Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6798/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Adi cəlbetmə qaydasında üçüncü şəxs Əli-zadə Nüşabə Kərim qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 25,5 kv. metr, ümumi sahəsi 27,5 kv. metr olan 2 otaqlı 14 saylı mənzilinə dair adına kirayə müqaviləsi bağlanılmasına sərəncam verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən dövlət mənzil fonduna aid 14 saylı mənzildə doğulduğu gündən qeydiyyatda olmaqla anası Əli-zadə Nüşabə Kərim qızı ilə birlikdə həmin mənzildə faktiki olaraq yaşayır. İddiaçının anası Əlizadə Nüşabə Kərim qızı göstərilən mənzilə gəlin köçmüşdür. Mənzilin kirayəçisi iddiaçının atası Əli-zadə Cavid Asəf oğlu olmuş, başqa yaşayış yerinə köçməsi ilə əlaqədar mənzilə olan istifadə hüquqlarını itirmiş və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Halhazırda iddiaçı həmin mənzildə faktiki olaraq yaşayır və bütün kommunal xidmətlərə görə haqları ödəməklə yanaşı mənzildən istifadə və sahiblik hüquqlarını həyata keçirir. Daimi yaşadığı mənzilin kirayə müqaviləsinin adına bağlanması barədə Cavabdeh müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli, 5-19/2-6-Ə-156-091 və xx.xx.2025-ci il tarixli, 5-19/2- 6-Ə-156-091/2-t/l məktublarla imtina edilmişdir. Odur ki, iddiaçı qanunla qorunan hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 1594/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Əli-zadə Nüşabə Kərim qızının (ananız) cavabdehlər Əli-zadə Cavid Asəf oğluna və X3 qarşı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxılmışdır. N.Əli-zadənin iddiası təmin olunmuşdur. Qətnamənin nəticə hissəsində Əli-zadə Cavid Asəf oğlunun və X1 Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Əli-zadə Cavid Asəf oğlunun və X1 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas hesab olunmuşdur. Qeyd edilir ki, sözügedən qətnamədə Bakı şəhəri Cavabdeh üzərinə heç bir öhdəlik qoyulmamışdır.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 2008-ci il tarixindən ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş X7 oğlu İddiaçı ilə birlikdə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 137 saylı sərəncamı ilə mənzil növbəsinə götürülərək iki nəfər ailə tərkibində yaşayış yeri üzrə vətəndaşların Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi mənzil növbəsi siyahısına daxil edilmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-610/1999 nömrəli, xx.xx.1999-cu il tarixli Qətnaməsi ilə Əli-zadə Nüşabə Kərim qızı Bakı şəhəri M.Muxtarov küçəsindəki 4 №-li evin 14 №-li mənzilin yaşayış sahəsinə hüququ tanınmaqla həmin mənzilə köçürülmüşdür.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1594/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə müəyyən edilmişdir: Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov (keçmiş Poluxin) küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzili ilkin olaraq müvafiq qərarla Cavid Əli-zadənin atası Əli-zadə X8 verilmişdir. Asəf Əli-zadə 1987-ci ildə vəfat etmiş və bununla əlaqədar keçmiş 26 Bakı Komissarı XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə həmin mənzilin icarə müqaviləsi Əli-zadə Cavid Asəf oğlunun adına dəyişdirilmişdir. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05GQ-616/09 nömrəli, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Əli-zadə Cavid Asəf oğlu ilə X4 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 26 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əli-zadə, arvada Əli-zadə soyadı verilmişdir. Birgə nikahdan xx.xx.1990-cı il təvəllüdlü X5 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı adlı uşaqları anadan olmuş və onlar mübahisəli mənzildə yaşamış qeydiyyata düşmüşlər. Bakı şəhər Baş Polis İdarəsinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, N.Əlizadənin həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X9 və qızı xx.xx.1990-cı il təvəllüdlü X5 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək “Yalama” sərhəd keçid məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçmişdirlər. Əli-zadə Nüşabə Kərim qızı tərəfindən alimentlə bağlı tələbinin təmin olunduğu məhkəmə aktı əsasında verilmiş icra sənədi üzrə C.Əli-zadə borclu kimi aliment ödəmədiyi üçün axtarışa verilmiş və Səbail rayon Polis İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə onun barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1594/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə Əli-zadə Cavid Asəf oğlunun və X2 Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamə Əli-zadə Cavid Asəf oğlunun və X2 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır.
7. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, **********474 nömrəli Ərizəyə əsasən Əli-zadə Nüşabə Kərim qızı qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin oğlu İddiaçı adına bağlanmasına dair sərəncam verilməsinə etiraz etmir.
8. Səbail rayonu 9 nömrəli Mənzil-Kommunal İstismar Sahəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 02 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı M.Muxtarov küçəsindəki 4 №-li evin 14 №-li mənzilində 1-ci mərtəbəsində 25,5 kv.m sahəsi olan 2 otaqlı 3 mərtəbəli binada yaşayır. Bina (ev) İcra Hakimiyyətinə məxsusdur. Mənzilin icarədarı Əli-zadə Cavid Asif oğludur. Vətəndaş İddiaçı ailəsi 2 nəfərdən ibarətdir:
1. İddiaçı (özü) – xx.xx.1991 – xx.xx.1991
2. Əli-zadə Nüşabə Kərim qızı (anası) – 1963 – xx.xx.1990
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Əli-zadə Nüşabə Kərim qızı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və üçüncü şəxs iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü məcburetmə növündə iddiadır.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə dair adına kirayə müqaviləsi bağlanılmasını tələb edir.
14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov (keçmiş Poluxin) küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzili ilkin olaraq müvafiq qərarla Cavid Əli-zadənin atası Əli-zadə X8 verilmişdir. Asəf Əli-zadə 1987-ci ildə vəfat etmiş və bununla əlaqədar keçmiş 26 Bakı Komissarı XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə həmin mənzilin icarə müqaviləsi Əli-zadə Cavid Asəf oğlunun adına dəyişdirilmişdir. - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05GQ-616/09 nömrəli, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Əli-zadə Cavid Asəf oğlu ilə X4 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 26 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əli-zadə, arvada Əli-zadə soyadı verilmişdir. - Birgə nikahdan xx.xx.1990-cı il təvəllüdlü X5 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı adlı uşaqları anadan olmuş və onlar mübahisəli mənzildə yaşamış qeydiyyata düşmüşlər. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-610/1999 nömrəli, xx.xx.1999-cu il tarixli Qətnaməsi ilə Əli-zadə Nüşabə Kərim qızı Bakı şəhəri M.Muxtarov küçəsindəki 4 №-li evin 14 №-li mənzilin yaşayış sahəsinə hüququ tanınmaqla həmin mənzilə köçürülmüşdür. - Bakı şəhər Baş Polis İdarəsinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş cavab məktubunda bildirilmişdir ki, N.Əlizadənin həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X9 və qızı xx.xx.1990-cı il təvəllüdlü X5 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək “Yalama” sərhəd keçid məntəqəsindən Rusiya Federasiyası ərazisinə keçmişdirlər. - Əli-zadə Nüşabə Kərim qızı tərəfindən alimentlə bağlı tələbinin təmin olunduğu məhkəmə aktı əsasında verilmiş icra sənədi üzrə C.Əli-zadə borclu kimi aliment ödəmədiyi üçün axtarışa verilmiş və Səbail rayon Polis İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə onun barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1594/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə Əli-zadə Cavid Asəf oğlunun və X2 Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamə Əli-zadə Cavid Asəf oğlunun və X2 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır.
15. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 43-cü maddəsinə əsasən mənzildə başqa icarədarın yaşayış sahəsindən təcrid olunmayan yaşayış sahəsi boşalarsa, bu yaşayış sahəsi onun istifadəsinə verilməlidir. Bir neçə icarədarın yaşadığı mənzildə boşalan təcrid olunmuş yaşayış sahəsi uçota götürülüb-götürülməməsindən asılı olmayaraq həmin mənzildə yaşayıb mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara, belə vətəndaşlar olmadıqda isə adambaşına müəyyən edilmiş normadan az mənzil sahəsi olan vətəndaşlara verilməlidir (bu zaman əlavə sahəyə hüququn olması nəzərə alınır). Təcrid olunmuş boşalan otağın ölçüsü bir adama verilmək üçün müəyyən edilmiş normadan azdırsa, göstərilən otaq icarədarın xahişi ilə ona verilir. Mənzildə bu maddənin ikinci hissəsində göstərilən vətəndaşlar olmadıqda, boşalmış yaşayış sahəsi ümumi qaydada verilir.
16. Həmin Məcəllənin 48-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.
17. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
18. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
19. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.9.6-cı maddəsinə əsasən yerli icra başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
20. Məhkəmə müəyyən edir ki, mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov (keçmiş Poluxin) küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzili dövlət fonduna aid olmaqla vaxtilə ilkin olaraq iddiaçının babası Əli-zadə X8 verilmişdir. İddiaçının babası Əlizadə X11 1987-ci ildə vəfat etmiş və bununla əlaqədar keçmiş 26 Bakı Komissarı XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə həmin mənzilin icarə müqaviləsi iddiaçının atası Əli-zadə Cavid Asəf oğlunun adına dəyişdirilmişdir. Daha sonra iddiaçının atası Əli-zadə Cavid Asəf oğlu (eləcə də iddiaçının bacısı X6) 2012-ci ildən Azərbaycan Respublikası hüdudlarından kənara çıxaraq Rusiya Federasiyasına getmiş, X9 barəsində axtarış işi açılmış və həmin faktlar əsasında Əli-zadə Cavid Asəf oğlunun (eləcə də X1) daimi yaşamaq üçün qeydiyyatda olan mənzildən başqa yaşayış sahəsinə köçmələri təsdiq edilmişdir. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1594/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə Əli-zadə Cavid Asəf oğlunun və X2 Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, qətnamə Əli-zadə Cavid Asəf oğlunun və X2 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olmuşdur.
21. Digər tərəfdən məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.1991-ci il tarixdən (doğulduğu tarixdən) Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov (keçmiş Poluxin) küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzilində qeydiyyatdadır və həmin mənzil hazırda iddiaçının faktiki istifadəsindədir.
22. Məhkəmə işin faktiki hallarını məcmu halında qiymətləndirərək müəyyən edir ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov (keçmiş Poluxin) küçəsində yerləşən 4 saylı evin 14 saylı mənzilinə dair kirayə müqaviləsi xx.xx.1987-ci il tarixdən iddiaçının atası Əli-zadə Cavid Asəf oğlunun adına bağlanılmışdır. Buna baxmayaraq qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında Əli-zadə Cavid Asəf oğlunun mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmişdir. Hazırda xx.xx.1991-ci il tarixdən mənzildə qeydiyyatda olan və faktiki yaşayan İddiaçı mənzilə dair kirayə müqaviləsinin onu adına bağlanılmasını tələb edir.
23. Məhkəmə nəzərə alır ki, xx.xx.2025-ci il tarixli, **********474 nömrəli Ərizəyə əsasən iddiaçının anası Əli-zadə Nüşabə Kərim qızı qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin oğlu İddiaçı (hazırki iş üzrə iddiaçının) adına bağlanmasına dair sərəncam verilməsinə etiraz etmədiyini bildirmişdir.
24. Odur ki, məhkəmə hesab edir ki, nəticə etibarilə iddiaçının qeyd edilən mənzilə olan münasibəti yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir.
25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 25,5 kv. metr, ümumi sahəsi 27,5 kv. metr olan 2 otaqlı 14 saylı mənzilə dair İddiaçı adına kirayə müqaviləsi bağlanılması barədə qərar (sərəncam) qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva