Məhkəmə qərarları › İş №2-1(112)-681/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-681/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-681/2020 24.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə «pensiya təyin olunması üçün pul təminatı xərcliyinin hesablanaraq müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlil olmağı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ümumi hərbi xidmət illəri üzrə 39 il 11 ay 15 gün staja malik olmağı (güzəştli xidmət dövrü də) nəzərə alınmaqla, ona “əsgər” hərbi rütbəsində pensiya təyin olunması üçün pul təminatı xərcliyinin hesablanaraq müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-681/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 19 iyun 2020-ci il tarixli məlumatında xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən tərəflərin iştirakı olmadan iş üzrə müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. İşdə olan sənədləri araşdıraraq belə qənaətə gəlirəm ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Nazirliyin xx.xx.2018-ci il tarixli cavab məktubunda ifadə olunan imtinasını qanunsuz hesab edilməklə hərbi xidmət illərinin (güzəştli xidmət dövrü daxil olmaqla) və təminat xərcliyinin məlumat vərəqinin iddiaçıya pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-448/2019 saylı, 15 may 2019-cu il tarixli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1958/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - V.Ə.Baxışova, hakimlər - E.E.Nağıyeva və Z.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-448/2019 saylı, 15 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməklə iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətindən imtina etdiyini və bunu nəzərə almaqla icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3329/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1958/2019 saylı iş üzrə 15 avqust 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən başlanılmış kassasiya icraatına xitam verilmişdir (məhkəmə aktlarının elektron bazasından əldə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-448/2019 saylı, 15 may 2019-cu il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3329/2019 saylı qərardadının surətləri, həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1958/2019 saylı iş üzrə 15 avqust 2019-cu il tarixli qərarının nəticə hissəsinə dair çıxarış işə əlavə edilmişdir). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin əmri ilə iddiaçı (Silahlı Qüvvələrin Kinologiya mərkəzinin sabiq rəisi), mayor hərbi rütbəsindən məhrum edələrək “əsgər” hərbi rütbəsinədək endirilməklə 03 avqust 2010-cu il tarixdən həqiqi hərbi xidmətdən buraxılmışdır. 2011-ci ildə iddiaçı məhkəmə hökmü əsasında polkovnik-leytenant hərbi rütbəsindən məhrum edilmişdir. İddiaçının ümumi hərbi xidmət illəri 39 il 11 ay 15 gün təşkil etmişdir. İddiaçı ona hərbi xidmət illərinə görə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını iddiaçının hərbi rütbəsindən məhrum edilməsi ilə əsaslandırmışdır. İddiaçı hərbi xidmət illərinə görə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün təminat xərcliyi barədə müvafiq məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hərbi qulluqçu kimi pensiya almaq hüququ yalnız hərbi rütbəli şəxslərə şamil edildiyindən, iddiaçı isə hərbi rütbəsindən məhrum edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən hərbi rütbəli şəxs kimi pensiya almaq hüququna malik deyil. Göründüyü kimi, hazırkı iş üzrə də tələbin irəli sürülməsində əsas məqsəd məhz “iddiaçıya hərbi xidmət illərinə görə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün təminat xərcliyi barədə müvafiq məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Halbuki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2-1(81)-448/2019 saylı qərarı da yekun məhkəmə aktı hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması ilə əlaqədar məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar