Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6765/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə Dövlət Miqrasiya Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, № İQ-79/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılarının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, orta məktəbdə 12 illik təhsil aldığını, 2014-2016-cı illərdə Lahor şəhərində X4-də və 2016-2019-cu illərdə Aspire College-də proqramlaşdırma ixtisası üzrə bakalavr təhsili aldığını bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərəkən o, 2020-2021-ci illərdə Lahor şəhərində Macrosuper store da İnformasiya Texnologiyaları mütəxəssisi və 2021-2024-cü illərdə Biken House school da İT üzrə məsul əməkdaş olaraq işlədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı subay olduğunu, valideyinləri, 1 qardaşı və 3 bacısının da onunla birlikdə xx.xx.2024-cü il Azərbaycan Respublikasına gəldiklərini və Dölət Miqrasiya Xidmətinə qaçqın statusu əldə etmək üçün müraciət etdiklərini qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən o, Pakistanda keçmiş baş nazir İmran Khanın rəhbərlik etdiyi PTİ (Pakistan Tehrik-e-İnsaf) partiyasının üzvü və ərazi üzrə koordinatoru olması səbəbindən hazırda hazırda Pakistanda iqtidarda olan PML-N (X5- Nawaz) partiyasının və eyni zamanda Milli Assambleyanın üzvü olan Talha Barki adlı bir şəxs tərəfindən aralarında siyasi fikir ayrılığı və eyni zamanda torpaq mülkiyyət üstündə mübahisənin yarandığını və sözügüdən şəxs tərəfindən təqiblərə məruz qaldığı üçün ölkəsini tərk etdiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı onun verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, o özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Maddi hüquq normasi kimi çıxış edən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin ) statusu haqqında”AR Qanunun 1.1.1-ci maddəsinə əsasən Qaçqın-AR-sının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə tətbiqlərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşlığı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzərindən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud, müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxslərdir. Qaçqın status haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqın status vermə və qaçqın statusundan məhrum etmə ilə bağlı məsələlərə AR-sının müvafiq icra hakimiyyəti orqanı (Dövlət Miqrasiya Xidməti) tərəfindən baxılır və qərar qəbul edilir. Qaçqın statusunun verilməsi qaydası AR-sının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar”la tənzimlənir. Bundan əlavə, bütün dövlət orqanları kimi cavabdeh də inzibati İcraat haqqında AR-sı qanunun 1-4-cü maddəsi(qaydalar, anlayışlar, tətbiq dairəsi, aidiyyat), 10-19-cu maddəsi (Ümumi prinsiplər), 20-27-ci maddəsi (Prosedur prinsiplər və təminatlar), 42-47-ci maddəsi (vəzifəli şəxslərə etiraz etmək üçün əsaslar, ekspert, mütəxxəssis .tərcüməçiyə etiraz etmək üçün əsaslar, etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası inzibati icraatla sübütetmə, sübütların təqdim edilməsi və tələb edilməsi, sübütların qiymətləndirilməsi), 57-59-ci maddəsi(İnzibati aktın formal və rekvizitləri), 61-ci maddəsi (inzibati aktın əsaslandırılması ), 67-ci maddəsi(Qanunsuz inzibati aktın ləğv edilməsi ), 71-ci maddəsi (İnzibati şikayət vermək hüququ ), 73-cü maddəsi(İnzibati şikayətin müddəti) maddələri aiddir. Bundan əlavə, hazırkı iş üzrə inzibati mübahisəyə dair icraat İPM ilə tənzimlənir.Hazırki işə tətbiq edilməli “yumşaq hüquq”normaları BMTQAK-ın tərtib etdiyi Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçidir (2011). Həmin bələdçinin əsaslı təqib qorxusu meyarına dair 37-50-ci bəndləri və qaçqın statusunun verilməsi prosesinə və sübütetmə standartına dair 192-205-ci bəndləri hazırkı işin hallarına tətbiq edilməlidir. Bundan əlavə, BMTQAK-ın sübütetmə vəzifəsi və standartı adlı qeydlərindən də istifadə edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Dövlət Miqrasiya Xidmətinin İQ-79/1 saylı xx.xx.2024cü il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsini və Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixli sığınacaq vəsatəti təmin edilməklə ona qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulması tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh Dövlət Miqrasiya Xidmətinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Dövlət Miqrasiya Xidmətinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-79/1 qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. X3 müsahibəsi ilə onun müsahibəsi üst-üstə düşmür. 2. Onların ailəsinin problemi siyasi motivlərlə deyil, daha çox torpaqla bağlı olmuşdur. 3. Şəxsin dediklərinə əsasən ədavət apardıqları şəxslə problemləri 2022-ci ildən başlanılsa da, 2 il ərzində öz şəhərlərində yaşamağa davam etmişlər. 4. Ölkə daxili alternativ yerdəyişmə imkanından istifadə etməmişlər Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh inzibati orqanın nümayəndəsi X2 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasın xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR.
İş materiallarında olan:
Dövlət Miqrasiya Xidmətinin “Qaçqın status verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İQ-79/1 №-li Qərarında qeyd olunmuşdur ki: - Pakistan İslam Respublikasının vətəndaşı, hazırda Xırdalan şəhəri, 28-ci məhəllə, bina 16a, mənzil 76 ünvanında müvəqqəti yaşayan, 29 sentyabr 1996-cı il təvəllüdlü İddiaçı (Pasport: № AE0346943) 17 oktyabr 2024-cü il tarixdə “Qaçqın” statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun 434750/m saylı vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. - İddiaçı “Qaçqın” statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, orta məktəbdə 12 illik təhsil aldığını, 2014-2016-cı illərdə Lahor şəhərində “X4”də və 2016-2019-cu illərdə “Aspire College”də proqramlaşdırma ixtisası üzrə bakalavr təhsili aldığını bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərkən ərizəçi 2020-2021-ci illərdə Lahor şəhərində “Macrosuper store”da İnfromasiya Texnologiyaları mütəxəssisi və 2021-2024-cü illərdə “Biken House school"da İT üzrə məsul əməkdaş olaraq işlədiyini qeyd etmişdir. - Ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, valideynləri, 1 qardaşı və 3 bacısının da onunla birlikdə 13 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini və Dövlət Miqrasiya Xidmətinə “Qaçqın” statusu əldə etmək üçün müraciət etdiklərini qeyd etmişdir. - Azərbaycan Respublikasında “Qaçqın” statusu əldə etmək üçün müraciətinin səbəbini izah edərkən ərizəçi Pakistanda keçmiş baş nazir İmran Khanın rəhbərlik etdiyi “PTİ” (“Pakistan Tehrik-e-İnsaf’) partiyasının üzvü və ərazi üzrə koordinatoru olması səbəbindən hazırda Pakistanda iqtidarda olan “PML-N” (“X5- Nawaz”) partiyasının və eyni zamanda Milli Assambleyanın üzvü olan Talha Barki adlı bir şəxs tərəfindən aralarında siyasi fikir ayrılığı və eyni zamanda torpaq mülkiyyəti üstündə mübahisənin yaranması və sözügedən şəxs tərəfindən təqiblərə məruz qalması səbəbindən ölkəsini tərk etdiyini bildirmişdir. - Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. - Ərizəçinin ölkəsini tərk etməsinə səbəb olmuş faktları araşdırarkən onun təqib və təhdidə məruz qalma riski qiymətləndirilmiş, qiymətləndirmə zamanı onun Pakistanda ciddi şəkildə təhdidə məruz qalması ilə bağlı müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. - Belə ki, ərizəçi onları təhdid edən “PML-N” partiyasının və Milli Assambleyanın üzvü Talha Barki adlı şəxsi heç tanımadığını, onunla ünsiyyətdə olmadığını bildirsə də, ərizəçinin atası Chaudhry Mukhtar isə öz müsahibəsində bu şəxslə yaxından tanış olduqlarını, onun qonşu kənddən olduğunu və 50 ilə yaxın onu tanıdığını bildirmişdir. Bundan əlavə ərizəçidən onun ailəsindən kiminsə “PTİ”dən başqa hər hansı partiyanın üzvü olub-olmadığını soruşduqda, ərizəçi onların ailəsinin ancaq həmişə “PTİ”yə dəstək verdiyini qeyd etsə də, atasının müsahibəsi zamanı onların ailəlikcə əvvəllər “PML-N” üzvü olduqlarını, sonradan “PTİ”-yə keçdiklərini və Talha Barki ilə münaqişəsinin yaranma səbəblərindən də birinin bu fakt olması bildirilmişdir. - Bundan əlavə mülkiyyətlərində olan torpağın icarəyə verilməsi müqabilində aldıqları pulun məbləği barədə ərizəçi və atası fərqli rəqəmlər söyləmişlər. Həmçinin ərizəçinin atasının müsahibə zamanı dediklərindən məlum olur ki, onlara torpaq pulunun verilməsini 2020-ci ildən dayandırıblar. Bu isə ərizəçinin qeyd etdiyi tarixlə ziddiyyət təşkil edir. - Bundan əlavə atası Talha Barki adlı şəxslə problemlərinin 2023-cü ildən başladığını bildirmiş və ərizəçi isə “PTİ”də 2022-ci ildən koordinator kimi siyasi fəaliyyətə başladığını qeyd etmişdir. Ərizəçinin siyasi fəaliyyətinə görə təqib edilməyə başlanması tarixi ilə Talha Barki adlı şəxslə problemlərinin başlanması tarixi üst-üstə düşmədiyindən belə qənaətə gəlmək olur ki, onların ailəsinin problemi siyasi motivlərlə deyil, daha çox torpaqla bağlı olub. - İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə və dini etiqadına görə təqib olunmamışdır. - Ərizəçinin siyasi əqidəsinə görə təqib edilməsi məsələsinə toxunaraq qeyd etmək lazımdır ki, ərizəçinin dediklərindən məlum olmuşdur ki, onların bu problemi 2022-ci ildən, yəni torpaqlarını icarəyə verdikləri Muhammad Aslam tərəfindən Talha Bərkinin göstərişinə əsasən onlara icarə pulunu ödəməkdən imtina etdiyi vaxtdan başlamış, lakin buna baxmayaraq onlar son 2 il ərzində öz şəhərlərində yaşamağa davam etmişlər. Bu fakt isə ərizəçinin siyasi əqidəsinə görə ciddi təhdidlə üzləşməsi iddiasını şübhə altına alır. - Ölkə daxilində alternativ yerdəyişmə imkanından istifadə imkanına dair qeyd edilməlidir ki, xx.xx.2024-cü ildə Azərbaycan Respublikasına gəlməmişdən 1 ay əvvəl o və atası qohumlarının Sind vilayətindəki evlərində qalmış və orada qaldıqları dövrdə heç bir təqiblə üzləşməmişlər. Həmin yeri tərk edib Azərbaycan Respublikasına gəlmələrinin səbəbini ərizəçi atasının bir neçə xəstəlikdən əziyyət çəkməsi, Sind vilayətində isə yaşayış üçün şəraitin acınacaqlı və dözülməz olması ilə izah etmişdir. - Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, “Qaçqın” statusu verilməsi ilə bağlı onun qeyd etdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “Qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə “Qaçqın” statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 24 dekabr 2024-cü il tarixli, 27 saylı protokolu). - “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
“Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyası
A. Bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o: 1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya X1 nizamnaməsinə görə qaçqın sayılmışdır: X1 öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə qaçqın statusu verilməsinə mane olmur. 2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Əgər şəxs bir neçə ölkənin vətəndaşıdırsa, “vətəndaşı olduğu ölkə” ifadəsi onun vətəndaşı olduğu ölkələrin hər birini nəzərdə tutur və belə şəxs tam əsaslı ehtiyatlardan irəli gələn heç bir həqiqi səbəb olmadan vətəndaşı olduğu ölkələrdən birinin himayəsinə müraciət etmirsə, vətəndaşı olduğu ölkənin himayəsindən məhrum sayılmır. B. 1) Bu Konvensiya 1-ci maddənin A bölməsində işlədilən “1951-ci il yanvarın 1dək baş vermiş hadisələr” sözləri ya a) “1951-ci il yanvarın 1-dək Avropada baş vermiş hadisələr”, və ya b) “1951-ci il yanvarın 1-dək Avropada və ya digər yerlərdən baş vermiş hadisələr deməkdir”: Razılığa gələn hər dövlət bu konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərbarədə göstərilən mənalardan hansısa tərəfdar olduğunu imzalama, ratifikasiya və ya qoşulma məqamında dəqiq göstərəcəkdir. 2) “a” alternativini qəbul etmiş razılığa gələn dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibini xəbərdar etməklə istənilən vaxt “b” alternativini qəbul edərək öz üzərinə götürdüyü öhdəliklərin əhatə dairələrini genişləndirə bilər. C. Bu Konvensiyanın A bölməsinə uyğun gələn şəxsə bu Konvensiyanın müddəaları aşağıdakı hallarda daha şamil edilmir: 1) o, vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə: və ya 2) öz vətəndaşlığından məhrum olub yenidən könüllü əldə etdikdə: və ya 3) yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə: və ya 4) təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı ölkədə yenidən könüllü məskunlaşdıqda: və ya 5) Qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinə uyğun gələn qaçqınlar vətəndaşı olduqları ölkənin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur: 6) Vətəndaşlığı olmayan şəxs olaraq, qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə, əvvəllər daimi məskunlaşdığı ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinin tərifinə uyğun gələn qaçqınlar əvvəllər daimi məskunlaşdığı ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur. D. Bu Konvensiyanın müddəaları hazırda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarından başqa, Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının və ya idarələrinin himayəsindən və ya yardımından istifadə edən şəxslərə şamil olunmur. Əgər bu şəxslərin vəziyyəti Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq qəti nizamlanana qədər onlara göstərilən himayə və ya yardım hər hansı səbəbdən kəsilmişdirsə, bu şəxslər avtomatik olaraq bu Konvensiyadan irəli gələn hüquqları əldə edirlər. E. Bu Konvensiyanın müddəaları yaşadıqları ölkənin səlahiyyətli hakimiyyət orqanlarının bu ölkənin vətəndaşlığı ilə bağlı hüquq və vəzifələrin şamil olunduğunu təsdiq etdiyi şəxsləri əhatə etmir. E. Bu Konvensiyanın müddəaları barədə aşağıdakıları ehtimal etmək üçün ciddi əsasların olduğu şəxslərə şamil edilmir: a) sülh əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cür cinayətlər törətmişlər; b) sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyri-siyasi xarakterli ağır cinayət törətmişlər; c) Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. ... Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. ... Maddə 12.Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Maddə 13. Qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir Bənd 1. ... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) xxxnə təhvil verir. ... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə xxxnin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir.
“Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər – 1998” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ... Bənd 11. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir
“Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı – 2013” Macarıstan Helsinki Komitəsi “İnandırıcılıq keyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən 2 qrupa bölünür: daxili və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, xüsusən də mənbə ölkələrinin məlumatlarının müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq, bu iş üzrə xarici mötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanmalı 2 əsas amil ərizəçinin izahatlarının müfəssəllik səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin 4 indikatoru fərqləndirilir: 1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq (31-33-cü səhifələr).
İnzibati Prosessual Məcəlləsinin: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bununla yanaşı, məhkəmə əlavə olaraq qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. Qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı və real təqib qorxusunun mövcud olub-olmadığını müəyyən etməkdən, eləcə də bununla bağlı real riskləri qiymətləndirməkdən ibarətdir. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İşin araşdırılmış hallarına görə, iddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, ölkəsində təqib və təhdid olunacağını bildirmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, 25 aprel 2024-cü il tarixdə İskhar İsrael adlı övladını səhhətində yaranmış problem səbəbindən xəstəxanaya apardığını, orada olarkən tanımadığı şəxslərin övladının adının İsrael olduğunu öyrəndiyini və bundan sonra onu təhdid etdiklərini bildirmişdir. O, qeyd edilən tarixdə zorla məscidə aparıldığını, fiziki təzyiqlərə məruz qaldığını, İsrail hökumətinə dəstək verməkdə günahlandırıldığını, lakin məsciddə olan As Muhammad adlı şəxsin onu müdafiə etdiyini və günahsız olduğunu bildirdikdən sonra sərbəst buraxıldığını söyləmişdir. Ərizəçi bu hadisədən bir neçə gün sonra 28 aprel tarixində yenidən həmin şəxslərin hücumuna məruz qaldığını, ona və oğluna soyuq silahla xəsarət yetirildiyini və bu barədə tibbi ekspertizanın rəyinin olduğunu qeyd etmişdir. O, məsələ ilə əlaqədar polisə şikayət etdiyini, əvvəlcə müraciətinə baxılmadığını, lakin təsadüfən polis bölməsində olan jurnalistlər tərəfindən məsələnin işıqlandırılmasından sonra müraciətinin qəbul edildiyini və polisin ona məhkəməyə müraciət etməsini tövsiyə etdiyini söyləmişdir. Griffin Ashbeel məhkəməyə müraciət etdikdən sonra məhkəmənin onun polisin müdafiəsi ilə təmin edilməsi barədə qərar verdiyini, lakin hüquq mühafizə orqanının bu qərarı icra etmədiyini, həmin şəxslərin sonradan onun barəsində polisə şikayət edərək onu küfr etməkdə günahlandırdıqlarını, polisin bu şikayətin qarşısını almaq üçün ondan pul istədiyini, lakin özünün bu pulu vermək istəmədiyini və ölkəsini ailə üzvləri ilə birlikdə tərk edərək 21 may 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini söyləmişdir. Ərizəçi hazırda tanımadığı şəxslərin onu küfr etməkdə günahlandırmasını əsas gətirərək ölkəsinə qayıtmaq istəmədiyini, qayıdacağı təqdirdə isə bu məsələnin ona qarşı müəyyən risklər doğura biləcəyini qeyd etmişdir. Eyni zamanda iddiaçı cavabdeh inzibati orqan səlahiyyətli nümayəndəsinə verdiyi müsahibəsində polis tərəfindən himayə olunması üçün məhkəməyə etdiyi müraciətinin təmin edildiyini, onu təhdid edən şəxslərin saxlanılması, özünün isə polis tərəfindən himayə edilməsi barədə məhkəmə tərəfindən qərar verildiyini bildirərək həmin qərarın surətini DMX-ya təqdim etmişdir. Lakin o, belə bir qərarın verilməsinə baxmayaraq, Pakistanda qalmaq istəməmiş və bunun səbəbini polisin məsələyə laqeyd yanaşması, həmçinin Azərbaycana gəlmək üçün biletləri alması ilə əlaqələndirmişdir. Göründüyü kimi, ərizəçinin himayəsi üçün məhkəmənin qərarı və dövlətin onu himayə etmək istəyi olduğu halda, o, heç bir əsaslı səbəb olmadan bu imkandan istifadə etmək istəməmişdir. Hökumətin ərizəçini himayə etmək məqsədinin olduğunu nəzərə alsaq, onun ölkə daxilində yerdəyişmə alternativindən istifadə etmək istəməməsi də söylədiklərinin ciddiliyi ilə bağlı şübhə doğurmuş və onu qorxusunun əsaslı olmadığını deməyə imkan vermişdir. Eyni zamanda, iddiaçının qaçqın statusunun verilməsi ilə bağlı əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmadığından inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı Pakistan İslam Respublikası, yəni vətəndaşı olduğu dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, habelə 1951-ci il Konvensiyasının 1- ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə görə) təqib olunmamışdır. Belə olan halda isə qanunvericiliyin tələbinə əsasən ona qaçqın statusu verilə bilməz. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübut yetirilmişdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış və siyasi fəaliyyətlə məşğul olmamışdır. Onun irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığına dair də hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir. Bundan başqa, iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu da sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, istənilən səbəbə söykənən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun verilməsi üçün əsas qismində çıxış edə bilər. Nəzərə almaq lazımdır ki, fərd olaraq məhz iddiaçıya yönəlik təqib ehtimalı və bunun üzərindən təqib riski real səbəblərdən və faktlardan qaynaqlanmalıdır. Bunun əksinə olaraq, iddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatçılıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Həmçinin mənşə ölkəsində qeyri-sabit vəziyyətin mövcud olması, işsizlik, perspektiv inkişaf imkanının yoxluğu qaçqın statusunun verilməsi üçün yetərli əsas qismində çıxış edə bilməz. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs digər əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki yuxarıda artıq göstərildiyi kimi iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası əvvəlki qərarlarında, o cümlədən xx.xx.2024 tarixli, 2-1(102)-596/2024 nömrəli, xx.xx.2024 tarixli, 2-1(102)-2412/2024 nömrəli və xx.xx.2024 tarixli, 2-1(102)-2567/2024 nömrəli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. NƏTİCƏVİ HİSSƏ
Qeyd olunanlara əsasən və İPM-nin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası təmin təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev