Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6809/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi ilyasova Fatma Vaqif qızının iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı, "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə “təsisçilər sırasından və reyestrdən çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri sırasından, həmçinin reyestrindən çıxarılması və bu barədə hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 26.*1.2*22-ci il tarixdə cavabdehə müraciət edərək "xxxx" MTK-nın təsisçilərindən olan X3 ona və digər təsisçilərə qarşı zərərin tərəflərindən subsidiar qaydada ödənilməsinə dair məhkəmədə iddia qaldırdığını, iddia tələbinin Yasamal Rayon Məhkəməsində təmin olunduğunu, həmin qətnamədən verilən şikayətin Bakı Apellyasiya Məhkəməsinin icraatında olmasını və "xxxx" MTK-nın 2 təsisçisinin məhkəmə mübahisələri dövründə vəfat etməsi səbəbindən dayandırılmasını bildirmişdir. Daha sonra ərizəsində göstərmişdir ki, "xxxx" MTK-nın 6 təsisçisindən biri olsa da, nizamnamə kapitalındakı pay (maya dəyəri) tərəfindən ödənilməmişdir. Eyni zamanda MTK-nın idarəçiliyində iştirak etməmiş, heç bir qərar onun iştirakı ilə qəbul edilməmişdir. Ümumiyyətlə, Nizamnamə kapitalındakı pay heç bir üzv (namizəd) tərəfindən ödənilməmişdir. Hazırda MTK-nın 3 təsisçisi ölmüş, 1 təsisçisi isə ölkədən getmişdir. Ona görə də onun təsisçilikdən çıxarılmağına dair prosedurları icra etmək, ümumi yığıncağı keçirmək və sənədləri cavabdehə təqdim etmək mümkünsüzdür. Ona görə də, onun adının "xxxx" MTK-nın təsisçiləri sırasından çıxarılmağa dair cavabdehə müraciət etmişdir. Həmçinin müraciətində göstərmişdir ki, 2**1*2**559892** saylı “çıxarış”dan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN 1***552991) nizamnamə kapitalının miqdarı olan maya elan edilmişdir. Lakin nizamnamə kapitalındakı pay (maya dəyəri) ödənilməmişdir. Bunu cavabdehin 29.1*.2*2*-ci il tarixli müraciətinə verdiyi cavabdan da görmək olar. Belə ki, cavab məktubundan görünür ki, qeydiyyat qovluğunda "xxxx" Mənzil- Tikinti Kooperativinin (VÖEN 1***552991) nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd aşkar edilməmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən "xxxx" MTK-nın 13.1*.2*2*-ci il tarixli “çıxarış”ından görünür ki, nizamnamə kapitalındakı miqdar elan edilmişdir, yəni ödənilməmişdir. Cavabdehin 26.*1.2*22-ci il tarixli müraciətinə verdiyi 1* fevral 2*22-ci il tarixli cavab məktubundan görünür ki, onun adının "xxxx" MTK-nın dövlət reyestrindən çıxarılmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.12.2*21-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X3 "xxxx" MTK-nın təsisçilərinə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat cavabdehlər X8 və X1 ölümü ilə əlaqədar olaraq həmin şəxslərin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Həmçinin ilk növbədə Kooperativin üzvlərinin vəfat etməsi ilə əlaqədar təsis payı üzərində vərəsəlik hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 17-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi dövlət notariusunun səlahiyyətinə aid edilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi vəfat etmiş təsisçilərin vərəsələrinin kooperativin yeni üzvləri kimi reyestrə daxil edilməsi faktı qeydə alındıqdan sonra kooperativin üzvlüyündən çıxarılma faktı üçün qeyd edilən müvafiq sənədlərlə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilməlidir. Məhkəmənin *5 oktyabr 2*22-ci il tarixli qərardadı ilə, "xxxx" MTK üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 15 noyabr 2*22-ci il tarixli qərardadı ilə, iddia İddiaçı "xxxx" MTK-nın təsisçiləri sırasından çıxarılmasına dair hissədə mümkün sayılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxsin hüquqi ünvanına məhkəmə bildirişi göndərilmiş, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə hazırda baxılan iddia tələbləri (iddiaçının adının reyestrdən çıxarılması və bu barədə hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi) ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 1* fevral 2*22-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 9-cu maddəsinə (bundan sonra - Qanun) əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 4* gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Bundan başqa Məcəllənin 111.3.1 və 111.3.3-cü maddələrinə əsasən kooperativin nizamnaməsini dəyişdirmək, həmçinin onun üzvlərini qəbul etmək və çıxarmaq kooperativin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Həmçinin ilk növbədə Kooperativin üzvlərinin vəfat etməsi ilə əlaqədar təsis payı üzərində vərəsəlik hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 17-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi dövlət notariusunun səlahiyyətinə aid edilmişdir. Odur ki, vəfat etmiş təsisçilərin vərəsələrinin kooperativin yeni üzvləri kimi reyestrə daxil edilməsi faktı qeydə alındıqdan sonra kooperativin üzvlüyündən çıxarılma faktı üçün müvafiq sənədlərlə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilməlidir. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və iddiaçının adının "xxxx" MTK-nın dövlət reyestrindən çıxarılması mümkün olmamışdır; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-11776/2*21 nömrəli, 15.12.2*21-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X9 və X4 cavabdehlər ("xxxx" MTK-nın təsisçiləri) İddiaçı, X2, X8, X12 və mərhum X5 vərəsələri – arvadı X6 və oğlu X7 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat cavabdehlər X8 və X1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.3-cü maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. 111.5-ci maddəsinə əsasən, ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır; 111.7-ci maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 112.1-ci maddəsinə əsasən, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir; 112.2-ci maddəsinə əsasən, kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır; 112.4-cü maddəsinə əsasən, kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 4* gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9.2-1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz; 9.4-cü maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. Hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İşin faktiki hallarından görünür ki, "xxxx" MTK-nın təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir:
1. X12 - 2* %;
2. X9 - 1*;
3. İddiaçı -1* %;
4. X2 -1* %;
5. X1*-2* %;
6. X8-3* %. Hazırda İddiaçı kooperativin nizamnamə kapitalında olan payının tərəfindən ödənilmədiyinə, üç təsisçinin ölməsi və bir təsisçinin ölkə xaricində olmasına, nəticədə ümumi yığıncağın səlahiyyətli olmamasına istinad edərək, onun təsisçilər sırasından çıxarılması ilə bağlı dəyişikliyin dövlət qeydiyyatına alınması tələbini irəli sürür. Məhkəmə cavabdehin imtinasının (etirazının) dəlilləri ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi ölmüş təsisçilərin vərəsələrinin kooperativin yeni üzvləri kimi reyestrə daxil edilməsi faktı qeydə alındıqdan sonra kooperativin üzvlüyündən çıxarılma faktı üçün qeyd edilən müvafiq sənədlərlə cavabdehə müraciət edilməlidir. Lakin qeyd edilən faktlar müəyyən edilmir. Məhkəmə həmçinin bildirir ki, şəxsin təsisçilər sırasından çıxarılması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, qeyd edilənlər mülki (korporativ) hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının hazırkı məsələ ilə əlaqədar hüquq və mənafelərinə inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər. Bu səbəbdən də iddia qeyd edilən hissədə mümkün sayılmamışdır. Qeyd olunan mövqedən çıxış edərək hesab edilir ki, hazırkı tələb inzibati orqan olan hüquqi şəxslərin qeydiyyatını aparan dövlət orqanına qarşı yönəldiyindən, təsisçilərin ölməsi və ya ölkə xaricinə köçməsi, ümumi yığıncağı səlahiyyətli olmaması kimi halların mövcudluğunu müəyyənləşdirmək və iddiaçının təsisçilər sırasında çıxarılmalı olması nəticəsinə gələrək iddiaçının tələbi əsasında reyestrə dəyişiklik edilməsi cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2*2*-ci il tarixli, 1* nömrəli Qərarında göstərilmişdir ki, ... Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) kommersiya məhkəmələri baxır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia “hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3* gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 54*-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov