Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6759/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 iddiaçının atasıdır. O, xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Anası isə astma xəstəsidir və işləmir, eləcə də İİ qrup əlildir. Özü isə hal-hazırda 19 yaşındadır və tələbədir. Ailənin maddi vəziyyəti yaxşı deyildir. Bu səbəbdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ötrü cavabdehə müraciət etmişdir. Cavabdeh 03 fevral 2022-ci il tarixli, **********2 saylı məktubla iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iş materiallarına əsasən İddiaçı mərhum atası X4 məxsus xx.xx.1980-ci il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçasına müvafiq olaraq onun xx.xx.1986-xx.xx.1988, xx.xx.1988xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991 və xx.xx.1991-xx.xx.1998-ci illər ərzində işlədiyi müəyyən edilmişdir. İş materiallarına əsasən AR Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA-06211/2021 nömrəli arxiv arayışına müvafiq olaraq İddiaçı mərhum atası X3 xx.xx.1990-cı il tarixdə “AR Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X8 Birliyi”nə işə qəbul edildiyi, xx.xx.1990-cı il tarixdə işdən azad edildiyi, daha sonra xx.xx.1991-ci il tarixdə yenidən işə qəbul edildiyi, xx.xx.1998-ci il tarixdə isə işdən azad edildiyi müəyyən edilmişdir. Həmçinin 1990-1994-cü illər ərzində əmək haqqı alması, bununla yanaşı 1995- 1998-ci illər ərzində əmək haqqına dair hər hansı bir məlumatların olmaması da arayışda qeyd edilmişdir. İşin mübahisəsiz halları üzrə sosial sığorta stajı aşağıdakılardan ibarətdir:
1. Hərbi xidmət dövrü- 2 il; 2. Təhsil aldığı müddət-03 il 08 ay 11 gün; 3. xx.xx.1994-cü il tarixədək işlədiyi dövr – 08 il 02 ay 23 gün; 4. Ümumilikdə - 13 il 11 ay 14 gün. İddiaçı mərhum atası X3 əmək kitabçasına müvafiq olaraq işlədiyi bütün illər ərzində sosial sığorta stajı 12 il 02 ay 13 gün təşkil edir. xx.xx.1994-xx.xx.1998-ci illər cavabdeh tərəfindən mübahisələndirilir. Mübahisələndirilən sosial sığorta stajı 03 il 11 ay 20 gündür. İşin mübahisəli halı üzrə sosial sığorta stajı aşağıdakılardan ibarətdir: 1. xx.xx.1994xx.xx.1998-ci illər ərzində işlədiyi dövr -03 il 11 ay 20 gün. Beləliklə, X3 işlədiyi xx.xx.1994xx.xx.1998-ci illər ərzində əmək haqqı cədvəlləri aşkar edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildə doğulmuşdur; AZ-İİİ seriyalı 679708 nömrəli İddiaçı “Doğum haqqında şəhadətnamə”sinin surətindən görünür ki, ata qrafasında-X6, ana qrafasında isə X5 qeyd edilmişdir; AZ-İİ seriyalı 219205 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 11-ci ayının 03 günündə 1914 № ilə qeyd edilmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 03 fevral 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən mərhum X3 əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək təhsil illəri, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 13 il 6 ay 4 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 il) azdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BA- 06212-2021 nömrəli arayışına əsasən H.İsmayılovun əmək fəaliyyətinin xx.xx.1994-cü il tarixinədək olan dövrü sığorta stajına daxil edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya H.İsmayılovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. H.İsmayılovun sığorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 14 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 21 dekabr 2021-ci il tarixli BA-06211-2021 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət. X3 xx.xx.1988-ci il tarixli, 225 saylı əmrlə xx.xx.1988ci il tarixdən xammal anbarı sexinə briqadir vəzifəsinə işə qəbul olunması, xx.xx.1989-cu il tarixli, 97 saylı əmrlə xx.xx.1989-cu il tarixdən öz xahişi ilə işdən azad olunması, 1989-cu ilə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 1988-ci ilə dair əmək haqqı cədvəllərində vət.X6 barəsində heç bir məlumat yoxdur. N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Dövlət İqtisad Universitetinin arxiv fondunda saxlanılan sənədlərə əsasən X6 xx.xx.1980-ci il tarixli 133/c №-li əmrlə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Əmtəəşünaslıq” fakültəsinin “Əmtəəşünaslıq” və sənaye malları ticarətinin təşkili” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul edilmiş, xx.xx.1982-ci il tarixli 202/c №-li əmrlə hərbi xidmətə çağırıldığı üçün İİ kursdan institutun tələbələri sırasından xaric edilmişdir. xx.xx.1984-cü il tarixli 255/c №-li əmrlə hərbi xidmətdən qayıtdığı üçün həmin ixtisasla institutun əyani şöbəsinin İİ kursuna bərpa edilmiş və xx.xx.1986-cı il tarixli 125/c №-li əmrlə institutun “Əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili” ixtisasə üzrə əyani şöbəsinin tam kursunu bitirmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 aprel 2022-ci il tarixli mətkubu ilə təqdim olunmuş İddiaçı müraciəti ilə bağlı inzibati icraat materiallarına əlavə olunmuş Bakı Dövlət Universitetinin 05 niyabr 2022-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin sosial iş ixtisasının əyani, rus bölməsi üzrə İİ kurs tələbəsidir; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X8 Birliyinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət. X3 xx.xx.1990-cı il tarixli, 105LS/S saylı əmrlə xx.xx.1990-cı il tarixdən 71 saylı mağazaya 2-ci dərəcəli satıcı vəzifəsinə işə qəbul olunması, xx.xx.1990-cı il tarixli, 152L/S saylı əmrlə işdən azad olunması, yenidən xx.xx.1991-ci il tarixli, 99L/S saylı əmrlə xx.xx.1991-ci il tarixdən 129 saylı mağazaya 1-ci dərəcəli satıcı vəzifəsinə işə qəbul olunması, xx.xx.1998-ci il tarixli, 86k/ş saylı əmrlə xx.xx.1998-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1990-cı ilin aprel ayı, 1991, 1992, 1993 və 1994-cü illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı filialında saxlanılan Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X8 Birliyinin natamam arxiv sənədlərinin 1995, 1996, 1997 və 1998-ci illərə dair əmək haqqı cədvəllərində vət.X4 əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2003-cü il təvəllüdlüdür, hazırda Bakı Dövlət Universitetində əyani təhsil alır. İddiaçının atası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 14.1.1.3-cü bəndinin tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının atasının iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (hüququn yarandığı tarixə qüvvədə olan redaksiya): 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 14.1, 14.1.1 və 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin təhsil müəssisəsinin əyani şöbəsində təhsil alan övladının ən çoxu 23 yaşına çatanadək ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 32.3-cü maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının hüququnun yarandığı xx.xx.2021-ci il tarixdə qüvvədə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.... Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx.xx.2003-cü il tarixdə doğulmaqla, hazırda təhsil müəssisəsinin əyani şöbəsində tahsil alması nəzərə alındıqda, atasının vəfat etdiyi xx.xx.2021-ci il tarixdən 23 yaşına çatanadək, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı ilə bağlı şərtlər də ödənildiyi halda, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlər gəldikdə, ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. İddiaçının atasının xx.xx.1963-cü il tarixdə doğulduğu və ona xx.xx.2021-ci il tarixdə vəfat etdiyi nəzərə alındıqda, onun 14 il 04 ay sığorta stajı (57 il (yaş) – 15 il = 42 il (əmək qabiliyyətli yaş dövrü); 42 il x 4 ay = 168 ay (14 il)) olduqda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.1 və 14.1.1.3-cü maddələrinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranır. Qeyd edilməlidir ki, iddia ərizəsinə etirazda tələb olunan sığorta stajının hesablanması üçün əmək qabiliyyətli yaş dövrü kimi 43 il götürülmüşdür ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində qeyd edilən 4 ay sığorta stajı tələbinin əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün olması və iddiaçının atasının əmək qabiliyyətli yaş dövrünün 43-cü ili xx.xx.2021-ci ildə tamamlanmadan, xx.xx.2021-ci ildə vəfat etməsi nəzərə alındıqda 42 il götürülməlidir. İddiaçının atası X3 cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 13 il 11 ay, 14 gündür: xx.xx.1982-xx.xx.1984 –cü illərdə hərbi xidmət dövrü (2 il), xx.xx.1980xx.xx.1982, xx.xx.1984-xx.xx.1986-cı illərdə təhsil aldığı müddət (03 il 08 ay 11 gün), xx.xx.1986-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990xx.xx.1990, xx.xx.1990-xx.xx.1991 və xx.xx.1991-xx.xx.1994-cü illərdə işlədiyi dövr (08 il 02 ay 23 gün). Cavabdeh inzibati orqanın mübahisə etdiyi yeganə məsələ, X3 “AR Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X8 Birliyi”ndə işlədiyi xx.xx.1994xx.xx.1998-ci (03 il 11 ay 20 gün) illər ərzində əmək haqqı cədvəlləri aşkar edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməməsidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlilləri əsassız hesab edir. İlk növbədə qeyd edilməlidir ki, sözügedən müəssisənin mübahisələndirilən dövrdə mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı X3 həmin müəssisədə işləyərkən 1990-1994-cü illərdə əmək haqqı alması barədə arxivdə məlumatlar mövcuddur. Həmçinin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X8 Birliyinin natamam arxiv sənədlərinin 1995, 1996, 1997 və 1998-ci illərə dair əmək haqqı cədvəllərində vət.X4 əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X8 Birliyinin sənədləri Dövlət Arxivinin Bakı filialına natamam təhvil verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının mərhum atasının əmək kitabçasında qeyd olunan xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Nəsimi rayon Ticarət və X8 Birliyinin həmin dövrə aid əmək haqqı cədvəllərinin aşkar edilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. X3 əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, X3 yuxarıda qeyd olunan müəssisədə işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının atasının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov