Məhkəmə qərarları › İş №2-1(112)-6768/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6768/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6768/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X2, X4 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “nəqliyyat vasitələrinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə məxsus **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun saz vəziyyətdə geri təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar başlanandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müraciəti əsasında "xxxx" MMC-yə məxsus 10 ədəd yük avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sərəncamına verilmişdir. Sonradan buraxılış ili 2010-cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə, Müdafiə Nazirliyinin 286 saylı Hərbi Hissəsinə, daha sonra isə Dövlət Sərhəd Xidmətinin (DSX) sərəncamına verilmişdir. Hazırda İddiaçı MMC-yə məxsus qeyd olunan dartıcı və yarımqoşqu 44 günlük Vətən müharibəsinin bitməsinə baxmayaraq hələ də Dövlət Sərhəd Xidmətinin sərəncamındadır. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Fərman ilə ölkə ərazisində elan edilmiş hərbi vəziyyət ləğv edilmişdir. Buna görə də Vətən müharibəsi dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilmiş dartıcı və yarımqoşqu İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təşkilatlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. AR DSX tərəfindən xx.xx.2021-ci il tarixli, 9/845 nömrəli məktubla bildirilmişdir ki, təhvil alınmış nəqliyyat vasitələrinin bir qisminin DSX-da saxlanılması üçün Nazirlər Kabineti tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. AR qanunverciliyində təşkilatlara və ya vətəndaşlara məxsus nəqliyyat vasitələrinin dinc dövrdə dəyərinin ödənilərək dövlətin xeyrinə saxlanılması məsələsi nəzərdə tutulmamışdır. Nəqliyyat vasitələrinin onların iradəsinə zidd dövlətin xeyrinə saxlanılması Azərbaycan Respublikasının Konstitusiyasına və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin AR Dövlət Sərhəd Xidmətinin hazırkı iddiaya cavab verməli olan orqan olmaması əsas götürülərək iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2772/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3443/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə bildirilmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasırlda səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmüş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 275 nömrəli 9 avqust 2005-ci il Fərmanının 1.7-ci bəndində həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olar nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qayda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydasının 1-ci hissəsinə əsasən, bu Qayda “Azərbaycan Respublikasında səfərbərik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.17-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır. Həmin Qaydanın 2-ci hissəsinə əsasən, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər. Həmin Qaydanın 3-cü hissəsinə əsasən, öİkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və diğər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir. Həmin Qaydanın 5-ci hissəsinə əsasən, mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır. Adıçəkilən normaların tələblərindən göründüyü kimi ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir. Hazırkı işin faktiki halları ilə də öz təsdiqini tapır ki, mübahisəli nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuş, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təhvil alınmış, daha sonra xidməti zərurətlə əlaqədar Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbi konkretdir və hazırkı işin faktiki hallarına münasibətdə konkret tənzimləmə müəyyən etmişdir. Belə ki, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən müəyyən ediləcək və ödənilməsi üçün tədbirlər görüləcəkdir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarından da göründüyü kimi həmin Komissiya yaradılmış və ödənişlərin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Göründüyü kimi zərərin məbləğinin hesablanması və s. ilə bağlı səlahiyyətli qurum qismində Komissiya çıxış edir. Komissiyanın tərkibinə hazırkı iş üzrə cavabdeh səlahiyyətli şəxsin iştirakı həmin cavabdehin özünün öhdəlik daşıması anlamına gəlmədiyindən həmin cavabdeh hazırkı iş üzrə məbləği ödəməsi və ya nəqliyyat vasitəsinin geri qaytarmasını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının qaytarılmasını tələb etdiyi dartıcı və yarımqoşqu hazırda Dövlət Sərhəd Xidmətinin Qubadlı əlahiddə diviziyasının istifadəsindədir. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddiaya dair yazılı münasibətin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh AR Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı MMC-nin müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin 6-cı Ordu Korpusuna təhvil verilmiş nəqliyyat vasitələri təhvil-təslim zamanı Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyası tərəfindən təhvil alınmış və bunlardan bir qisminin Dövlət Sərhəd Xidmətində saxlanılması üçün Nazirlər Kabineti tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. Dövlət Sərhəd Xidmətində saxlanılması planlaşdırılan nəqliyyat vasitələrindən 1 ədəd DAF markalı **-JK-*** dövlət qeydiyyat nömrə nişanlı yəhərli dartıcı və 1 ədəd **-ZX-*** dövlət qeydiyyat nömrə nişanlı qoşqunun İddiaçı MMC-yə məxsus olmasının nəzərə alınması xahiş edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi tərəfindən təqdim edilən hərbi nəqliyyat vasitələrinin siyahısından görünür ki, buraxılış ili 2010-cu il olan ** JK *** dövlət qeydiyyat nişanlı dartıcı və buraxılış ili 2008-ci il olan ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinə, N hərbi hissəyə verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, DİN Baş X6 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "DAF FTCF 85.410 YÜK" markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən və "KRONE SDP27 yarımqoşqu" markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 23 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı dartıcı və yarımqoşqunun Dövlət Sərhəd Xidmətində sərhəd bölmələri tərəfindən dövlət sərhəddinin fasiləsiz mühafizəsi və müdafiəsi məqsədilə saxlanılır və həmin avtomobil texnikalarının qaytarılması xidməti-döyüş fəaliyyətinin təşkilini mümkünsüz edəcəkdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı ölkənin müdafiəsinin təmin edilməsi məqsədi ilə verilmiş nəqliyyat vasitələrinin geri qaytarılmasından ibarətdir. Məhkəmə gəldiyi qənaəti aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir. -11.2-ci maddəsinə əsasən hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. -11.3-cü maddəsinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” barədə Azərbaycan Respublikası Prezidentinin 275 nömrəli 9 avqust 2005-ci il Fərmanının 1.7-ci bəndində həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qaydası müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”nın 1-ci bəndində gösətrilmişdir ki, bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.17-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır. Həmin Qaydanın: -2-ci bəndinə əsasən təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər. -3-cü bəndinə əsasən ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir. -5-ci bəndinə əsasən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır. Qeyd olunan normaların tələbindən də göründüyü kimi ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir ki, hazırkı işin faktiki halları ilə də öz təsdiqini tapır. Mübahisəli nəqliyyat vasitələri iddiaçının mülkiyyətində olmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təhvil alınmış, daha sonra xidməti zərurətlə əlaqədar Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Lakin işin məhkəmə tərəfindən həmin müəyyən edilmiş halı cavabdehi avtonəqliyyat vasitəsinin qaytarılmasında və ya pulunun ödənilməsində səlahiyyətli inzibati orqan kimi müəyyən etmir, o cümlədən həmin nəqliyyat vasitəsinin iddiaçıdan təhvil alınıb Dövlət Sərhəd Xidmətinin balansına verilməsi həmin cavabdeh üzərində hər hansı öhdəlik müəyyən etmir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbi konkretdir və hazırkı işin faktiki hallarına münasibətdə konkret tənzimləmə müəyyən etmişdir. Belə ki, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən müəyyən ediləcək və ödənilməsi üçün tədbirlər görüləcəkdir ki, bununla bağlı Nazirlər Kabinetinin qərarından da göründüyü kimi həmin Komissiya yaradılmış və ödənişlərin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Göründüyü kimi zərərin məbləğinin hesablanması və s ilə bağlı səlahiyyətli qurum qismində Komissiya çıxış edir. Komissiyanın tərkibinə hazırkı iş üzrə cavabdeh və üçüncü şəxsin səlahiyyətli şəxslərinin iştirakı onların özünün öhdəlik daşıması mənasını ehtiva etmədiyindən hazırkı iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən iş üzrə məbləği ödəməsi və ya nəqliyyat vasitələrinin geri qaytarmasını istisna edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar