Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-677/2020 28.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X10 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı pozulmuş hüquq və azadlıqların bərpası, dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası üzrə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı, iztirablara, maddi və mənəvi ziyanlara görə ona cavabdeh tərəfindən ******* (üç milyon) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə anadan olmuşdur. Azərbaycanlıdır, Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 2 ünvanında qeydiyyatda olsa da, Yevlax rayonunun Tanrıqulular kəndində yaşayır. Orta ixtisas təhsillidir, subaydır, işsizdir. 2006-cı ilin may-iyul aylarında X3 cavabdeh qismində ona qarşı əqdin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İş məhkəmə icraatında olarkən iddiaçı X3 vəfat etmişdir. Həmin vaxt o, Rusiya Federasiyasında olduğu vaxta təsadüf etdiyindən X1 ölümündə günahlandırıldığı üçün 2006-cı ilin sonlarında informasiya texnologiyasına aid olan üzləşmə (detektor) cihazından istifadə etməklə ondan məlumat alınmışdır. Həmin bu fakt Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər Şöbəsində həyata keçirildiyini düşünür. Cinayəti olmadığı müəyyən olunduqdan sonra ondan məlumat götürən şəxsə, yəni dövlət qulluqçusuna “İnsan düşüncə və hafizəsini” dəyişməklə insanı idarə etməyin mümkünlüyü barədə təklif vermişdir. Bir müddətdən sonra ondan məlumat götürən şəxs ona hədə-qorxu gələrək onun ailə həyatının dağılacağına, övladlarına əzab-əziyyət veriləcəyi ilə təhdid etdikdən sonra bəlkə də, düşünərək fikrini dəyişmişdir. Dövlət nəzarəti altında onun üzərində əməliyyatın aparıldığı söylənmişdir. O, isə bir vətəndaş olaraq dövlətin hər bir sahədə olduğu kimi, bu sahədə də elmin inkişafı naminə onun da bir töhvəsi olsun deyə razılaşmışdır. Bəlkə də, məmur tərəfindən aldanmış ola bilər. Bundan sonra dövlət qulluqçusu şəxsən onu çağırıb onunla qarşılaşıb ona heçnə demədən onu, onun ailəsini, azyaşlı övladlarını və ona yaxın insanların beyin daxili sinirlərini üzləşmə (detektor) cihazı ilə dəyişərək “zombi” vəziyyətinə salmışdır. ünvan 4 ünvanında yaşayan ailəsi X4 və azyaşlı övladları X2 və X6 bu məsələyə cəlb olunmasına narazı olsa da, əhəmiyyət verilməmişdir. Bunlarsız işin alınmayacağı söylənmişdir. Ailəsinin və onun beyin daxili sinirləri psixoloji təsir göstərilməklə dəyişdirildiyindən ailə münasibətləri pozulmuş və 22 illik ailə həyatları 2009-cu ildə pozulmaya məruz qalmışdır. Azyaşlı övladlarının dəyişdirilmiş beyin daxili sinirlərinin fəsadları müəyyən vaxtlarda özünü biruzə vermiş, hazırda inirlər açıldıqca büruzə verməkdədir. Dövlət məmuruna inanaraq 2006-cı ildən davam edən əməliyyat dövründə dəfələrlə kliniki ölüm halları keçirmişdir. Onu da bildirir ki, bu işə aidiyyəti olan şəxs Dövlət Təhlükəsizlik Xidmətinin əmkədaşı X5 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin Mingəçevir şəhər Şöbəsində çalışmış və sonradan isə Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər Şöbəsində çalışmış və sonradan isə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir şəhər Şöbəsində çalışmışdır. Hazırda harada çalışdığı ona məlum deyil. İlk gündən bu günə qədər onun, onun ailəsinin, azyaşlı övladlarının və ona yaxın insanların “Zombi” vəziyyətinə salınması və psixi təzyiqlərlə bağlı ona rəsmi məktubla müraciət etsə də, təəssüflər olsun ki, həmin məktubları almaqdan imtina etməklə bərabər hüquqlarının pozulmasına şərait yaratmışdır. Dövlət nəzarəti altında aparılan əməliyyat olduğuna inanaraq bütün bu olanlara qatlaşmaq məcburiyyətində maddi və mənəvi zərər çəkmişdir. Mənəvi sarsıntı və fiziki iztirab keçirmişdir. Məlumatın aid olduğu şəxsin faktları aşkar ifadə etmədiyi halda informasiya texnologiyalarından istifadə etməklə sübuta ehtiyacı vardır. Cavabdhein təqsiri ucbatından onlar dəfələrlə mənəvi sarsıntı və fiziki iztirablar keçirmişlər. Bu baxımdan o, hesab edir ki, cavabdeh ona maddi və mənəvi zərərə görə ******* (üç milyon) manat məbləğində mənəvi zərərə görə əvəz ödəməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən dəfələrlə məhkəmə orqanlarına eyni məzmunlu ittihamlarla müraciət olunmuş və bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2017-ci il tarixli, 2-1(107)-168/2017 nömrəli, Mingəçevir Şəhər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2(051)-430/2017, 05 avqust 2019-cu il tarixli, 2(051)-1570/2019, 16 avqust 2019-cu il tarixli, 2(051)-1570/2019 nömrəli qərarları çıxarılmışdır. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2012-ci ildən Mingəçevir şəhər rayonlararası psixo-nevroloji dispanserdə “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatdadır. Qeyd olunanları nəzərə alaraq 28 yanvar 2020-ci il tarixə (saat 09:15) təyin edilmiş işin hazırlıq icraatı üzrə məhkəmə iclasında və sonrakı məhkəmə proseslərində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin iştirakı məqsədəuyğun hesab edilmir. Cavabdeh tərəfindən iddiaya münasibətə (etiraza) qoşma şəklində yuxarıda qeyd edilən qanuni qüvvəsini almış eyni tərəflər arasında eyni predmet üzrə məhkəmə aktları əlavə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin İPM-nin 2.2-ci maddəsi ilə müəyyən edilən iddia növlərindən hər hansı birinə aid edilməsi və həmin Məcəllənin tələblərinə uyğun verilmiş və 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırlması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırki tələbinə artıq məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və buna dair işdə qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddia inzibati icraat çərçivəsində mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-677/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-677/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver