Məhkəmə qərarları › İş №2-1(112)-6772/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6772/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6772/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə qarşı cərimənin silinməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X4 adına 29.04.2019-cu il tarixdən 19.12.2020-ci il tarixə kimi yazılan ümumilikdə 525 manat cərimələrin silinməsi vəzifəsinin Daxili işlər Nazirliyi Baş X15 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona məxsus olan “VAZ 21011” markalı ** BT *** nömrəli avtomaşını idarə etmək üçün 12.05.2020-cu ildə əri X5 bütün səlahiyyətləri verməklə, Bakı şəhəri 31 saylı Natariat kontorunda baş etibaməmə vermişdir. 04.10.2017ci ildə qeyd etdiyi avtomaşın Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi N. Abbasov küçəsi ev 41-də yaşayan X3 əri tərəfindən satılmışdır. Avtomaşın baş etibarnamə ilə X1 etibarnamənin müddəti 04.10.2018-ci il tarixə kimi olmuşdur. Bundan sonra həmin avtomaşın 20.07.2018-ci il tarixdə Bakı şəhəri Şüvəlan qəsəbəsi, Nərimanov küçəsi ev 17də yaşayan X6 tərəfindən Lənkəran rayonu, Şovu kəndində yaşayan X2. Etibarnamənin müddəti 04.10.2018-ci il tarixdə bitməsinə baxmayaraq, 29.04.2019-cu ildən 19.12.2020-ci il tarixə kimi əri X4 adına ayrı-ayrı tarixlərdə 9, 45, 80 manat cərimə yazılmaqla ümumilikdə 525 manat cərimə gəlmişdir. Əri hazırki vaxta ona məxsus olan sürücülük vəsiqəsinin vaxtı bitməsinə baxmayaraq adında cərimələr olduğu üçün vəsiqəsini dəyişdirə bilmir. Ərinin adına verdiyi etibarnamənin müddəti 12.05.2040-cı il tarixə kimi olmasına baxmayaraq 31.07.2019-cu il tarixdə etibarnaməyə xitam verilmişdir. Yuxarıda qeyd etdiyi kimi satdığı avtomaşını 1 il müddətinə baş etibarnamə ilə vermişdir ki, maşını alan həmin müddətdə öz adına sənədləşdirsin. Hazırki vaxtda ərinin adına gələn cərimələri ödəmək imkanları yoxdur. Nə də ki qanunla həmin cərimələri ödəməməlidir. Yol hərəkətin tələblərini kim pozubsa o da ödəməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə 2019-cu ilin avqust ayında ünvanlandığı ərizənin cavabında göstərmişdir ki, şəxsi heyyəti satılan avtomaşının qanunsuz idarə edilməsi ilə əlaqədar təlimatlandırılmışdır. Lakin ərinin adına yazılan cərimələr silinmədiyi üçün o, 10.04.2021 -ci il tarixdə təkrarən Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə ərizə ilə mürüciət etmişdir. 24.04.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki yol hərəkətin tələblərini pozan nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. O, isə rəsmi sənədlər təqdim etməklə ərinin adına yazılan cərimələrin silinməsini və yol hərəkətin tələblərini pozan nəqliyyat vasitəsini idarə edən şəxsin adına yazılmasını xahiş etmişddir. Buna baxmayaraq ərizəsinə heç bir əhəmiyyət verilməmişdir. Yazılan cərimələrə görə əri sürücülük vəsiqəsini dəyişdirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iddiaçı və cavabdeh müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 12 may 2010-cu il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı X15 tərəfindən verilmiş AA №-li 747395 şəhadətnamə əsasında ona məxsus olan “VAZ 21011-minik” markalı, mühərrik № 33030811, ban № 2830748, buraxılış ili 1978-ci il il olan ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olmadan ərizə verməyi və digər hrəkətləri etməyi 12.05.2040-cı ilədək X5 etibar etmişdir. Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin İnzibati X13 EQ ******* №-li 1007.2019-cu il tarixli qərarın surətindən müəyyən olunur ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50.0 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşər Nazirliyi- Hökümət ödəniş portalından çıxarışdan müəyyən olunur ki, Əbdüləli Şıxəli oğluna 29.04.2019-cu il tarixdə 45,00 manat, 29.04.2019-cu il tarixdə 45.00 manat, 24.05.2019-cu il tarixdə 45.00 manat, 23.05.2019cu il tarixdə 9,00 manat, 07.06.2019-cu il tarixdə 45.00 manat, 19.06.2019-cu il tarixdə 45.00 manat, 19.12.2020-ci il tarixdə 9.00 manat, 26.11.2020-ci il tarixdə 9.00 manat, 06.03.2019-cu il tarixdə 45.00 manat, 06.03.2019-cu il tarixdə 45.00 manat, 06.03.2019-cu il tarixdə 45.00 manat, 31.03.2019-cu il tarixdə 45.00 manat, 31.003.2019-cu il tarixdə 45.00 manat, 19.12.2020-ci il tarixdə 9,00 manat, 10.07.2019-cu il tarixdə 80.00 manat cərimə yazılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24.04.2021-ci il tarixli 36949Ə-3221 saylı məktubda göstərilmişdir ki, mülkiyyətçisi olduğu “VAZ 21011” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bir neçə il əvvəl etibarnamə əsasında satmağı, etibarnamənin qüvvədə olduğu müddətin bitməsinə baxmayaraq həmin şəxs tərəfindən qanunsuz olaraq idarə edilməsi və onun tərəfindən törədilən inzibati xətalara görə əsassız olaraq əri X9 barəsində inzibati X13 elektron qərarların çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə ünvanladığı müraciətlərə baxılmışdır. Həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığı məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi və nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 24.04.2021-ci il tarixli 016-36949Ə nömrəli qərarının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vətəndaş İddiaçı mülkiyyətçisi olduğu “VAZ 21011” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsim bir neçə il əvvəl etibarnamə əsasında satması və həmin şəxs tərəfindən avtomobilə sahiblik hüququ əldə edilmədiyindən onun tərəfindən idarə edilməsi zamanı yol hərəkəti qayda pozuntusuna yol verilməsinə görə əri vətəndaş Ə.Əliyev barəsində əsassız olaraq inzibati X13 elektron qərarın çıxarılması, bu səbəbdən həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müəyyən edilərək qanun pozuntusu halını aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsinə dair müraciətinə və işin digər materiallarına baxılaraq “VAZ 21011” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması, onu idarə edən fiziki şəxsin nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmaqla nəqliyyat vasitəsinin müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanılması qərara alınmışdır. 21.10.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “VAZ 21011- minik” markalı, mühərrik № 33030811, ban № 2830748, buraxılış ili 1978-ci il il olan ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Mirzə qızına məxsus olsa da, Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən tətbiq olunmuş və hazırda iddiaçı tərəfindən mübahisələndirilən 525 manat cərimə X5 yol hərəkəti qaydalarının pozulması nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən qəbul olunmuş qərarlar əsasında tətbiq olunmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanın inzibati xəta üzrə fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir : “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə qarşı cərimənin silinməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar