Məhkəmə qərarları › İş №2-1(112)-6757/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6757/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6757/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, M.Qasımov küçəsi, ev 4, mənzil 18), cavabdehin nümayəndəsi X2 (Ünvanı: Bakı şəhəri, Saray qəsəbəsi, Ərazi dairəsi, Təzə məhəllə; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Hüquq şöbəsi, aparıcı məsləhətçisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxs - 5 Nömrəli Şəhər Poliklinikası qarşı “əlilliyin təyin edilmə vaxtının dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı İddiaçı əlillik dərəcəsinin müəyyən olunması və 14.04.2021-ci il tarixli ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 18.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 21.05.2021-ci il tarixli qərardadı ilə 5 Nömrəli Şəhər Poliklinikasının 3cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 02.12.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcəli əliliyin təyinat tarixinin 03.08.2021-ci il tarixdən deyil 29.01.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının qeydiyyatda olduğu 5 nömrəli Şəhər Poliklinikasında 25.02.2002-ci il tarixindən müayinə olmuşdur. Həmin Poliklinikanın kardioloqu tərəfindən 27 noyabr 2006 cı il tarixində ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) dioqnozu qoyulmuşdur. Eləcədə tənəffüs sistemi sərt tənəffüs fonunda aşağı paylarda durğunluq xırıltıları müəyyən edilmişdir. Ürək tonları karlaşıb. A/T 180/100 mm.c.st-na bərabərdir. 27.11.2006-ci il tarixdə kardioloqun müayinəsi zamanı "Ürək ritminin digər pozğunluqları" diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına № 2766003AADLS saylı göndərişi ilə təkrar müayinə olunmuşdur. 5 saylı Şəhər poliklinikası tərəfindən ona verilmiş 276600AADLS saylı 29.01.2021-ci il tarixli bildirişində xəstəliyinin eyni dioqnozu qoyulmuşdur. Bununla bağlı Tibbi Sosial Ekspert Komissiyasına 14.04.2021-ci il tarixində rəsmi ərizə ilə müraciət etmişdir. Ərizəsində əlillik dərəcəsinin müəyyən olunması və xəstəliyi ilə bağlı dərmanlarının alınmasında çətinlik çəkməsini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının 02.02.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin Poliklinikanın 29.01.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri -> 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin Poliklinikanın 27.01,2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=>H 1 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, teztez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 27.01,2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 08.02.2021-ci ildə sözügedən poliklinikanın 2766003AADLS saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Durğunluq ürək çatmamazlığı, XUÇ -İİİ F/S (üç) Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz AF-30 %, Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mərh. risk İV ,tez-tez təkrarlanan hipertonik krizlərlə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibi torlu qişanın angiopatiyası, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə) , qeyri proliferativ retinopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2,insulin təlabatlı, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: f 88 göstərilən instrumental müayinələr xəstəliyin ağılaşmalarını tam təsdiq etmir laborator müayinələrin nəticələri dəqiqləşdirilsin və dioğun qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının 02.02.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin Poliklinikanın 29.01.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri -> 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin Poliklinikanın 27.01.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=>H 1 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 27.01.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 08.02.2021-ci ildə sözügedən poliklinikanın 2766003AADLS saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Durğunluq ürək çatmamazlığı, XUÇ -İİİ F/S (üç) Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz AF-30 %, Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mərh. risk İV, tez-tez təkrarlanan hipertonik krizlərlə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibi torlu qişanın angiopatiyası, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə) , qeyri proliferativ retinopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2, insulin təlabatlı, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: f 88 göstərilən instrumental müayinələr xəstəliyin ağılaşmalarını tam təsdiq etmir laborator müayinələrin nəticələri dəqiqləşdirilsin və dioğun qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. 03.08.2021-ci il ildə sözügedən poliklinikanın 2766003AAD2V saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif – Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: ÜİX: stabil gərginlik stenokadiyası İİİ- İV F/S, Postinfarkt kardioskleroz AF-30%, XUÇ -İİİ F/S (üç). XUÇ -İİİ F/S (üç), Postinfarkt kardioskleroz AF-30 %, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə) , Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbatlı. Aşağı ətrafların diabeetik angiopatiyası.Xroniki xolestit,Xr.hepatit, zəif miopiya. Göz dibi torlu qişanın angiopatiyası.Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmalığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25...)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Əsasnamənin 2.2.1-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) halında ikinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçının 2002-ci ildən və hal-hazırda da 5 saylı Şəhər Poliklinikasının qeydiyyatda olması, müvafiq stasionar və mütəmadi olaraq ambulator müalicə alması, həmçinin 02.02.2007-ci il tarixdən, 29.01.2014-cü il tarixdən, 26.01.2015ci il tarixdən bir il müddətli, 27.01.2016-cı il tarixdən beş il müddətli əlillik dərəcəsinin təyin edilməsi, 08.02.2021-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi, daha sonra isə hazırkı iş məhkəmənin icraatında olduğu dövrdə, yəni 03.08.2021-ci il tarixdə iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 08.02.2021-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilmiş diaqnoz ilə 03.08.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının 2002-ci ildən və hal-hazırda da 5 saylı Şəhər Poliklinikasının qeydiyyatda olması, müvafiq stasionar və mütəmadi olaraq ambulator müalicə alması, həmçinin 02.02.2007-ci il tarixdən, 29.01.2014-cü il tarixdən, 26.01.2015-ci il tarixdən bir il müddətli, 27.01.2016-cı il tarixdən beş il müddətli əlillik dərəcəsinin təyin edilməsi, 08.02.2021-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi, daha sonra isə hazırkı iş məhkəmənin icraatında olduğu dövrdə, yəni 03.08.2021-ci il tarixdə iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, 08.02.2021-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə 03.08.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, hazırk iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcəli əliliyin təyinat tarixinin 03.08.2021-ci il tarixdən deyil 29.01.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcəli əliliyin təyinat tarixinin 03.08.2021-ci il tarixdən deyil 29.01.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar