Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6767/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili (əvvəlki Bakı şəhəri X2 üzrə Baş İdarəsi) (bundan sonra – İddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 300000 manat, Dövlət Sosial Müdafiə Fonduna 31692,17 manat, İcbari Tibbi Sığorta Fonduna 245,70 manat və İşsizlikdən Sığorta Fonduna 1174,05 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 300000 manat məbləğində 2014-cü il buraxılış olan “ROLLS ROYCE GHOST minik” markalı (ag gümüşü rəngli, SCA664L04EUX68731 kuzov nömrəli) **-AF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 300000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin borc məbləğindən dövlət büdcəsinə 100 manat, İcbari Tibbi Sığorta Fonduna 245,70 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 300000 manat məbləğində 2014-cü il buraxılış ili olan “ROLLS ROYCE GHOST minik" markalı (ağ gümüşü rəngli, SCA664L04EUX68731 kuzov nömrəli) **-AF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 300000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ödəniş qəbzlərini təqdim edərək, əmlakın siyahıya alınmasına əsas olan borcunu ödədiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehin:
1. dövlət büdcəsinə 100 manat;
2. İcbari Tibbi Sığorta Fonduna 245,70 manat məbləğində borcu olduğuna görə 300000 manat məbləğində 2014-cü il buraxılış ili olan “ROLLS ROYCE GHOST minik" markalı **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 300000 manat məbləğində siyahıya alınmış əmlakının satılmasını xahiş edir. İşdə olan cavabdehə məxsus şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixə iddiaçının İcbari Tibbi Sığorta Fonduna borcu yoxdur. Həmçinin işdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, cavabdeh dövlət büdcəsinə 100 manat, İcbari Tibbi Sığorta Fonduna 246,15 manat ödəniş etmişdir. Göründüyü kimi, cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcu artıq iddiaçıya ödəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İşin yuxarıda qeyd olunan hallarına əsasən müəyyən olunur ki, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün zəruri tədbirlər görülmüş, əmlakın siyahıya alınmasına səbəb olan borc məbləği ödənilmişdir. Belə olan halda aydın olur ki, tələb olunan borc ödənildiyindən artıq hazırkı iddia ərizəsi üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2