Məhkəmə qərarları › İş №2-1(112)-680/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-680/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-680/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X19 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivi ünvanında yerləşən 332 saylı torpaq sahəsinin mərhum X12 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X4 Departamenti Bağlar Təsərrüfatınnın İnkişafı və İstismarı Birliyinin 31 avqust 2005-ci il tarixli 277 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa Bağlar ərazisindəki 0,08 ha torpaq sahəsi olan 332 nömrəli bağın X8 istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Belə ki, X20 xx.xx.2022-ci il avqustda beyin ödemi səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 5 saylı Notariat ofisi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli 1397 nömrəli arayışdan da görünür ki, İddiaçı2 və İddiaçı1 X8 vərəsəsi qismində tanınmışdır. Belə ki, xx.xx.2013-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sözügedən ərizəyə imtina məktubu ilə cavab verilmişdir, imtina məktubunda göstərilmişdir ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Lakin sözügedən imtina qanunsuz və əsassızdır, çünki sözügedən torpaq sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi vətəndaşın günahı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək va qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinin tələbinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİ hissəsinin tələbinə görə, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnsan Hüquqlarının və X11 haqqında Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinspləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mellaxez və digərləri Avstriyaya qarşı iş üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarında göstərmişdir ki, “əmlakdan istifadə hüququnun müdafiəsi bütövlükdə mülkiyyət hüququnun məhdud şəkildə müdafiəsi kimi başa düşülməlidir. İstifadə va sahiblik hüququ mülkiyyət hüququnun tarkib hissəsidir və həmin mülkiyyətə istifadə və sahiblik hüqununun aspektidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka dair digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi va xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka dair digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 154.1-ci maddəsinə görə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin hallarından da göründüyü kimi, sözügedən torpaq sahəsi iddiaçıların qanuni istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərd yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından müvafiq hallarda imtina edila bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivi ünvanında yerləşən 332 saylı, 0,08 ha bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X12 məxsus olması barədə arayışın iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçı torpaq sahəsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Həmçinin, texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********49 saylı cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh tərəfindən X12 ünvanlanmış məktubda bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən hüquqmüəyyənedici sənəd üzrə bağ torpağının ümumi sahəsi 800.0 kv.m təşkil edir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə 255.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Əlavə torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd, torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-in (ZDS-in) qərarının təsdiq edilmiş surəti və ya bələdiyyənin qərarı, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin ayrıc aktı (planı) və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (xx.xx.2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi) təqdim edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yerilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanlar tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Nəzərə alınması xahiş edilmişdir. ХİX-ЖГ seriyalı 416358 saylı xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Məşəd-X37 xx.xx.1943-cü il tarixdə Bakı şəhərində doğulmuşdur (atası – Məşəd-zadə Əziz Allahverdi oğlu; anası – X25). İİ-ЖГ seriyalı 437966 saylı xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur (atası – X15; anası – X13). ХİX-ЖГ seriyalı 416343 saylı xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Məşədi-zadə Aybəniz Xanlar qızı xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (atası – Məşadi-X37; anası – X30). Vİ-ЖГ seriyalı 334449 saylı xx.xx.1992-ci il tarixli nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, X27 və Məşədi-X32 nikaha daxil olmuşlar. AZ-İ seriyalı 045015 saylı xx.xx.2005-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X20 və X31 arasında bağlanılmış nikah pozulmuşdur. AZ-İ seriyalı 240668 saylı xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X26 və Məşədi-zadə Aybəniz Xanlar qızı nikaha daxil olmuşlar. AZ-İİ seriyalı 292705 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixdə ölmüş X8 V- 89\2022-ci il tarixli açılmış vərəsəlik işinə dair notariat işinin surəti təqdim edilmişdir. İddiaçı2 tərəfindən Bakı 5 saylı notariat ofisinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə onun Bakı şəhəri Ş.Əzizbəyov küçəsi dalan 11 ev 3-də yaşayan atası X20 ölmüşdür. Mirasın tərkibi: bağ evi, torpaq sahəsi. Ondan irs qalmış mirası qəbul etmişdir. Ondan başqa vərəsəsi (qızı) var. Vərəsənin adı: Samirə; ünvanı: ünvan 3 Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsi (habelə digər əmlak hüquqlarından) ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri izah edilmişdir. İddiaçı1 tərəfindən Bakı 5 saylı notariat ofisinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə onun Bakı şəhəri Ş.Əzizbəyov küçəsi dalan 11 ev 3-də yaşayan atası X20 ölmüşdür. Mirasın tərkibi: bağ evi, torpaq sahəsi. Ondan irs qalmış mirası qəbul etmişdir. Ondan başqa vərəsəsi (qızı) var. Vərəsənin adı: Aybəniz; ünvanı: ünvan 3 Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsi (habelə digər əmlak hüquqlarından) ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 1397 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə İddiaçı1,İddiaçı2 tərəfindən müraciət olunmuşdur. X8 xx.xx.2022-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı1, İddiaçı2nin ərizəsi əsasında tərəfindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. ünvan 4 ünvanında yerləşən bağ evi və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 Departamenti X7 və İstismarı Birliyi və X20 arasında bağlanılmış 277 saylı xx.xx.2005-ci il tarixli Pirşağa ərazisindəki 332 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Sabunçu rayonunun Pirşağa ərazisində 0,08 hektar torpaq sahəsi olan 332 nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla X8 istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 11349/2023 **********49 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 332 bağ nömrə ilə qeydiyyata alınmış torpaq (bağ) sahəsi barədə, həmçinin müayinə aktına əlavə edilmiş koordinatlara əsasən həmin torpaq sahəsinə digər şəxslərin müraciəti barədə məlumat aşkar olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. X28 xx.xx.2005-ci il tarixli ərizə ilə X7 və İstismarı Birliyinə müraciət edərək bildirmişdir ki, atası X2 məxsus Pirşağı qəsəbəsində 332 saylı sahəsi 16 ha 16,2 kv.m tikintisi olan bağ var. Atasının vəfatından sonra həmin bağ sahəsinin qardaşları X20 və X1 adlarına keçməsinə razılıq vermişdir. Məşədi-X37 xx.xx.2005-ci il tarixli ərizə ilə X7 və İstismarı Birliyinə müraciət edərək bildirmişdir ki, atası Məşədi-zadə Əziz Allahverdi oğlunun adında müqavilə N 277 xx.xx.1990 332 saylı sahəsi 0,16 ha tikinti 16,2 kv.m olan bağ sahəsi var. Atası Məşədizadə Əziz Allahverdi oğlunun vəfatı ilə əlaqədar olaraq həmin bağ sahəsini qardaşı X17 oğlu ilə birlikdə tam bərabər iki hissəyə bölünməsinə razılıq vermiş və imza atmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 Departamenti X7 və İstismarı Birliyi və Məşədi-zadə Əziz Allahverdi oğlu arasında bağlanılmış bağın icarəyə verilməsi haqqında 277 nömrəli xx.xx.1990-cı il tarixli müqavilədən görünür ki, Pirşaha qəsəbəsində olan 0,16 hektarlıq bağ sahəsi sahəsi 16,2 kv.m olan 1 otaqdan ibarət bina, yardımçı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün Məşədi-zadə Əziz Allahverdi oğluna icarə üçün verilmişdir. 1108,0 kv.m ümumi sahənin koordinatları:

1. X=406452.4698 Y=4491342.1586 Z= 0.0000;

2. X=406417.2835 Y=4491345.8163 Z= 0.0000;

3. X=406416.9701 Y=4491367.3191 Z= 0.0000;

4. X=406413.0986 Y=4491367.3277 Z= 0.0000;

5. X=406412.8260 Y=4491376.7824 Z= 0.0000;

6. X=406424.1864 Y=4491377.7618 Z= 0.0000;

7. X=406429.0181 Y=4491377.9289 Z= 0.0000;

8. X=406432.9199 Y=4491377.0534 Z= 0.0000;

9. X=406441.7445 Y=4491372.9957 Z= 0.0000;

10. X=406444.1245 Y=4491371.5055 Z= 0.0000;

11. X=406447.4264 Y=4491368.7792 Z= 0.0000;

12. X=406452.2173 Y=4491364.3773 Z= 0.0000.

800,0 kv.m sahənin koordinatları:

1. Х=406417.2835 Y=4491345.8163 Z= 0.0000;

2. X=406452.4698 Y=4491342.1586 Z= 0.0000;

3. Х=406452.2173 Y=4491364.3773 Z= 0.0000;

4. X=406450.1037 Y=4491366.3193 Z= 0.0000;

5. X=406416.9701 Y=4491367.3191 Z= 0.0000. A seriyalı 002471 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sabunçu rayonu Pirşağı qəsəbəsindəki torpaq sahəsinin sahibi X6, Bakı şəhər İK-nın bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 1949-cu il tarixli 20 saylı, BTİ və İB-nin xx.xx.2005-ci il tarixli 12 saylı protokolları ilə 800 kv.m sahəsi, 332a saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X36 kitabında xx.xx.2007-ci il tarixdə 304 nömrə ilə uçota alınmışdır. Sahəsi 800,00 kv.m, torpaq sahəsinin zonası 8, torpaq sahəsinin normativ qiyməti 2176,00 manat. Əsas döngə nöqtələrinin koordinatları:

1. X= 406432,91; Y= 4491324,00;

2. X= 406478,47; Y= 4491310,81;

3. X= 406445,26; Y= 4491303,93;

4. X= 406431,76; Y= 4491304,55. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 332a nömrəli bağ evinə dair tərtib edilmiş **********77-11301 reyestr nömrəli xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın (bağ evi) texniki pasportundan görünür ki, hüquq subyekti X3r. Sənəd üzrə torpaq sahəsi 0,08 ha, faktiki sahəsi 0,10 ha, tikinti altı sahəsi 0,012205, digər sahələri 0,087795 və sənəd üzrə normativ qiymət 2176,00 manat. 25/2018 saylı vərəsəlik işi üzrə 2V-06 reyestr nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş Məşədi-X14 vərəsəsi arvadı Məşədi-X29r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: xx.xx.2014-cü il tarixdə X16 oğluna verilmiş **********30-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 46.87 kv.m olan bağ evi və xx.xx.2014cü il tarixdə X17 oğluna verilmiş **********30-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Pirşağı bağ massivində yerləşən 332 saylı bağın torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 800,0 kv.m, faktiki olaraq 1108,0 kv.m üm/sahə. Göstərilən bağ sahəsi hasar daxilindədir. Darvazası yoxdur. Ümumi sahəsi 1108,0 kv.m təşkil edir. Sahədə tikili yoxdur. Sahənin koordinatları əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 44177/2023 **********77 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Darvaza yoxdur. Faktiki ümumi sahə 1108.0 kv.m təşkil edir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 332 nömrəli torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə torpaq sahəsinə dair ortofoto görüntüsü təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X43 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X43 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların X12 verilmiş və istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının hüquqmüəyyənedici sənədlə torpaq sahəsinin ölçüsü 800 kv.m olsa da, faktiki ölçüsü faktiki ölçüsü 1108 kv.m təşkil edir. İddiaçıların hazırki tələbi isə faktiki istifadəsində olan və hüquqmüəyyənedici sənədlə göstərilən 800 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X12 məxsus olması barədə arayışın verilməsidir. Cavabdeh tərəfindən bildirilən dəlillər (arxiv cizgisi ilə uyğunsuzluq) iddiaçılara X8 mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Belə ki, müqavilənin həqiqiliyi və iddiaçıların torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçıların üzərinə həddən artıq yük qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivi ünvanında yerləşən, sahəsi 0,08 ha olan 332 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X12 məxsus olması barədə arayışın iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar