Məhkəmə qərarları › İş №2-1(112)-6776/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6776/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6776/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının iştirakı ilə, iddiaçı Babayev X8 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyətinin müəyyənləşdirilməsi üçün, şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olub. Doğum akt qeydi xx.xx.1956-cı il tarixdə 186 saylı akt ilə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında şəhadətnaməmin əsli olmadığı üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir. Doğum haqqında şəhadətnamənin əslini itirdiyinə görə müvafiq sənədin verilməsi üçün Cavabdehnə müraciət etmək məcburiyyətində qalıb. Cavabdeh doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməli olmasını bildirib. Şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün imtina məktubu verilərək, məhkəməyə müraciət etməyi tövsiyə edilib. Bu səbəbdən doğum haqqında şəhadətnamənin təkrarının verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqidləşdirilməsi barədə ərizə təqdim edərək şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında Şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin faktiki və hüquqi əsası dəyişmədiyindən, iddia tələbinin predmeti ilkin irəli sürülmüş iddia tələbindən fərqlənmədiyindən, iddia tələbinin dəqiqləşdirilməsi brədə ərizə ilə formal xəta aradan qaldırıldığından, həmçinin cavabdehin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, məhkəmə prosessual qənaət və konsentrasiya prinsiplərini nəzərə alaraq tələbin dəqiqləşdirilməsi barədə ərizənin cavabdehə təqdim edilməsinə zərurət görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 iddiaçının onun atası olduğunu, xx.xx.1956-cı il təvəllüdlü olomasını, babasının adının Mirkazım, nənəsinin adının isə Firuzə olmasını bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı 10 fevral 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Sizin doğum haqında təkrar şəhadətnaməsinin verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin doğum haqqında akt qeydiniz Səbail rayon qeydiyyat şöbəsində xx.xx.1956-cı il tarixdə 186 saylı akt ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasına əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən bildiririk ki, şəxsiyyəti təsdiq edən sənədi təqdim etmədiyiniz üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi imkanımız xaricindədir”; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 8.11.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası X5, anası X2r. Milliyəti Azərbaycanlıdır; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhər Cavabdehndə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1957-ci ildə doğulmuş Babayev X8 doğumu xx.xx.1957-ci il tarixdə 186 saylı aktla Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır; Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda Babayev X8 doğum akt qeydinin surəti əlavə edilmişdir. Həmin akt qeydindən müəyyən edilir ki, xx.xx.1957-ci ildə doğulmuş Babayev X8 doğumu xx.xx.1957-ci il tarixdə 186 saylı aktla qeyd edilmişdir. Həmin akt qeydinə əsasən atası X5, anası X2r; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, həmin illərdə qüvvədə olan “VVAQ idarələrinin nümunəvi nomenklatura işinə əsasən doğumun qeydə alınması haqqında vətəndaşların ərizələrinin saxlama müddəti 1 il müəyyən edilmişdir. Bu sənədlər məhv edildiyindən Y.Babayevin doğumunun qeydə alınmasına əsas olmuş sənədlərin verilməsi mümkün deyildir. Məktuba Y.Babayevin doğum akt qeydinin surəti əlavə edilmişdir. Tətqiq edilən sənədlərdən göründüyü kimi işin mübahisələndirilməyən hallarına əsasən İddiaçı oğlu xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası X2r. Milliyəti Azərbaycanlıdır. İddiaçı doğum haqqında şəhadətnaməni “itirdiyindən” təkrar şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə şəxsiyyət vəsiqəsi təqdim edilməməsi əsası ilə doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün seçdiyi ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması, onun 8 noyabr 1956-cı ildə Bakı şəhərində doğulması (atası X5, anası X6) məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiqini tapmışdır və həmin sənədlər əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş X1 (atası X10, anası X3) doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1956-ci ildə Bakı şəhərində doğulmuş Babayev X8 (atası X5, anası X6) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında Şəhadətnamənin təkrar verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar