Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6762/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-78/1 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Qutab Golra kəndində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Qutab Golra kəndində 8 il orta təhsil aldığını,ailəsində işləmək qabiliyyətli tək şəxs olduğu üçün 2020-ci ildə məktəbi tərk etdiyini, 2021-2024-cü illərdə X3 Khan kəndində dekorasiya işləri ilə məşğul olduğunu bildirmişdir. İddiaçı ailə vəziyyəti barədə məlumat verərkən subay olduğunu, valideyinlərinin, 2 qardaş və 2 bacısının hazırda Qutab Golra kəndində yaşadıqlarını bildirmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı Muhammad Boota 2024-cü ilin fevral ayında Rima adlı hindli qız ilə facebook sosial şəbəkəsində tanış olduğunu, həmin ilin avqust ayında o qızı görmək üçün Hindistana getmək istədiyini, lakin valideyinlərinin bundan xəbər tutduqlarını, ona mane olduqlarını, hindli qız ilə tanış olduğu üçün ailə üzvləri və kəndliləri tərəfindən təhdid olunduğunu, xx.xx.2024-cü il tarixində Lahora getdiyini, həyatı üçün təhlükə olduğunu ehtimal edərək ölkəsini tərk edərək xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün pasportunu təqdim edərək adını,yaşını,vətəndaşlığını,doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - DMX) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli İQ-78/1 qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024cü il tarixli İQ-78/1 qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxs ölkə daxili alternativ yerdəyişmə imkanından istifadə etməmişdir. 2. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir.
4. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Arayış-Müvəqqəti şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 10 oktyabr 2024-cü il tarixdə adına ***-**** saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-cı il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması QaydasT’na əsasən 15.01,2025-ci il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan .Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.
5. “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” Qərara əsasən Pakistan İslam Respublikasının vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti yaşayan, 11 avqust 2001ci il təvəllüdlü İddiaçı Muhammad Boota (Pasport: № HH1328281) 10 oktyabr 2024-cü il tarixdə “Qaçqın” statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun 424254/m saylı vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Ərizəçi “Qaçqın” statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qutab Golra kəndində anadan olduğunu, milliyyətinə görə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Qutab Golra kəndində 8 il orta təhsil aldığını, ailəsində işləmək qabiliyyətli tək şəxs olduğu üçün 2020-ci ildə məktəbi tərk etdiyini, 2021-2024-cü illərdə X3 Khan kəndində dekorasiya işləri ilə məşğul olduğunu söyləmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, valideynlərinin, 2 qardaş və 2 bacısının hazırda Qutab Golra kəndində yaşadıqlarını bildirmişdir. İddiaçı Muhammad Boota 2024-cü ilin fevral ayında Rima adlı hindli qız iiə “facebook” sosiai şəbəkəsində tanış olduğunu, həmin ilin avqust ayında o qızı görmək üçün Hindistana getmək istədiyini, lakin valideynlərinin bundan xəbər tutduqlarını, ona mane olduqlarını, hindli qız ilə tanış olduğu üçün ailə üzvləri və kəndliləri tərəfindən təhdid olunduğunu, 18 avqust 2024-cü il tarixində Lahora getdiyini, həyatı üçün təhlükə olduğunu ehtimal edərək ölkəsini tərk edərək 9 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, o, pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində bəzi ziddiyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, ərizə-anketinin qeydiyyatı zamanı Rima adlı qız ilə sosial şəbəkə vasitəsilə tanış olduğunu və ailə qurmaq istədiyini desə də, həmin qız haqqında yetərli məlumata malik olmadığı məlum olmuşdur. Həmçinin ərizəçi adıçəkilən qızın sosial şəbəkə hesabı, şəkli, yaşadığı ərazi barədə heç bir məlumat təqdim də bilməmişdir. Bu isə onun dediklərinin həqiqiliyinə şübhə doğurmuş, söylədikləri nandırıcılıq baxımından qənaətbəxş hesab olunmamışdır. X2 kəndini tərk Btdikdən sonra Lahorda bir müddət yaşadığını, bu zaman heç bir təhdid və ya təqiblə qarşılaşmadığını qeyd etmişdir. Yuxarıda qeyd edilənlər onun əsaslı təqib qorxusuna məruz qalmadığını deməyə əsas verir. İddiaçı Muhammad Bootanın müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı Muhammad Bootanın şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, “Qaçqın” statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbayan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “Qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3- cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə “Qaçqın” statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 24 dekabr 2024-cü il tarixli, 27 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı Muhammad Bootaya “Qaçqın” statusu verilməsindən imtina edilmişdir.
6. Qaçqın statusunun verilməsi haqqında vəsatətdə (Ərizə-anketdə) qeyd edilmişdir: Pakistanı nə üçün tərk etmisiniz? İddiaçı Pakistanda 7 fevral 2024-cü il tarixdə Facebook-da Rima adlı hindli qızla tanış olmuş, bir-birlərini sevmiş və evlənməyə qərar vermişdirlər. Amma nə İddiaçı Rimanın yanına gedə bilmiş, nə də ki, Rima İddiaçı yanına gələ bilmişdir. Sonda iddiaçı qərara gəlmişdir ki, sərhədi qanunsuz keçib Hindistana getsin. Çünki sərhəd yaxın idi. Amma iddiaçının bu planı baş tutmamışdır, qohumlar və kəndlilər bundan xəbər tutub planı pozmuşdurlar. Üstəlik iddiaçıya “satqın” deyərək təhdidlər etməyə başlamışdırlar. İddiaçı da təqiblərdən qaçıb Azərbaycana gəlmişdir. Siz nə zaman Hindistana qeyr-qanuni keçmək istədiniz və hansı məntəqədən? 17 avqust 2024-cü il tarixdə Vagah adlı keçid məntəqəsinin yanından keçmək istəyirdi. Vaqah məntəqəsi Lahor yaxınlığında Pakistan və Hindistan arasında olan rəsmi keçid məntəqəsidir. Oradan siz qeyri-qanuni yolla necə keçmək istəyirdiniz? Lap oradan yox, onun yaxınlığında bir yerdən keçmək istəyirdi. Çünki bilirdi ki, NBM-də sərhədçilər və əsgərlər olur. Rima Hindistanın hansı şəhərində yaşayırdı? Bilmirəm. Bəs onda siz sərhədi keçib getsə idiniz, onunla harada görüşəcəkdiniz? Mən orada onunla facebookla yazışıb yerin dəqiqləşdirəcəkdim. Siz dediniz ki, vaxtilə bir paskistanlı qız Seema Haidar da sizin kimi Hindistana qanunsuz keçib öz sevgilisi ilə görüşməyə gedəndə onu qətlə yetirinlər. Bunu dəqiq bilirsiniz? Bəli, onu qətlə yetiriblər. İddiaçı da qorxmuşdur ki, orada qalsa onu da qətlə yetirərlər. Siz dediniz ki, Rima ilə Facebook vasitəsilə tanış olmuşdunuz. Bizə sizin facebook hesabınızı göstərə bilərsinizmi? Ərizəçi öz Facebook hesabını göstərir. Bəs sevdiyiniz qızın accountu varmı? Xeyr Qızın şəkli varmı? Xeyr, yoxdur. Niyə yoxdur? – səbəbi nədir? Köhnə telefonumda var idi, amma onu Pakistanda sındırdılar. Kimlər sındırdı telefonunuzu? Valideynlərim. İndi sizin istifadə etdiyiniz mobil telefonu nə vaxt və harada almısınız? 18 avqust tarixində, Kotla kəndindən. Qızın təvəllüdü neçə idi? 22 yaşı vardı. Dəqiq ad günü tarixini bilirsiniz? Xeyr. Qızın valideynlərinin adı nə idi? Bilmirəm Onun neçə bacı-qardaşı var idi? 3 bacı və 1 qardaşı var idi. Onların adları nə idi? Mən ancaq Rimanı tanıyırdım. Onunla necə tanış oldunuz? İddiaçıya Facebookda mesaji gəlmiş və qəbul etmişdir. Bundan sonra yazışmağa başlamışdırlar. Sizin account indi niyə bağlıdır? Bu accountu açanda elə əvvəldən bağlıdır. Sizin Rima ilə əlaqəniz nə vaxt kəsildi? 11 avqust 2024-cü il tarixdə. Deməli siz Rima ilə əlaqəsiz olaraq görüşməyə gedirdiniz? Xeyr, onunla rabitəsi 16 avqustda bərpa olunmuşdur. Siz demişdiniz ki, 17 avqust tarixdə siz sərhədi keçməyə hazırlaşırdınız, amma valideynləriniz bundan xəbər tutub sizi qoymadılar. Onlar bunu haradan bildilər? İddiaçı Rima ilə telefonda danışan zaman valideynləri eşitmişdi . Siz Bakıya xx.xx.2024-cü il tarixdə gəlmisiniz. Sizin evinizdə münaqişə 17 avqustda olub. Bəs bu bir ay ərzində siz harada qalmısınız? 18 avqust tarixdə Lahora getmiş və Bakıya gələnə kimi orada qalmışdır. Lahorda harada qalırdınız? X1 Hajvari adlı bir ziyarətgah var idi və orada qalmağa otaq var idi, orada qalmışdır. Yaxşı, bəs Azərbaycana bilet və vizanı necə aldınız? Pasportunuz üstünüzdə idi? Orada bir oğlana başına gələnləri danışmış və o demişdir ki, Azərbaycana 1 günə viza almaq olur. İddiaçı pasportunu və pulları ona vermiş və o, da hər şeyi təşkil etdi . Onun adı nə idi? Dəqiq yadımda qalmayıb, deyəsən Khalil idi. Pakistanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı? Xeyr, başqa səbəb yoxdur. Pakistana qayıtmaq istəyirsinizmi? Vəziyyət düzəlsə gedərəm. Qohumlarınız sizin burada olduğunuzu bilirmi? İndi öyrəniblər. Əgər Pakistana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər? Kənd camaatı, evdəkilər öldürə bilərlər. Bizim təşkilatdan xahişiniz nədir? Burada himayə verilməsi xahiş edilir. Sizin pasportda iş üçün ştamp vardır. Bunu necə izah edə bilərsiniz? Xeyr, iddiaçı əslində bura pənah üçün gəlmişdir. Ehtiyat üçün iş vizası ilə gəlmişdir. Amma niyyəti burada sığınacaq üçün müraciət etmək idi.
7. İddiaçınin müsahibə materialları iş materiallarına əlavə olunmuşdur.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü
10. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
11. Göründüyü kimi, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.
12. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
14. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
17. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən şəxsin 5 amil üzrə (müəyyən irqi (etnik,milli) qrupa mənsub olmasına; öz dini əqidəsinə; hansısa konkret dövlətin vətəndaşı olduğuna və ya öz dövlətinin vətəndaşı olmadığına; müəyyən sosial qrupa mənsub olduğuna; siyasi əqidəsinə görə) təqib olunma halı müəyyən edilməlidir.
18. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı müsahibə zamanı bildirmişdirlər ki, “İddiaçı Pakistanda 7 fevral 2024-cü il tarixdə Facebook-da Rima adlı hindli qızla tanış olmuş, bir-birlərini sevmiş və evlənməyə qərar vermişdirlər. Amma nə İddiaçı Rimanın yanına gedə bilmiş, nə də ki, Rima İddiaçı yanına gələ bilmişdir. Sonda iddiaçı qərara gəlmişdir ki, sərhədi qanunsuz keçib Hindistana getsin. Çünki sərhəd yaxın idi. Amma iddiaçının bu planı baş tutmamışdır, qohumlar və kəndlilər bundan xəbər tutub planı pozmuşdurlar. Üstəlik iddiaçıya “satqın” deyərək təhdidlər etməyə başlamışdırlar. İddiaçı da təqiblərdən qaçıb Azərbaycana gəlmişdir”.
19. Məhkəmə qeyd edir ki, iddiaçının müsahibədəki izahatından aydın olur ki, iddiaçı şəxsən öz irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə görə cəmiyyət və ya dövlət tərəfindən təqibə məruz qalmamış, ailə üzvləri və kəndlilər tərəfindən iddiaçıya qarşı məhz hindli qızla evlənmək planı ilə əlaqadar olaraq müəyyən təqiblər olmuşdur. İddiaçı cəmiyyət və ya dövlət orqanları tərəfindən ona qarşı mənəvi və ya fiziki şiddət tətbiq olunması ilə bağlı hər hansı izahat verməmiş, ona qarşı təhdidlər olduğunu sübut edən halları əsaslandırmamış və müsahibəsi zamanı ona qarşı baş vermiş hər hansı konkret təhdid halını qeyd etməmişdir.
20. İddiaçının izahatından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə yaşayarkən ona qarşı edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamışdır.
21. Məhkəmə eyni zamanda nəzərə alır ki, İddiaçı Azərbaycan Respublikası ərazisinə qanuni qaydada daxil olduğunu öz izahatları ilə təsdiq etmişdir. Belə ki, iddiaçı Pakistan İslam Respublikasını tərk edərkən məhz iş vizası əsasında təyyarə ilə Azərbaycan Respublikasına gəlmişdir. Dövlət tərəfindən təqib edilən və öldürülmə təhlükəsi olan şəxsin aeroport vasitəsilə ölkəni tərk etməsi ağlabatan deyil.
22. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən izahatlar və ona münasibətdə olan rəftarın faktiki xarakteri arasındakı uyğunsuzluq izahatının inandırıcılıq keyfiyyətinə əhəmiyyətli təsir edir, nəticə etibarilə onun ölkəsinə qayıdacağı təqdirdə təqibə məruz qalacağına dair iddialarının əsaslı olmaması qənaətinə gəlməyə əsas verir. iddiaçı özünün dövlət tərəfindən təqibə məruz qalmasını əsaslandıran hər hansı dəlilə əsaslanmamışdır. İddiaçı ailə üzvləri və kəndlilər tərəfindən məhz Rima adlı hindli qızla evlənməyi düşündüyünə görə təqib olunduğunu iddia edir. Odur ki, qeyd edilən yanaşma heç bir halda şəxsə qaçqın statusunun verilməsi üçün əsas ola bilməz.
23. Məhkəmə hesab edir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmasına dair dəlilləri inandırıcılıq keyfiyyətinə malik deyildir. Odur ki, inzibati orqanın qaçqın statusu verilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı sayıla bilməz.
24. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Odur ki, qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmədiyindən iddia təmin edilməməlidir.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva