Məhkəmə qərarları › İş №2-1(112)-6764/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6764/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6764/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1994cü il tarixədək N saylı hərbi hissədə xidmət etdiyini, 1996-cı il tarixdən İİ qrup müddətsiz müharibə əlili olduğunu göstərmişdir. Həmçinin qeyd etmişdir ki, 1996-cı il tarixdən 2021-ci il tarixədək əmək pensiyası almış, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 2021-ci il tarixdən etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya ödənilir. Əlavə olaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün pensiya fərqi ona ödənilməli olduğu halda, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə fərq məbləği ödənilsə də, cavabdeh tərəfindən digər dövrlərə görə ödənişin edilməsindən imtina olunduğunu qeyd etmişdir. İddiaçı daha əvvəl xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərq məbləğinin ona ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh ona ünvanladığı xx.xx.2022ci il tarixli **********9 nömrəli cavab məktubunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472,80 manat məbləğində əmək pensiyası təyin edildiyini, eyni zamanda keçmiş üç il müddət üçün pensiyanın yenidən hesablandığını qeyd etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı məhkəməyə ərizə təqdim edərək, şifahi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi asagıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uygun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən sərt nəzərə alınmaqla ödənilir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı R.Ə.Əliyevə məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş X4 Sistemindən çıxarışa əsasən iddiaçı R.Ə.Əliyevə xx.xx.1998-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 312 nömrəli qərarında R. Əliyevin 1993-cü il tarixdə hərbi xidmətə çağırıldığı, travma-diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsi iddiaçıya pensiya təyin olunması üçün cavabdeh orqana təqdim edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən iddiaçı R.Əlivevə xx.xx.2021-ci il tarixli **********1 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərara əsasən “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472.80 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7731,36 manat fərq məbləğinin 429,52 manat hissəsi 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında ödənilmiş, qalan 7301,84 manat hissəsi isə cari ilin fevral və mart aylarında hissə-hissə (hər ay 3650,92 manat) əmək pensiyasının (472,80 manat) üzərinə əlavə edilməklə (472,80+3650,92=4123,72 manat) müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-47,28 manat maddi yardım ödənilir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki hallan nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin elektron qaydada, habelə xx.xx.2022-ci il tarixli **********9 saylı məktubları ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən X2 dair təqdim olunmuş 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə müvafiq təminat xərcliyinin (591,00 manat) 80 faizi-472,80 manat məbləğində adıçəkilən şəxsə əmək pensiyası təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7731,36 manat fərq məbləğinin 429,52 manat hissəsi 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında İddiaçı ödənilmiş, qalan 7301,84 manat hissəsinin isə onun Mərkəzi Filiala müraciətini nəzərə alaraq cari ilin fevral və mart aylarında hissə-hissə (hər ay 3650,92) manat əmək pensiyasının (472,80 manat) üzərinə əlavə edilməklə (472,80+3650,92=4123,72 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. Cari ayın pensiya ödənişləri ayın 15-də həyata keçirilib. Bununla əlaqədar xx.xx.2022-ci il tarixində İddiaçı həm 472,80 manat pensiya məbləği, həm də keçmiş dövr üzrə hesablanmış qalıq (7301,84 manat) fərq məbləğinin 3650,92 manatı ödənilib (ümumilikdə 4123,72 manat). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 312 nömrəli qərarından görünür ki, Bakı şəhəri Sabunçu RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli 22 HP/5576 nömrəli məktubuna əsasən barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı Səftər oğlunun döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Hospitalının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma-diaqnoz: “Sol ayağın l-ll barmaqlarının yuxarı 1/3-nin proksimal falanqa səviyyəsində amputasiyalı güdülü. Sağ ayağın l-ll barmaqlarının daraq sümüyü səviyyəsində, İİİ barmağın proksimal falanqa səviyyəsində nekrektomiya əməliyyatı (xx.xx.1994). Hər iki ayaq barmaqlarının lll-İV dərəcəli donvurması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinin xx.xx.2021-ci il tarixli 1254 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 958 nömrəli arayışı, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli arayışı, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli 22 HP/5576 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". - Pensiya işində olan sənədlərə görə: - Cavabdehin xx.xx.2021-ci il tarixli **********1 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən iddiaçıya “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya hüququnun yarandıgı xx.xx.2018-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472.80 manat məbləğində xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya dair təqdim olunmuş 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə xəstəliyə görə tərxis olunmuşdur, təminat xərcliyi 591,00 manatdır. - 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli **********9 saylı arayışından görünür ki, iddiaçıya xx.xx.1998-ci il tarixdən İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçıya bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Buna görə də, ən çoxu üç il üçün pensiya fərqi ödənilə bilərdi və həmin məbləğ də iddiaçıya münasibətdə hesablanıb ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında" Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya).

22. "Hərbi qulluqçuların, pensiya təminatı haqqında" Qanun: Maddə 49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.1998-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 312 nömrəli qərarında iddiaçının 1993cü il tarixdə hərbi xidmətə çağırıldığı, travma-diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsi iddiaçıya pensiya təyin olunması üçün cavabdeh orqana təqdim edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən iddiaçıya cavabdehin xx.xx.2021-ci il tarixli **********1 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472.80 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və hissə-hissə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.1998-ci il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Həmin Qanunun 49-cu maddəsinə görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Belə ki, iddiaçıya xx.xx.1998-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsi əsasında cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış və hissə-hissə ödənilir, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün ödənilməsindən imtina edilmişdir. Qeyd edilən normanın müddəaları baxımından, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların heyata keçirilməsi Azerbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən xx.xx.2007-ci il tarixdən Azerbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Lakin hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin ödənilməsindən imtina etmiş, cavabdehin bu imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərq) hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərq) hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar