Məhkəmə qərarları › İş №2-1(112)-6749/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6749/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6749/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanının ona əsassız vergi hesablanmasına dair 12.05.2020-ci il tarixli, **********156300 №-li qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən E.Namazlının 22 aprel 2021-ci il tarixli, **********529600 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə inzibati şikayətinin təmin edilməməsi, Vergilər Nazirliyinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 12.05.2020-ci il tarixli, **********156300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, yuxarıda sözügedən Baş İdarənin 12.05.2020-ci il tarixli, **********156300 nömrəli qərarı ləğv edilməlidir. Belə ki, hazırkı iddia ərizəsinə əlavə etdiyi “fəaliyyətin dayandırılması barədə” 22.10.2012-ci il tarixli məktubdan görünür ki, 17.09.2012-ci ildən 17.09.2017-ci il tarixinədək sahibkarlıq fəaliyyətini dayandırılmışdır. “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubdan görünür ki, 12.09.2017-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti 18.09.2017-ci il tarixdən 13.09.2022-ci il tarixinədək də dayandırılmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, bacısı və onun həyat yoldaşı X3 xahişi ilə S.Şükürova məxsus 21.615,5 manat məbləğində pul vəsaitini 12,700 ABŞ dollarına, 14.03.2020-ci il tarixdə mübadilə etməyi səbəbindən yuxarıda qeyd olunan baş idarə tərəfindən (vəzifəli şəxs Vüsal Qarayev) 12.05.2020-ci il tarixli, **********156300 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla ona 2019-cu il hesabat dövrü üzrə 3.026,17 manat məbləğində gəlir vergisi hesablanmışdır. Sahibkarlıq fəaliyyəti ümumilikdə 17.09.2012-ci ildən 13.09.2022-ci il tarixinədək dayandırıldığından bu müddət ərzində, xüsusən də 2019-cu il ərzində bu və ya digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və sahibkarlıq fəaliyyətindən heç bir gəlir əldə etməmişdir. Yuxarıda sözügedən qərarla 2019-cu il hesabat dövrü üzrə əsassız olaraq 3.026,17 manat məbləğində gəlir vergisinin hesablandığı ona məlum olduqdan dərhal sonra zəruri sənədləri, eləcə də müvafiq izahatları cavabdeh vergi orqanına təqdim edilməklə, əsassız hesablanmış vergi tərəfindən inzibati qaydada müvafiq şikayətlə mübahisələndirilmişdir. Sözügedən şikayəti üzrə işə inzibati icraat qaydasında baxan cavabdeh vergi orqanının inzibati şikayətlərə baxılması baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, həmin baş idarənin rəis müavini, vergi xidməti müşaviri E.A.Namazlı 28.01.2021-ci il tarixli inzibati şikayətinin araşdırılması nəticəsində müəyyən etmişdir ki, guya 12.700,0 ABŞ dollarına konvertasiya etdiyi 21.615,50 manat məbləğində pul vəsaitinin sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğunu sübuta yetirə bilməmiş və bu səbəbdən də cavabdeh vergi orqanı şikayətinin təmin olunmaması barədə yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Sahibkarlıq fəaliyyətinin rəsmi qaydada dayandırıldığı dövrdə cavabdeh vergi orqanı tərəfindən 21.615,50 manat məbləğində pul vəsaitini 12.700,0 ABŞ dollarına konvertasiya etməyi ilə əlaqədar ona 2019-cu il hesabat dövrü üzrə 3.026,7 manat məbləğində gəlir vergisinin hesablanmasının səhv olduğu tərəfindən cavabdeh vergi orqanına təqdim etdiyi sənədlərlə tam sübuta yetirilmişdir.Hazırkı iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, konvertasiya etdiyi pul vəsaiti bacısının həyat yoldaşı, "xxxx" MMC-də baş direktor vəzifəsində işləyən X4 məxsus olmuş və bu hal sonuncunun inzibati araşdırmanı həyata keçirən vergi orqanına təqdim etdiyi 10.05.2020-ci il tarixli iltizamnaməsi və s. sənədlərlə, eləcə də 22.04.2021-ci il tarixli qərarın məzmunda göstərilənlərlə də təsdiq olunur. Belə ki, S.Şükürov yuxarıda sözügedən iltizamnaməsi ilə konvertasiya etdiyi pul vəsaitinin ona məxsus olduğunu rəsmi qaydada bildirmişdir. Həmçinin cavabdeh vergi orqanı qəbul etdiyi 22.04.2021-ci il tarixli qərarında bu vəsaitin S.Şükürova məxsus olmadığını mübahisələndirməmiş, iş üzrə qəbul etdiyi qərarında S.Şükürovun konvertasiya etmək məqsədi ilə ona verdiyi vəsaitlə onun əmək haqqı və digər gəlirlərinin məbləğinin konvertasiya olunmuş vəsaitin məbləğinin tam əhatə edilmədiyi qənaətinə gəlmişdir. Hazırkı vaxtadək Azərbaycan Respublikasında sahibkarlıqla məşğul olmayan fiziki şəxslərin gəlirlərinin deklarasiyasını (bəyan edilməsini) tənzimləyən bu və ya digər qanunvericilik aktı qəbul olunmamışdır. Konvertasiya etdiyi pul vəsaitinin mənbəyinin sahibkarlıq fəaliyyətindən əldə edilməsinin iddia olunması yalnız və yalnız vergi orqanının özbaşınalığına, konstitusion dəyərlərə əhəmiyyət verməyən formal mülahizələrinə əsaslanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 26.08.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iş üzrə cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti”nin əsl cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 Baş İdarəsi” ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6749/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” əsl cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 Baş İdarəsi” ilə əvəz edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən iddiaya qarşı verilmiş 17.09.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində 2019-cu il ərzində vergi ödəyicisi tərəfindən 21615,50 manat ekvivalentində 12700,00 ABŞ dollarının mübadiləsinin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Uçot-baza məlumatına əsasən fiziki şəxsin 22.04.2011-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri” olduğu müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 28.04.2020-ci il tarixli **********502500 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və 2019-cu il üzrə cari gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. 12.03.2020-ci il tarixli **********352700 nömrəli əmr ilə təsdiq edilmiş “Valyuta mübadiləsi əməliyyatları üzrə vergi öhdəliklərinin müəyyən edilməsi haqqında” Qaydalara əsasən fiziki şəxs konvertasiya olunmuş vəsaiti vergiyə cəlb olunmadığı aşkar edildikdə həmin şəxsin belə gəliri (vergidən azad olunan gəlir növü istisna olmaqla) onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilir və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə kameral vergi yoxlaması qaydasında vergilərin hesablanması həyata keçirilir. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2019-cu il ərzində vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir nəzərə alınaraq kameral vergi yoxlaması ilə 2019-cu il üçün gəlir vergisi üzrə 3026,17 manat (21615,50x14%) əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.05.2020-ci il tarixli **********156300 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı öz ərizəsində 17.09.2012-ci il tarixdən sahibkarlıq fəaliyyətini dayandırdığını, onun tərəfindən mübadilə edilmiş 21.615,50 manat vəsaitin bacısının həyat yoldaşı, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyən X4 məxsus olduğunu bildirmişdir. İddiaçı inzibati qaydada vergi orqanına müraciət edərək şikayətində 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 3026,17 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İddiaçı şikayətində 12.05.2020-ci il tarixdə Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən əlaqəli məlumatlar əsasında hesablanmış 3026,17 manat vergi məbləği ilə razı olmadığını, 2012ci ildən müflis olmağı səbəbindən vergi ödəyicisi kimi fəaliyyətini dayandırdığını, heç bir yerdə işləmədiyini, valideynlərinin yanında onların köməkliyi ilə yaşadığını, konvertasiya edilmiş pul vəsaitinin ona aid olmadığını, pulun qohumu X4 məxsus olduğunu və onun həyat yoldaşı olan bacısı tərəfindən bankda ABŞ dollarına konvertasiya olunması üçün fiziki şəxsə verildiyi, pulun mənbəyinin X4 məxsus olduğunu və onun həyat yoldaşı olan bacısı tərəfindən bankda ABŞ dollarına konvertasiya olunması üçün fiziki şəxsə verildiyi, pulun mənbəyinin X3 əldə etdiyi əmək haqqından ibarət olduğunu, qohumunun uzman həkim olduğu və özəl klinikaların birində direktor vəzifəsində çalışdığını qeyd etmişdir. Araşdırma zamanı İddiaçı Bakı şəhəri, Nizami rayonu, X8 çıxışının Şimal-Şərq hissəsi ünvanda yerləşən ümumi sahəsi 12,00 kv.m. olan “Azercell Mobaks” adlı təsərrüfat obyektinin (obyektin kodu: **********-16001) 17.10.2011-ci il tarixdə vergi uçotuna alındığı, 02.08.2012-ci il tarixdə uçotdan çıxarıldığı, fəaliyyətinin 17.09.2012-ci il tarixdən 13.09.2022-ci il tarixədək dayandırıldığı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Neftçilər” filialında olan AZ29JBBK******************** nömrəli ABŞ dolları hesabı üzrə 01.01.2018-ci 22.05.2020-ci il tarixədək olan dövr ərzində əməliyyatlarının olmadığı müəyyən edilmişdir. İddiaçı qohumu X7 tərəfindən verilmiş iltizamı araşdırmaya təqdim etmişdir. X2 10.03.2020-ci il tarixdə yaxın qohumu İddiaçı ABŞ dollarına konvertasiya etmək məqsədilə 21650,0 manat məbləğində pul vəsaitini təqdim etdiyini, konvertasiya edilmiş pul vəsaitinin bir neçə gün sonra qohumu tərəfindən ona qaytarıldığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığını, aylıq əmək haqqı məbləğinin 3000,0 manat olduğunu, konvertasiya edilmiş vəsaitin şəxsi qənaəti hesabına əmək haqqından yığılan pul vəsaiti hesabına topladığını qeyd etmişdir.Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəları rəhbər tutulmaqla vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməsi qərarına gəlinmişdir.Belə ki, X3 bank hesablarından çıxarışlarına əsasən araşdırılan dövr ərzində həyata keçirdiyi nağd məxaric əməliyyatlarının məbləğlərinin ABŞ dollarına konvertasiya edilməsi məqsədilə 21650,0 manat məbləğ qədər olmadığı müəyyən edilmişdir.Araşdırma ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminin məlumatlarına əsasən X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 22.06.2018-ci il tarixdən 01.10.2019-cu il tarixədək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 15.12.2018-ci il tarixdən 01.06.2019-cu il tarixədək, "EGE Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 24.10.2019-cu il tarixdən işçi kimi çalışdığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı 2019-cu il ərzində hesablanmış əmək haqqı məbləğinin 8401,09 manat olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı 2019-cu il ərzində hesablanmış əmək haqqı məbləğinin 7835,39 manat olduğu, "EGE Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı 2019-cu il ərzində hesablanmış əmək haqqı məbləğinin 2798,50 manat olduğu, 2020-ci ilin yanvar- fevral ayları ərzində hesablanmış əmək haqqı məbləğinin 2000,0 manat (2019-cu il ərzində hesablanmış əmək haqqı məbləğinin ümumilikdə 19034,98 manat, 2020-ci ilin yanvar-fevral ayları hesablanmış əmək haqqı məbləğinin 2000,0 manat) olduğu müəyyən edilmişdir.Eyni zamanda, H ” B Güven Klinik" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 bank hesabına 2019-cu il ərzində 7644,98 manat əmək haqqı məbləğinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 bank hesabına 2019-cu il ərzində 7406,35 manat əmək haqqı məbləğinin, "EGE Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 bank hesabına 2019-cu il ərzində 2546,67 manat, 2020-ci ilin yanvar ayı ərzində isə 909,0 manat əmək haqqı məbləğinin köçürüldüyü, köçürülmüş əmək haqqı məbləğlərinin əsas hissəsinin şəxsi məqsədlər üçün (gündəlik tələbat mallarının alınması, kommunal ödənişlərin həyata keçirilməsi və sair digər xidmətlərin əldə edilməsi) nağdsız qaydada ödənildiyi, nağdlaşdırılmış əmək haqqı məbləğinin ABŞ dollarına konvertasiya edilməsi məqsədilə İddiaçı verilmiş pul vəsaitinə kifayət etmədiyi müəyyən edilmişdir.Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminin məlumatlarına əsasən X3 həyat yoldaşı X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 04.01.2018-ci il tarixdən 30.09.2020-ci il tarixədək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 08.08.2016-cı il tarixdən işçi kimi çalışdığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək haqqı məbləğinin 180-270 manat aralığında, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində isə 150-300 manat aralığında dəyişdiyi müəyyən edilmişdir. Göründüyü kimi fiziki şəxsin konvertasiya olunmuş vəsaitin mənbəyi barədə məlumatların iddianın təmin edilməsinə əsas vermədiyinin inzibati araşdırma ilə təsdiqləndiyi, habelə əlavə araşdırma ilə vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir) müəyyən edilmədiyi, X3 və həyat yoldaşı X6 araşdırma ilə müəyyən edilən aylıq gəlirlərinin ailə üzvlərinin yaşayış minimumun təmin edilməsinə və həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğu, bu məqsədlə nağdsız qaydada ödənişlərin edildiyi, bununla vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsinin real olmadığı, inzibati araşdırma zamanı bunun əksinin sübuta yetirilmədiyi, habelə gəlirlərin sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyi, konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğunun sübuta yetirilmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılması xahuş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan sənədlər: - Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanmış “Fəaliyyətin dayandırılması barədə” məktubdan görünür ki, Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsi məktubuna cavab olaraq bildirir ki, 17.09.2012-ci il tarixli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayanadırılması haqqında” Arayışa əsasən fəaliyyəti 17.09.2012-ci il tarixdən 17.09.2017-ci il tarixədək dayandırılmışdır. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, fəaliyyətin dayandırılması barədə arayışın verilməsinə dari 26.08.2021-ci il tarixli müraciətinə (AVİS qeydiyyatı: 30.08.2021-ci il tarixli **********378400 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X11 üzrə Baş İdarəsində baxılmışdır. 31.08.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən fəaliyyəti 17.09.2012-ci il tarixdən 17.09.2017-ci il tarixədək dayandırılması, 17.09.2017-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi və 18.09.2017-ci il tarixdən 13.09.2022-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. - Vergilər Nazirliyinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 12.05.2020-ci il tarixli, **********156300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarından görünür ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçı tərəfindən Gəlir Vergisi bəyannaməsi təqdim edilmədiyinə görə əlaqəli məlumatlara əsasən 2019-cu il hesabat dövrü üçün 3.026.17 manat Gəlir vergisi hesablanmışdır. -Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən iddiaçıya ünvanlanmış “Vergi orqanına dəvət məktubu”ndan görünür ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən tərəfindən 14.03.2020 tarixdə 21615,5 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 12700 USD məbləğində xarici valyuta əldə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur (Vergi Məcəlləsi 13.2.4-cü maddə). Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (Vergi Məcəlləsi 16-cı maddə). Vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır (Vergi Məcəlləsi 67.1-ci maddə). Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir (Vergi Məcəlləsi 66-cı maddə). İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 22.04.2021-ci il tarixli, **********529600 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarından görünür ki, fiziki şəxs İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 28.01.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 12.05.2020-ci il tarixli **********156300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 17.10.2011-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. İddiaçının müraciəti əsasında, 17.09.2012-ci il tarixdən 13.09.2022-ci il tarixədək iddiaçının fəaliyyəti dayandırılmışdır. Vergi orqanının keçirdiyi kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən iddiaçı tərəfindən 211615,5 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 12700.00 ABŞ dolları məbləğində xarici valyuta əldə edildiyi müəyyən olunmuş, pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, 15.05.2020-ci il tarixli **********058200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Qeyd edilən uyğunsuzluq əsasında Bakı şəhəri X11 üzrə Baş İdarəsi Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsaslanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12.05.2020-ci il tarixli **********156300 nömrəli qərarla 2019-cu il üçün 3.026,17 manat gəlir vergisi hesablanmışdır. İddiaçı vergi orqanının həmin qərarından inzibati şikayət vermişdir. İddiaçı tərəfindən 2019-cu il üzrə cari gəlir vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, gəlir və xərclər barədə məlumatlar bəyan edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 3.026,17 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.05.2020-ci il tarixli **********156300 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 22.04.2021-ci il tarixli, **********529600 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı Bakı şəhəri X11 üzrə Baş İdarəsinin onun barəsində qəbul etdiyi 12.05.2020-ci il tarixli **********156300 nömrəli qərarının ləğvini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 12.05.2020-ci il tarixli qərarından yuxarı inzibati orqana şikayət vermiş, yuxarı inzibati orqanın inzibati şikayətin təmin edilməməsi barədə 22.04.2021-ci il tarixli qərarından sonra 20.05.2021-ci il tarixdə hazırkı iddia ərizəsi məhkəmənin dəftərxanasına daxil olmuşdur. Məhkəmə iddiaçının vergi orqanının qərarından yuxarı vergi orqanına inzibati şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı şikayətinə dair vergi orqanının 22.04.2021-ci il tarixli qərarını aldıqdan sonra 20.05.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Eyni Məcəllənin 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. İşin hallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi 17.10.2011-ci il tarixdə uçota alınmış, fəaliyyəti 17.09.2012-ci il tarixdən 13.09.2022-ci il tarixədək dayandırılmışdır. İddiaçı 14.03.2020-ci il tarixdə 12.700 ABŞ dolları məbləğində valyuta mübadiləsi əməliyyatı aparmış, vergi orqanın tələbi əsasında pul vəsaitinin mənbəyini bacısının həyat yoldaşı, "xxxx" MMC-də baş direktor vəzifəsində işləyən X4 məxsus vəsait olması ilə əlaqələndirmiş, sözügedən məbləğ vergiyə cəlb ediləcək nə sahibkarlıq, nə də qeyrisahibkarlıq fəaliyyətindən əldə edilən gəlir olmadığından, bununla bağlı müvafiq təsdiqedici sənədləri vergi orqanına təqdim etməmişdir. Vergi orqanı isə iddiaçının pul vəsaitinin mənbəyi ilə bağlı arqumentini qəbul etməmiş və həmçinin müvafiq dövr üzrə təqdim edilmiş bəyannamədə xərclər barədə məlumatlar bəyan edilmədiyi üçün sözügedən halları vergidən yayınma halı kimi qiymətləndirərək, nəticədə iddiaçıya əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablamışdır. Belə ki, vergi orqanının mövqeyinə görə iddiaçı 21.615,5 manat valyuta mübadiləsinin aparılması üçün gəlirlərini təsdiq edən sənədləri araşdırmaya təqdim etməmiş, eyni zamanda, uçot məlumat bazasına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, X8 çıxışının Şimal-Şərq hissəsi ünvanda yerləşən ümumi sahəsi 12,00 kv.m. olan “Azercell Mobaks” adlı təsərrüfat obyektinin (obyektin kodu: **********-16001) 17.10.2011ci il tarixdə vergi uçotuna alındığı, 02.08.2012-ci il tarixdə uçotdan çıxarıldığı, fəaliyyətinin 17.09.2012-ci il tarixdən 13.09.2022-ci il tarixədək dayandırıldığı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Neftçilər” filialında olan AZ29JBBK******************** nömrəli ABŞ dolları hesabı üzrə 01.01.2018-ci 22.05.2020-ci il tarixədək olan dövr ərzində əməliyyatlarının olmadığı müəyyən edilmişdir. X1 bank hesablarından çıxarışlarına əsasən araşdırılan dövr ərzində həyata keçirdiyi nağd məxaric əməliyyatlarının məbləğlərinin ABŞ dollarına konvertasiya edilməsi məqsədilə 21650,0 manat məbləğ qədər olmadığı müəyyən edilmişdir. Araşdırma ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminin məlumatlarına əsasən X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 22.06.2018-ci il tarixdən 01.10.2019-cu il tarixədək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 15.12.2018-ci il tarixdən 01.06.2019-cu il tarixədək, "EGE Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 24.10.2019-cu il tarixdən işçi kimi çalışdığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı 2019-cu il ərzində hesablanmış əmək haqqı məbləğinin 8401,09 manat olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı 2019-cu il ərzində hesablanmış əmək haqqı məbləğinin 7835,39 manat olduğu, "EGE Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı 2019-cu il ərzində hesablanmış əmək haqqı məbləğinin 2798,50 manat olduğu, 2020-ci ilin yanvar- fevral ayları ərzində hesablanmış əmək haqqı məbləğinin 2000,0 manat (2019-cu il ərzində hesablanmış əmək haqqı məbləğinin ümumilikdə 19034,98 manat, 2020-ci ilin yanvar-fevral ayları hesablanmış əmək haqqı məbləğinin 2000,0 manat) olduğu müəyyən edilmişdir. Eyni zamanda, “HB Güven Klinik" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 bank hesabına 2019-cu il ərzində 7644,98 manat əmək haqqı məbləğinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 bank hesabına 2019-cu il ərzində 7406,35 manat əmək haqqı məbləğinin, "EGE Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 bank hesabına 2019-cu il ərzində 2546,67 manat, 2020-ci ilin yanvar ayı ərzində isə 909,0 manat əmək haqqı məbləğinin köçürüldüyü, köçürülmüş əmək haqqı məbləğlərinin əsas hissəsinin şəxsi məqsədlər üçün (gündəlik tələbat mallarının alınması, kommunal ödənişlərin həyata keçirilməsi və sair digər xidmətlərin əldə edilməsi) nağdsız qaydada ödənildiyi, nağdlaşdırılmış əmək haqqı məbləğinin ABŞ dollarına konvertasiya edilməsi məqsədilə İddiaçı verilmiş pul vəsaitinə kifayət etmədiyi müəyyən edilmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminin məlumatlarına əsasən X3 həyat yoldaşı X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 04.01.2018-ci il tarixdən 30.09.2020-ci il tarixədək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 08.08.2016-cı il tarixdən işçi kimi çalışdığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək haqqı məbləğinin 180-270 manat aralığında, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində isə 150-300 manat aralığında dəyişdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), konvertasiya olunmuş vəsaitinin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası işin faktiki hallarından asılı olaraq digər zəruri məlumatlar araşdırılmalı və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməlidir. Qeyd edilən sənədləri təqdim etmək vergi ödəyicisindən tələb olunduğu kimi vergi orqanından da, təqdim olunmuş sənədləri araşdırmaq, həmin sənədlərin konvertasiya olunmuş vəsaitin mənbəyini təsdiq etmədiyini və vergidən yayınma halını yəqin etdiyi halda bu halı sübut etmək üçün zəruri məlumat və sənədləri bilavasitə əldə etmək tələb olunur. Hazırkı iş üzrə vergi orqanı konvertasiya olunmuş vəsaitin mənbəyi ilə bağlı iddiaçının əsas gətirdiyi arqumentlə razılaşmasa da, bunun əksini sübut edən hər hansı mötəbər hala istinad etməmiş, müvafiq sənədləri təqdim edə bilməmişdir. Belə ki, iş üzrə mübahisəli qərardan görünür ki, həmin qərarla hesablanmış vergi məbləği 2019-cu ilin gəlir vergisinə aiddir. Bu səbəbdən də, vergi orqanının istinad etdiyi həmin hallar iddiaçının konvertasiya etdiyi vəsaitin mənbəyini təkzib etməyə kifayət deyildir. Belə ki, vergi qanunvericiliyi vergi orqanına vergi ödəyicisinin əldə etdiyi gəlirin məbləği, sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olubolmamasını, həmin gəlirin əldə olunmasına əsas verən əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri müəyyən etmək və əldə etmək üçün geniş hüquqi imkanlar nəzərdə tutmuşdur. O cümlədən Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vergi orqanının vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilmə imkanı təsbit olunmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də, mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 , 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.05.2020-ci il tarixli, **********156300 nömrəli Qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar