Məhkəmə qərarları › İş №2-1(112)-678/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-678/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-678/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 oğlunun, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Əhmədov Cavid Nazim oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 45-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə İddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, “İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş müavinatlar hesablanaraq 2005-2018-ci illərdəki 161 təqvim ayı müddətində xx xxxxxx 2018-ci il tarixinə ödənilməmiş 308879 manat 19 qəpik fərqin İddiaçı birdəfəlik ödənilməsi; xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qərarı icra olunduğu tarixə qədər 1918,5 manat hər aya vurulmaqla hesablanaraq İddiaçı birdəfəlik ödənilməsi və aylıq pensiya məbləğinin 3686 manat 29 qəpik təyin edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-893/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2218/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-893/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-893/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati mübahisə ilə bağlı işin ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş məhkəmənin icraatına daxil olduqdan sonra, Bakı İnzibati Məhkəmənin 2-1(112)- 678/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin artırılması barədə iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,iddiaçı uzun müddət Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq edərək müxtəlif vəzifələrdə işləmişdir. Onun prokurorluq orqanlarında xidmət illəri 27 il 07 ay 18 gün müəyyən edilmişdir. x xxxx 2005-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən ona 1.767,79 manat məbləğində pensiya hesablanaraq ödənilir. Lakin, pensiya təyin olunarkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu, 21.4-cü maddələri ona münasibətdə tətbiq edilməmiş və pensiya hüququ yarandığı vaxtdan bu günədək, yəni 161 ay pensiya tam məbləğdə ödənilməmiş və əmək pensiyası yenidən hesablanmamışdır. 2005-2018-ci illərdə 161 təqvim ayı müddətində pensiyanın ona ödənilmədiyi vəsaitin və təyin olunmalı aylıq pensiya məbləğinin hesablanması üçün iddiaçı tərəfindən “xxxx” MMC adlı müstəqil audit şirkətinə müraciət olunmuş və sonuncu ilə müqavilə imzalanmışdır. “xxxx” MMC-nin audit hesabatı (rəyi) ilə müəyyən edilmişdir ki, 2005-2018-ci illərdəki 161 təqvim ayı müddətində ona xx xxxxxxx 2018-ci il tarixə ödənilməmiş pensiya məbləği 308.879,19 manat təşkil edir, aylıq pensiya məbləği isə 3.696,29 manat təyin edilmişdir. İddiaçı məsələ ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon Şöbəsinə müraciət etmişdir. Lakin cavabdehin xx xxxxxx 2018-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu, 21.4-cü maddələrində qeyd edilmiş əlavələrin xidmət keçdiyi dövr ərzində ona hesablanması barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan müvafiq arayış təqdim edilmədiyindən, həmin əlavələrin pensiyanın hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir.Lakin pensiyanın həmin qanunvericiliyə və yaxud qanunvericilik normalarına və müddəalarına zidd olduğu göstərilməmişdir. Cavabdehin imtinası qanuna zidd olmuş və onun (iddiaçının) hüquqlarının pozulmasına səbəb olmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibbi xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar onlara ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 37.2-ci, 37.3.5-ci, 37.7-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, İPM-nin 2.2.2-ci, 14.3-cü və 33-cü maddələrinə əsaslanaraq, iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində nəzərdə tutulmuş müavinətlər hesablanaraq 3.696,29 manat məbləğində aylıq pensiyanın təyin edilməsi və 2005-2018-ci illər üzrə 161 ay ərzində ödənilməmiş 308.879,19 manat fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki,“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun xx xxxx 2001-ci il tarixdə qəbul edilib, xx xxxx 2001-ci ildə dərc olunub. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2018-ci il tarixli, 17/114 nömrəli məktubuna əsasən, xx xxxx 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. İddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonraki artımı kimi nəzərə alınmalı olmasıdır. Cavabdehə görə, həmin əlavələr sonraki artım deyildir. Əmək pensiyası haqqında Qanunun 20.8-ci maddəsi pensiyasının “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındaki sonraki artımların da diqqətinə alınacağını nəzərdə tutur. Demək ki,ƏPQ, “orta aylıq məbləğ” və “sonraki artım”anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ”şəxsin pensiyaya çıxan andaki aylıq gəlirinin orta aylıq miqdarını, “sonraki artım”isə, orta aylıq məbləğini deyil, əmək haqqındaki artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonraki artımı” anlayışından daha genişdir,çünki “orta aylıq əmək haqqı”na sonradan artması mümkün olmayan gəlirdən də daxildir. Bundan başqa, cavabdeh qeyd edir ki, işlədiyi müddətdə 20.9-cu maddədəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz. Bundan başqa, Qanunun 21.4-cü maddəsinə münasibətdə isə daha bir hal qeyd olunur ki, Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli Qərarı ilə”Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı” təsdiqlənmişdir. Siyahıda açıq şəkildə göstərilib ki, maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər orta əmək haqqı hesablanarkən nəzərə alınmır. Beləliklə, bu məbləğlər əmək haqqının sonraki artımı deyildirlər, əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çixarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. Həmçinin, cavabdeh qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasi Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarına istinad etmişdir. Odur ki, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili İ.Qasımov iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: -AZE № ******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 28may 1945-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. İddiaçı Bakı şəhəri, Atatürk prospekti 35,155 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən tərtib olunmuş xx.xx.2006-cı il tarixli, 14/417 saylı arayışdan görünür ki, İddiaçı 1993-cü il 1998-ci il tarixlərə kimi Azəraycan Respublikası Baş Prokurorluğunun İdarənin prokuroru vəzifəsində işləmiş, 1993 – 2 dəfə 100% aylıq vəzifə maaşı həcmində, 1 dəfə 50% vəzifə maaşı həcmində; 1994 - 2 dəfə 50% vəzifə maaşı həcmində; 1995 – 1 dəfə 50% vəzifə maaşı həcmində, 1 dəfə 100% vəzifə maaşı həcmində; 1996 – 1 dəfə 100%, 2 dəfə -50 % vəzifə maaşı həcmində; 1997-ci ildə– 1 dəfə 100%, 1 dəfə 50% vəzifə maaşı həcmində mükafat almış, bundan əlavə işlədiyi müddət ərzində ona xidmət illərinə görə 45% əlavə əmək haqqı ödənilmişdir. -Azərbaycan Respublikası Prokurorluğu uzunmüddətli xidmətə görə üstəlik haqqının ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyanın xx xxxxxx 2004-cü il tarixli, 87 saylı protokolunun surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Naxçıvan MR Nazirlər Sovetində Təşkilat-Təlimat şöbəsinin təlimatçısı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il Naxçıvan MR Nazirlər Soveti sədrinin köməkçisi vəzifələrində işlədiyi 5 il 02 ay 28 gün müddət onun prokurorluqdaki xidmət illərinə əlavə edilmiş və İddiaçı prokurorluqdaki xidmət illəri 27 il 07 ay 18 gün müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Müavinin xx xxxxxx 2003-cü il tarixli, 07/11-38 saylı məktubu ilə, Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 168 nömrəli Qərarı, prokurorluq işçilərinin xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2002-ci ilədək olan dövrün əmək haqqı barədə arayışlar və”Prokurorluq işçilərinin pensiyalarının hesablanması barədə arayışlar və “Prokurorluq işçilərinin pensiyalarının hesablanması barədə” İzahat icra və rəhbərlik üçün rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə göndərilmişdir. -Azərbaycan Respublikası ƏƏSMN-i yanında Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon Şöbəsinin 2434 saylı, xx xxxxxxxx 2018-ci il tarixli arayışından görünür ki, Atatürk 35-155 ünvanında qeydiyyatda olan İddiaçı DSMF Nərimanov rayon Şöbəsində yaşa görə ömürlük pensiya alır. Pensiya məbləği 1.767,79 manat təşkil edir. -“xxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli, MM12 saylı müstəqil auditor rəyindən görünür ki, Azərbaycan Respulikasının vətəndaşı, pensiyaçısı olan İddiaçı xx xxxx 2005-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək hesablanmamış pensiyanın məbləği 308.879,19 manat və təyin edilməli aylıq pensiyasının məbləğinin 3.686,29 manat təşkil etməsi müəyyən olunmuşdur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin İddiaçı ünvanladığı xx xxxxxx 2018-ci il tarixli, **********5 saylı məktubundan görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ona prokuror kimi yaşa görə əmək pensiyası təyin olunmuş, xx.xx.2018-ci il tarixdən pensiyanın məbləği 1.767,79 manat təşkil etmişdir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4 maddələrinə əsasən prokurorluq əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı,eləcə də hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Yuxarıda qeyd edilmiş əlavələrin xidmət keçdiyi dövr ərzində ona hesablanması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan müvafiq arayış təqdim edə bilmədiyi üçün həmin əlavələrin pensiyaya hesablanması zamanı dövlət məvacibində nəzərə alınması qanunvericiliyə ziddir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertiza tədqiqatı aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/19 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş üzrə ekspertiza təyini haqqında qərardadda ekspertizanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyatı üzrə mütəxəssislərinin iştirakı ilə keçirilməsi qeyd edildiyindən, bununla bağlı məhkəmə orqanına vəsatət verilmiş, lakin qeyd edilən mütəxəsisslərinin tədqiqata iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən mövcud iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli “xxxx”MMC audit şirkəti tərəfindən verilmiş rəydə olan məlumatlar, o cümlədən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş müavinətlər hazırki ekspertiza tədqiqatı ilə nəzərə alınması əsaslı hesab edildiyi halda İddiaçı xx xxxx 2005-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinədək hesablanmamış pensiyasının məbləği 308.879,19 AZAN və təyin edilməli aylıq pensiyanın məbləği 3.686,29 AZN təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə gedişatı zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: -Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx xxxxxxx 2020-ci il tarixli, 20/820 saylı məktubunda qeyd olunmuşdur ki, xx xxxx 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq əmək haqqı həcmində müavinət, müalicə olunmaları ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən, prokurorluq əməkdaşlarına Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında 1 dəfə aylıq əmək haqqı həcmində, 2 dəfə vəzifə maaşı həcmində maddi yardım verilir. -Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx xxxxxxx 2020-ci il tarixli, 20/276 saylı məktubunda qeyd olunmuşdur ki, xx xxxx 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4 maddəsinə əsasən prokurorluq əməkdaşlarına Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında 1 dəfə aylıq əmək haqqı həcmində, 2 dəfə vəzifə maaşı həcmində yardım verilir, həmin maddə üzrə ödənişlər sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxildir. Məhkəmə gedişatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, İddiaçı xx xxxx 2005-ci il tarixdən yaşa görə 1.767,79manat məbləğində pensiya təyin olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı pensiyasının hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi ilə cavabdehə ərizə ilə müraciət etmiş, sonuncu xx xxxxxx 2018-ci il tarixli, **********5 nömrəli məktubla qeyd olunan mükafat və yardımların alınması barədə Baş prokurorluq tərəfindən verilmiş arayışlar təqdim olunmadığı üçün ərizəni təmin etməkdən imtina etmişdir Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, iddiaçının hazırki iddia tələbi ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddəsində nəzərdə tutulmuş əlavələrin alıb-almaması, əlavələri aldığı təqdirdə həmin əlavələrdən sosial sığorta haqqlarının ödənilib-ödənilməməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı aşağıdakı əlavələrin pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir: -prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı; -prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti; -prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım. Bu vəsaitlərin verilməsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı kimi tənzimələnmişdir: - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; - 20.9-cu maddəsinə əsasən, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. - 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları lə bağlı müavinət və maddi yardım aiddir. Göstərilmiş məbləğlərin pensiyanın hesablanması zamanı nəzərə alınmasına münasibətdə isə Məhkəmə aşağıdakıları qeyd edir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Həmin Qanunun 3–cü maddəsinin a bəndinə əsasən, Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əməkmüqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslər əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə görə, pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Həmin Qanunun 63-1-ci maddəsinə görə, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında”Qanunun köhnə redaksiyasına görə: -1.0.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi əmək pensiyasıdır. -9.4-cu maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır; -20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı sığorta olunanlara təyin edilir: -20.1.5. prokurorluq işçiləri; -20.8-ci maddəsinə əsasən: bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə — 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.8.3); -29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; Maddələrin mətnindən göründüyü kimi, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə sabiq prokurorluq işçilərinin qulluq stajına görə əlavənin alınması yalnız prokurirluq orqanlarda ən azı 5 il qulluq etməsi müddəti ilə şərtləndirilmiş və əlavənin məbləği qulluq illərinin sayına uyğun olaraq faiz nisbi ilə müəyyən olunmuşdur. Habelə, əlavənin məbləğinin əmək haqqının məbləğindən asılılığı nəzərdə tutulmuşdur ki, onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik olduqda müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əməkpensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; -əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. Göründüyü kimi vətəndaşın pensiya məbləği təyin olunarkən və ya hesablanarkən yalnız alınan və sosial sığorta haqqları ödənilən vəsait nəzərə alınır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli məktublardan görünür ki, xx xxxx 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4 maddələrinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq əmək haqqı həcmində müavinət, müalicə olunmaları ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında 1 dəfə aylıq əmək haqqı həcmində, 2 dəfə vəzifə maaşı həcmində yardım verilir. Lakin, həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar, yalnız 2007-ci ildən (məzuniyyət)və 2010-cu ildən(müalicə) həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Baş Prokurorluğunda xidmət etdiyi dövrdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4 maddələrində nəzərdə tutulmuş əlavələri almışdır. Buna baxmayaraq qeyd olunmalıdır ki, yalnız 21.4-cü maddədə qeyd edilmiş əlavələr ödənilərkən onlardan məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Digər müavinətlərdən, yəni, 2 aylıq əmək haqqı həcmində müavinətindən və müalicə olunmaları ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinətindən məcburi sosial sığorta haqqlarının ödənilməsi yalnız 2007-ci və 2010-cu il tarixdən başlayaraq həyata keçirilir. Məhkəmənin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. Göstərilənləri nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya pensiya məbləği yenidən hesablanarkən, yalnız aldığı və məcburi sosial sığorta haqları ödənilən əlavələrin, yəni “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərdə tutulan əlavə nəzərə alınmalıdır. İddiaçı tələbində həmçinin, ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması məqsədilə ilk dəfə xx.xx.2018-ci il tarixdə (xx.xx.2018-ci il tarixli imtina məktubunda qeyd olunub) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2015-ci il tarixdən fərq məbləği hesablanaraq ödənilməlidir. Məhkəmə iddiaçının xx xxxxxx 2018-ci il tarixindən məhkəmə qərarı icra olunduğu tarixə qədər hər ay üçün 1.918,5 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə bildirir ki, iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9 maddələrdə nəzərdə tutulmuş əlavələr pensiya təyin edilməsi üçün nəzərə alınmadığından, iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə bir məqama da toxunmaq istəyir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası, hazırki işin hallarına tətbiq edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci bəndinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd etmək istəyir ki, hazırki iddia tələbi qismən təmin olunduğundan və iddiaçının əmək pensiyası yenidən hesablanarkən yalnız “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində göstərilən əlavə nəzərdə tutulduğundan, ekspert rəyində göstərilən əmək pensiyası məbləği və fərq məbləği nəzərə alınmamalıdır. Müvafiq məbləğlərin alınması ilə bağlı arayışın təqdim edilməməsinə dair cavabdehin dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, maddənin təsvir edilmiş mətnindən də göründüyü kimi, istinad edilən əlavələrin hesablanması əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, İddiaçı“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərə tutulan əlavə nəzərə alınaraq, pensiya məbləğinin yenidən hesablanması və xx xxxxxx 2015-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan 09/19 nömrəli xx.xx.2020-ci il tarixli ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 70 manatı iddiaçının üzərinə, 30 manatı isə cavabdeh orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərə tutulan əlavə nəzərə alınaraq, pensiya məbləğinin yenidən hesablanması və xx xxxxxx 2015-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Ekspertiza xərcinin 70 (yetmiş) manatı İddiaçı, 30 (otuz) manatı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 üzrə Mərkəzi Filialından tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə)apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar