdır. - Sərəncama əlavə olunmuş Bakı şəhəri və Respublikanın digər şəhər və rayonları üzrə icarə müqaviləsi bağlanmasına dair təqdim olunmuş obyektlərin siyahısından görünür ki, X4 və X3 icarəsində olan Parlament prospekti 6A ünvanında zirzəmi, sahəsi 150,6 kv. metr olan yaradıcılıq emalatxanası siyahıda 18 № ilə qeyd olunmuşdur. - Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə ünvanlanmış 087 №-li, xx.xx.2013-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Rəssamlar İttifaqı, Rəssamlar İttifaqının üzvü rəssam X8, Parlament prospekti № 6 “A”, məhəllə 500 ünvanındakı zirzəmidə yerləşən (150,6 kv. metr sahəli) yaradıcılıq emalatxanasının mülkiyyətinə çevrilməsinin Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli sərəncama əsasən rəsmiləşdirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul olunmuş “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” 59 №-li xx.xx.2014-cü il tarixli sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə və “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na uyğun olaraq Bu sərəncamın 1-ci bəndində göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakı 100 faiz dəyəri ilə icarəçilərə satın alınmaq üçün təqdim edilməsi qərara alınmışdır. (2-ci bənd). - Sərəncama əlavə olunmuş İcarəçilərə təklif olunan icarəyə verilmiş daşınmaz dövlət əmlakının siyahısından görünür ki, siyahıda X3 icarəsində olan Bakı şəhəri Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti 6 A ünvanında 9 mərtəbəli binanın zirzəmisində yerləşən 150,6 kv. metr qeyri yaşayış sahəsinin satış qiyməti 7801 manat qeyd olunmuşdur. ( № 2) - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X10 arasında bağlanmış Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 6189/813 №-li xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2012-ci il tarixli, 49 saylı əmrinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 6 a, (registr № ***-*******3-002) ünvanında yerləşən ümumi sahəsi 150,6 kv. metr təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi sonuncunun müddətli istifadəsinə vermişdir. Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal rayon MKTB-nin (qeydiyyat № 1144) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, 1975-ci ildə istismara verilmiş Bakı şəhəri Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti 6A ünvanında yerləşən mənzil-tikinti kooperativ binasının qeyri yaşayış sahəsi olan 150,6 kv. metr zirzəmisi xx.xx.2014-cü il tarixli 6189 saylı müqaviləyə əsasən X3 icarəsinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X10 bağlanmış “icarəyə verilmiş əmlakın alqı-satqısına dair” 5276 №-li xx.xx.2014-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti “Alıcı”nın Azərbaycn Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2014-cü il tarixli 6189 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 150,6 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. Həmin Müqavilənin 1.2-ci bəndində əsasən “Satıcı” Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən 150,6 kv.m qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 7801.00-yeddi min səkkiz yüz bir manata birbaşa satır, “Alıcı” isə onu satın alır. Həmin Müqavilənin 1.3-cü bəndində əsasən əmlakın satış qiymətinin 100 faizi ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. ƏMDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 11/159 inventar nömrəli (**********04-05301-083003 reyestr nömrəli) xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, qeyd olunan pasport balans saxlayıcısı Bakı şəhər İcra Hakimiyyəti MKTD, Yasamal rayon MKTB olan Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə, Parlament prospekti 6 a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəçisi və istifadəçisi olan X3 adına tərtib olunmuşdur. DƏDKRX 1 saylı Bakı Ərazi İdarəsinin **********34 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş RX seriyalı ******* №-li reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə Parlament prospekti 6a ünanında yerləşən sahəsi 150,6 kv. metr olan qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixdə ********** qediyyat nömrəsi ilə X3 adına Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12643 nömrəli vərəqində qeydə alınmışdır. RX seriyalı ******* №-li reyestrdən çıxarışın verilməsinə əsas 5276 №-li xx.xx.2014-cü il tarixli icarəyə verilmiş əmlakın alqı-satqısına dair müqavilə olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-246/2021 saylı qətnmaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh X7 və üçüncü şəxs ƏMDKyə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK-nın cavabdeh X7 və üçüncü şəxs ƏMDK-yə qarşı “müqavilənin etibarsız hesb edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 4599/2021 saylı qətnamənin surətindən görünür ki, İddiaçı2 və İddiaçı3, həmçinin "xxxx" MTK-nın nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-246/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin “Tahir Quliyevin zirzəmidən əşyaları ilə birlikdə çıxarılması, zirzəmidən binanın bütün sakinlərinin istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, zirzəminin MTK-ya təhvil verilməsi” tələblərinin təmin edilməməsi hissəsində habelə məhkəmə xərcləri ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2-1(102)-5644/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4599/2021 saylı iş üzrə 10 iyun 2021ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçıların hazırki iddia tələbi ilə bağlı müraciətinə cavabdeh ƏMDX-nin **********56 №li, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir.Yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən "xxxx" MTK-ya məxsus ünvan 11 ünvanında yerləşən qeyri- yaşayış sahəsi dövlət mülkiyyətində olmuş və həmin əmlaka dair dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Dövlət mülkiyyətində olan qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilmişdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 78 nömrəli sərəncamı ilə ümumi sahəsi 150.6 kv. metr təşkil edən mübahisə predmeti olan qeyri-yaşayış obyektinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X4 və X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4981 nömrəli icarə müqaviləsinə əsasən sonuncuların icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 14 fevral 2014-cü il tarixli, 6189 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X3 icarəsinə verilmişdir. X1 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Komitənin xx.xx.2014-cü il tarixli, 59 nömrəli sərəncamı ilə qeyd olunan sahənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5276 nömrəli əmlakın alqı-satqı müqaviləsi ilə həmin sahə sonuncu tərəfindən özəlləşdirilmişdir. İddia tələbindən məlum olur ki, hazırda iddiaçılar cavabdeh inzibati orqanın 02 aprel 2007-ci il tarixli 78 №-li və xx.xx.2014-cü il tarixli 59 nömrəli sərəncamlarının və onların nəticələrinin ləğv edilməsini xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçıların bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyillər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Bundan əlavə göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən inzibati qərarların qəbul olunmasından 15 ildən çox vaxt keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüş, bununla da iddiaçılar həmin qərarları mübahisələndirmək imkanını itirmişlər. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçılar hazırda baxılan mübahisə üzrə iddia müddətini də ötürdüklərindən, və onlar tərəfindən məhkəməyə təqdim olunmuş müddətin bərpasına dair vəsatət məhkəmənin eyni tarixli qərardadı ilə təmin olunmadığından iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçılar "xxxx" mənzil tikinti kooperativinin, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamların və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev