Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6789/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 10 yanvar 1024-cü il tarixli 2V-3 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında”şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyət üzrə mərhum Zəhraxanım Manaf qızına məxsus 8/24 hissəsinin yarısına yəni 1/6 hissəsinə İddiaçı1, X18 və İddiaçı3 Balağa qızının paylı mülkiyyət hüquqlarının qeydə alınaraq onlara müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNN ETDİ. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 10 yanvar 1024-cü il tarixli 2V-3 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında”şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyət üzrə mərhum Zəhraxanım Manaf qızına məxsus 8/24 hissəsinin yarısına yəni 1/6 hissəsinə İddiaçı1, X18 və İddiaçı3 Balağa qızının paylı mülkiyyət hüquqlarının qeydə alınaraq onlara müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə, X9, Zeynalova Xatirə Nadir qızı, X23 və X19 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.
İddianın əsaslandırılması:
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-352/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək X2 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin X9, Zeynalova Xatirə Nadir qızı, X26 və X13 dair hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu Şahtaxtinski küçəsi, 12 saylı evin əmlakın 8/24 hissəsinin yarısına, yəni 1/6 hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının miras əmlakda payının müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Həmin icra sənədinə əsasən Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 10 yanvar 2024-cü il tarixli 2V-3 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnaməyə əsasən, Bakı şəhəri, 1-ci ünvan 2 ünvanında yerləşən evin paylı mülkiyyət üzrə mərhum Zəhraxanım Manaf qızına məxsus 8/24 hissəsinin yarısına, yəni 1/6 hissəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızına verilməlidir. Həmin şəhadətnaməyə əsasən paylı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət edilsə də, cavabdeh orqan xx.xx.2024-cü il tarixli bildirişlə bu müraciəti təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alınmış, sonradan ona məxsus olan 8/24 hissənin bir hissəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrin çıxarış verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün deyil. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(103)-352/2022 saylı qətnaməsi ilə X2 miras qalmış həmin əmlaka dair verilmiş xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə X9, Zeynalova Xatirə Nadir qızı, X26 və X13 dair hissədə etibarsız hesab edilmişdir. Bu mənada “həmin paydan yerdə qalan hissəyə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi” imtina səbəbi ola bilməz. Çünki imtina məktubunda “qalan hissəyə daşınmaz əmlakın dövlət reyestrində verildiyi bildirilən çıxarış” məhz etibarsız hesab edilən xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi onun əsasında reyestrdə aparılmış qeydiyyatın əsassız olması nəticəsini doğurur. Əsassız qeydiyyat isə silinməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.4- cü maddəsində, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1,4-cü maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğu təsbit olunmuşdur. Zeynalova Xatirə Nadir qızının özünə məxsus hansı hissəni özgəninkiləşdirdiyi isə ümumiyyətlə göstərilməmiş və özgəninkiləşdirilməyən hissədə iddiaçılarının hüquqlarının qeydiyyatına maneənin nədən ibarət olduğu əsaslandırılmamışdır. İddiaçılar göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alınmış, sonradan ona məxsus olan 8/24 hissənin 21.3 kv.m hissəsi xx.xx.2019-cu il tarixli, 4Ə-28 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X14 adına özgəninkiləşdirilmiş, həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları:
5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (...) - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Hazırda iddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçılar cavabdeh inzibati orqana müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar.
Faktiki hallar və sübutlar: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı1 xx.xx.1983-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı2 xx.xx.1981-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı3 xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 10 yanvar 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.1960-cı il tarixdə vəfat etmiş- Zəhraxanım Manaf qızının vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı3, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı1, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı2dır. Şəhadətnamə verilən miras əmlak- Bakı şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən 06.07.19 tarixdə Zəhraxanım Manaf qızına verilmiş 30/2183 qeydəalma nömrəsi ilə 210 nömrəli kitabın 12192-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət üzrə mərhuma məxsus 8/24 hissəsinin yarısına, yəni 6/1 hissəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 pay verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-352/2022 saylı işi üzrə (iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının cavabdehlər X9, Zeynalova Xatirə Nadir qızı, X23 və X10 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə) qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər X9 və Zeynalova Xatirə Nadir qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1423/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, X2 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990- cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə X9, Zeynalova Xatirə Nadir qızı, X26 və X13 dair hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, 12 saylı evin əmlakın 8/24hissəsinin yarısına, yəni 6/1 hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının miras əmlakda paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2011/2023 saylı işi üzrə (iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının cavabdehlər X9, Zeynalova Xatirə Nadir qızı, X23 və X10 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-352/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Zeynalova Xatirə Nadir qızının kassasiya şikayətinə) qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-352/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsinin cavabdeh Zeynalova Xatirə Nadir qızına aid hissədə dəyişiklik edilmədən saxlanılması, cavabdeh X.Zeynalovanın kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-3511/2024 **********11 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişə əsasən bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alınmış, sonradan ona məxsus olan 8/24 hissənin bir hissəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilmişdir. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-13750/2024 **********50 nömrəli cavab məktubuna əsasən, Bakı şəhəri,1-ci Nərimanov döngəsi, ev 12 (yeni: Yasamal rayonu, Şaxtaxtinski küçəsi,ev 12) dair arxivdə saxlanılan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
Məhkəmənin mövqeyi.
9. Məhkəmə iddiaçılarını aşağıda göstərilənlərə görə öz tələblərində haqlı hesab edir:
10. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. - 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: - 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKRin vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
14. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
15. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir.
16. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
17. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. 18.Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq formal mülahizələrə əsasən bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin subyektiv hüququnun olmaması səbəbi ilə ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. 19.Hazırki mübahisə ilə bağlı işin faktiki hallarına əsasən, X5 17 aprel 1960-cı il tarixdə vəfat etmişdir. X3 Zeynalov Nadir və Zeynalov Adil adlı övladları olmuşdur. X15 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. X7 övladları Zeynalova Tamilla, Zeynalova Xatirə, Zeynalov Rauf və Zeynalov Rafiq olmuşdur. X20 ilə X8 xx.xx.1980-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri 12 saylı Dövlət Notariat Ofisinin 2-229 saylı notariat icrasının materiallarına əsasən, xx.xx.1990-ci il tarixdə Dövlət Notariat Kontoru tərəfindən miras qoyan X4 məxsus 1-ci Nərimanov döngəsi 12 saylı evə dair X9, Zeynalova Xatirə Nadir qızı, X26 və X11 adına vərəsəlik şəhadətnaməsi vardır. Bakı şəhəri Yasamal rayonu Behbud Şaxtaxtinski küçəsi 12 saylı evin 8/24 hissədən bir hissəsi X6, 8/24 hissədən bir hissəsi X16, 8/24 hissədən bir hissəsi X11, 8/24 hissədən bir hissəsi Zeynalova Xatirə Nadir qızının paylı mülkiyyətindədir. X26 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. X24 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 297 nömrəli arayışa əsasən, 1951-ci il təvəllüdlü X20 1967-ci ildən Şaxtaxtinski küçəsi 12 saylı evdə qeydiyyatda olmuşdur. X20 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 24/X nömrəli məktubuna görə, İddiaçı1 və X25 hazırda Şaxtaxtinski küçəsi 12 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, X26 və X12 adına vərəsəlik işi açılmamışdır. 20 Yuxarıda təsvir edilən qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-352/2022 saylı, 29 dekabr 2022-ci il tarixli Qətnaməsinə əsasən, X2 miras qalmış əmlaka dair verilmiş xx.xx.1990- cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə X9, Zeynalova Xatirə Nadir qızı, X26 və X13 dair hissədə etibarsız hesab edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, 12 saylı evin əmlakın 8/24 hissəsinin yarısına, yəni 6/1 hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Balağa qızının miras əmlakda payları müəyyən edilmişdir. 21.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmiş adları çəkilən şəxslərə (hazırki iş üzrə iddiaçılar) "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana edilmiş müraciətin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqan müraciətə dair imtinasını və iddia ərizəsinə etirazını əsaslandıraraq fərdi yaşayış evinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Zeynalova Xatirə Nadir qızının hüquqları qeydiyyata alındığını, sonradan ona məxsus olan 8/24 hissənin 21.3 kv.m hissəsi xx.xx.2019-cu il tarixli, 4Ə-28 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X14 adına özgəninkiləşdirilməsini və həmin paydan yerdə qalan hissəyə isə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verildiyini bildirmişdir.
22. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlakın X14 adına özgəninkiləşdirilmiş hissəsi ilə hər hansı bir mübahisə yoxdur, belə ki, X1 əmlak məhkəmə qətnaməsi əsasında Zeynalova Xatirə Nadir qızının adına verilən şəhadətnamənin etibarsız hesab edildiyi hissəyə deyil, Zeynalova Xatirə Nadir qızının mülkiyyətində olan məhkəmə mübahisəsi olmayan əmlakın digər hissəsinə aiddir. Adıçəkilən şəxs X14 hazırda iddiaçılara qarşı əmlak ilə bağlı hər hansı bir mübahisəsinin olmaması, iddiaçıların hazırda mübahisəli əmlakda yaşamaları, naturada onların istifadəsində olması bu halı təsdiq edir. 23.Odur ki, cavabdehin etirazında göstərilən əsasların heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir.
24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçıların qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:
-52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 10 yanvar 1024-cü il tarixli 2V-3 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında”şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyət üzrə mərhum Zəhraxanım Manaf qızına məxsus 8/24 hissəsinin yarısına yəni 1/6 hissəsinə İddiaçı1, X18 və İddiaçı3 Balağa qızının paylı mülkiyyət hüquqlarının qeydə alınaraq onlara müvafiq çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 26.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
27. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 10 yanvar 1024-cü il tarixli 2V-3 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında”şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyət üzrə mərhum Zəhraxanım Manaf qızına məxsus 8/24 hissəsinin yarısına yəni 1/6 hissəsinə İddiaçı1, X18 və İddiaçı3 Balağa qızının paylı mülkiyyət hüquqlarının qeydə alınaraq onlara müvafiq çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova