Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6760/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “diplomun ölkə ərazisində tanınması” tələbinə dair işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinin tələblərinə əsasən məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən adına verilmiş xx-xx-2018-ci il tarixli, B18 №09534 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə belə nəticəyə gəlir hazırki iş üzrə iddiaçıya hüquqi yardımın göstərilməsində zərurət olmadığından, İMP-nin 16.3-cü maddəsinin tələbləri əsasında, hazırki iş üzrə iddianın mümkünlük məsələsinə baxılması tərəflərin iştirakı olmadan həyata keçirilir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik məhkəmə icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iddiaların olduğu zaman, məhkəmə iddianın baxılmamış saxlama barədə qərardad qəbul etmə səlahiyyətindədir. Lakin inzibati-prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Belə olan halda, qanunun analogiyasından istifadə edilməlidir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Şərh edilən maddənin normasına əsasən, məhkəmə mübahisənin həllində qanunun analogiyasını və ya hüququn analogiyasını tətbiq edərkən, öz qərarında mübahisənin məhz bu yolla həllinin zəruriliyini, konkret olaraq hansı oxşar maddi hüquq normalarını və hansı əsaslara görə tətbiq etdiyini və ya hüququn hansı ümumi prinsiplərini rəhbər tutduğunu ətraflı əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə qeyd etmək istəyir ki, tərəflər arasında yaranmış inzibati hüquq mübahisələri ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə, iddiaçının həmin iddiası dərhal icraata götürülür. Lakin nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik, inzibati hüquq münasibətindən irəli gələn mübahisə nəticəsində verilən iddia məhkəmə icraatında olduğu zaman, iddiaçı həmin tələb ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik deyildir. Buna baxmayaraq, Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən adına verilmiş xx-xx-2018-ci il tarixli, B18 №09534 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh qismində Azərbaycan Respublikası Təhsildə X4, üçüncü şəxs qismində isə Azərbaycan Respublikası Təhsil Nazirliyini göstərmişdir. Hazırda həmin iş üzrə icraat məhkəmənin digər hakiminin icraatında davam etdirilir və məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə saat 10:45-ə təyin olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı İPM-nin 45.5.1-ci maddəsinin tələblərini pozaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “diplomun ölkə ərazisində tanınması” tələbinə dair 2-1(112)-6760/2020 saylı iş üzrə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “diplomun ölkə ərazisində tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6760/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6760/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver