Məhkəmə qərarları › İş №2-1(112)-6759/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6759/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6759/2021 17.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 fevral 2021-ci ildən, yəni 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, cavabdehə müraciət edərək, onun 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 16 aprel 2021-ci il tarixli məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsi barədə onun müraciətinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini göstərmişdir. Cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan onun müraciətindən imtina etmişdir. O, xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. O, 1987-ci ildən əmək fəaliyyətinə 26 Bakı Komissarı adına Neftqazçıxarma İdarəsində 3cü dərəcəli çilingər kimi başlamışdır, X6 isə 22 yanvar 2007-ci il tarixindən işləyir, 22.01.2007-ci il tarixindən 03 mart 2008-ci il tarixədək mexaniki xidmətin mexaniki emalatxanasında quraşdırıcı-çilingər, 03 mart 2008-ci il tarixdən 01 aprel 2010-cu il tarixədək Mexaniki təmir sexinin boru-quraşdırma sahəsində quraşdırıcı-çilingər, 01 aprel 2010-cu il tarixdən 01 aprel 2014-cü il tarixədək Mexaniki təmir sexinin boru-quraşdırma sahəsində təmirçi-çilingər, 01 aprel 2014-cü il tarixdən 01 iyun 2015-ci il tarixədək Mexaniki təmir sahəsinin boru-quraşdırma xidmət sahəsində təmirçi-çilingər, 01 iyun 2015ci il tarixdən hal-hazıra gədər Mexaniki təmir sahəsində təmirçi-çilingər peşəsində zərərli iş şəraitində işləyir. Zavodun imtiyazlı təqaüdün təyin edilməsi üzrə komissiyası təsdiq edir ki, o, göstərilən müddətlərdə quraşdırıcı-çilingər peşəsində icra etdiyi əmək funksiyaları qazın və qaz kondensatının emalı, qaz benzininin və mayeləşdirilmiş qazların istehsalında çalışan təmirçi-çilingərlərin və texnoloji avadanlıqların təmiri üzrə çilingərlərin əmək funksiyaları ilə eynidir. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Təlim-Tədris və Sertifikatlaşdırma Departamentinin X8 üzrə iş yerlərində təhlükəli, ağır və zərərli istehsalat amillərinin attestasiyası üçün instrumental tədqiqinə əsasən quraşdırıcı-çilingərlə texnoloji qurğuların təmiri üzrə çilingərlərə eyni zərərlilik əmsalı təyin edilmişdir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli qərarının 10.5.1 və 10.5.2-ci bəndində "təmirçi çilingər"lər peşəsi nəzərdə tutulmuşdur. O, 22.01.2007-ci il tarixindən mexaniki xidmətin mexaniki emalatxanasında quraşdırıcı-çilingər işləyir, onun ümumi iş stajı 32 il 9 ay, zərərli əmək şəraiti üzrə iş stajı 14 il təşkil etdiyindən onun işlədiyi peşə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.2-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, "Əmək pensiyaları haqqında" Azərbayvcan Respublikası Qanunun Qanun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçası və “SOCAR”ın X5 05.02.2021-ci il tarixli arayışından göründüyü kimi iddiaçı 22.01.2007-01.06.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən zavodun Mexaniki təmir sexinin boru-quraşdırma sahəsində təmirçiçilingər, 01.06.2015-ci il tarixdən bu günədək isə həmin zavodun mexaniki təmir sahəsində təmirçi-çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bəndinin (10.5) 10.5.1-ci yarımbəndindəki istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcılann istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri sahələrinə aid təmirçi-çilingər vəzifəsi qeyd edilsə də, həmin peşənin aid olduğu sahə ilə iddiaçının işlədiyi təmirçi çilingər peşəsinin aid olduğu Mexaniki təmir sahəsi fərqli sahələr olduğundan iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan A seriyalı 767033 nömrəli 15.04.1982-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1981-ci ildə Bakı şəhəri 11 nömrəli orta şəhər texniki peşə məktəbinə daxil olmuş və 15.04.1982-ci ildə neft və kimya sənayesi müəssisələrinin avadanlıqları üzrə quraşdırıcı çilingəri peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İş materiallarında olan NZ seriyalı ******* nömrəli iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02.07.1979-cu il tarixdən 02.06.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 16.04.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 11 fevral 2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) -neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; -təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri yarımbəndində (10.5.1) təmirçiçilingər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz ******* nömrəli əmək kitabçanızda və SOCAR-ın X5 5 fevral 2021-ci il tarixli SOCAR**********80340052X00004 nömrəli Sizə dair arayışında 22.01.2007-01.06.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən zavodun Mexaniki təmir sexinin boru-quraşdırma sahəsində təmirçi-çilingər, 01.06.2015-ci il tarixindən bugünədək isə həmin zavodun Mexaniki təmir sahəsində təmirçi-çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifələr yuxarıda qeyd olunan -neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; -təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri |sahəsinə aid deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan “SOCAR”-ın (X8) 05.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı SOCAR-ın X6 22 yanvar 2007-ci il tarixdən 03 mart 2008-ci il tarixədək mexaniki xidmətin mexaniki emalatxanasında quraşdırıcı-çilingər; 03 mart 2008-ci il tarixdən 01 aprel 2010-cu il tarixədək Mexaniki təmir sexinin boru-quraşdırma sahəsində quraşdırıcıçilingər; 01 aprel 2010-cu il tarixdən 01 aprel 2014-cü il tarixədək Mexaniki təmir sexinin boru-quraşdırma sahəsində təmirçi-çilingər; 01 aprel 2014-cü il tarixdən 01 iyun 2015-ci il tarixədək Mexaniki təmir sahəsinin boru-quraşdırma xidmət sahəsində təmirçi-çilingər; 01 iyun 2015-ci il tarixdən hal-hazıra gədər Mexaniki təmir sahəsində təmirçi-çilingər peşəsində zərərli iş şəraitində işləyir. İmtiyazlı təqaüdün təyin edilməsi üzrə komissiya təsdiq edir ki, İddiaçı yuxanda göstərilən müddətlərdə quraşdırıcı-çilingər peşəsində icra etdiyi əmək funksiyaları qazın və qaz kondensatının emalı, qaz benzininin və mayeləşdirilmiş qazların istehsalında çalışan təmirçi-çilingərlərin və texnoloji avadanlıqların təmiri üzrə çilingərlərin əmək funksiyaları ilə eynidir. ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Təlim-Tədris və Sertifikatlaşdırma Departamentinin X8 üzrə iş yerlərində təhlükəli, ağır və zərərli istehsalat amillərinin attestasiyası üçün instrumental tədqiqinə əsasən quraşdırıcı-çilingərlə texnoloji qurğuların təmiri üzrə çilingərlərə eyni zərərlilik əmsalı təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə əsasnamə”nin 10 bölməsinin 10.5. bəndinə və 10.5.1 bəndinin əlavəsinə (a) əsasən yuxarıda göstərilən İddiaçı gördüyü işlər imtiyazlı təqaüdün təyin olunmasına əsas verir. Azərbaycan Respublikası Prezidentinin 2142 nömrəli 02 may 2007-ci il tarixli və ARDNŞ-in 04s saylı 31 may 2007-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan X8" Qaz Əməliyyatları İdarəsinin tabeliyində “X8" adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli 126 №-li Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 21 iyul 2009-cu il tarixli 95 №-li əmrinə əsasən Qaz Əməliyyatları İdarəsinin Strukturuna daxil olan “X9”u mövcud təşkilati forması dəyişdirilmədən “Azəriqaz" İstehsalat Birliyinin tərkibinə verilmişdir. SOCAR-ın 138 saylı 01.10.2009-cu il tarixli əmrinə əsasən X8 01.10.2009-cu il tarixdən SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. SOCAR-ın 11.10.2009-cu il tarixli 155 №-li əmrinə əsasən SOCAR-ın strukturunda hüquqi şəxsi kimi X8 yaradılmışdır. Fəhlə peşə adlarının qüvvədə olan X7 Sorğu kitabçalarına və bu sahədə olan digər normativ sənədlərə uyğunlaşdırmaq məqsədi ilə X5 18.03.2010-cu il tarixli 72 saylı əmrinə əsasən fəhlələrin ştat cədvəlində edilmiş dəyişikliyə əsasən quraşdırıcı-çilingər peşəsi 01.04.2010-cu ildən təmirçi-çilingər peşəsi kimi adlandırılmışdır. Güzəştli əmək stajı - 14 ildir. İş materiallarında olan İddiaçı məxsus ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 11.01.1987-ci ildə 26 Bakı Komissarı adına Neft və Qaz Çıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsində 26 Bakı Komissarı adına Neft və Qaz Çıxarma İdarəsinin sanatoriya profilaktoriyasına 3-cü dərəcəli quraşdırıcı-çilingər qəbul edilmiş, 04.05.1991-ci ildə 4-cü dərəcəli quraşdırıcı çilingər dərəcəsi verilmiş və keçirilmiş, 01.10.1992-ci ildə 26 Bakı Komissarı adın Neft və Qaz Çıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin adı dəyişdirilərək A.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsi adlandırılmış, 02.11.1997-ci ildə 5-ci dərəcəli quraşdırıcı çilingər dərəcəsi verilmiş və keçirilmişdir, 07.02.2001-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 14.02.2001-ci ildə "xxxx" MMC-də 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 03.01.2005-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 10.11.2005-ci ildə “Riqblast Energy Services LTD”-də yanğın üzrə işçi vəzifəsinə qəbul edilmiş, 14.05.2006-cı ildə kontraktın müddəti qurtarması ilə bağlı işdən azad edilmiş, 22.01.2007-ci ildə "xxxx" ASC-də mexaniki xidmətin müxaniki emalatxanasına 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2142 nömrəli 02 may 2007-ci il tarixli və ARDNŞ-in 04s saylı 31 may 2007-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan X8” Qaz Əməliyyatları İdarəsinin tabeliyində "X8" adlandırılmış, 01.06.2007-ci ildə Qaz Əməliyyatları İdarəsinin X8 Mexaniki emalatxanaya 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə işə qəbul edilmiş, 03.03.2008-ci ildə Mexaniki təmir sexi boru-quraşdırma sahəsinin 5-ci dərəcəli quraşdırıcıçilingər peşəsinə keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli 126 №-li Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 21 iyul 2009cu il tarixli 95 №-li əmrinə əsasən Qaz Əməliyyatları İdarəsinin strukturuna daxil olan "X9"u mövcud təşkilati forması dəyişdirilmədən "Azəriqaz" İstehsalat Birliyinin tərkibinə verilmişdir. ARDNŞ-nin 138 saylı 01.10.2009-cu il tarixli əmrinə əsasən X8 01.10.2009-cu il tarixindən ARDNŞ-nin birbaşa tabeliyinə verilmiş, 01.04.2010-cu ildə ştat cədvəlinə edilən dəyişikliyə əsasən həmin sexin, sahənin 5-ci dərəcəli təmirçi-çilingəri peşəsinə keçirilmiş, 10.08.2011-ci ildə həmin sexin, sahənin 6-cı dərəcəli təmirçi-çilingəri peşəsinə keçirilmiş, 01.04.2014-cü ildə ştat cədvəlinə edilən dəyişikliyə əsasən mexaniki təmir sexinin boru-quraşdırma sahəsi mexaniki təmir sahəsinin boru-quraşdırma xidmət sahəsi adlandırılmış, 01.06.2015-ci ildə ştat cədvəlinə edilən dəyişikliyə əsasən Mexaniki təmir sahəsinin boru-quraşdırma xidmət sahəsi Mexaniki təmir sahəsi adlandırılmış, 30.08.2021-ci il tarixə hal-hazırda işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçı 02.07.1979-cu il tarixdən 02.06.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 01.09.1981-ci ildən 15.04.1982-ci ilədək Bakı şəhəri 11 nömrəli orta şəhər texniki peşə məktəbində təhsil almışdır. İddiaçı 11.01.1987-ci ildə 26 Bakı Komissarı adına Neft və Qaz Çıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsində 26 Bakı Komissarı adına Neft və Qaz Çıxarma İdarəsinin sanatoriya profilaktoriyasına 3-cü dərəcəli quraşdırıcı-çilingər qəbul edilmiş, 04.05.1991-ci ildə 4-cü dərəcəli quraşdırıcı çilingər dərəcəsi verilmiş və keçirilmiş, 02.11.1997-ci ildə 5-ci dərəcəli quraşdırıcı çilingər dərəcəsi verilmiş və keçirilmişdir, 07.02.2001-ci ildə öz xahişi ilə işdən azad edilmiş (14 il 27 gün), 14.02.2001-ci ildə "xxxx" MMC-də 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 03.01.2005-ci ildə öz xahişi ilə işdən azad edilmiş (3 il 10 ay 20 gün), 10.11.2005-ci ildə “Riqblast Energy Services LTD”də yanğın üzrə işçi vəzifəsinə qəbul edilmiş, 14.05.2006-cı ildə kontraktın müddəti qurtarması ilə bağlı işdən azad edilmiş (6 ay 5 gün), 22.01.2007-ci ildə "xxxx" ASC-də mexaniki xidmətin müxaniki emalatxanasına 5-ci dərəcəli quraşdırıcı-çilingər vəzifəsinə işə qəbul edilmiş, 01.06.2007-ci ildə Qaz Əməliyyatları İdarəsinin X8 Mexaniki emalatxanaya 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə işə qəbul edilmiş, 03.03.2008-ci ildə Mexaniki təmir sexi boru-quraşdırma sahəsinin 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilmiş, 01.04.2010-cu ildə ştat cədvəlinə edilən dəyişikliyə əsasən həmin sexin, sahənin 5-ci dərəcəli təmirçi-çilingəri peşəsinə keçirilmiş, 10.08.2011-ci ildə həmin sexin, sahənin 6-cı dərəcəli təmirçi-çilingəri peşəsinə keçirilmiş (01.02.2021-ci ilədək 14 il 10 ay), 30.08.2021ci il tarixə hal-hazırda işləyir. Göründüyü kimi, iddiaçının hərbi xidmət və təhsil müddəti, həmçinin işlədiyi dövr nəzərə alınmaqla, o, 60 yaşının tamam olduğu 01.02.2021-ci il tarixə 25 ildən çox ümumi sığorta stajına malikdir (cəmi 35 il 18 gün). Məhkəmə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd edir ki, iddiaçı 22.01.2007-ci ildən "xxxx" ASC-də mexaniki xidmətin müxaniki emalatxanasında 5-ci dərəcəli quraşdırıcı-çilingər, 01.06.2007-ci ildən Qaz Əməliyyatları İdarəsinin X8 Mexaniki emalatxanada 5-ci dərəcəli quraşdırıcı-çilingər, 03.03.2008-ci ildən Mexaniki təmir sexi boru-quraşdırma sahəsinin 5-ci dərəcəli quraşdırıcı-çilingər, 10.08.2011-ci ildən həmin sexin, sahənin 6-cı dərəcəli təmirçi-çilingəri, 01.06.2015-ci ildən bu günədək isə Mexaniki təmir sahəsində təmirçi-çilingəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsi (10-cu bölmə), Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5-ci bənd), neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri yarımbəndində (10.5.1-ci yarımbənd) təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi sahə qeyd olunan sahəyə aid deyil. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “SOCAR”-ın (X8) 05.02.2021-ci il tarixli arayışında iddiaçının 22 yanvar 2007-ci il tarixdən hal-hazıra qədər işlədiyi təmirçi-çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş qeyd olunan Siyahının 10 bölməsinin 10.5. bəndinə və 10.5.1 bəndinin əlavəsinə (a) əsasən imtiyazlı təqaüdün təyin olunmasına əsas verdiyi qeyd olunsa da, iddiaçının işlədiyi sahə Siyahıda qeyd olunan həmin sahəyə aid deyil və təqdim olunan arayışda həmin sahələrin uyğunluğu əsaslandırılmamışdır. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid deyildir. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar