Məhkəmə qərarları › İş №2-1(112)-6778/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6778/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6778/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə və Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı müavinətin verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə və Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı 2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ona ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6778/2021 saylı, 19.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı 2019cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ona ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(112)-6778/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı 2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ona ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərədə tutulmuş inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası) növünə aiddir. Öhdəliyin icrası barədə iddia növünün aidiyyət qaydası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin 2-ci cümləsi ilə tənzimlənir, həmin maddənin tələblərinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırki iddia tələbi üzrə cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyəti olduğundan, inzibati işə cavabdeh Cəbrayıl rayon İcraHakimiyyətinin olduğu yerin məhkəməsi tərəfindən, yəni, Cəbrayıl rayonunun ərazi yurisdiksiyasına daxil olduğu Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın 18.5-ci bəndinə əsasən Cəbrayıl rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı 2019-cu ilin may ayından 2020-ci ilin aprel ayınadək olan 11 aylıq dövr üçün ona ayrılmalı olan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(112)-6778/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar