Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-675/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK, Bakı şəhər Nəriman Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxış iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 9 №-li binanın girişində yerləşən qeyri-yaşayış sahəsini tərtib olunmuş eskiz layihəsinə uyğun İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “Medik Kaspar" Mənzil Tikinti Kooperativi arasında 20.06.1997-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən kooperativ Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prosekti, 9 ünvanında yerləşərək "xxxx" MTK-ya məxsusdur. Bakı şəhər İcra hakimiyyəti başçısının 1886 saylı, 18.11.1993-cü il tarixli sərəncamına və Mənzil - Kooperativ Təsərrüfatı İdarəsinin 23/9-137 saylı, 24.12.1993-cü il tarixli məktubuna əsasən binanın qeyri-yaşayış sahəsini satmağa hüququ vardır. Sözügedən qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı bu barədə maliyyə arayışını təqdim etmişdir. Göstərilən qeyri-yaşayış sahəsi 9 №-li binanın girişində yerləşir. Ümumi sahəsi 16 kvadrat metrdir. Qeyd olunan yaşayış sahəsinin 1 (bir) kvadrat metri 15.625 manat müəyyən olunmuşdur. Məbləğ "xxxx" MTK-nın büdcəsinə verilmişdir. Həmin vəsait binanın qeyri-yaşayış sahəsinin zibilindən təmizlənməsinə sərf edilmişdir. Binanın zibil tullantıları ödənilmiş, müqavilə əsasında payçı və "xxxx" MTK-nın üzvləri tərəfindən razılığa gəlinmişdir ki, hər mənzildən bir nəfərin zibil tullantıları 1997- 2015-ci illərdə İddiaçı tərəfindən ödənilsin. Həmin müqavilə üzrə məişət tullantılarının daşınması üzrə öhdəliyini icra etmək məqsədilə iddiaçı S.B. Amanova “UP Azərbaycan” Birgə müəssisəsi ilə müqavilə bağlamışdır. "xxxx" Kooperativinin sakinlərinin 24.06.2005-ci il tarixli razılıq aktına əsasən, kooperativ sakinləri zirzəminin 80 %-ni öz paylarının verilməsinə razılıqlarını imzaları ilə təsdiq etmişlər. "xxxx" Mənzil Tikinti Kooperativinin İddiaçı verdiyi 15.10.1996-cı il tarixli maliyyə arayışına əsasən, o, həqiqətən Nərimanov rayonu, Atatürk prosekti, birgirişli 9 №-li yaşayış binasının ərazisində yerləşən 16 m2 olan qeyri-yaşayış sahəsinin qiymətini MTK tərəfindən müəyyən edilmiş məbləğini ödəmişdir və qoyulan şərtləri icra etmişdir. AR Baş Prokurorluğunun İddiaçı göndərdiyi 10.03.2006-cı il tarixli məktubda Nərimanov rayon prokurorluğunun inzibati binasının Atatürk prospekti, 9 ünvanında yerləşdiyi və həmin binanın "xxxx" MTK-nin balansında olduğu qeyd edilmişdir. Həmin binanın zirzəmisinin bir hissəsində prokurorluğun arxivi yerləşir. Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin 05.08.2019-cu il tarixli İddiaçı göndərdiyi məktuba əsasən, qeyri -yaşayış sahəsinə çıxarış alınması ilə bağlı qeyd etmişdir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin “İrs Mədəni Təhsil Mərkəzi” kimi fəaliyyət göstərməsinə Nərimanov rayon İcra hakimiyyəti etiraz etmir. "xxxx" MMC tərəfindən Nərimanov rayonu, Atatürk prospekti ərazisində yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin eskiz layihəsi tərtib edilmişdir. Göründüyü kimi, qeyd olunan qeyri-yaşayış sahəsi İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Müvafiq qaydada sənədləri toplayan İddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair müvafiq eskiz layihəsinə uyğun çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** saylı 25.06.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh idarə 16.09.2019-cu il tarixli **********08 saylı cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığından çıxarışın verilməsindən imtina etmişdir. Bundan əlavə, qeyri-yaşayış sahəsinə əlavə inşa olunmuş tikili ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsus torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi qeyri-yaşayış sahə İddiaçı məxsusdur, o, da öz növbəsində faktiki sahiblik hüquqları həyata keçirir. İddiaçıya məxsus olan “İrs” Mədəni Təhsil Mərkəzi faktiki olaraq həmin ünvanda fəaliyyət göstərir. Qeyd edilənlərə əsasən iddianın təmin edilərək “çıxarışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3307/2020 nömrəli, 01.04.2020-ci il tarixli qərardadı ilə "xxxx" MTK və Məhkəmənin 2-1(112)-675/2021 nömrəli 15.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən 16 kv/metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin əlavə tikilisinin sənədləşməsi ilə bağlı iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər təqdim olunmamışdır. Bundan əlavə qeyri-yaşayış sahəsinə əlavə inşa olunmuş tikili ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsus torpaq sahəsində yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********82 saylı, 16.09.2019-cu il tarixli məktub ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 3-cü şəxslər "xxxx" MTK-ya, Bakı şəhər Nəriman Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1886 nömrəli 18.11.1993-cü il tarixli “Əhalinin vəsaiti hesabına mənzil-kooperativ tikintisinə və istismarda olan mənzil kooperativ fondunun təmirinə şərait yaradılması haqqında” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Kooperativ tikintisi həcmini saxlamaq məqsədi ilə və istismarda olan mənzil fondunun vaxtında təmirinə şərait yaratmaq üçün MTK-lara məxsus yaşayış evlərində, kooperativ üzvlərinin vəsaiti/payı/ hesabına tikilmiş qeyri-yaşayış sahələrinin /binaların/və qarajların satışından əldə edilən gəlirlərdən istifadə edilməsi, MTK-lardakı yaşayış və qeyri-yaşayış sahəsinin satışının mənzil-kooperativ təsərrüfatı idarəsi ilə razılaşdırılması və s. müəyyən edilmişdir. - 20 iyun 1997-ci il tarixli 7 nömrəli Müqavilədən görünür ki, "xxxx" Mənzil-Tikinti kooperativi sədr əvəzi V.Əliyev bir tərəfdən və Atatürk 9 prospekti mənzil 8 ünvanda yaşayan “Payçı” adlandırılan vətəndaş İddiaçı digər tərəfdən alqı-satqı haqqında bu müqaviləni bağlamışlar.
1. Kooperativ Bakı şəhəri Nərimanov rayonu Atatürk 9 prospekti ünvanda yerləşərək "xxxx" MTK-ya məxsusdur.
2. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1886 saylı 18.11.1993-cü il tarixli sərəncamına və Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin 23/9-137 saylı, 24.12.1993-cü il tarixli məktubuna əsasən binanın qeyri-yaşayış sahəsini satmağa hüquq vardır. Payçı sahəsini qəbul etməyə və qabaqdan həmin sahəyə ayrılmış vəsaiti öhdəsinə götürür.
3. Payçı kooperativ üzvü kimi kooperativin Nizamnamə fondunun yaradılmasında üzərinə düşən məbləği ödəməyi öhdəsinə götürür.
4. Göstərilən qeyri-yaşayış sahəsi 9 №-li binanın girişində yerləşir. Ümumi sahəsi 16 metr kvadratdır. Qeyd olunan qeyri-yaşayış sahəsinin 1(bir) kvadrat metri 15.625 manat müəyyən olunmuşdur. Məbləğ "xxxx" MTK-nın büdcəsinə verilmişdir. Həmin vəsait binanın zibil tullantıları ödənilmiş, müqavilə əsasında sakin İddiaçı və "xxxx" MTK-nın üzvləri tərəfindən belə bir qərara gəlinmişdir ki, hər mənzildən bir nəfərin zibil tullantıları İddiaçı tərəfindən ödəniləcəkdir 1997-2015-ci ilə qədər.
5. Təmir razılaşdırılmış qiymətlər üzrə şərtli vahidə uyğun olaraq Azərbaycan Respublikasının pul vahidi Azərbaycan manatı ilə aparılır.
6. Müqavilənin tərəfləri arasında bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun şəkildə həll olunur.
7. Müqavilədə imzalandığı gündən qüvvəyə minir.
8. Müqavilə iki nüsxədən ibarət tərtib edildi və hər biri eyni hüquqa malikdir. - "xxxx" Kooperativinin sakinləri tərəfindən imzalanmış 24.06.2005-ci il tarixli razılıq aktının surətindən görünür ki, kooperativ sakinləri zirzəminin 80 %-ni İddiaçı (öz paylarının) verilməsinə razılıqlarını imzaları ilə təsdiq etmişlər. - "xxxx" MTK tərəfindən verilmiş 15 oktyabr 1996-cı il tarixli 25 nömrəli Maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 4 saylı 1 girişli yaşayış binasının ərazisində yerləşən, sahəsi 16 m2 olan qeyri-yaşayış sahəsinin MTK tərəfindən müəyyən edilmiş məbləğini ödəmişdir və qoyulan şərtləri icra etmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 05.08.2019-cu il tarixli A-103-032 nömrəli məktubun surətindən görünür ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin “İrs Mədəni Təhsil Mərkəzi” kimi fəaliyyət göstərməsinə Nərimanov Rayon İcra Hakimiyyəti etiraz etmir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********18 nömrəli 15.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktı və razılaşdırılmış mərtəbəlik planı təqdim edilməmişdir. Təqdim edilən maliyyə arayışı və protokoldan çıxarış "xxxx" MTK-nın sədri tərəfindən təsdiq edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, "xxxx" adına kooperativi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1886 saylı 18.11.1993-cü il tarixli sərəncamına və Mənzil- Kooperativ Təsərrüfatı İdarəsinin 23/9-137 saylı, 24.12.1993-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 9 №-li girişində yerləşən qeyriyaşayış sahəsinin 16 kv/metr hissəsini 20 iyun 1997-ci il tarixli 7 nömrəli Müqavilə ilə İddiaçı satmışdır. İddiaçı ünvan 4 saylı 1 girişli yaşayış binasının ərazisində yerləşən, sahəsi 16 m2 olan qeyri-yaşayış sahəsinin MTK tərəfindən müəyyən edilmiş məbləğini ödəmişdir və qoyulan şərtləri icra etmişdir. Hal-hazırda iddiaçı həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsini tələb edir. Cavabdeh inzibati orqan qeyri yaşayış sahəsinin əlavə tikilisinin sənədləşməsi ilə bağlı iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənəd təqdim olunmadığı və qeyri-yaşayış sahəsinə əlavə inşa olunmuş tikilinin ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsus torpaq sahəsində yerləşdiyi əsası ilə imtina edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir:
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən kooperativə əmlakın dəyərinin tam ödənilməsi, kooperativ tərəfindən isə ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasənmənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinitənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyü-nün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Bu maddəyə görə, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Belə ki, işdəki sənədlərlə müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi 20 iyun 1997ci il tarixdə iddiaçıya satılmış, sahənin dəyəri onun tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1886 nömrəli 18.11.1993-cü il tarixli “Əhalinin vəsaiti hesabına mənzil-kooperativ tikintisinə və istismarda olan mənzil kooperativ fondunun təmirinə şərait yaradılması haqqında” Sərəncamı ilə Kooperativ tikintisi həcmini saxlamaq məqsədi ilə və istismarda olan mənzil fondunun vaxtında təmirinə şərait yaratmaq üçün tələb edilən xərclərin maliyyələşdirilməsi məqsədilə MTK-lara məxsus yaşayış evlərində, kooperativ üzvlərinin vəsaiti /payı/ hesabına tikilmiş qeyri-yaşayış sahələrinin /binaların/və qarajların satışından əldə edilən gəlirlərdən istifadə edilməsi təsdiq edilmişdir. Göründüyü kimi "xxxx" Mənzil-Tikinti Kooperativinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1886 nömrəli 18.11.1993-cü il tarixli sərəncamına əsasən binanın qeyri-yaşayış sahəsini satmaq hüququ müəyyən edilmişdir. İddiaçı da Bakı şəhəri, Nərimanov rayonu, Atatüürk prospekti 9 №-li girişində yerləşən qeyri-yaşayış sahəsinin 16 kv/metr hissəsini mövcud istifadə vəziyyətində "xxxx" adına kooperativi ilə aralarında bağlanmış 20 iyul 1997-ci il tarixli 7 №-li alqı-satqı müqaviləsi ilə əldə etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış sahəsi üzərindəki hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən 16 kv/metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə