Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6781/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “əmrin ləğv olunması və universitetə bərpa olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv olunması və onun universitetə bərpa oluması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Bakı Slavyan Universitetinə qəbul olunmuşdur. Üçüncü kursun təhsil haqqını ödəyə bilmədiyi üçün akademik məzuniyyətə görə 06.10.2021-ci il tarixdə yazılı formada ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq ona məlumat verilmədən, universitetdən xaric edilmişdir. Ona bu barədə 18.01.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsində məlumat vermişdir. Bununla bağlı valideyni tərəfindən yuxarı instansiyalara müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı mülahizəsi (etiraz) məhkəməyə təqdim edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə dair 17 mart 2022-ci il tarixli 10- 01-86 saylı yazılı etirazında göstərmişdir ki, iddiaçının Bakı Slavyan Universitetinə qeydiyyat üçün müraciət etdiyi akademik məzuniyyətə çıxmaq istəyi müvafiq “Qaydalara zidd olduğu üçün” üniversitetdən xaric olunması barədə verilmiş əmr əsaslı və düzgündür. İddiaçı “Covid-19” pandemiyası ilə əlaqədar olaraq universitet tərəfindən distant təhsil rejiminə keçmişdir. İddiaçı onlayn təhsil keçrilən zaman 2-ci, 3-cü və 4-cü smestrlərdə qeydiyyatdan keçməyib, universitetlə əlaqə saxlamayıb, bildiriş göndərməyib və səbəbini bildirmədən dərslərdə iştirak etməyib. “Covid-19” pandemiyası nəzərə alınaraq həmin dövrdə İddiaçı tələbələr sırasından xaric edilməyib. İddiaçı “Azərpoçt” vasitəsilə göndərdiyi məktub Bakı Slavyan Universitetinə 11.10.2021-ci il tarixində daxil olmuşdur. ərizədə imkansızlıq səbəbindən akademik məzuniyyət verilməsi xahiş olunmuşdur. İddiaçının müraciəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 nömrəli “Ali təhil müəssisələrinin bakalavriat və magistiratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair qərarın tələblərinin heç birinə uyğun olmadığından tələbənin istəyi ilə akademik məzuniyyətin verilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Bakı Slavyan Universitetinin 457/3 №li 19.11.2021-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, qeyd olunan əmrlə İddiaçı universitetin tələbələri sırasından xaric edilməsi əmr edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinə dair aparılan axtarış zamanı İddiaçı aid şəxsiyyət vəsiqəsi və qeydiyyatda olduğu ünvan barədə məlumat aşkar olunmamışdır. Eyni zamanda iddiaçı məhkəmə iclasında verdiyi izahatında, yaşayış yeri üzrə hər hansı bir rəsmi qeydiyyatının olmadığını bildirmişdir. İş materiallarında olan “Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi” barədə 16.09.2021ci il tarixli aktın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı Abşeron rayonu X2 1 (bir) otaqlı mənzil verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri— tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, İddiaçı şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu ünvan barədə məlumat aşkar olunmadığı üçün və onun yaşayış yeri hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilmiş Abşeron rayonu X4 yerləşən mənzil olduğundan işə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən X5 izahat verərək işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “əmrin ləğv olunması və universitetə bərpa olunma” tələbinə dair 2-1(112)-6781/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6781/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6781/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver