Məhkəmə qərarları › İş №2-1(112)-6780/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6780/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6780/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1992-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsi bağlanılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək 1992-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə müqavilə (icarə və ya kirayə müqaviləsi) bağlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-15/2-4-1505/23 saylı məktubla 1992-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə müqavilə (icarə və ya kirayə müqaviləsi) bağlanılmasından imtina edilmişdir. Aşağıda sadalananlara görə 1992-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə müqavilə (icarə və ya kirayə müqaviləsi) bağlanılmasından inzibati orqan olan cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzili 1982-ci ildən hazırkı vaxtadək İddiaçı sahiblik və istifadəsində olmaqla, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçı vəkili və nümayəndəsi olaraq həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, alındığı halda, kimin adına qeydiyyata alınması barədə məlumat verilməsi üçün xx.xx.2023-cü il tarixli, 468 nömrəli sorğu ilə tərəfimdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin sorğuya xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-41678/2023 saylı məlumatın verilməsi barədə məktubla cavab verilmiş və həmin cavab məktubu xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Həmin cavab məktubunda Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyi göstərilmişdir. Həmin mənzillə bağlı heç vaxt başqa şəxs və ya şəxslər tərəfindən İddiaçı qarşı iddia irəli sürülməmiş və mənzillə bağlı heç bir mübahisə olmamışdır. Yəni həmin mənzil 1992-ci il tarixdə hazırki vaxtadək mübahisəsiz olaraq İddiaçı sahiblik və istifadəsində olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinin 1992-ci ildən hazırki vaxtadək İddiaçı sahiblik və istifadəsində olması faktını Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil Komunal Təsərrüfatı Birliyinin 77 sayh Mənzil Komunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 980 saylı arayış da təsdiq edir. Həmin arayışda İddiaçı həqiqətən də Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi məskunlaşdıqları (oğlu - X4, qızı - X6) göstərilmişdir. Hazırda İddiaçı həmin mənzilə dair hüquqlarının tanınmasını istəyir. Bu baxımdan əvvəlcə həmin mənzilə dair qanunvericiliyin tələbinə əsasən Bakı şəhəri Cavabdeh ilə İddiaçı arasında müqavilə (icarə və ya kirayə) bağlanılması zəruri olduğundan ərizə ilə cavabdeh orqana müraciət edilmişdir. Buna baxmayaraq həmin mənzilə dair Bakı şəhəri Cavabdeh ilə İddiaçı arasında müqavilə (icarə və ya kirayə) bağlanılması barədə ərizə ilə birlikdə cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə digər sənədlər də təqdim edilsə də, cavabdeh həmin sənədləri görməzdən gəlmiş və nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd olunmuşdur ki, “Yerli icra hakimiyyətləri haqqında ” Əsasnamənin 3.9.6-cı maddəsinə görə, yerli icra hakimiyyətləri başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 217.2 maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri 1992-ci ildə yaranıb və həmin dövrdə mənzillə bağlı münasibətlər 01 mart 1983-cü ildən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənmişdir. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq, hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil- istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsinin birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə, müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Həmin Məllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 895 saylı, 17 sentyabr 1998-ci il tarixli Sərəncamının 3-cü bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların və mənzillərin özəlləşdirilməsinin müvəqqəti dayandırılması məsələsinə baxılması, işğaldan azad edilmiş ərazilərdə dövlət əmlakının məcburi köçkünlər üçün pulsuz özəlləşdirilməsinin təmin edilməsi 1998-ci il və sonrakı illər Nazirlər Kabineti, Dövlət Əmlak Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, şəhər və rayon icra hakimiyyətlərinə həvalə edilmişdir. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı, 1 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının əsas və ən ümdə olan Milli Priotetlərindən biri də işğaldan azad edilmiş ərazilərdə “BÖYÜK QAYİDİŞ” dır. “Böyük Qayıdış”ın 2022-2025-ci illər ərzində bərpasını və keçmiş məcburi köçkünlərin azad olunmuş torpaqlarda məskunlaşdırılmasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilmişdir. “Böyük Qayıdış” çərçivəsində yenidən qurulan Laçın rayonuna məhz keçmiş məcburi köçkün ailələrin qayıdışı davam edir. Bakı şəhərində başqa-başqa şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrində məskunlaşmış, həmçinin “Qobu park”yaşayış kompleksindən Laçın şəhərində evləri olmuş şəxslərin köçürülməsinə başlanmışdır. Nəzərdə tutulan “Böyük Qayıdış” dövlət poqramının həyata keçiriləcəyi təqdirdə 2025-ci ilin sonunadək Qarabağda təqribən 200 min insanın daimi məskunlaşdırılması təmin olunacaqdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edirik ki, Cavabdeh 5-15/2-4-1505/2023 saylı, 26.12.23-cü il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı Cavabdehnə qarşı “1992ci ildən hazırki vaxtadak İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7A nömrəli evin 13 nömrəli mənzilinə dair Əbülfət Qiyas oğlu ilə sosial kirayə müqaviləsi bağlanması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə” iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 7a saylı evin 13 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsi bağlanılması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqqiləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında daimi yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 980 nömrəli arayışından görünür ki, İddiaçı, oğlu X4 və qızı X6 həqiqətən də 20 yanvar küçəsi, ev 7a, 13 saylı mənzildə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışlar. Məhkəmə sorğusuna cavab olaraq Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 77 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 05 nömrəli məktubunda qeyd edilmişdir ki, Nəsimi rayonu 20 yanvar küçəsi ev 7a mənzil 13 Mənzil-Kommunal birliyinin balansındadır. Həmin mənzildə Laçın rayonundan məcburi köçkün düşmüş aşağıda göstərilən ailə məskunlaşmışdır: İddiaçı və X4. Göstərilən ünvanda qeydiyyatda heç kim yoxdur. Halhazırda heç bir şəxsin adına göstərilən ünvana şəxsi hesab vərəqəsi açılmamışdır. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: - Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi, ev 7a, 13 saylı tutulmuş sahənin ölçüsü 41,37 kv.m. olan (norma ilə 29,47 kv.m.) mənzildə Laçın rayonundan məcburi köçkün düşmüş İddiaçı və X4 yaşayırlar. Qeydiyyatda heç kim yoxdur. - Oktyabr rayon X8 İcraiyyə komitəsinin xx.xx.1966-cı il tarixli 51158 nömrəli qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən 29,47 kv.m-lik iki otaqlı mənzilə dair şəxsi hesab vərəqəsinin X9 adına 2 nəfər ailə üzvü (özü və əri) keçirilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3\2-941\2024 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı qeyd edilmiş vətəndaş İddiaçı ünvan 3 ünvanında faktiki olaraq məskunlaşmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh Mənzil - Kommunal Təsərrüfatı Birliyi xx.xx.2024-cü il tarixli, o\224 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7a saylı bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli 5-15\2-534\2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7A saylı evin, 13 nömrəli mənzilində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün vətəndaş İddiaçı Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmamışdır və onun Nəsimi rayonu ərazisində daimi qeydiyyatı olmadığından mövcud qanunvericiliyinin tələblərinə əsasən mənzil növbəsinə götürmək mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-1707/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş İddiaçı 1995-ci il 19 oktyabr tarixdən ünvan 3 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli **********38 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 7a, 13 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********34 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı, X2, X7, X1 və X5 adlarına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış əmlaklar barədə məlumat verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd edilən şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 5-15/2-4-1505/23 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7 a nömrəli evin 13 nömrəli mənzilinin icarə müqaviləsinin həmin mənzildə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün İddiaçı ilə bağlanması barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, 20 Yanvar küçəsi 7 a N-li evin 13 N-li mənzili Cavabdeh boş mənzil fonduna aiddir və həmin mənzildə vətəndaş İddiaçı ailə üzvləri ilə birlikdə Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Nəzərinizə çatdırırıq ki, mənzil icarə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması üçün hüquqi əsas olmadığından xahişinizi təmin etmək mümkün deyildir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Bakı şəhəri, 20 yanvar küçəsi, ev 7a, 13 saylı mənzildə yaşadığını əsas gətirərək sözügedən mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh mübahisəli mənzilin müvəqqəti məskunlaşmaq üçün verildiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı tələbində cavabdehin qeyd edilən imtinasını əsasız hesab edərək mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın - iddiaçı barəsində əliverişli inzibati aktın qəbul edilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızıdır. Belə ki, iddiaçının mübahisəli mənzildə məskunlaşdığı vaxt qüvvdə olmuş 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş): -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər (.....). -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, iddiaçının sözügedən ünvanda məskunlaşdığı dövr qüvvədə olan mənzil qanunvericiliyi dövlət mənzil fonduna aid mənzillərə münasibətdə mənzil uçotuna alınmış, eləcə də həmin ünvanda daimi əsaslarla yaşayan şəxslərə mənzilin kirayəçisi hesab edilməsi üçün kirayə müqaviləsinin bağlanılmasını tələb etmək hüququnu tanıyır. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması” Qaydasının: -2. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. -4. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi. 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı, 1 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992- 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İş materiallarından görünür ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 7a saylı bina dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı Laçın rayonundan məcburi köçkün kimi daimi yaşayış yeri olan ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla məcburi köçkün kimi Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 7a, 13 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin iddiaçının 1992-ci ildən fasiləsiz istifadə və sahibliyində olması onun həmin mənzilə dair kirayəçi qismində tanınmasını tələb etməyə hüquqi əsas yaratmır. Qeyd edildiyi kimi həmin mənzil iddiaçıların faktiki istifadəsinə məcburi köçkün kimi yuxarda adlarıçəkilən məcburi köçkünlərin məskunlaşdırılması qaydaları əsasında müvəqqəti olaraq yaşamaq üçün verilmişdir. Beləliklə, məhkəmə iddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə uyğun yoxlayaraq bu nəticəyə gəlir ki, iddia olunan mənzilə dair dövlət mənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçıyla mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır. Eyni zamanda məhkəmə hazırda qüvvədə olan mənzil qanunvericiliyinə əsasən də qiymətləndirmə aparmağı zəruri hesab edir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -4.0-cı maddəsinə görə dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. -17.3.1-ci maddəsinə əsasən sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Sadalanan normalardan görünür ki, hazırkı halda mövcud mənzil qanunvericiliyi sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsini nəzərdə tutmuşdur ki, hazırkı halda iddiaçı müvafiq Nəsimi rayonu ərazisində daimi qeydiyyatı olmamaqla bərabər həmin rayon üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmamışdır. Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. -62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia premeti olan mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsindən imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı "kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar