Məhkəmə qərarları › İş №2-1(112)-6751/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6751/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6751/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı SOCAR-ın “Azneft” İB Ə.C.Əmirov adına Neft və Qazçıxartma İdarəsində 2007-ci il tarixdən quyuların yeraltı təmiri üzrə operator vəzifəsində çalışır, 26.03.2020-ci il tarixdə saat 11:45 radələrində bədbəxt hadisə baş vermiş, belə ki, boru elevatordan çıxaraq kənara qaçmaq istəyən zaman iddiaçının üzərinə düşmüşdür. Bütün tibbi arayışların olmasına baxmayaraq cavabdeh əlillik qrupunu müəyyən etmir və bunun səbəbi də iddiaçıya məlum deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamınına əsasən cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 23.12.2020-ci il tarixli 2778003AABYN saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08-T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => TO...; Diaqnozun mətni: Sol körpücük sümüyüyü və sağ bud sümüyü boynunun qəlpəli yerdəyişmiş sınığı və Th11- Th12 fəqərə cisimlərinin çoxqəlpəli kompresion sınığından sonrakı vəziyyət. Sol bazu oynağınının və sağ bud çanaq oynağının kontrakturası,hərəkətin kəskin məhdudlaşması ilə (ikitərəfli əl əsasının köməkliyi ilə hərəkət edir); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: tavmataloji xəstəliyə görə xəstənin müalicə günləri əlillik üçün yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin xəstəxananın 08.03.2021-ci il tarixli 2778003AABZ7 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar, Sol körpücük sümüyüyü və sağ bud sümüyü boynunun qəlpəli yerdəyişmiş sınığı və Th11-Th12 fəqərə cisimlərinin çoxqəlpəli kompresion sınığından sonrakı vəziyyət. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol körpücük sümüyünün, sağ bud sümüyü boynunun və 11-12-ci döş fəqərələrinin çoxqəlpəli sınığının metal-plastik osteosintez əməliyyatından sonrakı vəziyyət. Bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticələri, Davamlı və kəskin ağrıs sindromu. Oynaqların kontrakturası, Sol bazu oynağınınm və sağ bud çanaq oynağının Kontrakturası, hərəkətin kəskin məhdudlaşması ilə (ikitərəfli əl əsasının köməkliyi ilə hərəkət edir). Yanaşı xəstəliklər S06.2 Baş beynin diffuz travması, QKBT, Baş beyin silkələnməsi, sol təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, koqnitiv funksiyaların pozulması, qabarıq asteno nevrotik sindrom; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsinə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının “əlilliyin müəyyən edilməsinə dair” inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1978-ci il tarixində doğulmuşdur. “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş epikrizin surətinə (gəliş tarixi: 26.03.2020 19:35, çıxış tarixi: 31.03.2020 15:15) əsasən İddiaçı aşağıdakı diaqnoz qoyulmuşdur: “Əsas xəstəlik – S32.0 – Bel fərəqəsinin sınığı. Diaqnoz qeydi: Müştərək travma. Qapalı kəllə beyin travması. Baş beyin sirkələnməsi. Th11 fəgərə cisminin çoxqəlpəli kompression fəsadlaşmamış sınığı. Sol körpücük sümüyün yerdəyişmiş sınığı. Sağ bud sümüyün boynunun gəlpəli yerdəyişmiş sınığı. Sol təpə nahiyənin əzilmiş-cırılmış yarası və dərialtı hematoması. Alın nahiyənin yumşaq toxmaların əzilməsi. Yanaşı xəstəliklər – S42.0 – Görpücük sümüyünün sınığı; – S72.0 – Bud sümüyü boynunun sınığı; – S06.0 – Baş beynin silkələnməsi”. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 nomrəli aktın surətində göstərilmişdir: “Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı təmiri sexinin operatoru İddiaçı 26 mart 2020-ci il tarixdə, saat 08:00-da işə gəlmiş, təlimat aldıqdan sonra “1488 nömrəli quyunun cari təmirinin tapşırıq-icazəsi” əsasında verilmiş iş planına uyğun olaraq yaradılmış briqadanın tərkibində işə başlamışdır. Briqadanın rəhbəri, quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta Elvin Allahverdiyevin rəhbərliyi altında iş prosesinə uyğun olaraq təhlükəsizlik tədbirləri təmin edildikdən sonra quyunun dərinlik nasosu qıfıl dayağından azad edilmiş, ştanqların və bir neçə borunun qaldırılması əməliyyatı həyata keçirilmişdir. Sonra böyük usta E.Allahverdiyev yeraltı təmir üzrə operator Tapdıq Rzayevə boruların qaldrılması tapşırığını verərək paralel olaraq cari təmir işləri aparılan 465 saylı quyuda işləyən briqadaya nəzarət etmək üçün oraya getmişdir. Təxminən saat 11:45 radələrində operator T.Rzayev 47-ci borunu elevatora birləşdirib quyudan qaldırdıqdan sonra digər borudan açan qoruyucu cəftzaman elevatorun qəsi qıfıla keçiriləcək tam bağlanmadığından boru yivdən (rezbadan) açılarkən elevatorun qapıcığı açılmışdır.Nəticədə boru elevatordan çıxaraq kənara qaçmaq istəyən operator İddiaçı üzərinə düşərək ona xəsarət yetirmişdir.” 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2778003AABZ7 nömrəli göndərişin surətinə əsasən, iddiaçının xəstəliyi 03.03.2020-ci ildə başlanılmış, əsas diaqnoz – “T02.8 Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar Sol körpücük sümüyüyü və sağ bud sümüyü boynunun qəlpəli yerdəyişmiş sınığı və Th11-Th12 fəqərə cisimlərinin çıxqəlpəli kompresion sınığından sonrakı vəziyyət” xəstəliyi, ağırlaşma – “Z98.8 Digər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər Sol körpücük sümüyünün, sağ bud sümüyü boynunun və 11-12-ci döş fəqərələrinin çoxqəlpəli sınığının mütal-plastik osteosintez əməliyyatından sonrakı vəziyyət; T94.0 Bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticələri Davamlı və kəskin ağrıs sindromu; M24.5 Oynaqların kontrakturası Sol bazu oynağının və sağ bud çanaq oynağının KONTRAKTURASİ, hərəkətin kəskin məhdudlaşması ilə (ikitərəfli əf əsasının köməkliyi ilə hərəkət edir)” göstərilmişdir. Yanaşı xəstəliklər isə “S06.2 Baş beynin diffuz travması QKBT, Baş beyin silkələnməsi, sol təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, koqnitiv funksiyaların pozulması, qabarıq asteno nevrotik sindrom”, TSEK-ə göndərilməsi üçün əsas “Əmək zədəsi” kimi göstərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 08.03.2021- ci il tarixli müayinəyə dair məlumatına əsasən iddiaçıya “əlavə müalicəyə ehtiyacın olması, əlavə müalicəixtisaslaşmış bərpa müalicəsinə ehtiyacı var” səbəbindən imtina edilmişdir İddia tələbini təsdiq edən sübut qismində iddiaçı həmçinin ambulator kitabçadan və xəstəlik tarixindən çıxarışların surətləri məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə alt sistemdən çıxarışlar təqdim olunmuşdur. Məhkəmənin 22 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1978-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. Bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 211/2021 nömrəli ekspert rəyində göstərilmişdir: “1978-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı başın təpə nahiyəsində sağalmış əzilmiş yaranın izi olan çapıq toxuma, sol körpücük sümüyünün, döş qəfəsinin arxa səthinin döş fəqərələri proyeksiyasında və sağ budun bayır səthində cərrahi əməliyyat yaralarının sağalmış izləri-çapıq toxumaları aşkar edildi.

2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, 26-31.03.2020-ci il tarixlərdə Bakı Sağlamlıq Klinikasında “müştərək travma, qapalı kəllə-beyin travması, TH11 fəqərə cisminin çoxqəlpəli kompression fəsadlaşmamış sınığı, sol körpücük sümüyünün yerdəyişmiş sınığı, sağ bud sümüyü boynunun qəlpəli yerdəyişmiş sınığı, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və dərialtı hematoması, alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu ilə müayinə və müalicədə olmuş, 9 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən onun adma doldurulmuş 088 №-li formada “T02.8-bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar, sol körpücük sümüyü və sağ bud sümüyü boynunun qəlpəli yerdəyişmiş sınığı, Th11-Th12, fəqərə cisimlərinin çoxqəlpəli kompression sınığından sonrakı vəziyyət”. Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sol körpücük sümüyünün, sağ bud sümüyü boynunun və 11-12-ci döş fəqərələrinin çoxqəlpəli sınığının metal-plastik osteosintez əməliyyatından sonrakı vəziyyət; T94.0-bədənin bir neçə nahiyələrini əhatə edən travmaların nəticələri. Davamlı və kəskin ağrı sindromu, M24.5-oynaqların kontrakturası, sol bazu oynağının və sağ bud-çanaq oynağının kontrakturası, hərəkətin kəskin məhdudlaşması ilə (iki tərəfli əl əsasının köməkliyi ilə hərəkət edir). Yanaşı xəstəliklər: S06.2-baş beyinin diffuz travması, qapalı kəllə-beyin travması, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, koqnitiv funksiyaların pozulması, qabarıq asteno-nevrotik sindrom” əsas diaqnozu və onun ağırlaşmaları ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, bununla əlaqədar çıxarılmış qərar, yəni travma və onun ağırlaşmalarının müalicə potensialı bitmədiyindən verilən imtina qərarı düzgün olmuşdur.” Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. Həmin Qanunun 3-cü maddəsində göstərilib: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir: “1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndində göstərilmişdir: “Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.” Həmin Qaydanın 2.5-ci bəndinə uyğun olaraq, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmişdir: “1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.” İşin araşdırılan hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2778003AABZ7 nömrəli göndərişi əsasında 08.03.2021-ci il tarixdə qiymətləndirilmişdir. 2778003AABZ7 saylı göndərişdə Əsas xəstəlik kimi “T02.8 Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar Sol körpücük sümüyüyü və sağ bud sümüyü boynunun qəlpəli yerdəyişmiş sınığı və Th11-Th12 fəqərə cisimlərinin çıxqəlpəli kompresion sınığından sonrakı vəziyyət” diaqnozu göstərilmişdir. İddiaçının 2778003AABZ7 saylı göndərişi əsasında əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edildiyi və əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsinə ehtiyacı olduğundan əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəmə-tibbi eskpertizası təyin edilmiş, eskpert də iddiaçının travma və onun ağırlaşmalarının müalicə potensialı bitmədiyini bildirmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsinə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar