Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6765/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı, 3-cü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs Azərbaycan Respublikası X11 işə cəlb edilməklə etibarlı dövlət qulluğu münasibətləri mövcudluğunun müəyyən edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə xx.xx.2010-cu il tarixdən – xx.xx.2018-ci il tarixədək inzibati vəzifədə qulluq keçdiyi müddəti nəzərə alaraq Binəqədi Rayon Məhkəməsi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəlməsinin sədri Sədrəddin Hacıyevin 23 saylı əmri ilə xx.xx.2010-cu il tarixdə vahid ştat cədvəli üzrə yardımçı dövlət qulluğuna böyük mütəxəssis (operator) vəzifəsinə təyin edilmiş və ona dövlət qulluğunun kiçik referenti ixtisas dərəcəsi verilmişdir. Həmin tarixdən onunla əmək müqaviləsi bağlanmış, 028417 saylı əmək kitabçası, həmçinin Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. xx.xx.2010-cu ildən başlayaraq xx.xx.2018-ci il tarixədək həmin məhkəmədə əmək funksiyalarını həyata keçirmişdir. Belə ki, xx.xx.2010-cu il tarixdə məhkəmə sədrinin (yəni, inzibati orqanın rəhbərinin müvafiq qərarı əsasında) 41 saylı əmrinə əsasən məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdə 30 saylı əmrə əsasən ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2016-cı il tarixdə 13 saylı əmrə əsasən 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2018-ci il tarixdə 07 saylı əmrə əsasən 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Qeyd etdiyi əmrlərə təsdiqlənmiş məlumatlar “X5i” (bundan sonra – Reyestr) informasiya sisteminə daxil edilmişdir. Yuxarıda qeyd etdiyi məlumatların reyestrə daxil edildiyi Azərbaycan Respublikası X10 (bundan sonra – Mərkəz) məhkəməyə ünvanladığı xx.xx.2018-ci il tarixli, 01/xx-xx/0256 nömrəli məktubla da təsdiq olunur. Dövlət qulluğunda olduğu dövrdə tutduğu inzibati vəzifəyə uyğun ixtisas dərəcəsi almış, barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, orta aylıq vəzifə maaşı, ona əlavələr almış və dövlət büdcəsinə müvafiq məcburi ödənişlər etmişdir. Qulluq keçdiyi müddətdə dövlət qulluqçusu statusunun verilməsi, başqa vəzifəyə (yəni, yardımçı vəzifədən inzibati vəzifəyə) keçirilməsi və ixtisas dərəcəsinin verilməsi ilə bağlı inzibati aktlar həm qulluq keçdiyi orqan, həm də, dövlət qulluğuna qəbulu həyata keçirən orqan, o cümlədən Mərkəz tərəfindən mübahisələndirilməmişdir. Belə ki, bütün məlumatlar Reyestrə daxil edilmiş və reyestri aparan orqanın məlumatı olmuşdur. Heç bir inzibati akt mübahisələndirilməmişdir. Binəqədi Rayon Məhkəməsi sədrinin xx.xx.2018-ci il tarixli, 12 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verərək məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsindən onu öz arzusuna görə azad etmiş və əmrin surətini təqdim etmişdir. Göründüyü kimi, sözügedən əmr, yəni onun dövlət qulluğuna xitam verilməsinin əsasları DİM tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2010-cu il tarixdə məhkəmə sədrinin (yəni, inzibati orqanın rəhbərinin müvafiq qərarı əsasında) 41 saylı əmrinə əsasən məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə təyin edilməsi əlverişli inzibati akt hesab olunur və həmin aktın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. O, isə 8 ilə yaxın həmin məhkəmədə inzibati vəzifədə qulluq keçmiş və dövlət qulluğu haqqında qanunda göstərilən təminat və məhdudiyyətlər xidmət illərində ona da, şamil edilmş və müvafiq ixtisas dərəcələri verilmişdir. Həmçinin, DİM və həmin funksiyaları həyata keçirən əvvəlki qurum da, onun 2010-cu ilin iyun ayından dövlət qulluğuna qəbul olunduğunu, 2010-cu ilin noyabr ayından isə inzibati vəzifəyə keçirilməsini bildikləri halda buna dair heç bir reaksiya (işə qəbul edilməsi barədə inzibati aktın ləğv edilməsini tələb etmək) verməmişdir. Qeyd olunan halın üzərindən 10 ilə yaxın müddət keçmişdir. Dövlət quluğunda çalışdığı 8 ilə yaxın müddət, onun mübahisəsiz qaydada hüquq münasibətlərində olmasının göstəricisidir. Digər tərəfdən inzibati orqanın (Binəqədi Rayon Məhkəməsinin) onunla işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan yuxarıda qeyd etdiyi inzibati aktlar mövcuddur. Eyni zamanda, işçi ilə işəgötürən arasında 8 ilə yaxın müddət ərzində işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqlarından tutulmalar, sosial sığorta ödənişləri və s.) barədə çoxsaylı inzibati aktlar qəbul edilmişdir. Həmin inzibati aktların heç biri 8 il ərzində istər inzibati orqanın özü, istər dövlət qulluğu sahəsində müvafiq funksiyaları həyata keçirən əvvəlki qurum, istərsə də, Mərkəz tərəfindən, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati atklar ləğv edilməmişdir. Belə ki, dövlət qulluğu sahəsində müvafiq funksiyaları həyata keçirən əvvəlki qurum onun 2010-cu ilin noyabr ayından, DİM-in isə 2016-cı ildən inzibati vəzifəyə qulluq keçməsini bilməsini təsdiq edən hal kimi xx.xx.2006-cı il tarixli, 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5inin aparılması Qaydaları”nı göstərmək olar. Belə ki, qulluğa qəbul edildiyi vaxtdan etibarən barəsində olan məlumatlar, o cümlədən dövlət qulluğuna qəbul, başqa vəzifəyə keçirilmə və müvafiq ixtisas dərəcəsinin verilməsi barədə aktlar Reyestrə daxil edilmişdir. Bu məlumatların qanuniliyi X5ini aparan dövlət orqanı (DİM) tərəfindən tanınmış, həmin məlumatlar DİM tərəfindən reyestrdə təsdiq edilmiş və ya reyestrə daxil edilmişdir. Göründüyü kimi, onun dövlət qulluqçusu olaraq inzibati orqanla arasında publik hüquq münasibətləri olmuşdur və inzibati orqanla onun arasında olan publik münasibətlər tanınmalıdır (müəyyən edilməlidir). Yəni, onun inzibati vəzifə üzrə dövlət qulluğunda çalışması nəzərə alınmalı və onun Binəqədi Rayon Məhkəməsində inzibati dövlət qulluğu vəzifəsində işlədiyi dövrdə dövlət qulluqçusu kimi statusu və stajı nəzərə alınmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6765/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. 3-cü şəxs Azərbaycan Respublikası X11 tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, iddiaçının dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyi nəzərə alınaraq, onun “dövlət qulluğu münasibətləri mövcudluğunun müəyyən edilməsi” barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Qeyd edilən Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Mərkəz tərəfindən X5i informasiya sisteminə daxil edilmiş məlumatlar təhlil edilmiş və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı 2010-cu ildə Binəqədi Rayon Məhkəməsində məsləhətçi vəzifəsinə qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədənkənar (test imtahanında və müsahibədə iştirak etmədən) təyin edilmişdir. Beləliklə, iddiaçı 2010-cu ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqədənkənar Binəqədi Rayon Məhkəməsində inzibati vəzifələrin yeddinci təsnifatına aid olan məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluqçusu statusunu qanunvericiliyin tələbləri pozulmaqla əldə etmişdir. Hansı ki, bu hal “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində inzibati dövlət qulluğu vəzifəsinə təyin edildiyi vaxtdan etibarən qulluq keçdiyi müddət ərzində qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilməsinə Mərkəz tərəfindən heç bir reaksiya verilməməsi ilə bağlı qeyd etdiklərinə dair bildirilir ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X11 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29- cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar Mərkəz dövlət orqanlarında dövlət qulluğuna qeyriqanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildən etibarən mütəmadi olaraq müxtəlif dövlət orqanlarına məktublar göndərmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının 2010-cu ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqədənkənar Binəqədi Rayon Məhkəməsində inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar Mərkəz xx.xx.2018-ci il tarixli 01/xx-xx/0256 nömrəli məktubla Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin orqana iddiaçının dövlət qulluğuna qəbulunun qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməməsi bildirilmiş, qeyd edilən məsələnin araşdırılması və bu barədə Mərkəzə məlumat verilməsi xahiş edilmişdir. Bundan əlavə, iddiaçı onun barədə məlumatların X4 daxil edildiyini və dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri pozulmaqla təyin edildiyi dövlət qulluğu vəzifəsində xx.xx.2010-xx.xx.2018-ci il tarixədək stajını nəzərə alaraq ümumi müsahibədə iştirak hüququnun tanınması məsələsinə münasibət bildirilməsi ilə bağlı Mərkəzə müraciət etmişdir. Mərkəzin xx.xx.2022 tarixli PHŞ/3-2- 2022-331 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyətinin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, o 2010-cu ildə Binəqədi Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada - müsabiqə (test imtahanı və müsahibə) yolu ilə tutmamış və dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. Dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmadığı və dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmədiyi üçün onun vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı elan edilmiş ümumi müsahibələrdə iştirak etməyi qanunvericiliyə əsasən mümkün deyil. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydası”nın 2-ci hissəsinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Adı çəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. X11 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X9 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Yuxarıda adı çəkilən Qaydaların tələbinə görə qulluq keçdiyi orqan iddiaçı haqqında məlumatları onun dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edilməsindən sonra ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X9 üzrə Komissiyaya rəsmən təqdim etməli idi. Həmin Komissiya ləğv edildiyi və X8 hüquqi varisi olmadığı üçün iddiaçı haqqında məlumatların X5inə daxil edilməsi ilə bağlı sənədlərin ləğv edilmiş Komissiyaya nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Bundan əlavə, yuxarıda qeyd edilən Qaydaların müddəalarından da göründüyü kimi, Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Yəni, şəxs dövlət qulluğuna qəbul edildikdən sonra onun haqqında məlumatlar qulluq keçdiyi dövlət orqanı tərəfindən Dövlət Reyestrinə daxil edilir. Beləliklə, iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsi barədə məlumat Dövlət Reyestrinə daxil edilənədək artıq onun dövlət qulluğuna qeyri-qanuni təyin edilməsi faktı baş vermişdir. Nəzərə alsaq ki, Mərkəz iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsindən sonra - 2016-cı ildə yaranmış və həmin ilin sonlarında fəaliyyətə başlamışdır, təbii ki, bu hal iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edildiyi 2010-cu ildə məsələnin Mərkəz tərəfindən mübahisələndirilməsini istisna edir. Digər bir tərəfdən, dövlət qulluğuna qəbul edilmə ilə bağlı müvafiq akt Mərkəz tərəfindən deyil, dövlət orqanı tərəfindən qəbul edilir və dövlət qulluğuna xitam verilmə də məhz dövlət orqanı tərəfindən həyata keçirilir. Bu baxımdan, iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edilməsi barədə Mərkəzdə nə vaxt məlumatın olması inzibati iş üçün əhəmiyyət kəsb etmir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı icasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il təvəllüdlüdür. İşdə olan Cavabdeh tərəfindən vəkil Tükəzban Aşurovaya ünvanlanmış 26 noyabr 2021-ci il tarixli, H-21 nömrəli məktubdan görünür ki, vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, dövlət qulluğuna qəbul edilmiş Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbulunun qanunvericiliyin tələblərinə uyğun olub-olmamasının yoxlanılması Azərbaycan Respublikası X11 tərəfindən “X5i İnformasiya Sistemi” vasitəsi ilə elektron qaydada həyata keçirildiyinə görə qeyd etdiyi məsələ ilə bağlı informasiya əldə etmək üçün həmin quruma müraciət edə bilər. Əlavə olaraq, Azərbaycan Respublikası X11 tərəfindən Cavabdehnə daxil olmuş məktublar və sorğular konkret şəxslərə aiddir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. Odur ki, qanuni əsaslarla təmsil etmədiyi digər şəxslərə aid məlumatlar verilə bilməz. Həmçinin sorğuda qeyd etdiyi və etibarnamə əsasında təmsil etdiyi İddiaçı aid sənədlərin (əmr, məktub) təsdiq edilmiş surətləri göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası X11 tərəfindən “Alyans” Vəkil Bürosunun vəkili Tükəzban Aşurovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 08/xx-xx/3452 nömrəli məktubdan görünür ki, X10 hüquq və vəzifələri X2 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 publik hüquqi şəxsin Nizamnaməsi” ilə müəyyən edilmişdir. Dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına (o cümlədən, vəzifəli şəxslərə) təqdimat vermək, yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi, habelə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənib bu barədə hesabat hazırlamaq Mərkəzin sözügedən Nizamnamənin 2-ci hissəsində nəzərdə tutulmuş əsas vəzifələrindən biridir. Qeyd edilən vəzifələrin icrasını təmin etmək məqsədilə Mərkəz tərəfindən dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması ilə bağlı araşdırmalar aparılır, bu barədə məlumat və hesabatlar təqdim edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci tənsifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. Mərkəz tərəfindən dövlət qulluğuna dair qanunvericiliyintətbiqi vəziyyətinin öyrənilməsi zamanı bir sıra dövlət orqanlarında pozuntu halları aşkar edilmiş və bu barədə müvafiq dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Prezident Administrasiyasına məluamt verilmişdir. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Binəqədi Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəziəsinə müsabiqədənkənar – test imtahanından və müsahibə mərhələsindən keçmədən təyin edilmiş, beləliklə, dövlət qulluğu haqqında qanuvnericiliyin tələbləri pozulmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsinin qanunvericiliyin tələbləri pozulmaqla tutulması dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə halı dövlət qulluğuna xitam verilmə əsaslarından biri olduğu üçün Binəqədi Rayon Məhkəməsinə məsələnin araşdırılması və bu barədə Mərkəzə məlumat verilməsi xahiş edilmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə xitam verilmişdir. Adı çəkilən şəxs dövlət qulluğu haqqında qanunvericiliyinin tələbləri pozularaq Binəqədi Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsinə təyin edildiyi və dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmədiyi üçün onun 2010- 2018-ci illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajına hesablanması və ona müvafiq ixtisas dərəcəsinin verilməsi barədə arayışın təqdim edilməsi mümkün deyil. İşdə olan Cavabdeh iddiaçı barəsində qəbul edilmiş əmrlərinin surətindən görünür ki, - 41 nömrəli, 18 noyabr 2010-cu il tarixli əmrə əsasən İddiaçı məhkəmənin böyük mütəxəssis (operator) 18 noyabr 2010-cu il tarixdən öz ərizəsinə əsasən məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə təyin edilmişdir. - 13 noyabr 2013-cü il tarixli, 30 nömrəli əmrə əsasən ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - 08 fevral 2016-cı il tarixli, 13 nömrəli əmrə əsasən ona 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - 19 fevral 2018-ci il tarixli, 12 nömrəli əmrə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən 2018-ci il 19 fevral tarixindən Binəqədi Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) İddiaçı dövlət qulluğuna öz arzusuna görə xitam verilmişdir. - 20 fevral 2018-ci il tarixli, 13 nömrəli əmrə əsasən İddiaçı vakant vəzifə tutulanadək Binəqədi Rayon Məhkəməsində vakant olan məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan Azərbaycan Respublikası X11 tərəfindən Cavabdeh sədrinə ünvanlanmış 01/xx-xx/0256 nömrəli, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, “X5i” informasiya sisteminə daxil edilmiş məlumatlarda 4 yanvar 1985-ci il təvəllüdlü İddiaçı dövlət qulluğuna qəbulunun müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməməsi halı aşkar edilmişdir. Məsələnin araşdırlmasına və bu barədə X10 məlumatlandırılmasına göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası X11nə ünvanlanmış 19 fevral 2018-ci il tarixli, 04 nömrəli məktubdan görünür ki, Cavabdehnə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 012/04-0-9/0256 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsində məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsində qulluq keçən İddiaçı dövlət qulluğuna xx.xx.2018-ci il tarixdə 12 saylı əmrlə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası X11 tərəfindən İddiaçı ünvanlanmış PHŞ/3-2-2022- 331 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajının nəzərə alınaraq ümumi müshaibədə iştirakının təmin edilməsi məsələsinə münasibət bildirilməsinə dair müraicətinə baxılaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuların, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Dövlət qulluğuna dair qanunvericilyin tətbiqi vəziyyətinin öyrənilməsi zamanı müəyyən eidlmişdir ki, o, 2010-cu il tarixdə Binəqədi Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada – müsabiqə (test imtahanı və müsahibə) yolu ilə tutmamış və dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. Dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmadığı və dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmədiyi üçün vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı elan edilmiş ümumi müsahibələrdə iştirak etməsi qanunvericiliyə əsasən mümkün deyil. Məhkəmənin sorğusuna əsasən Cavabdeh SDS-6046 nömrəli, 09 iyun 2022-ci il tarixli məktubla Ruqiyyə Ülfət qızının şəxsi işində saxlanılan vahid ştat cədvəli üzrə dövlət qulluğunun yardımçı və inzibati vəzifələrinə təyin edilməsinə və ixtisas dərəcələrinin verilməsinə dair əmrlərin təsdiq olunmuş surətlərini, həmçinin qulluq münasibətləri haqqında məlumatların X5 İnformasiya Sisteminə daxil edilməsi barədə şəxsi kartın surətini təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 8/844 nömrəli məktubunda bildirilmişdir ki, Cəfərova X7 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 23 nömrəli əmri ilə böyük mütəxəssis (operator) vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixli 41 nömrəli əmrlə məsləhətçi (məhkəmə iclas katibi) vəzifəsinə keçirilmişdir. Məhkəmənin müvafiq əmrləri ilə ona dövlət qulluğunun kiçik referenti, 3cü dərəcəli dövlət qulluqçusu, 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli 12 nömrəli əmrlə işdən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən birinci instansiya məhkəmələrinin maliyyə təminatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. İşlədiyi müddət ərzində məhkəmədən daxil olan əmrlər əsasında İddiaçı vəzifə maaşı, vəzifə maaşına əlavələr (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına görə), mükafatlar və s. ödənilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddiaçının cavabdehdən dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə iddiası qeyd edilən müəyyən etmə haqqında iddia növünə uyğundur. İddia mahiyyətcə də, əsaslıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. -2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. -7.1-ci maddəsinə görə dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. -7.2-ci maddəsinə görə dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir. - 9-cu maddəsinə görə dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. -10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. -10.5-ci maddəsinə əsasən inzibati vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. -10.6-cı maddəsinə əsasən yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. -13.2-ci maddəsinə görə inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. -13.3-cü maddəsinə görə yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır. -14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. -16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. -22.1-ci maddəsinə əsasən dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. -22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın: -2-ci bəndinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. -5-ci bəndinə görə Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X11 tərəfindən birgə aparılır. -9-cu bəndinə əsasən Dövlət Reyestrinə Azərbaycan Respublikasının dövlət qulluqçuları haqqında əsas məlumatlar daxil edilir. -12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Binəqədi Rayon Məhkəməsində böyük mütəxəssis, xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdehndə məhkəmə iclasının katibi, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdehndə məhkəmə iclasının katibi vəzifəsində işləmişdir. O, Cavabdehndə işlədiyi dövr ərzində ona 13 noyabr 2013-cü il tarixli, 30 nömrəli əmrə əsasən kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, 08 fevral 2016-cı il tarixli, 13 nömrəli əmrə əsasən 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Bundan əlavə, iddiaçı barəsində məlumatlar işlədiyi orqan tərəfindən X5 İnformasiya Sisteminə daxil edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində ödənilən vəzifə maaşının tərkibində dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr nəzərə alınaraq ödənilmiş, iddiaçı il ərzində dövlət qulluqçuları üçün ödənilən mükafatlar ilə təmin edilmişdir Göründüyü kimi, cavabdeh iddiaçını xx.xx.2010-cu il tarixdən dövlət qulluqçusu vəzifəsinə təyin etməklə onu həmin tarixdən dövlət qulluğu haqqında qanunvericiliklə nəzərdə tutulmuş təminatlara uyğun olaraq təmin etmiş, ona müvafiq ixtisas dərəcəsi, tutduğu vəzifəyə uyğun olaraq ixtisas dərəcəsinə, qulluq stajına əlavələr və s. ilə birlikdə dövlət məvacibini ödəməklə bilavasitə iddiaçıya münasibətdə dövlət qulluqçusu münasibətini sərgiləmişdir. Hazırkı halda iddiaçı barəsində məlumatların Dövlət X1ması onun barədə məlumatların işlədiyi qurum tərəfindən Dövlət Reyestrini aparan dövlət qurumuna təqdim edildiyi və sonuncu tərəfindən həmin məlumatların qəbul edilməsi kimi də, qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixdən-xx.xx.2018-ci il tarixədək Cavabdehndə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğu müəyyən (təsdiq) edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6765/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6765/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver