Məhkəmə qərarları › İş №2-1(112)-6759/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6759/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6759/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquq məsləhətçisi, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "xxxx" Mənzil -Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tətəfındən razılaşdırılmış xx.xx.2012 -ci il tarixli, 18/04-383 saylı layihəyə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti - 32 ünvanında "xxxx" Mənzil -Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliyə uyğun olaraq tələb olunan sənədləri xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə təqdim etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktının və protokoldan çıxarışın olmaması əsas gətirilərək xx.xx.2020-ci il tarixli, **********46 saylı məktubla qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Bildirir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilənin 3.1 bəndinə uyğun olaraq olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "xxxx" Mənzil -Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyri-yaşayış sahəsinin dəyəri olan 350000 (üç yüz əlli min) AZN iddiaçı tərəfindən MTK-ya ödənilmiş və ödəniş barədə xx.xx.2015-ci il tarixli Maliyyə Arayışı verilmişdir. Qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi əsassızdır. Qanunvericiliyin tələblərindən görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "xxxx" Mənzil -Tikinti Kooperativi tərəfindən inşaa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "Hom-Paş Prestij” Mənzil-Tikinti Kooperativi tərəfindən inşaa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulması Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclaslarında iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı pr, 32 ünvanda "xxxx" MTK-nin inşa etdiyi binanın A 1 blokunun 1-ci mərtəbəsində yerləşən 125.57 kv.m. ölçüsü olan qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. Bildirirlər ki, İddiaçı məsələ ilə bağlı xx.xx.2020ci il traixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizəyə binanın istismara icazə aktı və protokoldan çıxarış əlavə edilməmişdir. Həmçininin, sözügedən əmlaka baxış keçirilərkən məlum olmuşdur ki, daxildə rekonstruksiya işləri apanlaraq əlavə 1 qapı açılmış və layihədən kənar sahələr inşa edilmişdir. Həmin əlavə sahələrin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı müliyyət hüququ ilə mülkiyyətçilərə aid olan sahədir. Həmçinin, ərizəyə istismara icazə sənədi əlavə edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 oğlu məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. İş materiallarında olan, - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalat və istirahət zonasının layihələşdirilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamından görünür ki, Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli müraciəti, Tİ və MNQİ-nin müvafiq qeydiyyat vəsiqələri nəzərə alınaraq Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsi, icarə əsasında həmin mənziltikinti kooperativinin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi qeyd olunmuşdur. Sərəncamın 1.2-ci bəndinə əsasən Xətai Rayonu, Xocalı (keçmiş Telnov) prospektindəki 1181-ci məhəllədə, Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinə ayrılmış torpaq sahəsinə dair Bakı Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/224 saylı qərarının 5-ci bəndi ləğv edilməsi - Sifarişçiyə layihəlləşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirməsi, ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihəleşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırması, layihəlşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etməsi, Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda gösterilməmiş mühəndis kommunikasiyaları aşkar etdikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və şəhərsalma baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırılması, sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihəleşdirmə üçün əsas olduğu qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalat və istirahət zonasının layihələşdirilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının layihələndirilməsinə dair təqdim olunmuş işçi layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq 17 dekabr 2012-ci il tarixdə təsdiq edilmişdir. -25 may 2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında müqavilə bağlanılmışdır. -Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən 125.57 m2 olan 9 saylı mağazanı «Kooperativ» «Payçı» ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin yaşayış sahəsini qəbul etməyi tərəflər öhdələrinə götürmüşlər. -Həmin müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veriləcək 1-ci mərtəbə ümumi sahənin ölçüsü 125.57 m2 təşkil edir, bu sahənin ümumi dəyəri 350.000 AZN (üç yüz əlli min) AZN məbləğində müəyyən edilmişdir. Mağazanın dəyəri 350.000AZN (üç yüz əlli min) AZN tam ödənilmişdir. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli Maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, A 1 blokunun 1-ci mərtəbəsində yerləşən 125.57 m2 olan qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı Məhəmmədiyyə oğlu tərəfindən ödənilmişdir. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli Protokoldan çıxarışdan görünür ki, təsisçilərin ümumi yığıncağı təşkil edilərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, A 1 blokunun 1-ci mərtəbəsində yerləşən 125.57 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı Məhəmmədiyyə oğluna satılması gündəlikdəki məsələ olaraq müzakirə edilmiş və qeyd olunan qeyri-yaşayış sahəsinin İddiaçı Məhəmmədiyyə oğluna satılması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 23 sentyabr 2020-ci il tarixli **********46 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, qeyd edilən çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktı (istismara icazə) və protokoldan çıxarış sənədlər toplusuna əlavə olunmamışdır. Layihədən kənar mövcud olan əlavə sahə binanın birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Həmçinin əlavə olaraq 1 ədəd qapı açılmış və daxildə dəyişikliklər aparılmışdır. Həmin obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırda iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən 23 sentyabr 2020-ci il tarixli **********46 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq qeyd edilən çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktının (istismara icazə) və protokoldan çıxarış sənədlər toplusunun əlavə olunmadığı, layihədən kənar mövcud olan əlavə sahə binanın birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşdiyi, həmçinin əlavə olaraq 1 ədəd qapı açıldığı və daxildə dəyişikliklər aparıldığı göstərilmişdir. İmtinan əsasını təşkil edən halların araşdırılması məqsədilə məhkəmə tərəfindən mübahisəli sahəyə yerində baxış keçirilərək qeyd olunan məsələlər təhlil edilmişdir. Məhkəmə baxışı zamanı 125,57 metr2 dən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin layihədən kənar mövcud olan binanın birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşmədiyi, o cümlədən sözügedən qeyri-yaşayış sahəsinin digər qeyri-yaşayış sahələri ilə eyni sərhədlərdə yerləşdiyi və ümumi istifadədə olan hər hansı ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən həmçinin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "Hom-Paş Prestij” Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında bir çox sakinlərin yaşadığı müəyyən edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Kostitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Məhkəmə imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin faktiki hallarına əsasən iddiaçıda ona məxsus olan qeyri-yaşayış sahəsinin (daşınmaz əmlakın) üzərində mülkiyyət hüququnun qeydə alınması üçün bütün sənədləri mövcuddur. Göründüyü kimi "Hom-Paş Prestij” Mənzil Tikinti Kooperativi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun istifadəsinə ayrılmış torpaq sahəsində tikilini icra etmiş, tikilinin eskiz layihəsi və işçi planı səlahiyyətli orqan tərəfindən razılaşdırılmış, iddiaçı ilə MTK arasında bağlanan müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən daşınmaz əmlakın dəyəri tam ödənilmişdir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinin tələbi baxımından - mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, A 1 blokunun 1-ci mərtəbəsində yerləşən 125.57 m2 olan qeyriyaşayış sahəsinin İddiaçı Məhəmmədiyyə oğluna satılması gündəlikdəki məsələ olaraq müzakirə edilmiş və qeyd olunan qeyri-yaşayış sahəsinin İddiaçı Məhəmmədiyyə oğluna satılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvan "xxxx" Mənzil -Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "xxxx" Mənzil -Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçının iddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında "xxxx" Mənzil - Tikinti Kooperativi tərəfindən inşaa edilmiş çoxmənzilli yaşayış binasının A 1 blokunun 1-ci mərtəbəsində yerləşən, 125,57 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar