Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6802/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı “soyad sonluğunun dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında dəyişikliyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək soyadının sonluğunun Ağayevdən “Ağabəyov”a və ya “Ağabəyli”yə dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdeh Səbail rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1979-cu ildə Saatlı şəhərində anadan olub. X6 01 iyul 1948-ci ildə anadan olmuş, 21 aprel 2016-cı ildə rəhmətə getmişdir. Atasının atası X15, atasının anası X12 olmuşdur. Atasın babaları (həm ata tərəfdən, həm ana tərəfdən) bəy olublar. Bu hal müvafiq arxiv sənədləri ilə öz təsdiqini tapır. X4 1948-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində anadan olub. Atasının atası X27 bəy oğlu Ağayev 1919-cu ildə Cavad qəzasının Hacıqasımlı kəndində doğulub. Babasının atası Lətif bəy Ağa bəy oğlu Cavad qəzasının Hacıqasımlı kəndində dünyaya gəlib. Onun atası X41qulu bəy oğlu 1869-cu ildə Cavad qəzasının Hacıqasımlı kəndində dünyaya gəlib. Onun atası Cəfərqulu bəy Məmməd bəy oğlu 1842-ci ildə Muğan mahalının Hacıqasımlı kəndində dünyaya göz açıb. Onun atası Məmməd X22 1818-ci ildə Muğan mahalının Hacı Qasımlı kəndində dünyaya gəlib. Atasının anası Tafta xanım Pənah bəyin qızı olub. Pənah bəy Əsəd bəyin oğlu olub. Əsəd bəyin atası Məmməd X22 1818-ci ildə Muğan mahalının Hacı Qasımlı kəndində dünyaya gəlib. Cəfərqulu bəy ilə Əsəd bəy qardaş olublar. O da bu səbəbdən soyadının sonluğunun Ağayevdən “Ağabəyov”a və ya “Ağabəyli”yə dəyişdirilməsini istəyir. Soyadının sonunun Ağayevdən “Ağabəyov”a və ya “Ağabəyli”yə dəyişdirilməsi üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Lakin Səbail rayon Qeydiyyat Şöbəsi 21.04.2021-ci il tarixli 05/Q-533/15 saylı məktubla ona imtina məktubu verərək Azərbaycan Respublikası Milli X7 Heyyətinin qərarında ad və soyad seçimi zamanı titul bildirən sözlərdən istifadə edilməsinin tövsiyyə edilmədiyi qeyd olunub. O qeyd edilən imtinanı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. Onda olan məlumat görə kiminsə əsl-nəcabətində bəylik, xanlıq olubsa, o zaman onun soyadına “-bəyii”, “-xanlı” sonluğu yazmaq mümkündür.
3. Məhkənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdi ki, nəsil şəcərəsi aşağıdakı kimidir. X4 1948 - ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində anadan olub. X27 bəy oğlu Ağayev 1919 - cu ildə Cavad qəzasının Hacıqasımlı kəndində doğulub.Babasının atası Lətif bəy Ağa bəy oğlu 1881 -ci ildə Cavad qəzasının Hacıqasımlı kəndində dünyaya gəlib. Onun atası X41qulu bəy oğlu 1869-cu ildə Cavad qəzasının Hacıqasımıl kəndində dünyaya gəlib. Onun atası Cəfərqulu bəy Məhəmməd bəy oğlu 1842-ci ildə Muğan mahalının Hacıqasımlı kəndində dünyaya göz açıb. Onun atası Məhəmməd X22 1818 ci ildə Muğan mahalının Hacı Qasımlı kəndində dünyaya gəlib.
4. İddiaçı eyni zamanda iddia tələbini soyadının (sonluğunun) “Ağabəyli”yə dəyişdirilməsi vəzifəsinin cavabdeh Səbail rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması kimi dəqiqləşdirilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21.04.2021-ci il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını ata adını və soyadının dəyişdirilməsinə 18 yaşa çatdıqdan sonra yol verilir. 6.2-ci bəndində göstərilir ki, adın ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbələri və konsulluq tərəfindən həyata keçirilir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli 495 nömrəli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları “ov” “yev” sonluqlu soyadlarını “lı”, “li” “ lu” ,”lü”, “zadə” , “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Bununla yanaşı, Azərbaycan Milli Elmlər X1 qərarında ad və soyadın seçimi zamanı titul bildirən sözlərdən (Bəyli, Xanlı) istifadə edilməsi tövsiyə edilmir.
6. Cavabdeh məhkəmə hazırlıq icraatı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 08.06.2021-ci il tarixli məktubda imtinanın məzmununa uyğun etiraz verilmiş, əlavə olaraq bildirilmişdir ki, işin baxılmasına etiraz yoxdur, iş məhkəmənin mülahizəsinə buraxılmışdır. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş növbəti müraciətində işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edir.
II. İddianın növü
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 5.6. Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluğa 3 iş günü müddətində göndərilir. 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. İddiaçı doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx xxxxxx 1979-cu ildə Saatlı rayonunda anadan olmuşdur. X6, anası X5r.
14. Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən, 01.07.1948-ci ildə Saatlı rayonu, Ağarəhimli kəndində anadan olmuş X11 atası X15, anası X9r.
15. X11 ölüm haqqında şəhadətnaməsinə əsasən, o, 21.04.2016-cı il tarixdə vəfat etmişdir.
16. X10 ölüm haqqında şəhadətnaməsinə əsasən, o, 29.04.2009-cu il tarixdə vəfat etmişdir.
17. Bakı şəhəri Səbail rayon məhkəməsinin 28.01.2012-ci il tarixli qətnaməsinə əsasən, 29 aprel 2009-cu ildə rəhmətə getmiş X10 X11 atası, İddiaçı babası olması faktı müəyyən edilmişdir.
18. Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən, X24 20.11.1944cü ildə ölmüşdür.
19. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən, Cavad qəzası Hacı Qasımbəyli kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıdakı şəxslərin adları qeyd olunmuşdur. X39 (sənəddə olduğu kimi) Məmməd bəy oğlu – 44 yaş; Onun oğlanları Ağa bəy (sənəddə olduğu kimi) X32 – 17 yaş; Zeynal Abdin X21 – 15 yaş; Ailədə 2 nəfər qadın olmuşdur.
20. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən, Cavad qəzası Hacı Qasımbəyli kəndinin 1886-cı ilə dair kameral siyahısında Əsəd bəy Məmməd bəy oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1849-cu il; Atası: Məmməd bəy; Anası: Sənəddə olduğu kimi qeyd olunmayıb.
21. Milli Elmlər Akademiyası tərəfindən məhkəmə təqdim edilmiş AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış mütəxəssis rəyinə əsasən, 24 dekabr 2010-cu il qərarına əsasən, Azərbaycan Milli Elmlər X1 Azərbaycan soyadlarının yeni sistemi təsdiq edilmişdir. Həmin qərarın 1.6-cı maddəsinə görə, soyad seçimi zamanı titul bildirən xan, bəy, eləcə də hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə edilməsi tövsiyə edilmir. Azərbaycan soyadlarının yeni seçim sistemi ilə bağlı titul bildirən sözlərdən istifadə edilməməsi haqqında qərar təqdim edilərək onun məhkəmə icraatında nəzərə alınması məqsədəmüvafiq hesab edilmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, o, əməkdar mədəniyyət işçisi, professor, “Soy” jurnalının rəhbəridir. İddiaçı ona müraciət edərək soyunun araşdırılmasını xahiş etmiş, apardığı araşdırma nəticəsində onun həm atası, həm də anasının bəy nəslindən olduğu müəyyən edilmişdir. Arxiv arayışları əsasında müəyyən etmişdir ki, İddiaçı X4, onun atası X14, onun atası X23, onun atası Ağa X21, onun atası X13, onun atsı Məmməd X22, onun atası X37muşdur.
23. Azərbaycan Respublikası Milli Elmlər X1 24.12.2010-cu il tarixli 20/30 nömrəli qərarının 1.6-cı bəndinə əsasən, soyad seçimi zamanı titul bildirən xan, bəy, eləcə də hacı, əfəndi kimi sözlərdən soyadyaratma vasitəsi kimi istifadə tövsiyə edilmir.
IV. Məhkəmənin mövqeyi
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.
25. X29 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X29 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.
26. İlk növbədə qeyd edilməlidir ki, X29 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).
27. Odur ki, məhkəmə şəxsin soyadın (sonluğunun) dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X29 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.
30. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 fevral 1993-cü il tarixli 495 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
31. X29 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X3rşı).
32. İddiaçının soyuna və kökünə bağlılığını ifadə etmək onun şəxsiyyəti ilə qırılmaz bağlı olan hüququdur. Odur, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən bildirilmiş əsas (Milli Elmlər Akademiyası tərəfindən verilmiş tövsiyənin məcburiliyi və ya zəruriliyi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda nəzərdə tutulmadığından müdaxilə qanuni olmamaqla hansı qanuni məqsəd daşıması aydın deyil, odur ki, demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının soyadında “bəy” soyadyaratma vasitəsi soyadının deyil, onun sonluğunun dəyişdirilməsi kimi nəzərə alınmalıdır.
33. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı soyadının (sonluğunun) “Ağabəyli”yə dəyişdirilməsi ilə əlaqədar müvafiq akt qeydlərində qeyd aparmaq və buna dair şəhadətnamə vermək vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva