Məhkəmə qərarları › İş №2-1(112)-6806/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6806/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6806/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “mənzillə təmin olunma, təqaüdün verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhid ailəsi kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı və aylıq 300 (üç yüz) manat təqaüdün şəhid ailəsi kimi ona ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1971-ci il təvəllüdlü qardaşı X9 xx xxxxxxx 1992-ci ildə hərbi tapşırığı yerinə yetirərkən Ağdam rayonunun Əlmədət kəndi ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü, Qarabağ uğrunda qəhrəmancasına həlak olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 1992-ci il tarixli 203 saylı qeyd aparılması barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, qardaşı X9 şəhid olan günədək rəsmi nikah münasibətində olmamış və Xaçmaz rayon Qeydiyyat şöbəsində nikah haqqında akt qeydi aşkar olunmaması barədə xx xxxxxx 2018-ci il tarixli çıxarış verilmişdir. X1 xx.xx.2003-cü il tarixdə, anası X5 isə xx.xx.2008-ci ildə vəfat etmişdir. Bacısı X2 Rayon Məhkəməsinin 2(067)-2757/2015 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, iddiaçı isə qəyyumu təyin edilmişdir. Qeyd etdiklərindən göründüyü kimi ata və anaları vəvəfat etdiyinə, bacısı isə fəaliyyət qabiliyyətsiz hesab olunduğuna görə şəhid olan qardaşının yeganə ailə üzvü qismində o çıxış edir. Qeyd edilənlərə əsasən, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhid ailəsi kimi mənzil-məişət şəraitimin yaxşılaşdırılması istiqamətində şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı və aylıq 300 (üç yüz) manat təqaüdün şəhid ailəsi kimi ona ödənilməsini tələb etmək onun qanunla nəzərdə tutulan hüququdur. Bununla bağlı cavabdeh orqana yazılı formada ərizə ilə müraciət etsə də, xx xxxxxx 2020-ci il tarixli, **********1 saylı imtina məktubu verilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş imtina məktubu yetərincə əsaslandırılmamış, bir cümlə ilə şəhid ailəsi hesab olunmayan şəxslərə qeyd edilən güzəştlərin tətbiq edilməsinin mümkün olmaması qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və təmin edilməlidir. Azərbaycan Resublikası İPM-in 13-cü maddəsinin tələbi baxımından məhkəmə tərəfindən iddiaçıya xx xxxxxxx 2020-ci il tarixli məktub ünvanlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə əsasən şəhidin şəhid ailəsi üzvü hesab olunan arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları, qardaş və bacıları tədris məktəblərində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan olmadıqda baba və nənələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edildiyi bildirilmiş və bununla bağlı iddianın mümkünlüyü məsələsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında araşdırılacağı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş qardaşı X7 bacısı qismində şəhid ailəsi kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı və aylıq 300 (üç yüz) manat təqaüdün ona verilməini tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə baxılaraq xx xxxxxx 2020-ci il tarixli **********1 saylı ərizə əsasında imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə əsasən şəhidin şəhid ailəsi üzvü hesab olunan arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına ( uşaqları, qardaş və bacıları tədris məktəblərində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan olmadıqda baba və nənələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara istinadən şəhid ailəsi üzvü hesab olunmayan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2-ci bəndinə uyğun olaraq şəhid ailəsi üzvü kimi bu Qaydaların 3.2.16-cı və 3.2.17-ci bəndlərində mənzil məişət-şəraiti-ilə bağı müəyyən edilmiş güzəştlərdən istifadə etməsi mövcud qanunvericiliklə mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İş materiallarına əlavə edilmiş -Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə Ağdamın Əlmədət kəndində hərbi tapşırığı yerinə yetirərkən həlak olmuş, bu barədə xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ № 945872 sayla akt qeydi aparılmışdır. -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2015-ci il tarixli 182 saylı sərəncamından çıxarışdan görünür ki, X9 xx.xx.1992-ci il tarixdə vəfat etmiş, bu barədə xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 981995 sayla akt qeydi aparılmışdır. İddiaçı iddia tələbinin əsası olaraq ata və anasının vəvəfat etdiyinə, bacısının fəaliyyət qabiliyyətsiz hesab olunduğundan, şəhid olan qardaşının yeganə ailə üzvü qismində onun çıxış etdiyinə istinad etməklə şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı və aylıq 300 (üç yüz) manat təqaüdün şəhid ailəsi kimi ona ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının hazırki tələblə bağlı subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 nömrəli xx xxxxxx 1994cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları- uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Həmin Qaydalır 3.2.16-cı bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; Həmin Qaydaların 3.2.17-ci bəndinə əsasən şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə(kooperativə) qəbul zamanı üstünlük verilir. Göründüyü kimi Qaydaların tələbinə əsasən şəhid ailəsi üzvlərinin konkret dairəsi müəyyən edilmiş və hansı hallarda onlara güzəştli ssuda, torpaq sahəsi və s üstünlüklərin verildiyi müəyyən edilmişdir. Hazırkı halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı sözügedən “Şəhid ailəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydalarının və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının tələblərinə müvafiq olaraq şəhid ailəsi hesab edilən kateqoriyalı şəxslərin sırasina aid edilməsi üçün tələb olunan kriteriyalara cavab vermədiyindən hazırki iddia üzrə tələb hüququ yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhid ailəsi kimi mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı və aylıq 300 (üç yüz) manat təqaüdün şəhid ailəsi kimi ona ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi ilkin məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “mənzillə təmin olunma, təqaüdün verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar