Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6791/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək "Kəşfiyyat və əks-kəşfiyyat" fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "Kəşfiyyat və əks-kəşfiyyat" fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ehtiyatda olan polkovnik-leytenant iddiaçının son xidmət yeri Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi fənlər kafedrasının Ümumi hərbi fənlər silsiləsinin kəşfiyyat və əks-kəşfiyyat fənni üzrə baş-müəllimi vəzifəsi olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 06 noyabr N0N0-ci il tarixli, 047 nömrəli sərəncamına əsasən N nömrəli briqadanın tərkibindən çıxarılıb Xüsusi Təyinatlı Qüvvələr komandanının əmri ilə tabor komandiri vəzifəsində fəaliyyət göstərərək Şuşa istiqamətində gedən döyüşlərdə qapalı kəllə beyin travması və üz nahıyyəsində qəlpə yaralanması xəsarəti almış və xidmətini davam etdirdiyi müddət ərzində aldığı xəsarətin nəticələri ağırlaşdığı üçün hərbi xidmətdən ehtiyata buraxılmışdır. "Kəşfiyyat və əkskəşfiyyat" fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik pul kompensasiyasının ödənilməsinə görə sənədləri hazırlayaraq N nömrəli hərbi hissəyə təqdim etmiş, lakin sərəncam - Müdafiə nazirinin və döyüş əmri - N nömrəli Hərbi hissə komandirinin məxfiçilik qrifi daşıdığı üçün təqdim olunan sənədlərə əlavə etməmişdir. Məxfiçilik qrifi daşıyan sənədlər barəsində arayışla təmin olunmadığına görə kompensasiya ilə əlaqədar Müdafiə Nazirliyinə ünvanladığı ərizəyə baxılaraq ona cavab məktubunda nəzərdə tutulan kompensasiyanın ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. N.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 6N.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Yazılı etiraza əsasən bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki hazırki inzibati mübahisəni bilavasitə tənzimləyən maddi hüquq normalarının tələbi müvafiq sahəvi qanunvericilikdə aşağıdakı qaydada tənzim edilmişdir. “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun N0.1N-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr N004-cü il tarixli 180-N4 nömrəli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın N.Nci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 nömrəli Fərmanının 1.4.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri hesab olunurlar". “Səfərbərlik zamanı yerdəyişmə planı"na uyğun olaraq iddiaçının komandir təyin olunduğu 6-cı Ordu Korpusunun N nömrəli hərbi hissənin N-ci motoatıcı taboru, Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturu-kəşfiyyat fəaliyyəti subyekti hesab edilmir. Beləliklə də iddiaçının ərizəsinə Müdafiə Nazirliyinin ‘‘Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya"sında baxılmış və qeyd olunan əsasa görə iddiaçıya kompensasiyanın verilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd olunan əsaslarla iddiaçının tələbi qanunsuz və əsassız hesab etməklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.N-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N0N3-cü il tarixli, 15/N76 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 133 nömrəli Fərmanın 1.4.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri hesab olunurlar..” “Səfərbərlik zamanı yerdəyişmə planı”na uyğun olaraq komandiri təyin olunduğu 6-cı Ordu Korpusunun, N nömrəli hərbi hissənin N-ci motoatıcı taboru, Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturu - kəşfiyyat fəaliyyəti subyekti hesab edilmir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.N-ci maddəsinə (Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar) və Qanunun icrası ilə bağlı Azərbaycan Respublikası müdafiə nazirinin N0N0-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilmir. Bu səbəbdən Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalarına uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, eyni məzmunlu müraciəti xx.xx.N0NN-ci il tarixli 15/N86N nömrəli məktubla cavablandırılıb. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 553 nömrəli travma haqqında arayışında bildirilmişdr ki, N nömrəli hərbi hissənin polkovnik-leytenantı İddiaçı xx.xx.N0N0-ci il tarixində saat 17:00 radələrində Şuşa-Laçın istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmənin artilleriya zərbələri nəticəsində QKBT (barotravma-üz nahiyyəsinin qəlpə yaralanması) zədəsi almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 7706 saylı xx.xx.N0NN-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.N0N0-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə Şuşa-Laçın istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmənin atdıgı artilleriya atəşi nəticəsində “Qapalı kəllə beyin travması (Barotravma), üz nahiyyəsinin qəlpə yaralanması zədələnməsi” diaqnozu ilə alınmış xəsarətlər üzrə şəhadətləndirilərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.” qiymətləndirilmiş, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.” hesab edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə göndərilmiş: - N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, 10 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən Azərbaycan Respublikasının Müdafiə nazirinin N3 sentyabr N016-cı il tarixli, 098 nömrəli “Səfərbərlik zamanı və müharibə dövründə 6-cı Ordu Korpusunun yaradılması haqqında” əmrinə əsasən və “Səfərbərlik zamanı yerdəyişmə planına” uyğun olaraq, adları çəkilən zabitlərin 18-ci sırasında olan iddiaçı polkovnik-leytenant İddiaçı, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşları saxlanılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandirinin müavini-müəllimi vəzifəsindən N nömrəli hərbi hissənin N-ci motoatıcı taborun komandiri vəzifəsinə təyin olunmuşdur; - N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli, 91 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən polkovnik-leytenant İddiaçı, N nömrəli hərbi hissənin motoatıcı taborunun komandiri Müdafiə nazirinin N8 noyabr N0N0-ci il tarixli, 01145 nömrəli əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandiri müavini-müəllim vəzifəsinə təyin edildiyindən işlərini və vəzifələrini təhvil vermiş hesab edilmiş, dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəb rəisinin sərəncamına göndərilmişdir. -Heydər Əliyev adına Hərbi İnstitut Rektorunun 10 avqust N0NN-ci il tarixli, 61 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən polkovnik-leytenant İddiaçı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbənin Quru qoşunları və ümumi fənlər fakültəsinin hərbi fənlər kafedrasının ümumi hərbi fənlər silsiləsinin baş müəllimi (kəşfiyyat fənni üzrə) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 154-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Müdafiə nazirinin N1 iyul N0NN-ci il tarixli, 0597 nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyyata buraxılmış, ehtiyyata buraxılmağı ilə əlaqədar 45 (qırx beş) gün müddətinə məzuniyyət verilməklə N4 sentyabr N0NN-ci il tarixdən məktəbin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı hazırki iddia tələbi ilə "Kəşfiyyat və əks-kəşfiyyat" fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 133 nömrəli Fərmanın 1.4.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri hesab olunurlar..” “Səfərbərlik zamanı yerdəyişmə planı”na uyğun olaraq komandiri təyin olunduğu 6-cı Ordu Korpusunun, N nömrəli hərbi hissənin N-ci motoatıcı taboru, Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturu - kəşfiyyat fəaliyyəti subyekti hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.N. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasları Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanun və digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. 14.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. 14.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti vəsiqə verilir. N0.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. N0.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. N0.3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. N0.1N. Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr N004-cü il tarixli 180-N4 nömrəli qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın N.N-ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 nömrəli Fərmanının 1.4.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri hesab olunurlar. Məhkəmədə işin araşdırılan hallarından müəyyən edilir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandirinin müavini-müəllimi vəzifəsində xidmət etmiş iddiaçı polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, 10 nömrəli əmri ilə Azərbaycan Respublikasının Müdafiə nazirinin N3 sentyabr N016-cı il tarixli, 098 nömrəli “Səfərbərlik zamanı və müharibə dövründə 6-cı Ordu Korpusunun yaradılması haqqında” əmrinə əsasən və “Səfərbərlik zamanı yerdəyişmə planına” uyğun olaraq döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşları saxlanılmaqla N nömrəli hərbi hissənin N-ci motoatıcı taborun komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.N0N0-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə Şuşa-Laçın istiqamətində döyüşlərdə iştirak etmişdir. Daha sonra N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli, 91 nömrəli əmri ilə N nömrəli hərbi hissənin motoatıcı taborunun komandiri Müdafiə nazirinin N8 noyabr N0N0-ci il tarixli, 01145 nömrəli əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Kursant taboru komandiri müavini-müəllim vəzifəsinə təyin edildiyindən işlərini və vəzifələrini təhvil vermiş hesab edilmiş, dekabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Hərbi Məktəb rəisinin sərəncamına göndərilmişdir. İddiaçı döyüş tapşırığını yerinə yetirərkən düşmənin atdıgı artilleriya atəşi nəticəsində “Qapalı kəllə beyin travması (Barotravma), üz nahiyyəsinin qəlpə yaralanması zədələnməsi” diaqnozu ilə xəsarətlər almış və şəhadətləndirilmə nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 7706 saylı xx.xx.N0NN-ci il tarixli qərarı ilə aldıgı xəsarətlər “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır.” qiymətləndirilmiş, buna görə iddiaçı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.” hesab edilmişdir. Heydər Əliyev adına Hərbi İnstitut Rektorunun 10 avqust N0NN-ci il tarixli, 61 nömrəli əmri ilə iddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbənin Quru qoşunları və ümumi fənlər fakültəsinin hərbi fənlər kafedrasının ümumi hərbi fənlər silsiləsinin baş müəllimi (kəşfiyyat fənni üzrə) “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 154-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Müdafiə nazirinin N1 iyul N0NNci il tarixli, 0597 nömrəli əmri ilə ehtiyyata buraxılmış, N4 sentyabr N0NN-ci il tarixdən məktəbin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar və onlara xidməti vəsiqə verilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə isə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbənin Quru qoşunları və ümumi fənlər fakültəsinin hərbi fənlər kafedrasının ümumi hərbi fənlər silsiləsinin baş müəllimi (kəşfiyyat fənni üzrə) vəzifəsində hərbi xidmət keçmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçının hərbi xidmət keçdiyi və ehtiyata buraxıldıgı qurum Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanı olmamışdır. Belə ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əkskəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 nömrəli Fərmanının 1.4.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri hesab olunurlar. Digər müvafiq icra hakimiyyəti orqanları isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Cavabdehin də bu məsələdə səlahiyyətli qurum olaraq iddiaçıya bildirdiyi kimi “Səfərbərlik zamanı yerdəyişmə planı"na uyğun olaraq iddiaçının komandir təyin olunduğu 6-cı Ordu Korpusunun N nömrəli hərbi hissənin N-ci motoatıcı taboru, Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 nömrəli Fərmanına əsasən müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturu-kəşfiyyat fəaliyyəti subyekti hesab edilmir. Belə olan halda iddiaçının ərizəsinə Müdafiə Nazirliyinin ‘‘Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya"sında baxılaraq qeyd olunan əsasa görə haqlı olaraq kompensasiyanın verilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan Nakim Mehriban Qarayeva