Məhkəmə qərarları › İş №2-1(112)-6755/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6755/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6755/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “icra sənədlərinə xitam verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən mənzilindən götürülən əmlakın dəyəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2818/2016 saylı xx.xx.2016-cı il tarixli; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3681/2012 saylı xx.xx.2012-cı il tarixli; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2464/2014 saylı xx.xx.2014cü il tarixli; Yasamal Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli icra sənədləri üzrə ondan tələb olunan məbləğdən dəfələrlə çox olduğundan həmin icra sənədləri üzrə icraata xitam verilməsi, ona tətbiq olunmuş bütün məhdudiyyətlərin üzərindən götürülməsi və dəymiş küllü miqdarda maddi və mənəvi ziyanın ödənilməsi, artıq əmlakın iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım etmək məqsədilə məhkəmə tərəfindən hüquqi yardım məktubu 16 fevral 2023-cü il tarixdə göndərilərək 1-ci iddia tələbi üzrə icra vərəqəsini vermiş ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmiş, 2-ci tələbi ilə bağlı məhkəməyədək cavabdeh inzibati orqana edilmiş müraciəti tədiq edən sənədlərin əslini (poçt qəbzi) 15 mart 2023-cü il tarixədək məhkəməyə təqdim olunması təklif edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəmənin hüquqi yardımına münasibət bildirilmədiyindən məhkəmə iddianın mümkünlüyü məsələsinə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru iddiaçıdan borclu olduğundan dəfələrlə çox dəyəri olan əmlakını müsadirə etməsinə baxmayaraq bu əmlakı onun borclarına yönəltməmişdir. Eyni zamanda icra şöbəsi ona qarşı mümkün olan bütün məhdudiyyətləri (axtarış qərarı, ölkəni tərk etməmə məhdudiyyəti) tətbiq edərək ona küllü miqdarda maddi və mənəvi ziyan vurmuşdur və vurmaqda davam edir. İcra şöbəsinə dəfələrlə yazılı izahat təqdim etmiş, əmlakı ilə bağlı çoxsaylı müraciətlər etmişdir. Lakin buna baxmayaraq müraciətlərinə cavab vermək əvəzinə barəsində axtarış qərarı çıxarılmışdır. İcra məmuru ona aid tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığını və əmlakı və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyini rəsmi olaraq bildirsə də, “İcra haqqında” Qanunun 20ci və 23-cü maddələrini pozmaqda davam edir. **-ZV-*** nömrə nişanlı “VOLKSVAGEN PASSAT” minik avtomobilini icra şöbəsinə təqdim etmiş, avtomobilə nə qədər qiymət qoyulduğu, kim tərəfindən qiymətləndirildiyi və əldə edilən vəsaitin kimə verildiyi barədə heç bir məlumat əldə edə bilmir. Ona məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 51/53-də yerləşən 22 nömrəli mənzilə dair alqı-satqının etibarsız sayılması tələbinə dair kassasiya şikayəti verilməsinə və bu şikayətin Ali Məhkəmənin icraatına götürülməsinə (İş №2(102)-1589/2017), Bakı Yasamal rayon icra şöbəsinə qarşı icraata başlamaq haqqında qərarın ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-l(81)-4133/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarından tərəfindən verilmiş apellyasiya şikayəti olmasına (İş № 2-1(103)-682/2017) baxmayaraq Yasamal rayon icra şöbəsinin icra məmuru “İcra haqqında” Qanunun 17.1.4.-cü maddəsini (icraatın məcburi dayandırılması) kobud şəkildə pozaraq qanunsuz olaraq evinin qapısını sındıraraq evə girmiş, əşyalarını aparmışdır. İddiaçı götürülən əşyaların siyahısını və bu haqda akt tələb etdikdə o, aktı iddiaçıya verməkdən imtina etmişdir. Qanunun 11.2-ci və 11.3-cü maddələrində nəzərdə tutulmuş hallarda icra hərəkətləri yalnız icra qurumunun rəhbərinin yazılı icazəsi ilə həyata keçirilir. Qeyd olunan qanuna zidd əməllər nəticəsində iddiaçının ailəsinə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Təyin edilmiş məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etmədiklərinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı Yasamal rayon icra şöbəsinin Yasamal Rayon Məhkəməsinin 2(004)-2818/2016 saylı xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3681/2012 saylı xx.xx.2012-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2464/2014 saylı xx.xx.2014-cü il tarixli, Yasamal Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli icra sənədləri üzrə icraata xitam verilməsi, tətbiq olunmuş bütün məhdudiyyətlərin üzərindən götürülməsi və eyni zamanda ona dəymiş küllü miqdarda maddi və mənəvi ziyanın ödənilməsi, artıq əmlakın ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bakı şəhəri Yasamal rayon icra şöbəsindən tələb edilmiş iddiaçıya aid icra işlərinin surətindən görünür ki: - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli İcraata başlamaq haqqında qərarın surətinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-2818/16 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə baxaraq müəyyən etdi: borclu İddiaçı cəmi 6766.02 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3681/2012 nömrəli, 26 dekabr 2012-ci il tarixli icra vərəqəsinin surətinə əsasən iddiaçı "xxxx" ASC-nin İddiaçı qarşı sığorta ödənişi məbləğinin tutulması tələbinə dair iddia qismən təmin edilmiş, İddiaçı 3.180 (üç min yüz səksən) manat sığorta ödənişi məbləği və 20 (iyirmi) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh İddiaçı Səhəd oğlundan tutularaq Az MEM-nin hesabına keçirilməlidir. Qətnamə 10 may 2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. İcra vərəqəsi 16 may 2013cü il tarixdə verilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1176/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadın surətinə əsasən təqdimat təmin edilmiş, xx.xx.1965-ciil təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-761/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadın surətinə əsasən təqdimat qismən təmin edilmiş, borclu İddiaçı məxsus “VAZ 21160 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-128/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadın surətinə əsasən təqdimat təmin edilmiş, X1 mülkiyyətində olan “Nissan Sunny” minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borclu İddiaçı payı həcmində həbsin qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.1-ci maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında özünün hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”-nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia (və ya şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İşdən olan sənədlərdən görünür ki, hazırki iş üzrə iddiaçının tələbi Yasamal Rayon Məhkəməsinin 2(004)-2818/2016 saylı xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3681/2012 saylı xx.xx.2012-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2464/2014 saylı xx.xx.2014-cü il tarixli, Yasamal Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli icra sənədlərinə əsasən əmələ gəlmişdir. İddiaçı icra icraatı qaydasında icra məmurunun hərəkətlərindən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayətlə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, icra sənədini vermiş məhkəməyə şikayətlə müraciət edə bilər. İddia tələbin 2-ci hissəsi üzrə məhkəmə onu qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehin hərəkətlərinin nəticəsində ona vurulan maddi və mənəvi ziyanın tutulmasını tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Lakin iş materiallarında iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmədən əvvəl müvafiq cavabdeh orqana müraciətin olması müəyyən edilməmişdir. Həmin şərt də ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilir ki, maddi və mənəvi ziyanın ödənilməsi üçün əvvəl müvafiq cavabdeh orqana müraciət etməli, ərizəsi təmin olunmadığı təqdirdə məhkəmədə imtina cavabı alandan 30 gün müddətini ötürməməklə və ya ərizəsinə cavab verilmədiyi halda müraciət edəndən 35 gün ötürməməklə məhkəmədə müvafiq iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar