Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-679/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2006-cı il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1950-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. xx.xx.1968-ci il tarixdə Nizami rayonunda yerləşən 42 saylı mağazada satıcı kimi, xx.xx.1971-ci tarixdə işdən çıxıb xx.xx.1973-cü il tarixdə Binəqədi rayonunda yerləşən əmanət kassasında nəzarətçi xx.xx.1974-cü il tarixdən işləmiş olduğu əmanət kassasında baş kassir vəzifəsinə təyin olunmuşdur. xx.xx.1979-cu il tarixdə əməliyyat şöbəsinə baş kassir vəzifəsinə xx.xx.1987-ci il tarixdə Əmanət bankında böyük xəzinədar, xx.xx.1990-cı il əməliyyat şöbəsində baş kassir vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixə qədər arası kəsilmədən işləmişdir. 2006-cı il tarixdə 55 yaşı tamam olmuş və ümumi iş stajı isə 37 il olmuşdur. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 4 saylı "DOST" Mərkəzinə pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Ona bildirmişlər ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda pensiya yaşının 62.6 olması müəyyən edilmişdir. Sözü gedən qanunun müvafiq maddələri barəsində tətbiq oluna bilməz. Çünki "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunu 6 mart 2007-ci il tarixdə 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə qüvvədən düşmüş hesab edilmişdir. Həmin vaxta qədər onun 56 yaşı var idi iş stajı isə 37 il təşkil etmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunun 12-ci maddəsində göstərilən yaşa görə əmək pensiyasının təyin edilməsi qadınlar üçün 55 yaş və 20 il iş stajının olması göstərilmişdir. Göründüyü kimi cavabdehin 2007-ci il tarixdə qüvvəyə minmiş "Əmək penisyaları haqqında" qanuna istinad etməsi qanunsuz və əsasızdır. Əgər qüvvədə olan həmin qanuna istinad etsək belə yenədə pensiya düzgün hesablanmaışdır. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanmalıdır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığorta olunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı (27 il tam iş stajı x 306 manat) + (12 ay x 6 ay) = 8415.0 manat olduğu halda mənə sığorta hissəsinin 3945.88 manat pensiya kapitalı əsasında pensiya təyin edilmişdir. Pensiya kapitalının yenidən hesablanması nəticəsində xx.xx.2017-ci il tarixdən hesablanmalarına əsasən 10.496,71 manat təşkil etmişdir halbuki sığorta olunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415.0 manat pensiya kapitalının xx.xx.2017-ci il tarixdə indeksləşdirilmiş məbləği 18250.4 manat təşkil edir. Son ən yüksək istehlak qiymətləri indeksi 2016-cı il tarixdə 12.4 faiz dərəcəsində olmuş indeksləşmə nəzərə alınaraq ilin əvvəlində pensiya kapitalı 16237.0 manat olmuşdur. İstehlak qiymətlərinin indeksinin illik səviyyəsini nəzərə alınsa ona təyin olunan pensiya məbləğinin 406.67 manat yox daha çox olmasını müəyyən edilmiş olunar. 1 iyul 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Göründüyü kimi mübahisəni məhkəmədən kənar həll edilməsi qeyri-mümkün olmuşdur.
3. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli imtina məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hədddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək,qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2006-cı il tarixinədək 35 il 3 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən əmək pensiyası hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3945.88 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunan maddəyə əsasən iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 2008-2011-ci illər üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 10496.71 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2017-ci il tarixindən pensiya 287.57 manata çatdırılmışdır. Sözügedən Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyanız indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 406.67 manata çatdırılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, qeyd olunanlara əsasən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsində müxtəlif müəssisə və təşkilatlarda işlədiyini və ümumi 37 il sığorta stajı olduğunu qeyd etmişdir. Bu səbəbdən də, xx.xx.2006-cı il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh orqan hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdeh orqan tərəfindən Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, sözügedən şəxsə xx.xx.2008-ci il tarixində xx.xx.2006-cı il tarixinədək 35 il 3 ay sığorta stajı və xx.xx.2006-il tarixindən əmək pensiyası hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3945.88 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı gədər, lakin 72 avdan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən sərt əzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunan maddəyə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün iddiaçının 2008-2011-ci illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10496.71 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2017-ci il tarixindən pensiyası 287.57 manata çatdırılmışdır. Sözügedən Qanununun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi də bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı ərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 406.67 manata çatdırılmışdır. Göründüyü kimi, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının rəbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını əzərə alaraq İddiaçı tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, sözügedən şəxsə xx.xx.2008-ci il tarixində xx.xx.2006-cı il tarixinədək 35 il 3 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən əmək pensiyası hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3945.88 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata sçnlir. Qeyd olunan maddəyə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi iddiaçının 2008-2011-ci illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 71 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2017-ci il tarixindən pensiyası 287.57 manata çatdırılmışdır. Sözügedən Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı dən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti nın qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 7 manata çatdırılmışdır.
6. İddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında müraciətinə əsasən cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli Qərarına əsasən İddiaçı Dəmirbəy qızının pensiyası (358 manat 20 qəpik) yenidən hesablanaraq 356 manat 05 qəpik hesablanmışdır.
7. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli Qərarına əsasən İddiaçı Dəmirbəy qızına xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırki pensiya məbləği 406 manat 67 qəpikdir. Yenidən hesablanmış pensiya məbləği 406 manat 67 qəpik olmuşdur.
8. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bildirilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixli müraciəti əsasında həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında təqdim etdiyi sənədlərə əsasən təhsil aldığı müddət nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 35 il 8 ay 16 gün təşkil edir. İddiaçı pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: İddiaçının əmək pensiyasının yenidən hesablandığı tarixə (xx.xx.2017-ci il tarixə) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 35 il 8 ay 16 gün sığorta stajına uyğun olaraq 16.151,76 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək 2.790,72 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək 7.422, 57 manat təşkil edir. Adıçəkilən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşdirilərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2017 – 110 (baza hissə) +177,57 (sığorta hissə)= 287,57 xx.xx.2018 – 287,57+5,7 % = 303,96 xx.xx.2019 – 303,96 + 3% = 313,08 xx.xx.2020 – 313,08+16,6% = 365,05 xx.xx.2021– 365,05 + 11,4 % = 406,67 xx.xx.2022 – 406, 67+ 3,4 % = 420,49 Qeyd olunanları nəzərə alaraq bildirilir ki, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 420,49 manat müəyyən edilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Kapital Bank ASC tərəfindən İddiaçı 2004-2005-ci illər ərzində hesablanmış əmək haqqı barədə arayış aşaığdakı kimi olmuşdur:
İşinə görə Vəzifə Maddi Ay il verilən Məzuniyyət Cəmi maaşı yardım mükafat
Yanvar 2004 330,000.00 68,000.00 0.00 0.00 398,000.00
Fevral 2004 330.000.00 165.000.00 0.00 0.00 495,000.00
Mart 2004 330,000.00 50,000.00 0.00 0.00 380,000.00
Aprel 2004 330,000.00 0.00 0.00 0.00 330,000.00
May 2004 330,000.00 0.00 0.00 0.00 330,000.00
İyun 2004 330,000.00 0.00 0.00 0.00 330,000.00
iyul 2004 330,000.00 0.00 0.00 0.00 330,000.00
Avgust 2004 330,000.00 0.00 0.00 0.00 330,000.00
Sentyabr 2004 330,000.00 0.00 0.00 0.00 330,000.00
Oktyabr 2004 330,000.00 0.00 0.00 0.00 330,000.00
Noyabr 2004 330,000.00 165,000.00 0.00 0.00 495,000.00
Dekabr 2004 282,857.00 0.00 0.00 439.019.00 721,876.00
Yanvar 2005 43,458.00 330,000.00 0.00 0.00 373,458.00
Fevral 2005 810,000.00 0.00 0.00 0.00 810,000.00
Mari 2005 910,000.00 555,000.00 0.00 0.00 1,465,000.00
Aprel 2005 910,000.00 0.00 0.00 0.00 910,000.00
May 2005 910,000.00 455,000.00 0.00 0.00 1,365,000.00
İyun 2005 910,000.00 0.00 0.00 0.00 910,000.00
İyul 2005 910,000.00 0.00 1,000.0 0.00 1,910,000.00 00.00 Avgust 2005 910,000.00 910,000.00 0.00 0.00 1,820,000.00
Sentyabr 2005 910,000.00 0.00 0.00 0.00 910,000.00
Oktyabr 2005 910,000.00 455,000.00 0.00 0.00 1,365,000.00
Noyabr 2005 910,000.00 455,000.00 0.00 0.00 1,365,000.00
Dekabr 2005 0.00 273,000.00 0.00 1,389,079.00 1,662,079.00
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. İddiaçı faktiki olaraq 2004-2005-ci illərdə aldığı əmək haqqı əsasında pensiyasının yenidən hesablanmasını arzulayır.
15. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə əsasən, Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır.
16. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il 17 mart tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin müvəqqəti Qaydalarının V bölməsinin 1-ci hissəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda, baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra isə Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla, vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir.
17. Lakin iddiaçıya xx.xx.2011-ci il tarixli müraciəti əsasında həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Odur ki, iddiaçıya əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən sonra təyin olunduğundan onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin tətbiqini pensiyasının təyin edilməsi (yenidən hesablanması) zamanı ultraaktiv olaraq tələb etməsi hüququ qanunda nəzərdə tutulmamışdır.
18. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 4.2.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. 4.2.2. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”na əsasən: 5.1 Yaşa görə əmək pensiyası Qanunun İİ fəslinə, əlilliyə görə əmək pensiyası Qanunun İİİ fəslinə, ailə başçısını itirməyə görə əmək pensiyası isə Qanunun İV fəslinə uyğun olaraq təyin edilir. 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
22. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının pensiyasının yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
25. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
26. Məhkəmə xx.xx.2006-cı ilə qədər olan dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir. İddia tələbinin yaranmış fərqin birdəfəlik ödənməsinə dair hissəsi pensiyanın yenidən hesablanmasından asılı olduğu üçün əsas tələb təmin edilmədiyindən həmin hissədə tələbin təmin edilməsi istisna olunur.
27. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva